Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə60/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

_____________Milli Kitabxana_____________ 
210 
      Səmaxanaya (səma məclislərinin keçirildiyi otaq) daxil 
olmamışdan öncə  dərvişlər dəstəmaz alırlar. Sonra mövləvi 
qardaşlığında qəbul edilmiş  tərzdə geyinirlər. Onların geyim 
tərzinə  Şəms Təbrizinin ölümü ilə bağlı Mövlananın uzun 
müddət  əynindən çıxarmadığı hüzn paltarlarının güclü təsiri 
olmuşdur. 
TƏNNURƏ
  (sözün mənası  bədənin nuru kimi 
anlaşılır) dərvişlərin dümağ  rəngli, iki hissədən ibarət alt 
paltarıdır. Onun zəng formalı aşağı hissəsi, daha doğrusu, geniş 
tuman 
DƏSTƏGÜL
  adlanır. Tənnurənin yuxarısı haradasa 
canlığı xatırladır. Onu sol tərəfdən tumana bərkidirlər, sağ 
tərəfdən isə açıq qoyurlar. Tənnurənin belə biçimi hərlənmə 
zamanı  dərvişlərin aldıqları pozanın quruluşuna, eydetikasına 
xələl gətirməməkdən ötrüdür. Ağ  rəngli tənnurə  həm də  dər-
vişlərin kəfənə büründüyünü bildirir. Fırfıra dərvişlər bellərinə 
əlif-lam  formasında dörd barmaq enində bir qurşaq da 
bağlayırlar. Bu, “lə ilahə illəllah” (“Allahdan başqa məbud 
yoxdur”) kəlməsini eyhamlaşdırır. Tənnurənin üstündən 
dərvişlər qara rəngli xirqə (Ortaçağ miniatürlərində xirqənin 
rəngi yaşıl verilir) geyinirlər. Xirqə dərvişlərin qəbrinə işarədir. 
Onların başlarına qoyduqları konusvari tünd qəhvəyi rəngli 
papaqsa “sikkə” adlanır. Mövləvilər onu öz qəbirlərinə başdaşı 
bilirlər. Avropalı üçün silindr, konus şəkilli papaq kimi 
görünən sikkə  əslində  “Ya Həzrət Mövlana”  kəlməsinin 
kalliqrafik quruluşunun inikasıdır. Fırfıra dərvişlərin simvolik 
geyim tərzi hansı mənaları ifadə edir? Sufilikdə “fəna” (yoxluq, 
ölüm, heçləşmək) təriqətin sonuncu dayanacağı, özünü 
təkmilləşdirməyin, mənəvi kamilliyin zirvəsi hesab olunur. 
Mövlananın bilgisinə görə “fəna” son deyildir, başlanğıcdır, 
“şəb-e  ərus”dur, toy gecəsidir, tanrı ilə  vəsl gecəsidir, 
əbədiyyət astanasıdır.  İnsanı  vəslə yetirənsə  eşqdir. Ona görə 
dərvişlərin geyimi cismani ölümü, dünyaya qarşı biganəliyi, 
səma isə  fəna məqamından sonra eşqlə cuşa gələn ruhun 


_____________Milli Kitabxana_____________ 
211 
uçuşunu, İstəkli ilə vəslini, bəqanı, yəni əbədiliyi sim-
vollaşdırır. Mövlana deyir ki, toy gecəsində biz öz 
fərq nişanələrimizi itirib, “mən”liyimizdən azad olub 
Allah nişanələrini güzgü kimi özümüzdə əks etdirərik, 
Onun nişanələrini qəbul edərik. Sevgi olmasa, “şəb-e 
ərus” mümkünsüz. İnsan sevmək və sevilmək üçün 
yaradılıb. Hərçənd Cəlaləddin Rumi anladır ki, bütün 
eşqlər ilahi eşqə yalnız bir körpü... 
       Onda  bəs  dönmək  nəmənə? Mövləvi bilgisinə 
görə dünyada hər  şey, canlı  və cansız dönməkdədir. 
Maddəni təşkil edən atomlar daim dönər; Yer kürəsi 
həm öz oxu, həm də Günəş  ətrafında dönüb də 
fırlanar; damarlardakı qan dönməklə hərəkətini davam 
etdirər, insana həyat verər. Belə ki, dönmək kainatın 
yaranış qanunu... 
       Mövləvi qardaşlığının səma məclisləri dəqiq və 
səliqə ilə  işlənmiş struktura malikdir. Bu struktur 
səma məclislərində Sözün, Rəqsin və Musiqinin 
harmonik vəhdətini təmin edir.  
       Səma məclisi beş bölümdən (Qərb 
tədqiqatçılarının yazdıqlarına görə isə iki hissədən) 
ibarətdir: 
       Dərvişlər səmazənbaşının (“rəqs ustası”) 
rəhbərliyi ilə  səmavi sədalar otağına daxil olurlar. 
Şeyx,  səma məclislərində  ən hörmətli  şəxs, 
səmazənlərin  (rəqqas dərvişlərin) arxasınca gəlir. 
Dərvişəlr bir-birinə başla təzim edib, bir-birini başın 
fırlanğıc hərəkətlərilə “salamlayıb” cərgəyə düzülürlər. 


_____________Milli Kitabxana_____________ 
212 
Şeyx, səmazənbaşı,  Axçı  Dədə (“aşpaz dədə”, yəni 
səma məclislərində  iştirak etmək üçün dərvişləri 
“bişirən”, hazırlayan, onları müxtəlif sınaq 
mərhələlərindən keçirən  şəxs) ağ sikkə qoyduqlarına 
görə digər dərvişlərdən fərqlənirlər. Dərvişlər aram 
yerişlə  qırmızı  rəngə boyanmış qoç dərisinə 
yaxınlaşırlar. Bu, Günəşin simvoludur ki, ona da 
farsca “Şəms” deyilir. “Təbriz” sözü də Günəşi 
bildirir. Deməli, səmazənlərin Günəşin simvoluna 
təzimi sufilikdə işıq kultu, Mövləvilərdə isə Şəms əd-
Din Təbriziyə qarşı ehtiram hissilə bağlıdır. Dərvişlər 
hərəkətin ahəstə ritmini saxlamaq şərtilə öz yerlərinə 
keçib dairə boyunca əyləşirlər. Hafiz, Quranı  əzbər 
söyləyən  şəxs,  “Fatihə” surəsini və “Rast” muğamı 
üstündə dini musiqi formasında bəstələnmiş  “Nət-i 
Şərif”i (sözləri Ruminindir) oxuyur. Bu, birinci 
bölümdür: məqsədi Muhamməd Mustafanı, onu xəlq 
eləmiş Allahı  və digər tanrı peyğəmbərlərini mədh 
etməkdir.  
       “Nət-i  Şərif” tamamlanan kimi “təqsim”,  yəni 
neyin im-provizəsi başlayır. Dərvişlər bu zaman diz 
üstündə oturub “tənhalar sirdaşı” neyin səsini dinləyir 
və gözlərini qapayıb yerlərində  yırğalanırlar. Bu, 
ikinci bölümdür: hər  şeyə can verən ilahi nəfəsin 
təmsilçisidir. Nəfəssiz bütün canlılar cansızlığa məh-
kum. 
       Neyin  naləsi qurtaran andaca dərvişlər cəld bir 
hərəkətlə  əllərini yerə vurub qiyamət gününə  və  qıl 


_____________Milli Kitabxana_____________ 
213 
körpüyə çatdıqlarını bildirirlər. Onlar ayağa qalxıb 
şeyxin ardınca saat əqrəbinin əksi istiqamətində dairə 
perimetri boyunca gəzişirlər. Üçüncü bölüm başlanır. 
56/4 ritmik qəlibi gözlənilmək  şərtilə mövləvi mu-
siqisinin “pişrou” və ya “peşrev” adlanan giriş hissəsi 
çalınır. Bu zaman dərvişlər başlarını çevrə  cızmaq 
şərtilə yavaşca hərlədə-hərlədə bir-birini salamlayırlar. 
Beləliklə, Sirr bir dərvişdən digərinə ötürülür və səma 
məclisinin kompozisiyasında  əyaniləşir. Başın çevrə 
boyunca hərəkət etdirilməsi əslində “salamlamaq” yox, 
sufisayağı “zikr”dir. “Zikr” anmaq, yada salmaq, 
xatırlamaq deməkdir  və  təlqin formulu sayılan “lə 
ilahə illəllah”dan ibarətdir. Bu, dil üçün olan zikrdir. 
Dil ağızda dönür və Allahı anır. Sufilik islamın 
ezoterik aspekti olduğu üçün burada eyhamla 
danışmaq, mənanı  işarə xarakteri daşıyan bədii 
obrazla ifadə etmək daha güclüdür. Sufilikdə zikr 
passiv meditasiyanın aktiv qarşıdurumudur.  Passiv 
meditasiya fikirdir. Mövləvilərsə deyir ki, Allahı 
təkcə dildə yox, baş,  əllər və ayaqlar vasitəsilə  də 
anmaq mümkündür. Dərvişlərin dönməsi elə mövləvi 
zikrlərinin toplusudur. Zikr zamanı baş sanki çevrə 
sərhəddi üzrə  hərəkət etdirilir. Baş qarın nahiyyəsi 
istiqamətindən hərəkətə  gətirildikdə “lə” kəlməsi, 
yuxarıya doğru qaldırıldıqda “ilahə” sözü, sol çiynə 
sarı aparıldıqda isə “illə” deyilir. Sonuncu “llah” 
kəlməsini başın ürəyə doğru endirilməsi bildirir. Bu 
zikr türkcə “dörd vuruş”, fars dilində isə “dörd qapı” 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə