Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

_____________Milli Kitabxana_____________ 
207 
yönü bu mütəxəssislərin elmi definisiyalarına tam bəraət 
qazandırır. Lakin bu müəyyənləşdirmələrin, təyinlərin hamısı 
birtərəflidir və  səma məclislərinin hüsnünü, təbiətini, 
poeziyaya çevrilmiş plastikasının yaraşığını, cazibəsini ifadə 
etməyə qabil deyil. Ona görə Ortaçağ müsəlman 
mədəniyyətinin bu hadisəsini  dönən dərvişlərin səma 
məclisləri adlandırmaq daha məqsədəyönlüdür. Hərçənd 
türklərin özü bunu “səma törəni”, yəni səma mərasimi, səma 
ayini, səma ritualı  qismində qavrayırlar.  Şübhəsiz,  şərti 
şəkildə  qəbul ediləsi bir təyin. Amma razılaşaq ki, hər həftə 
təkrarlanan lokal bir olaydan mərasim, ritual olmur. Digər 
tərəfdən isə “ayin”, “mərasim” “ritual” kimi sözlərin qapsadığı 
mənalardan sosial-ictimai məkana birbaşa qapılar açılır. 
Mövləvi zikrlərininsə toplumsal dünya ilə ilişkisi çox az. Bu 
zikrlər fərdlə tanrı arasında gerçəkləşən ünsiyyət qatlarının, bir 
növ, bədii-vizual obrazı.  Bəs səma törəninə məclis demək nə 
qədər caiz? Bunun üstünlüyü nədə? Və niyə məhz məclis?     
       Çünki  məclis müsəlman mədəniyyətində mütəhərrik 
çərçivə funksiyası daşıyıb hər hansı bir mövzuda keçirilən hər 
hansı bir söhbəti “qucmağa”,  əhatələməyə, sahmanlamağa 
qadirdir. Məclis özünəməxsus kanonik, tənzimləyici, teatral 
formadır və bir çərçivə, haşiyə olmaq etibarı ilə sakral və 
urvatsız dünyalar arasında ötürücü missiyasını yerinə yetirir. 
Məhz Ortaçağ  Şərq mədəniyyəti üçün xarakterik olan belə 
teatral formaların daxilində tamaşa cizgilərilə cuğlaşmış  səma 
məclislərinin kompozisiya elementləri aşkarlanıb üzə  çıxır. 
Bütün sufi qardaşlıqlarına xas dərviş zikrlərində güclü bir 
teatrallıq var. Ancaq onların heç birinin kompozisiyası  səma 
məclislərilə müqayisəyə gəlməz. 
       İndi görək səma nə deməkdir? Bir sıra  şərqşünaslar 
dərvişlərin çoxsaylı  hərlənmələrdən ibarət rəqsinə, daha 
doğrusu, onların zikrlərinə “səma” deyirlər. Başqaları isə bu 


_____________Milli Kitabxana_____________ 
208 
sözü zikrin icrası vaxtı çalınan musiqilə ilişkili hesab edirlər. 
Belə ki, “səma” sözü ərəbcə “qulaq asmaq”, “müqəddəs mətni 
dinləmək” mənalarında anlaşılır. Hər iki müəyyənləşdirmədə 
məntiqə və həqiqətə uyarlıq tapmaq mümkündür. Lakin “səma” 
haqqında Mövlananın fikri belədir: “Səma öz varlığınla 
mübarizədir, quşların qan tökmədən apardığı vuruşdur, 
döyüşdür; ruhun uçuşudur... Səma sirrdir.” Göründüyü kimi 
burada bir qeyri-müəyyənlik var. Odur ki, səmanı mövləvi 
məclislərinin hər hansı bir kompozisiya elementilə 
əlaqələndirmək düzgün deyil. Amma həqiqət bu ki, 
SƏMA 
aşkar ilə müəmmanın, varla yoxun, ölərilə  əbədinin, 
gerçəkliklə virtuallığın mediatorudur; ötürücüdür, insandan 
Allaha doğru olan yoldur ki, bir tək səslə keçilir. Mövləvi 
qardaşlığının kollektiv zikrlərində  də  səma insanın ruhi 
vəziyyətinin bildiricisidir. Ona görə  səma öz öləri cismindən 
ayrılıb  ərşə qovuşana qədər, vəsl məqamına yetişənə  qədər 
uzanan virtual kamilləşmə yoludur, insan ruhunun uçuşudur. 
Bu səbəbdən də məclisin yalnız bütöv kompozisiyasını “səma” 
adlandırmaq düzgündür. Səma mövləvi dərvişinin meracıdır. 
Səma bir ayağı ilə  Şəriət üzərində dayanıb o biri ayağı ilə 
Təriqətin kamillik vadilərindən dönə-dönə  Həqiqətə can 
atan dərvişin ruh “nərdivanı”dır. “Səmaya girdinmi, iki 
dünyadan da çıxıb gedirsən...” Mövlana deyir bunu...  
       Beləliklə, dönən dərvişlərin məclislərində səma məqsəd və 
vasitə birgəliyini ifadə edir. Fırfıra dərvişlərin səma məclisləri, 
ilk növbədə, XIII əsrin dahi sufisi Mövlana Cəlaləddin 
Ruminin Amalı, Eşqi və bütün ömrü boyu aradığı 
Həqiqətlə bağlıdır.  Mövləvi qardaşlığının zikrləri, yəni səma 
məclisləri hər həftənin cümə axşamından cüməyə keçən gecə 
musiqi sədaları altında gerçəkləşərdi.  Eşq dönən dərvişlərin 
səma məclislərinin təbiəti, ideyası, fəlsəfəsidir. Bu, “vəhdət 
əl-vücud”un harmonik birgəliyilə cuğlaşmış, varlığın hər bir 


_____________Milli Kitabxana_____________ 
209 
təzahürünə doğru yönəlmiş platonik, “ilahi eşq”dir. Bunun 
təsdiqini Cəlaləddin Ruminin öz deyimlərində  də tapmaq 
mümkündür:  “Torpaq eşqlə  fələklərə yüksəlir. Həzrət 
Musanın tanrı ilə danışdığı Tur dağı  eşqlə  rəqsə  gəlir”. 
Lakin qeyd etmək lazımdır ki, hələ Rumiyədək bəşəri eşq 
ideyası müsəlman mədəniyyətinin atmosferində dolaşırdı. 
Ortaçağ islam mədəniyyətinin ən nurlu simalarından biri Fərid 
əd-Din  Əttar söyləyirdi ki, “eşq dərvişlərin  əlində  cənnətin 
açarıdır”.  İstər  ərəb  şairəsi  Rəbiyyənin mistik poeziyasında, 
istərsə  də böyük mütəsəvviflər  Əbdülqədir Gilani, Seyid 
Əhməd Rüfainin şəxsiyyətlərilə bağlı hekayətlərdə “eşq” bir 
ideya kimi aparıcı mövqe tutur. Təbii ki, hekayətləri tarixi fakt 
kimi qəbul etmək düzgün olmadığı kimi onlardakı həqiqətdən 
də qaçmaq mümkün deyil. Xüsusilə,  Şərq aləmində. Niyə? 
Çünki müsəlman dünyasında nəql etmə zamanı tarixi faktla 
nağıl arasındakı  fərq minimuma endirilir: hekayət tarixi fakt, 
olmuş hadisə kimi, tarixi fakt isə hekayət kimi söylənilir. Məhz 
bəzi tədqiqatçılar da fırlanğıc hərəkətlərdən ibarət zikrləri 
Mövlana ətrafında cəmlənmiş çoxsaylı rəvayətlərlə, onun Şəms 
əd-Din Təbrizilə olan əfsanəvi münasibətlərilə bağlayırlar. 
Digər şərqşünaslarsa dönən dərvişlərin səma məclislərilə qədim 
Misir kahinlərinin uyğun tərzli mistik rəqsləri arasında genetik 
əlaqə görürlər.  Əlbəttə, müxtəlif hekayətlər, bənzətmələrlə 
ilişkili poetik və maraqlı yozumlar cəlbedicidir, lakin müəyyən 
nəticələr çıxarmaq üçün yetərincə elmi deyil. Dönən 
dərvişlərin səma məclisləri sufilərin psixofizioloji davranış 
və  rəftarının vahid estetik sistemdə düzümlənməsidir, 
batini olanın  silsilə  hərəkətlər  şəklində  məkana 
köçürülməsidir. Səma məclislərinin bütöv kompozisiyası və 
ayrıca götürülmüş  hər bir struktur elementi bunu təsdiq 
edir. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə