Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə2/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   2   3   4   5   6   7   8   9   ...   140

__________________________________________ 

6

daha çox iş görməyə sövq edən, sabahkı günə nikbinlik və inam 



təlqin edən Heydər  Əliyev ilə görüşdən insanların necə böyük 

sevinc duyduqlarını görməmək mümkün deyildir. Heydər 

Əliyevin Moskvada Sovet İttifaqının rəhbərlərindən biri olduğu 

dövrə aid fotoşəkillərdə də bu əhval-ruhiyyə duyulur. 

1988-ci il. Stenddə «Həyəcanlı günlər» adlı  cəmi bir böyük 

fotoşəkil asılmışdır. Burada Bakının baş meydanında mitinqə 

toplaşmış  nəhəng izdiham təsvir edilmişdir.  İnsanların 

simasından onların  əhval-ruhiyyəsi aşkar sezilir – Azərbaycan 

torpağına sevinc qayıtmasına hələ çox var. 

1990-cı ilə aid fotoşəkillər isə Heydər  Əliyevin Naxçıvanda 

işlədiyi dövrdən, habelə deputat kimi fəallyyətindən bəhs edir. 

Bunlardan birində Heydər  Əliyev iclas salonunda təsvir 

olunmuşdur. Hərc-mərcliyə düçar olmuş ölkənin vəziyyəti üçün 

keçirdiyi ürək ağrısı onun gözlərindən oxunsa da, xalqımızı son 

dərəcə  ağır vəziyyətdən çıxarmaq, ayağa qaldırmaq arzusu 

zəifləməmişdir. Dövlətimizin başçısı bu fotoşəklin yanında 

dayanaraq dedi: «Bir baxın, nə sağımda, nə də solumda heç kim 

yoxdur». 

Heydər  Əliyev həmin dövrdə  də ölkəmizin işıqlı  gələcəyi 

uğrunda fəaliyyətini davam etdirirdi. 1991-1992-ci illəri  əks 

etdirən, Naxçıvan  əməkçilərı ilə, muxtar respublikanın 

qonaqları, o cümlədən Türkiyənin o vaxtkı Baş naziri Süleyman 

Dəmirəl ilə görüşlərdən bəhs edən şəkillər buna sübutdur. 

Budur, 1993-cü il. Ölkəni və xalqı ağır vəziyyətə salan AXC-

Müsavat iqtidarının səriştəsizliyindən təngə  gələn xalq Heydər 

Əliyevi təkidlə hakimiyyətə dəvət etdi, prezident seçdi. O günlərə 

aid fotoşəkillərdə prezidentin andiçmə  mərasimi xüsusi yer 

tutur. O, dövlət başçısı kimi andına sadiq qalaraq öz vədlərini 

əməli surətdə yerinə yetirir, Azərbaycanın dövlət müstəqilliyini 

möhkəmləndirir, ölkəmizin dünya birliyinə qovuşması üçün fəal 

tədbirlər görür. Prezidentin Amerika Birləşmiş Ştatları, Fransa, 

Böyük Britaniya, Norveç, Almaniya, Rusiya, İtaliya,  


__________________________________________ 

7

Türkiyə, Pakistan, Səudiyyə  Ərəbistanı, Yaponiya, İsrail, 



Rumıniya, Moldova, Misir, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, 

Türkmənistan və digər dövlətlərin başçıları, beynəlxalq 

təşkilatların rəhbərləri ilə görüşlərindən, habelə yüksək 

səviyyədə beynəlxalq tədbirlərdə  iştirakından bəhs edən 

fotoşəkillər çox təsirlidir. 

Eksponatlara baxdıqca bir daha yəqin edirsən ki, prezident 

Heydər  Əliyevin inamlı  və uzaqgörən daxili və xarici siyasəti 

nəinki respublikada ictimai-siyasi vəziyyətin sabitləşməsinə, 

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, həm 

də ölkənin sosial-iqtisadi dirçəliş yolu ilə inamla addımlamasına 

səbəb olmuşdur. Respublikanın ayrı-ayrı nazirliklərinin, komitə, 

şirkət, baş idarə  və müəssisələrinin stendlərində prezident 

Heydər  Əliyevin görkəmli xidmətlərindən dolğun  şəkildə  bəhs 

edilir. 

Sərgidə Xarici İşlər Nazirliyinin stendi xüsusi yer tutur. 

Buradakı eksponatlar dövlətimizin başçısı Heydər  Əliyevin 

müdrik xarici siyasətinin mərhələlərini ətraflı işıqlandırır. 

Azərbaycan Dövlət Neft Şirkətinin ekspozisiyası 

respublikanın başçısı Heydər  Əliyevin uzaqgörənliyini  əks 

etdirir. Stendə baxdıqda bir daha yəqin edirsən ki, neft 

sənayemizin indiki və  gələcək inkişafı üçün bünövrəni 

respublikamız hələ Sovet İttifaqının tərkibində olarkən məhz bu 

qüdrətli şəxsiyyət qoymuşdur. Məhz onun rəhbərliyi ilə dənizdə 

neft hasilatı sürətlə inkişaf yoluna istiqamətlənmişdir. 

Fotoşəkillər və  sənədlər Xəzərin Azərbaycan sektorundakı 

yataqların birgə işlənilməsi üçün dünyanın aparıcı neft şirkətləri 

ilə ARDNŞ arasında 20 tarixi müqavilə imzalanmasından, 

nəinki neft sənayemizin inkişafına, həm də bütün ölkənin 

tərəqqisinə təkan verəcək ixrac boru kəmərləri yaradılmasından 

bəhs edir və  aşkar  şəkildə göstərir ki, bütün bunlar xalqımızın 

müdrik rəhbəri prezident Heydər  Əliyevin fəaliyyətinin 

bilavasitə bəhrəsidir. 

  


__________________________________________ 

8

Ötən illərin  şəkillərində Heydər  Əliyevin Neft Daşlarına 



səfərləri, bizim günlərdə  çəkilmiş fotolarda isə onun «Çıraq-l» 

platformasının istifadəyə verilməsində  iştirakı öz ifadəsini 

tapmışdır. Bu platforma bir vaxtlar Heydər  Əliyevin təşəbbüsü 

ilə inşa edilmiş  Dərin dəniz özülləri zavodunda yenidən 

qurularaq istifadəyə verilmişdir. 

X o ş b ə x t  Y u s i f z a d ə: Hörmətli cənab prezident, Siz, 

Azərbaycana rəhbərlik etməyə başladıqda birinci növbədə neft 

sənayesinin vəziyyəti ilə dərindən tanış oldunuz! Necə deyərlər, 

problemlərimizin, geri qalmağımızın səbəblərinin nəbzini 

tutdunuz. 

1993-cü ildə, siz ikinci dəfə respublikaya rəhbərliyə 

başlayandan sonra neft sənayesinin işi ilə yenə maraqlandınız. 

Tez bir zamanda – 1994-cü il sentyabrın 20-də  «Əsrin 

müqaviləsi» deyilən müqavilə imzalandı. Bu müqavilənin 

bağlanması xarici şirkətlərin Bakıya axınını bir neçə dəfə artırdı. 

Elə bunun nəticəsidir ki, ondan sonra Sizin rəhbərliyiniz altında 

imzalanmış  və  sərmayə qoyuluşu 20 milyard dollar olan 20 

müqavilənin başlanğıcını «Əsrin müqaviləsi» qoydu. 

İş belə gətirdi ki, bu gün haqqında danışdığımız «Şahdəniz» 

yatağının da, necə deyərlər, taleyi yenə Sizinlə bağlıdır. 

Prezidentimiz öz çıxışında dedi ki, baxmayaraq, Azərbaycan 

geoloqları, geofızikləri iyirmi ildir bu yatağın perspektivinə 

inanırdılar, orada iş görürdülər, amma ortada bir şey yox idi. 

Yadımdadır, deyəsən, 1996-cı ilin may ayı idi. Cənab prezident, 

Siz bizim hamımızı  yığdınız, bizi dinlədiniz. Sonra qətiyyətlə 

qərara gəldiniz ki, biz Azərbaycanı qazla mütləq təmin 

etməkdən ötrü «Şahdəniz» yatağını hökmən xaricilərlə birlikdə 

işlətməliyik. Hazırda «Şahdəniz» yatağında 1 trilyon 

kubmetrdən çox qaz ehtiyatı var. 

Mən demək istədim ki, bugünkü bu naillyyətlər təkcə bu 

günün, dünənin işi deyildir. Bu nailiyyətləri əldə etməkdən ötrü 

çox böyük işlər görülübdür. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə