“hüquqi şəxs”dirsə yuxarıdakı şəkildə (Şəkil 2) olan məlumatları doldurur. Qeydiyyatdan keçən şəxs fiziki şəxs olduqda, “fiziki şəxs”



Yüklə 43,68 Kb.
tarix29.10.2017
ölçüsü43,68 Kb.
#7347
növüQaydalar

Giriş

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant musabiqəsinə layihələrin elektron qəbulu bölməsinə xoş gəlmişsiniz!

Əgər əvvəlcədən qeydiyyatdan keçmişsinizsə, e-poçt ünvanı və şifrənizi daxil edib sistemə daxil olun.
Əgər sistemə ilk dəfə daxil olursunuzsa, o zaman qeydiyyatdan keçməlisiniz!


Qeydiyyatdan keçmə qaydaları


Sistemə ilk dəfə daxil olduqda, qrant ərizəçisi sistemdə qeydiyyatdan keçməlidir. Qrant ərizəçisinin qeydiyyata alınması göndərilən layihələr üzrə yazışmalar, layihələrin ilkin, kompleks ekspertizalarının nəticələrinin izlənməsi, bağlanmış qrant müqavilələrinin icrası və monitorinqi və digər məlumatlar üzrə Fond ilə qrant ərizəçisi arasındakı ünsiyyəti təmin etmək məqsədi ilə aparılır. Bunun üçün də qeydiyyat rejimində daxil edilən məlumatlar dəqiq və düzgün olmalıdır.

Qeydiyyatdan keçmək üçün aşağıdakı pəncərədə “Qeydiyyat” işarəsini sıxmaq lazımdır.



c:\users\m.hajizada\desktop\11.jpg
Bu əməliyyatdan sonra qeydiyyat aparılması menyusu açılır:
c:\users\m.hajizada\desktop\11.jpg
Bu rejimdə qrant ərizəçisi müvafiq sahələrə özünə aid məlumatları daxil etməlidir. “E-poçt”, “Şifrə”, “Təkrar şifrə” və “Tam adı” sahələrin doldurulması məcburidir.

Ekranın aşağıdakı sahəsində “şəkil”də göstərilən yazını daxil etmək lazımdır. Bu sahə təhlükəsizlik məqsədi ilə, qeydiyyatdan keçən şəxsin “robot” olmadığına əmin olmaq üçün nəzərdə tutulmuşdur.

Əgər qeydiyyatdan keçən şəxs “hüquqi şəxs”dirsə yuxarıdakı şəkildə (Şəkil 2) olan məlumatları doldurur.
Qeydiyyatdan keçən şəxs fiziki şəxs olduqda, “fiziki şəxs” sahəsi aktivləşdirilməlidir və aşağıdakı şəkildə göstərilən sahələr doldurulmalıdır.
c:\users\m.hajizada\desktop\11.jpg
Bütün məlumatlar daxil edildikdən sonra ekran sahəsinin aşağısında yerləşən “Qeydiyyat” düyməsi sıxılmalıdır.

Əgər məlumatlar doğru-düzgün daxil edilmişdirsə, sistem qrant ərizəçisini qeydiyyata alır və bu barədə “E-poçt” sahəsində daxil edilən ünvana məlumat göndərir. Əks halda buraxılan səhvlər barədə müvafiq mesaj verir.

Qeydiyyatdan keçdikdən sonra “Sistemə giriş” menyusuna dönüb, qeydiyyat zamanı təyin edilən “E-poçt” və “Şifrə”ni daxil edərək “Layihə göndər” rejiminə daxil olunur.

Layihə göndərmə qaydaları

Sistemə daxil olandan sonra qrant ərizəçisi üçün layihə göndərmək üçün rejim açılır:


c:\users\m.hajizada\desktop\11.jpg

Bu rejimdə qrant ərizəçisi öz layihəsini(lərini) daxil etmək üçün düyməsi sıxmalıdır və açılan pəncərədə layihəyə aid məlumatları daxil etməlidir.c:\users\m.hajizada\desktop\21.jpg


Sistemdə layihə məlumatlarının daxil edilməsi aşağıdakı bölmələr üzrə aparılır:


  • Ümumi

  • Layihə göndərən haqqında məlumat

  • Layihə rəhbəri

  • Layihə icraçıları

  • Biznes plan

  • Layihənin büdcəsi

Ümumi


Bu bölmədə göndəriləcək layihə üzrə ümumi xarakterli məlumatlar daxil edilir.



    • Layihənin qısa adı - əllə daxil edilən sahədir, göndəriləcək layihəyə qrant ərizəçisi tərəfində verilən qısa ad daxil edilməlidir.




    • Layihənin tam adı - əllə daxil edilən sahədir, göndəriləcək layihəyə qrant ərizəçisi tərəfində verilən qısa ad daxil edilməlidir.




    • Layihənin büdcəsi – əllə daxil edilən sahədir, göndəriləcək layihənin ümumi büdcə məbləği daxil edilməlidir.


Hüquqi şəxs haqqında məlumat

Bu sahələrdə qrant layihəsi göndərən təşkilatın (fiziki şəxs) haqqında fərdi məlumatlar daxil edilir.



Statusu qeydiyyat məlumatlarından avtomatik gətirilir.
Təşkilatın tam adı qeydiyyat məlumatlarından avtomatik gətirilir.

Rəhbəri təşkilat rəhbərinin SAA, qeydiyyat məlumatlarından avtomatik gətirilir.

VÖEN -i qeydiyyat məlumatlarından gətirilir və dəyişdirilməyə imkan verilmir.

Təşkilatı-hüquqi forma layihə göndərən təşkilatın təşkilati-hüquqi forması, qeydiyyat

məlumatlarından avtomatik gətirilir.


Əsas fəaliyyət növü layihə göndərən təşkilatın əsas faəliyyət növü, qeydiyyat məlumatlarından

avtomatik gətirilir.



Layihənin rəhbəri layihəyə rəhbər təyin edilmiş şəxsin vəzifəsi adı, SAA əllə daxil edilir.

Faktiki ünvanı qeydiyyat məlumatlarından gətirilir və dəyişdirilməyə imkan verilir.

WEB qeydiyyat məlumatlarından gətirilir və dəyişdirilməyə imkan verilmir.

Telefon 1 qeydiyyat məlumatlarından gətirilir və dəyişdirilməyə imkan verilmir.

Telefon 2 qeydiyyat məlumatlarından gətirilir və dəyişdirilməyə imkan verilmir.

Faks qeydiyyat məlumatlarından gətirilir və dəyişdirilməyə imkan verilmir.

E-poçt qeydiyyat məlumatlarından gətirilir və dəyişdirilməyə imkan verilmir.

Layihə rəhbəri

Bu sahələrdə qrant layihəsinin rəhbəri haqqında fərdi məlumatlar daxil edilir.

Layihəni hüquqi şəxs göndərirsə, həmin hüquqi şəxs tərəfindən təyin edilən layihə rəhbəri haqqında məlumatlar daxil edilir.

Layihəni fiziki şəxs göndərirsə, həmin fiziki şəxsin qeydiyyatdan keçdiyi məlumatlar avtomatik gətirilir və əlavə sahələr əllə doldurulur.



Bu bölmədəki Adı, soyadı, atasının adı, İş yeri və vəzifə, Doğum tarixi, Təhsil, İxtisas, Elmi dərəcə, Yaşadığı ünvan və poçt indeksi, Elektron poçt ünvanı, Telefon 1, Telefon 2, Faks, Yerinə yetirilən İKT layihələrində iştirakı sahələrində layihə rəhbərinə aid məlumatlar daxil edilir.

Layihə rəhbərinin notarial qaydada təsdiq olunmuş Şəxsiyyət vəsiqəsinin surəti “Fayl yüklə” bölməsindəki uyğun hissədən elektron fayl şəklində göndərilməlidir.



Layihə icraçıları


Bu sahələrdə qrant layihəsinin icraçıları haqqında fərdi məlumatlar daxil edilir.


Hər bir layihə icraçısı haqqında məlumatlarının daxil edilməsi üçün sahənin üst tərəfində yerləşən описание: buttonadd “Əlavə et” düyməsini sıxmaq lazımdır. Ekranda aşağıdakı pəncərə açılır:

Bu bölmədəki Adı, soyadı, atasının adı, İş yeri və vəzifə, Doğum tarixi, Cinsi, Təhsil, İxtisas, Elm dərəcə, Yaşadığı ünvan və poçt indeksi, Elektron poçt ünvanı, Telefon 1, Telefon 2, Faks, Yerinə yetirilən İKT layihələrində iştirakı sahələrində hər bir layihə icraçısına aid məlumatlar daxil edilir.

Məlumatlar doldurulandan sonra описание: iconautp işarəsi ilə sətirlərə gətirilir.



Hər bir layihə icraçısın notarial qaydada təsdiq olunmuş Şəxsiyyət vəsiqələsinin surəti “Fayl yüklə” bölməsindəki uyğun hissəsindən elektron fayl şəklində göndərilməlidir.

Biznes plan




Biznes planın tərtib edilməsinə dair tələbləri əks etdirən faylı bu sahənin yuxarısındakı mətndə yerləşən “yükləyin” sözünü sıxmaqla açılır. Bu tələblərə uyğun tərtib etdilən biznes plan faylı “Fayl yüklə” bölməsindəki uyğun hissəsindən elektron fayl şəklində göndərilməlidir.

Layihənin büdcəsi


Bu bölmədə qrant ərizəçisi layihəni yerinə yetirmək üçün çəkiləcək xərclər barəsində məlumatlar daxil etməlidir.


Layihənin smetasının tərtib edilməsinə dair tələbləri əks etdirən faylı bu sahənin yuxarısındakı mətndə yerləşən yükləyin sözünü sıxmaqla açılır. Bu tələblərə uyğun tərtib etdilən biznes plan faylı “Fayl yüklə” bölməsindəki uyğun hissəsindən elektron fayl şəklində göndərilməlidir.

Yaddaşa yaz


Layihə üzrə lazımlı məlumatlar daxil ediləndən sonra işarəsi ilə yaddaşa yazılır.
Layihə yaddaşa yazılandan sonra,
Dəyişdir”, “Sil” işarələrdən istifadə edərək layihə məlumatlarına lazımlı dəyişikliklər edilə bilər.

Fayl yüklə


Fayl yüklə” işarəsindən istifadə etməklə layihəyə digər formatlarda olan fayllar əlavə etmək olar.

Diqqət!!! Fondun tələblərinə əsasən aşağıdakı məlumatlar fayl olaraq məcburi göndərilməlidir:

    • Layihə rəhbəri haqqında məlumat (Şəxsiyyət vəsiqəsinin surəti)

    • Layihə icraçılarının Şəxsiyyət vəsiqələrinin surətləri əlavə olunmalıdır. Layihə icraçısı olan xarici ölkə vətəndaşları üçün vətəndaşlığı təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

    • Hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamənin sürəti (Azərbaycan Respublikasının müvafiq Dövlət Orqanı tərəfindən hüquqi şəxsin qeydiyyata alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti əlavə olunmalıdır).

    • Müvafiq tələblərə uyğun tərtib etdilən biznes plan faylı göndərilməlidir.

    • Müvafiq tələblərə uyğun tərtib edilən xərclər smetasının açıqlanması faylı göndərilməlidir




Yuxarıda gətirilən pəncərədən “Обзор» düyməsi sıxaraq qrant ərizəçisinin kompyuterindən lazımlı faylar seçilir və müvafiq sahələrə “Göndər” düyməsini sıxmaqla gətirilir.

Göndər




düyməsindən istifadə etməklə layihə Fonda göndərilir və “Göndərilmiş layihələr” siyahısına əlavə olunur.

Diqqət!!!! Layihənin “Göndər” əməliyyatından əvvəl lazımlı olan bütün dəyişikliklər aparılıb tamamlanması tövsiyyə olunur.

Diqqət!!!!

Yuxarıda göstərilən hərəkətlərin (dəyişdir, sil, fayl yüklə, çap et, göndər) edilməsi üçün, əməliyyatlar aparılacaq layihə aşağıda göstərilən rəsimdəki kimi seçilmiş halda olmalıdır!!!!

Layihə “Göndər”ildikdən sonra Fond tərəfindən təsdiq edilmiş qaydalara əsasən baxılması və müvafiq qərar verilməsi əməliyyatları başlanmış hesab olunur.


Aşağıdakı ekran sahəsinin “Göndərilmiş layihələr” bölməsində qrant ərizəçisi tərəfindən göndərilmiş layihələr xronoloji qaydada yığılır və onların baxılması ilkin, kompleks ekspertiza nəticələri və s. məlumatlar izlənə bilir.



Çap et” işarəsindən istifadə etməklə göndəriləcək layihənin çap olunması təmin edilir.
Yüklə 43,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə