Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə3/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   2   3   4   5   6   7   8   9   ...   140

__________________________________________ 

9

H e y d ə r  Ə l i y e v: Sənin dediklərinin hamısı düzdür. 

Sirkətdə çalışanların  əksəriyyəti bir-iki ildir ki, burada işləyir. 

Sən isə bu işdə canını qoymusan, həyatının 50 ilini dənizdə neft 

çıxarılmasına həsr etmisən. Ona görə  də  sənin dediklərinin 

hamısı doğrudur və  mənim  şübhəm yoxdur ki, bunların hamısı 

olacaqdır. Bu stendi də çox yaxşı düzəltmisiniz. Mən bunu 

dünənki müzakirəmizin nəticəsi hesab edirəm. Sağ olun. 



İqtisadiyyat Nazirliyinin pavilyonu sovet dövründə  və 

Azərbaycanın müstəqilliyi şəraitində ölkənin iqtisadi inkişafında 

respublikanın başçısı Heydər  Əliyevin dəyərli xidmətlərinə 

xüsusilə bariz misaldır. Burada təqdim edilən diaqramlar, 

iqtisadiyyat naziri Namiq Nəsrullayevin  şərhləri Azərbaycanın 

1969-1982-ci illərdə artım sürətinə görə İttifaq iqtisadiyyatının 

səviyyəsini nə dərəcədə qabaqladığını əyani surətdə göstərir. 

N a m i q  N ə s r u l l a y e v: 1969-cu ildə, Heydər Əliyevin 

respublika rəhbərliyinə 

gəldiyi dövrdə Azərbaycan 

iqtisadiyyatının artım sürəti cəmi 2 faiz təşkil edirdisə, artıq 

1970-ci ildə bu göstərici İttifaq səviyyəsinə çataraq 9 faiz olmuş

1975-ci ildə isə  İttifaq səviyyəsini ötüb keçmişdi. 1980-ci ilin 

göstəriciləri daha təsirli olmuşdur. Həmin ildə İttifaq üzrə artım 

cəmi 3,5 faiz olduğu halda, respublika üzrə 9 faiz təşkil etmişdir. 

1993-cü ildə Heydər  Əliyev Azərbaycanın rəhbərliyinə 

qayıtdıqdan sonra ölkə iqtisadiyyatının dirçəlişi yenidən 

başlanmışdır. Artım sürəti 1996-cı ildəki 1,3 faizdən 1998-ci 

ildə 10 faizədək yüksəlmişdir. İqtisadçıların proqnozlarına görə, 

10 faizlik artım səviyyəsi daha dörd il davam edəcək, 2003-cü 

ildə isə 12 faiz həddinə çatacaqdır. Bu artımda sərmayələr 

böyük rol oynayacaqdır. Sərmayələr 1994-cü ildəki 150 milyon 

dollardan artıb cari ildə 1,646 milyard dollar səviyyəsinə 

qalxacaq və 2003-cü ildə 2,5 milyard dollar təşkil edəcəkdir. 

Qeyri-neft sektoruna qoyulacaq sərmayələrin payı artacaqdır. 

 



__________________________________________ 

10

Cənab prezident, biz 1969-1982-ci illərdə iqtisadiyyatın 



problemlərinin həlli yolları barədə Sizin imzaladığınız bütün 

sənədləri saxlamışıq. Bu sənədlər Sizin hələ o dövrdə böyük bir 

islahatçı şəxsiyyət olduğunuzu əyani şəkildə nümayiş etdirir. 

Möhtərəm prezident, 1993-cü il iyunun 15-də Azərbaycan 

Ali Sovetinin sədri seçilərkən Sizin söylədiyiniz «Siyasətdə  və 

iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan 

haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı 

prinsipləri bərqərar olmalıdır» fıkri ölkəmizin strateji inkişaf 

yollarını müəyyənləşdirmişdir. Sizin rəhbərliyinizlə  həyata 

keçirilən iqtisadi islahatlar modeli məhz bu prinsiplər  əsasında 

hazırlanmışdır. 

Cənab prezident, mən bu yaxınlarda iqtisadiyyat nazirlərinin 

Polşada keçirilən toplantısında iştirak etmişəm. Polşada iqtisadi 

islahatlar modelinin müəllifi Baş nazirin birinci müavinidir. Siz 

onu yaxşı tanıyırsınız. O mənimlə iki saata yaxın söhbət etdi. 

Dedi ki, Polşada iqtisadi islahatlar modelini alimlər 

hazırlayırlarsa, Azərbaycanda iqtisadi islahatlar modelinin 

müəllifi prezident Heydər Əliyevdir. Mən Tanrıdan arzu edirəm 

ki, bu şansı bizə illərlə nəsib etsin. 

Heydər Əliyev: Olacaqdır, narahat olmayın. 

Dövlət başçısı Azərbaycanda təhsilin inkişafından bəhs edən 

eksponatlarla tanış oldu. 

Heydər Əliyev: Mən bunların hamısını bilirəm. Lazımdır ki, 

bunlar unudulmasın. 1988-ci ildə Azərbaycanı dağıtmağa 

başladılar. Bir tərəfdən Moskva, digər tərəfdən Ermənistanın 

təcavüzü, başqa bir tərəfdən isə respublikanın içindən 

Azərbaycanı dağıdırdılar. Azərbaycanı dağıtmaq üçün ən böyük 

imkan o idi ki, «indiyə qədər olanları, Heydər Əliyevin gördüyü 

işləri inkar et». Yerdə nə qaldı? Yerdə boşluq qaldı. 

Misir Mərdanov: Sizin fıkrinizlə tam şərikəm, cənab 

prezident. Sizin gördüyünüz işlərə heç kəs qara yaxa bilməz, 

faktlar göz qabağındadır. 

  



__________________________________________ 

11

Heydər  Əliyev:  Əlbəttə ki, mümkün olmadı. Amma illər 

mənim üçün, xalqımız üçün nə  qədər ağır illər oldu. 

Respublikamızın prezidenti sonra «Azərkinovideo»  İstehsalat 

Birliyinin stendlərinə baxdı. Oqtay Mirqasımov: Azərbaycan 

kinosunun inkişafında Sizin böyük xidmətləriniz var, cənab 

prezident. Ötən 101 ildə 1613 film çəkilibdir. Məhz Sizin 

yaxından köməyiniz, diqqət və qayğınız sayəsində təkcə son 30 

ildə 1100 film yaradılıbdır. Möhtərəm prezident, biz «Dədə 

Qorqud» filminin kassetlərini yubiley üçün hazırlamışıq.  İcazə 

verin, onun birinci nüsxəsini Sizə təqdim edim. 

Hədiyyəni məmnunluqla qəbul edən dövlətimizin başçısı 

kino işçilərinə gələcək işlərində uğurlar arzuladı. 

Səhiyyə nazirliyinin stendləri də  sərgidə mühüm yer tutur. 

Azərbaycan səhiyyəsinin inkişafında da ölkəmizin rəhbəri 

Heydər Əliyevin böyük xidmətləri vardır. 



Əli  İnsanov: Son illər Azərbaycan səhiyyəsi uğurlu 

nailiyyətlər  əldə etmişdir. Məlumat verim ki, respublikamızda 

istehsal olunan yüzdən artıq adda dərman preparatı yaxın 

gələcəkdə dünyanın hər yerində satılacaqdır. Biz poliomielitə 

qarşı hazırladığımız preparata görə sertifikat almışıq, bir sıra 

digər nailiyyətlərimiz də vardır. 

Yusif Novruzov: Cənab prezident, «Azəravtoyol» Dövlət 

Şirkətinin pavilyonu Sizin Azərbaycanda avtomobil yolları 

tikintisinə böyük qayğmızdan söhbət açır. Məhz bu qayğı  və 

diqqət sayəsində Azərbaycan Böyük İpək yolunun bərpasına 

dair TRASEKA proqramının reallaşdırılmasında geniş  iştirak 

edir. Prezident Heydər 

Əliyev həmin layihənin 

təşəbbüsçülərindən biridir. Pavilyonda Sizin rəhbərliyiniz 

sayəsində  çəkilmiş avtomobil yolları haqqında məlumat verilir. 

Bəlli olur ki, respublikamızda asfalt-beton örtüklü magistral 

yolların uzunluğu 1969-cu ildəki 250 kilometrdən indi 754 

kilometrə çatmışdır, Bakıdan Gürcüstan sərhədinədək olan 

avtomobil yolunun 

 

 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə