Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə14/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   10   11   12   13   14   15   16   17   ...   140

__________________________________________ 

50

çalışdıq və bunu davam etdirdik. Bundan əlavə, həm də 



sıralarımızı genişləndirməyə başladıq. Beləliklə  də Böyük 

Britaniyanı,  İrlandiyanı, Danimarkanı buraya əlavə etdik. 

Bundan sonra növbəti mərhələ kimi yollarımızda olan 

əlaqələrimizi bir-birinə birləşdirdik, ilk birgə bazar yaratdıq, 

valyutalarımızı birləşdirdik. Artıq franka da, markaya da yer 

yoxdur. Yalnız bir valyuta – yevro olacaqdır. 

Cənab prezident, əlbəttə, mən bununla demək istəyirəm ki, 

hələ  də özümüzün bütün məsələlərimizi həll etməmişik. Adını 

çəkdiyim dövlətlər, bir-biri ilə birləşən dövlətlər arasında fərqlər 

mövcuddur və bu da ondan doğur ki, biz çalışırıq hər bir 

ölkənin, hər bir xalqın öz tarixini, ənənələrini, qayda-

qanunlarını, özünün mənliyini ayrıca saxlayaq və bunlara 

hörmət edək. Əlbəttə, bizim bu prosesimiz davam edir. Avropa 

hələ mən dediyim bütün ölkələrin hamısının birləşməsi deyildir. 

Özünüz bilirsiniz ki, burada başqa ölkələr də vardır. Elə bizim 

mərhum prezident Şarl de Qollun dediyi kimi, biz Avropa 

deyəndə Avropa qitəsində olan bütün ölkələr nəzərə alınmalıdır. 

Cənab prezident, beləliklə, mən Azərbaycan Milli Məclisinin 

sədrinə, Gürcüstan parlamentinin sədrinə, Ermənistan 

parlamentinin sədrinə belə bir təklif edirəm ki, bəlkə mənim indi 

dediyim təcrübədən istifadə edərək biz bir yerə  yığışıb 

səmimilik, dostluq şəraitində, anlaşma  şəraitində söhbət edək. 

Təklifim də odur ki, bizim Avropada yaratdığımız bu dövlətlər 

birliyi, birgə bazar kimi bir şeyi Cənubi Qafqazda, bu üç ölkənin 

nümunəsində də yaradaq. 

Cənab prezident, əlbəttə, bilirik ki, Siz də, Sizin ölkə  də 

çoxlu sınaqlardan keçmişdir. Məsələ burasındadır ki, mən 

dediyim cəmiyyəti qurmaq, - tutaq ki, Avropanı qurmağın özü 

də - asan deyil və heç də asan olmamışdır. Özünüz bilirsiniz ki, 

bu birləşən dövlətlər arasında müxtəlif və mühüm fərqlər 

olmuşdur. Onların müəyyən ictimai, maddi vəziyyətləri 



__________________________________________ 

51

eyni səviyyədə olmayıbdır. Başqa xüsusiyyətləri də bir-birindən 



fərqlənir və bizim əsas fikrimiz ondan doğur ki, belə bir 

vəziyyət  əmələ  gəlsəydi, varlı, zəngin dövlətlərlə kasıb 

dövlətlərin qonşuluğu istəsək də, istəməsək də həmişə müəyyən 

toqquşmalara, müəyyən arzuolunmaz hadisələrə  gətirib 

çıxaracaqdı. 

Cənab prezident, biz fikir ləşirik ki, təklif etdiyimiz belə bir 

təşkilatlanma, belə bir əməkdaşlıq,  əlbəttə, burada da mümkün 

ola bilər və bu, Cənubi Qafqazda iqtisadi, ictimai inkişafa səbəb 

olar, bir tərəfdən də Avropanın qurulmasının tamamlanmasına 

öz töhfəsini verərdi. Axı hamımız bu gün görürük ki, 

Amerikada, Asiyada belə proseslər davam edir. Nə üçün Avropa 

onlardan geri qalsın, bu proses onlardan daha tez başa çatmasın? 

Cənab prezident, Siz çox haqlı olaraq qeyd etdiniz ki, bizim 

ölkələrimiz arasında  əlaqələr çox vacib və  əhəmiyyətlidir. Bu 

ölkələrin arasında belə  əlaqələrin yaranmasında,  əlbəttə, Sizin 

özünüzün böyük rolunuz olmuşdur, böyük fəaliyyətiniz 

olmuşdur və elə bunun özü də Avropanın qurulmasının bir 

mərhələsidir. Belə bir dəstək üçün, Avropa ilə belə  əlaqələrin 

yaradılması üçün mən Sizə minnətdarlığımı bildirirəm. Biz elə 

düşünürük ki, bütün sınaqlardan keçəcəyik və qarşımıza 

qoyduğumuz vəzifələri ləyaqətlə yerinə yetirəcəyik. 

Cənab prezident, mənim Sizə demək istədiyim təklifin 

mahiyyəti bu idi. Diqqətinizə görə Sizə minnətdarlığımı 

bildirirəm. 



H e y d ə r  Ə l i y e v: Cənab prezident, təşəkkür edirəm. 

Azərbaycan haqqında, Azərbaycana ziyarətiniz haqqında və 

Aərbaycan müstəqillik  əldə edəndən sonra ölkəmizdə gedən 

proseslər  haqqında  yüksək  qiymətverici fikir lərinizə görə 

təşəkkür edirəm. 

Mən çox şadam ki, cənab prezident, siz Fransada, 

Azərbaycanın dövlət müstəqilliyini əldə edəndən sonra keçdiyi 

  



__________________________________________ 

52

yolu və  çətinlikləri, eyni zamanda əldə etdiyi nailiyyətləri 



bilirsiniz və bu gün öz çıxışınızda bunları müsbət 

qiymətləndirdiniz. Həqiqətən də Azərbaycan dövlət 

müstəqilliyini  əldə edəndən sonra birinci – öz müstəqilliyini 

möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə gedir. Bununla 

bərabər Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət 

qurmaq prosesini həyata keçirir və Azərbaycanı açıq, azad, 

demokratik ölkə kimi yaratmaq istəyir, dünyaya tanıtmaq istəyir 

və dünya birliyində Azərbaycanın daha da görkəmli yer 

tutmasını görmək istəyir. 

Bu yol bizim üçün heç də asan olmayıbdır. Biz çox 

çətinliklərlə rastlaşmışıq. Bizə ayrı-ayrı ölkələr tərəfindən 

təzyiqlər olubdur. Bizim daxilimizdə çox çətinliklər olubdur. Bir 

neçə il Azərbaycanın daxilində ictimai-siyasi sabitlik 

pozulubdur.  İqtisadiyyat bir neçə il geriyə gedibdir, dağılıbdır, 

tənəzzül edibdir. Ancaq məmnuniyyətlə deyə bilərəm ki, biz 

bunların hamısını ötüb keçmişik. Artıq Azərbaycanın dövlət 

müstəqilliyi möhkəmdir, biz bu müstəqilliyi qoruyub saxlayırıq 

və saxlayacağıq. Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi 

təmin etmişik və bundan sonra da bu sabitlik Azərbaycan 

xalqının rahat yaşaması üçün, inkişafı üçün əsas şərt olacaqdır. 

İqtisadiyyatımızı inkişaf etdirmək üçün, vətəndaşlarımızın 

sosial vəziyyətini yüksəltmək və  təmin etmək üçün biz yeganə 

yol – bazar iqtisadiyyatı yolunu seçmişik. Biz bu yol ilə gedırik, 

iqtisadiyyatda liberallaşmanı çox geniş aparmışıq, özəlləşdirmə 

proqramı  həyata keçiririk, torpaq islahatı  həyata keçiririk və 

artıq bunların da müsbət nəticəsini görürük. 

Amma bilirsiniz ki, bu da bizim üçün asan deyildir. Çünki 

iqtisadiyyatda çox böyük dəyişikliklər, keçmiş iqtisadi 

sistemdən imtina, yeni iqtisadi sistem yaratmaq - bunlar 

şübhəsiz ki, bizim əhalinin həyat tərzini çətinləşdiribdir. Ancaq 

bunlara baxmayaraq hesab edirik ki, bunlar xırda bir çətinlikdən 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə