Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

_____________Milli Kitabxana_____________ 
196 
“Pənc” kukla teatrında oynanılan “Keçəl Pəhləvan” 
tamaşasının fasiləsində göstərilən divertismentdən 
yaranıb, sonradan isə  şəhər meydanlarına adlayıb. 
“Təqlid” kiçik komediya səhnələrindən, sirk, estrada 
nömrələrindən ibarət yüngül xarakterli tamaşa olub. 
Bu meydan oyununu ol səbəbdən kukla teatrına 
bağlayırlar ki, “Təqlid”in  əsas qəhrəmanlarının, baş 
təlxəklərinin adları Keçəl Pəhləvan və Rüstəmdir. 
“Təqlid” tamaşaları gündüzlər, özü də bir qayda kimi 
bayramlarda, ifa edilir. Keçəl Pəhləvan və Rüstəm 
burada daha çox sirk klounlarını xatırladırlar: 
onlardan biri üzünü ağ unla, o biri isə hislə qrim- ləyir. 
Hər iki personajın vəzifəsi xırda-xırda epizodlarda 
ona-buna lağ etmək, onu-bunu ələ salmaqdır. Bu, ilk 
növbədə, “Keçəl Pəhləvan” tamaşasının beş mütləq 
personajına ünvanlanırdı. 
                                                                                              
                                    


_____________Milli Kitabxana_____________ 
197 
 
V FƏSİL 
                                 TÜRK TEATRI 
                                                               
     Orta  əsrlər türk dünyasının tamaşa tipli oyunları çeşid-
çeşiddir. Türk aləmində nağılçılar, kuklaçılar, xəyalçılar, 
rəqqaslar həmişə seyrçilərin böyük rəqabətini qazan-mışlar. 
Lakin onların sırasında  “məddah” adı ilə tanınan nağılçıların 
yeri xüsusidir. Tədqiqatçılar arasında “türk teatrı” deyildikdə 
öncə məddah və qaragözçü xatırlanır. Osmanlı türklərinin teatr 
sənətinin inkişafına sufilik də güclü təsir göstərmişdir. Mövləvi 
dərvişlərinin səma məclisləri Türkiyədə teatrın təzahür 
formalarından ən ilgilisi, ən suggestividir. Bu zikrləri türklərin 
dini misteriya teatrı kimi də yozmaq mümkündür.  
       Müasir  türklər qədim  ənənələrə malik mədəniyyətin 
varisidirlər. Osmanlı türklərinin  “Qaragöz” kölgə teatrı  və 
“Orta oyunu” buna misaldır. “Orta oyunu” “Qaragöz”ün 
meydan variantıdır. “Qaragöz” kölgə teatrındakı duet burada 
Pişekar və Kavuklu kimi təkrarlanır.  “Kavuk”  qədim baş 
geyimidir ki, ona çalma sarıyardılar. Zurna və nağara “Orta 
oyunu”nun əsas müşayətçi musiqi alətləri idi. “Orta oyunu”nun 
mövzusu, sujetləri, personajları “Qaragöz” kölgə teatrından 
götürülmədir. Türkiyədə meydan aktyorlarına  şəbədəbaz, 
hoqqabaz, gözbağlıca göstərənlərə isə  “əfsunkar”, 
“sehrbaz”  deyirdilər. Türkiyədə  köşəklər, tavşanlar, 
çurçunabaz  və sairələrdən ibarət rəqqas truppaları da 
dəstəklənirdi. Orta çağlar Türkiyəsində savaş (qala və  dəniz 
oyunları) meydan oyunları  da özünə geniş yer almışdı. 
Yalnız XIX əsrin sonundan etibarən Avropa teatr mədəniyyəti 
türk sənət dəyərlərinin şəbəkəsinə daxil olur. 
 
                   


_____________Milli Kitabxana_____________ 
198 
 
1. Türk “Qaragöz” kölgə teatrı 
 
       Belə hesab edilir ki, kölgə teatrı Çin mədəniyyətinin 
təzahürlərindən biridir. Bu fikri başqa cürə  də ifadə etmək 
mümkündür: teatr aləmində kölgə teatrının vətəni Çin sayılır. 
Bir Çin əfsanəsində söylənilir ki, bir gün Vu adlı Çin 
imperatorunun qadını  qəfildən xəstələnib ölür. İmperator çox 
qüssələnir, həyəcanlanır, dərdə düşür. Qəmli əhvalatdan xəbər 
tutan  Şau Vey ismində bir sadə çinli deyir ki, “mən 
imperatorun dərdinə əlac edərəm, imperatora ağ pərdə üzərində 
onun qadınının xəyalını göstərərəm”.  
       Şau Vey saraya gəlib hökmdar hüzurunda pərdə asmağı 
tələb edir, sonra isə onun arxasına keçir, başmağını  əlinə 
götürüb imperatorun arvadının nazik səsilə danışmağa başlayır. 
Şau Vey pərdənin arxasında şam yandırdığından kölgə ekranda 
aydın əks olunmuşdu. Bu kölgənin canlı adam kimi dindiyini, 
oynadığını görən imperator gülümsünür, qüssəsi dağılır və ruh 
düşgünlüyünün məngənəsindən qurtulur. Digər bir fərziyyəyə 
görə isə kölgə teatrının vətəni Hindistandır. Lakin bütün dünya 
kölgə teatrını  əsasən  “Çin kölgələri” kimi tanıyıb. Farslar 
kölgə teatrına “Sayeyi çini”, yəni “Çinlinin kölgəsi” deyirlər. 
Bir güman da var ki, kölgə teatrı ilk öncə IV-V yüzillərdə Yava 
adalarında bərqərar olmuşdur.  
       Müsəlman ölkələrində kölgə oyunu “xəyal  əz-zill” 
(“xəyalın kölgəsi”),  “zill  əl-xəyal”  (“təsəvvürün kölgəsi”), 
“xəyal  əl-sitarə” (“təsəvvür ekranı”) adlandırılıb. IX yüzildən 
etibarən İbn Hazm (994-1064), imam əl-Qəzəli (1058-1111), 
Muhi əd-din Ərabi (1165-1240), İbn Ulfaris (1182-1235) və 
digər ilahiyyatçılar, sufilər öz əsərlərində  təsəvvür pərdəsini 
dünyaya, xəyalçı-kuklaçını tanrıya, təsvirlərisə yer üzünün can-
lı  məxluqlarına bənzətmişlər. Türkiyədə inanmışlar ki, “Qara-


_____________Milli Kitabxana_____________ 
199 
göz” teatrının pərdəsi nəsihət ekranıdır. Bu xüsusda “Qaragöz” 
artıq sosial hadisəyə çevrilir. Kölgə oyunundan öncə ekran qar-
şısında oxunan “pərdə qəzəli” tam mənası ilə təsəvvüfün mistik 
ruhundadır. XII əsrin ortalarından  Səlahəddin  Əyyubinin 
(1175-1193) sarayında kukla və kölgə tamaşaları göstərilmişdir. 
Bu haqda əl-Qüzuli (?-1412) özünün “Mətali  əl-Büdür fi 
mənazil  əl Sürür” adlı  əsərində söz açır. Sufiliyin görkəmli 
nümayəndəsi  İbn  Ərabi  “Fütuhat  əl-Məkkiyyə”  risaləsində 
təsəvvüfün nə olduğunu izah edərkən bədii bir obraz, eyham 
kimi kölgə teatrından bəhrələnir. Təsəvvüf kölgə teatrını Allah 
– insan münasibətlərinin modeli kimi yozur. Bəzi teatr 
araşdırıcıları belə fikirləşrlər ki, min il bundan öncə 
Hindistanın cənub-qərbindən Avropaya köçəri qaraçı tayfaları 
tərəfindən gətirilmişdir. Həmin mütəxəsislər ona əsaslanırlar ki, 
kölgə teatrının  şişman  əzələli, böyük papağı olan baş 
qəhrəmanı Qaragöz görkəmcə qaraçıya bənzəyir. Bu güman 
ciddi sayılmasa da, hər halda kölgə teatrının islam 
mədəniyyətinə məhz X-XII əsrlərdə yayılmasının tarixi faktdır. 
Başqa tədqiqatçılar bu fərziyyəyə az qala sərsəm fantaziya kimi 
yanaşıb onu quru boşboğazlıq adlandırmışlar. 
       Türkiyədə isə kölgə teatrı Sultan Səlim Yavuzun (1467-
1520) Misiri fəth etdiyindən sonra təşəkkül tapır. Misirdə kölgə 
oyunu üç əsr bundan əvvəl bəlli olmuşdur. Mütəxəsislər bu 
variant üzərində dayanırlar ki, ərəb tacirləri bu oyunu Yava 
adalarında görüb bəyənmiş və Misirə gətirmişlər. Sonucda tarix 
bunu söyləyir ki, kölgələrin haradan olmasına baxmayaraq 
Türkiyədə kölgə teatrına XVI yüzildən qabaq təsadüf edilmir. 
       Bununla  belə “Qaragöz” kölgə teatrının Türkiyədə 
meydana gəlmə tarixçəsi müxtəlif çoxsaylı  rəvayətlərlə 
müşayət olunur. Bunlardan ən məşhurunda kölgə teatrının əsas 
personajları Qaragöz və Həcivətin tarixi şəxsiyyət olduğu iddia 
edilir. Rəvayətə görə  dəmirçi Qaragöz öz bənna dostu 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə