Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə55/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

_____________Milli Kitabxana_____________ 
192 
17. Zülfiqar // Zülfüqar - Əlinin ikiağızlı qılıncının 
adıdır. Şəbihlərdə adətən divardan asılırdı. 
18. Zülcənah - İmam Hüseynin atının adı, 
“qoşaqanad” deməkdir.  Əza qafiləsində at zinpuşla 
yəhərlənir, sağrısına 88 ox “sancılır”, atın başı tovuz 
və ya dəvə quşu lələkləri ilə  bəzədilir, üstünə qana 
bulaşmış ağ göyərçinlər qondurulurdu. 
19. İmamhəng - imamın tərəfdarları, əshabələr. 
20. Yezid - şəbih personajı,  ərəb xəlifəsi. Tamaşa 
zamanı başında şəbkülah və ya zəngin şal, yaxud yaşıl 
çalma, əynində isə sarı xələt ya da qara ləkəli qırmızı 
geyim olurdu. 
21. Küffar qoşunu - dinsizlər qoşunu.  Şəbihlərdə 
onlar qırmızı geyinirdilər, qara atlara minmirdilər, 
nizələrin ucuna insan başlarını bildirən nəsnələrə  və 
ya iri limon taxırdılar. 
22. Səllə - Əza qafiləsində tuğ  və  ələmlə yanaşı 
aparılan bayraq növü. 
23. Haşiyə-sütun və ya kətəbə - Üstündə Quran 
yazısı olan basma naxışlı pərdələr. 
24. Üqab - Həzrət Abbasın mindiyi atın adı, “qartal” 
deməkdir.  Əza qafiləsində atın belinə  əlləri kəsilmiş 
bir müqəvva oturdulur, ətrafında isə qara köynəkli 
uşaqlar mərsiyə oxuyurlar. 
25. Xeyməgah - Əza qafiləsində  İmam Hüseyn 
tərəfdarları üçün ayrılmış bir neçə çadırdan ibarət yerə 
verilən ad. 


_____________Milli Kitabxana_____________ 
193 
26. Təndirəcuzə - Əza qafiləsində  xərək üstə 
gəzdirilib içəridən işıqlandırılan bir təndir modeli. 
Rəvayətə görə  Şümr imamın kəsilmiş başını  əvvəl 
təndirdə gizlədibmiş. Lakin arvadı  təndirdən nur 
çıxdığını görüb onu açır və mətləb faş olunur. 
 
                       3. İranda kukla tamaşaları 
 
       Fars  mədəniyyətində kukla tamaşalarının növləri çeşid-
çeşid olub. “Xeymeyi şəb-bazi”, “Çaderxəyal”, “Keçəl Pəh-
ləvan”  XVI  əsdən üzü bəri məşhurdur. Düzdür, bu tarixi XII 
yüzilə aparıb bağlayanlar da mövcuddur. Böyük mənada isə 
fars kukla teatrı bütün dünyada “Keçəl Pəhləvan” adı ilə tanınır. 
Lakin “Keçəl Pəhəvan” teatr deyil, kukla oyunu növü deyil, 
xüsusi janr deyil, farsların “Pənc” kukla teatrının tamaşasıdır. 
Bir sıra alimlər bu fikrdədirlər ki, Keçəl Pəhləvan türk 
Qaragözünün fars variantıdır, onun doğma qardaşıdır. Hərçənd 
bəzi tədqiqatçılar “Keçəl Pələvan”la “Qaragöz”ün oyun 
texnikasını  səhvən eyniləşdirirlər. Halbuki “Qaragöz” kölgə 
teatrıdır. 
       “Pənc” kukla teatrının “Keçəl Pəhləvan” tamaşası üstü 
tamam açıq olan özünəməxsus bir çadır içində göstərilirdi. 
Xeymənin hündürlüyü təqribən metrə yarım olurdu. Kuklaçı bu 
çadırın “divar”ları arasında məskunlaşıb kuklaları seyçilər 
qarşısında oynadırdı. Bu kuklaların boyu 40-50 sm. idi: onların 
qarın nahiyəsində  dəlik yeri saxlanılırdı  və kuklaçı bu dəliyə 
uzun çubuq taxıb kuklanı xeymə üstündə  hərəkətə  gətirirdi. 
“Keçəl Pəhləvan” tamaşası tütək, dəf və nağara ilə müşayət 
olunurdu. Tamaşada çoxsaylı personajların kuklalarından 
istifadə edilirdi. Burada kuklaların maksimal miqdarı heç vədə 
konkretləşdirilmirdi: hər  şey kuklaçının fərasətindən, 
hünərindən və improvizə etmək bacarığından asılı idi. Ancaq 


_____________Milli Kitabxana_____________ 
194 

Keçəl Pəhləvan” kukla tamaşasında kuklaların 
minimal sayı 5 personajdan az olmamalıdır. Bu, bütün 
tamaşalar üçün mütləqdir. Həmin personajlar 
bunlardır: Şeytan,_Rüstəm,_Axund_və_Zən.__Keçəl_Pəhləvan'>Keçəl Pəhləvan,  Şeytan, Rüstəm, Axund 
və Zən. 
       Keçəl Pəhləvan fars folklorunun dazbaş 
nəhəngidir, atletdir, güclüdür, hiyləgərdir, fırıldaqçıdır, 
dələduzdur, arvadbazdır. Xaraktercə, bədii mündəricə 
etibarı ilə Keçəl Pəhləvan türk Qaragözünün eynidir. 
Ona “Kəl Pəhləvan” da deyilir. Şeytan ara qarışdıran 
bir kimsədir, kukla tamaşasının diskursu çərçivəsində 
adamları bir-birilə salışdırır, gülünc vəziyyətlərin 
yaranmasına bais olur. Rüstəm  “Şahnamə”dən 
tanınan Rüstəm-zal adlı  qəhrəmanın adaşıdır, 
haradasa onun komediya variantıdır. “Pənc” kukla 
teatrının Rüstəmi  Şərq Don Juanıdır: ucdantutma 
bütün qadınlar ona məftundur. Burada türk 
Qaragözünün keyfiyyətləri elə bil ki Keçəl  
Pəhləvanla Rüstəm arasında paylaşdırılır.  Axund 
“Pənc” teatrının Həsən xoca və ya Məhəmməd xoca 
adıyla çıxış edən personajıdır, ruhaniliyin 
nümayəndəsidir. O, həpənd, küt, sadəlövh bir adamdır. 
Həsən xocanı hamı dolayır: arvadı ilə  qızı isə onun 
başına oyun açıb axırda Axundu ev- dən qovurlar. 
Düzdür, Axund xeyirxahdır, amma köməksizdir. Bun-
dan  əlavə onun bir bağışlanmaz eybi də var: Axund 
fasiləsiz-filansız içməyi xoşlayır. Fars tədqiqatçıları 
söyləyirlər ki, Keçəl Pəhləvanda farsların bütün aktiv


_____________Milli Kitabxana_____________ 
195 
fəal keyfiyyətləri, Axundda isə bütün passiv 
keyfiyyətləri toplanıb.  Zən “Pənc” kukla teatrının 
beşinci mütləq personajıdır. Fars dilində “zən” qadın 
deməkdir. 
       İranın digər  şəhərləri Tehran, Şiraz və  Təbrizdə 
də  nəfis kuklalar düzəldirdilər. Bu kuklalar olduqca 
mütəhərrik idi və “xeymeyi şəb-bazi” kukla teatrı 
üçün hazırlanırdı. Çubuqlar vasitəsilə bu kuklaların 
çənəsini, əl və ayaqlarını tərpətmək imkanı vardı. Bu 
kuklaları  İranda  “Şah Səlim” adlandırırdılar. “Şah 
Səlim” “xeymeyi şəb-bazi” kukla teatrının tamaşasıdır. 
“Çaderxəyal” kimi kukla (ipli kuklalar) teatrı da, 
“Fanusxəyal” kimi kölgə teatrı da İran teatr 
mədəniyyətinin ənənəvi formalarının təmsilçiləridir. 
       Öz  quruluşu etibarı ilə “Fanusxəyal” maraqlı bir 
kölgə oyunudur. “Fanus” sözü farsca “fənər”, “lampa” 
kimi anlaşılır. Kuklaçı  əlinə bir lampa götürüb onun 
fitilinin hərəki oturacağına fiqurlar calaşdırırdı. 
Oturacaq hərləndikcə fiqurlar bir-birini əvəzləyirdi və 
ekranda kölgələr anbaan dəyişirdi. Bu növbələşməni 
kuklaçı nağılla məharətlə uyğunlaşdırıb tamaşa 
yaradırdı. 
       Farsların kukla teatrı ilə bilavasitə bağlı tamaşa 
növü “Təqlid” adlanır. Doğrudur, bir çox səyyahların 
fikrinə görə farslar elə bir xalqdır ki, hər gördüklərinə, 
- küçə savaşına, qoç döyüşünə, it boğuşmasına, - 
“tamaşa” deyirlər. Bu sırada “Təqlid”in yeri xüsusidir. 
Çünki tədqiqatçılar belə güman edirlər ki, “Təqlid” 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə