Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

_____________Milli Kitabxana_____________ 
200 
Həcivətlə birgə osmanlıların ilk paytaxtı Bursa 
şəhərində sultan Orxan Qazi (1281-1362), osmanlı 
padşahlarının ikincisi, üçün tikilən məscidin inşasında 
çalışırlarmış. Çox tənbəl və  şəbədəbaz olan bu iki 
kimsə günlərini zarafatla keçirərmiş. Onlar başqa 
işçiləri də söhbətlərinə  cəlb edər, maraqlı  lətifələr 
söylər və deyib-gülüb əylənərmişlər. Beləliklə, 
məscidin tikintisi Qaragöz və  Həcivətin sayəsində 
xeyli ləngiyir. Orxan Qazi bunu eşidib, guya ki, 
qəzəblənir və onların hər ikisinin asılmasına əmr verir. 
Çox çəkmir ki, sultan öz əməlindən peşman olur. Sən 
demə, Qaragöz və  Həcivət vaxtilə Orxan Qazinin 
sarayında uğurla təlxəklik edib və onun sevimlilərinə 
çevriliblərmiş. Hadisələrin belə gedişatı sultanı 
sarsıdır və o, qüssədən xəstəliyə düşür. Bu zaman 
Şeyx Küştəri adlı bir sufi osmanlı sultanını sağaldaca-
ğını boynuna götürür. Onu saraya gətirirlər.  Şeyx 
Küştəri  öz çalmasını  pərdəyə çevirir, başmaqlarının 
altından kukla düzəldir və bir şam yandırıb pərdənin 
arxasına keçir, başlayır Qaragöz və Həcivətin səsi ilə 
məzəli  əhvalatlar danışmağa. Orxan Qazi bundan 
hədsiz dərəcədə zövq alır,  Şeyx Küştərinin işindən 
xoşhallanır, gülümsünür və sağalır. Odur ki, bu 
fərziyyənin tərəfdarları Bursanı “Qaragöz” kölgə 
teatrının ilk yaranma məskəni bilirlər. Hətta Bursada 
Həcivətlə Qaragözün güman edilən məzarları da var. 
  
               


_____________Milli Kitabxana_____________ 
201 
 
2. “Qaragöz” kölgə oyununu texnikası 
 
       “Qaragöz”  kölgə teatrının tamaşaları  ağ  pərdə 
arxasında oynanılır. Adətən bu pərdənin ölçüləri 
1x1.20 m hüdudlarında olur. Pərdə  əksərən batist və 
ya yunla ipək qarışığından toxunulmuş xüsusi 
parçadan hazırlanır. Qaragözçülər bu pərdəni 
“AYNA” adlandırırlar. Pərdəni 4 barmaq qalınlığında 
piltəsi olub zeytun yağı ilə  işlədilən lampa və ya iri 
gövdəli  şamla işıqlandırırlar. “Qaragöz” teatrının 
pərdəsi üzərində görünən  şəkillərə  xəyalçılar 
“TƏSVİR” deyir. Təsvirlər bir qayda olaraq 35-40 
sm. ölçülərində xüsusi dəridən kəsilir. Yumşaq və 
elastik olduğundan dəvə  dərisinə üstünlük verilir. 
Camış  və ya inək dərisindən qaragözçülər az-az 
faydalanırlar.  Əvvəlcə  dəri təmizlənir, aşılanır, sonra 
isə  mıxçalarla tarıma çəkilir və  şəffaflaşana qədər 
qurudulur. Təsvirlər məhz belə  dəridən düzəldilir. 
Onlar dəridən kəsildikdən sonra arxa tərəfdən çox 
böyük ustalıqla və  nəfis  şəkildə  rənglənir. Dəri o 
dərəcədə zərif olur ki, lampa işığı dəridən süzülüb axır 
və  pərdə üzərində  rəngli  şəkilləri görükdürür. 
Təsvirlərin boynunda, qol və  qıçlarında xüsusi 
dəliklər açılır ki, xəyalçı bu dəliklərdən təsvirləri 
hərəkətə gətirmək üçün yararlanır. Təsvirlər uzunluğu 
60 sm. , bir ucu latın “V” hərfi formasında olan çubuq 


_____________Milli Kitabxana_____________ 
202 
vasitəsilə  pərdəyə yaxınlaşdırılır və oynadılır. 
Qaragözçülər buna “xəyal ağacı” deyirlər.  
       Türklər kölgə tamaşalarını idarə edən kuklaçını 
“qaragözçü” və ya “xəyalçı” adlandırırlar. Təsvirləri 
oynadan, onları danışdıran, səsləndirən və bütövlükdə 
əhvalatı  nəql edən sənətçi odur. Hərçənd kölgə 
tamaşalarında qaragözçü həmişə öz köməkçisilə birgə 
işləyir. Xəyalçılar öz köməkçilərini  “yardak”  deyib 
çağırırlar. Oyun zamanı yardak qaragözçüyə bir-bir 
təsvirləri verir, dəf çalır, təqlidlərin mahnısını oxuyur. 
“Qaragöz” kölgə teatrında dekorlar yoxdur, lakin 
müəyyən predmetlərdən (onları əlbəsə də adlandırmaq 
düzgün sayılmaz) hər halda istifadə edilir. “Qaragöz” 
kölgə teatrında dekorları  əvəz edən bu predmetlər 
hətta bəzən dil açıb danışa da bilir. Tamaşalar adətən 
ney və  dəflə müşayət olunur. Pərdə üzərində  hər 
kölgənin öz məxsusi yeri var. Tamaşaçıya 
münasibətdə Qaragöz sağda, Həcivət isə solda dayanır. 
Güya ki, bu onların evidir. “Qaragöz” kölgə teatrının 
tamaşaları həmişə improvizə, nağıl və fantaziyadı. 
 
        


_____________Milli Kitabxana_____________ 
203 
 
3. “Qaragöz”ün kompozisiyası və personajları 
 
       “Qaragöz” tamaşası 4 hissədən ibarət bir kölgə oyunudur. 
Xəyalçılar bunlara Giriş (proloq), Muhavere (dialoq, söhbət), 
Fəsil (məclis, iş) və Bitiş (final) deyirlər. Oyundan öncə pərdə 
üzərində dekor xarakterli predmetlərin kölgəsi görünür. 
Çiçəklərlə dolu saxsı güldan, ağac, fəvvarəli çarhovuz, tovuz 
quşu, qəlyan bu siyahıda birinci yerləri tutur. Nə vaxt ki, tütək 
şən bir musiqi ifa edir, predmetlər ekrandan götürülür və Giriş 
başlanır. Girişdə  Həcivət öncə bir mahnı oxuyur. Sonra “hay 
hakk” deyib bir pərdə qəzəli söyləyir. Pərdə qəzəlində adətən 
dünyanın faniliyindən, insan ömrünün ötəriliyindən, adamların 
mahiyyətə, cövhərə vara bilməyib görkəmə, formaya 
aldanmasından danışılır. Qəzəldən sonra o, Allaha, hökmdara 
dua edib uca tanrıdan xahiş edir ki, bu gün ona başa düşən, 
diqqətli, qanacaqlı tamaşaçılar göndərsin. Elə bu zaman 
pərdənin sağ  tərəfindən Qaragöz qəfil bir tərzdə yumbalanıb 
ekrana sıçrayır. Mayallaq aşarkən Qaragöz papağını itirir. 
Seyrçilər onun keçəlini görüb gü-lüşürlər. Qaragöz bundan 
acıqlanır və hirslənib rastına çıxan Həcivəti döyür. Həcivət 
qaçır, Qaragözsə  tək qalır. Onun acığı soyuyan kimi Həcivət 
qayıdır. Məhz bu andan da onlar arasında dialoq başlayır. Bu, 
artıq Muhaveredir.  Geniş kontekstdə götürdükdə bu söhbətin 
kölgə tamaşasının süjetinə heç bir dəxli yoxdur. Muhavere 
zamanı Qaragöz Həcivətlə yalnız söz güləşdirir, savadlı bir 
adam olan Həcivətin bütün dediklərini tərsinə yozur, onu lağa 
qoyur, təngə gətirir. Son tədqiqatlar Muhaverelərin sayının 60-
a yaxın olduğunu göstərir. Muhaverenin davam müddəti heç 
vaxt konkret müəyyənləşdirilmir: çünki bu, həmişə 
qaragözçünün fərdi improvizələri və  sənətçi bacarığı ilə 
bağlıdır. XVIII yüzilin türk səyyahı Evliya Çələbinin verdiyi 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə