Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə5/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   2   3   4   5   6   7   8   9   ...   140

__________________________________________ 

15

köməyi ilə Bakıda yeni aerovağzal kompleksi tikilmişdir. Bu ilin 



avqustunda onun açılışı gözlənilir. Bundan əlavə, hava 

uçuşlarını idarəetmə sistemi təkmilləşdirilir, iki uçuş-enmə 

zolağı yenidən qurulmuş, ən müasir siqnal avadanlığı ilə təchiz 

olunmuşdur. 



Prezident Heydər  Əliyev Bakı  Şəhər  İcra Hakimiyyətinin 

pavilyonlarının ekspozisiyası ilə  də tanış oldu. Buradakı 

materiallar Azərbaycan paytaxtının yaxın keçmişdəki 

inkişafından, hazırda xarici şirkətlərin köməyi ilə  şəhərdə 

aparılan intensiv tikinti işlərindən, Bakının gələcək simasından 

bəhs edir. 

Xəzər Dəniz Gəmiçiliyi də özünün inkişafını prezident Heydər 

Əliyevin adı ilə bağlayır. Ekspozisiyadan göründüyü kimi, 

ölkəmizin rəhbərinin səyləri sayəsində  gəmiçilik müasir 

gəmilərələrlə, tankerlər və quru yük daşıyan gəmilərlə  təchiz 

olun-muşdur. Bunlar respublikamıza TRASEKA proqramının 

real-laşdırılmasında fəal iştirak etmək imkanı yaradır. 

Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması 

layihəsini fəal surətdə  və  uğurla həyata keçirən Abşeron 

Regional Su Şirkəti də öz nailiyyətlərini prezident Heydər 

Əliyevin qayğı  və diqqəti ilə  əlaqələndirir. Xatırladaq ki, 

paytaxtımızın su kəmərləri sisteminin böyük bir hissəsi, eləcə də 

sərgidə  təmsil olunmuş bir sıra istehsal sahələri Heydər 

Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaranmışdır. 

Prezident Heydər  Əliyev «Metallurgiya» Dövlət  Şirkətinin, 

«Azəraqrartikinti» Səhmdar Cəmiyyətinin, Rabitə Nazirliyinin, 

Dövlət Baytarlıq Komitəsinin, Dövlət Geologiya və Mineral 

Ehtıyatlar Komitəsinin, müdafiə, gənclər və idman 

nazirliklərinin pavilyonlarına da baxdı. Buradakı ekspozisiyalar 

həmin sahələrə dövlətimizin başçısının çox böyük töhfələrindən 

bəhs edir. 

Prezident Heydər  Əliyev Gənclər və  İdman Nazirliyinin 

pavilyonunda respublikamızın adlı-sanlı idmançıları ilə  səmimi 

gorüşdü, onlara qarşıdakı olimpiya oyunlarında uğurlar 

arzuladı. 


__________________________________________ 

16

 Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin pavilyonu 



prezident Heydər Əliyevdə böyük maraq doğurdu. 

A t a x a n  P a ş a y e v: Cənab prezident! Azərbaycanda 

arxiv işinin qədim tarixi vardır. Arxivlərdə nadir sənədlər və 

qiymətli materialiar, əlyazmaları, məktub və fotolar saxlanılır. 

Dövlət arxivində Azərbaycan tarixini öyrənmək üçün əsas 

mənbələr qorunur və tədqiq olunur. 

Hörmətli prezident, bu sənəd Sizin 1941-ci ildə ilk dəfə  işə 

başlayarkən təqdim etdiyiniz anketin surətidir. Bunu Sizə 

hədiyyə edirəm. 



P o l a d  B ü l b ü l o ğ l u:  Cənab prezident! Bu guşə 

Mədəniyyət Nazirliyinin pavilyonudur. Bu kitabları – «Heydər 

Əliyev və muzeylərimiz», «Prezidentimiz və  mədəniyyətimiz. 

1969-1999» kitablarını Sizə  hədiyyə edirəm. Belə bir faktı da 

vurğulamaq istəyirəm ki, 1969-cu ildə respublikada cəmi 29 

muzey olduğu halda, 1999-cu ildə bu rəqəm 133-ə çatmışdır. 

Bunların sırasında Sizin şəxsi təşəbbüsünüz ilə yaradılmış nadir 

muzeylər – Üzeyir Haciləəyovun, Səməd Vurğunun, Cəlil 

Məmmədquluzadənin, Niyazinin və başqalarının ev-muzeyləri 

vardır. 


Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin sərgidə nümayiş 

etdirilən eksponatları da böyük maraq doğurur. 

Z i y a  M ə m m ə d o v:  Cənab prezident! Son 30 ildə 

Azərbaycan dəmir yolunun inkişafı, maddi-texniki bazasının 

möhkəmləndirilməsi, vaqon, teplovoz və elektrovoz parklarının 

genişləndirilməsi, yeni dəmir yol xətlərinin çəkilməsi, 

stansiyaların tikilməsi, sərnişinlərə xidmətin yaxşılaşdırılması, 

texniki imkanların artırılması sahəsində görülmüş  işlər Sizin 

böyük diqqət və qayğınız, yaxından köməyiniz sayəsində 

mümkün olmuşdur. 



H e y d ə r  Ə l i y e v: Vaxtilə Şəki – Zaqatala istiqamətində 

dəmir yolunun böyük çətinliklə tikilib başa çatdırıldığını 

xatırlayıram. 



__________________________________________ 

17

Z i y a  M ə m m ə d o v:  Şirvan stansiyasının tikintisi 

haqqında məlumat verərək demək istəyirəm ki, bu, vaxtilə 

keçmiş SSRİ-də ən böyük qovşaq stansiyalarından biri idi. 

Cənab prezident, 1970-ci illərin əvvəlində Azərbaycan dəmir 

yolunun elektrikləşdirilməsi və respublikaya lokomotivlərin 

gətirilməsi də  məhz Sizin rəhbərliyiniz altında həyata 

keçirililədir. Dübəndi terminalının tikintisi isə son illərin gözəl 

yadigarıdır. 

Prezident Heydər Əliyev sonra Azərbaycan Dövlət Televiziya 

və Radio Verilişləri Şirkətinin sərgidəki stendi ilə maraqla tanış 

oldu. 

N i z a m i  X u d i y e v: Möhtərəm prezident! Dövlət 

televiziyası  və radiosunun inkişafına göstərdiyiniz daimi 

qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. 

Naxçıvan Muxtar Respublikasının sərgidəki stendində 

göstərilən fotoşəkillər tarixi əhəmiyyəti baxımından böyük 

maraq doğurur. Heydər  Əliyevin 1990-cı illərin  əvvəllərində 

Naxçıvanda çox çətin  şəraitdə yaşayilə  işlədiyi dövr bu şəkil-

lərdə öz əksini tapmışdır. Həmin  şəkillərdən birinin qarşısında 

ayaq saxlayan və ona maraqla tamaşa edən prezident xatirələrini 

yada saldı. 



H e y d ə r  Ə l i y e v: Bax, bu çox qəribə bir şəkildir. Bu, 

mənim doğulduğum, Moskvadan qayıtdıqdan sonra Naxçıvanda 

yaşadığım evdir. 

Dağlıq Qarabağa dair stendlər toplanmışdır. 

H e y d ə r  Ə l i y e v: Mən bilirəm ki, həmin illər Dağlıq 

Qarabağda görülən işlər respublikamızın başqa bölgələrində 

görülən işlərdən artıq olubdur. Biz Dağlıq Qarabağa daim daha 

çox diqqət göstərirdik ki, o, muxtar vilayətdir. Ermənilər həmişə 

bəhanə axtarırdılar ki, guya biz orada ayrı-seçkilik edirik, 

azərbaycanlılara yaxşı, guya ermənilərə pis baxırıq. Ona görə də 

biz Dağlıq Qarabağa daha da çox vəsait gondərirdik, onun 

inkişafını  təmin edirdik. Beləliklə, biz Azərbaycanın vahid 

birliyini saxlayırdıq. 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə