Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə6/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   2   3   4   5   6   7   8   9   ...   140

__________________________________________ 

18

Prezident Heydər  Əliyev Cıdır düzünü və  Şuşada Molla 



Pənah Vaqifin məqbərəsinin açılış  mərasimini  əks etdirən 

şəkillərə də maraqla tamaşa etdi. 

Gəncə 1970-1980-ci illərdə respublikamızın rəhbəri Heydər 

Əliyevin yaxından köməyi ilə öz simasını tamamilə  dəyişmiş, 

iqtisadi və  mədəni yüksəlişə nail olmuşdur. Respublikamızın 

prezidenti Gəncənin inkişaf dinamikasını  əks etdirən  şəkillərlə 

yaxından tanış oldu. 

Sumqayıt Heydər  Əliyevin Azərbaycana rəhbərlik etdiyi 

dövrdə ölkəmizin sənaye  şəhərləri arasında özünəməxsus yer 

tutmuşdur. Bu ilin noyabr ayında  şəhərin 50 illiyi tamam 

olacaqdır. Dövlətimizin başçısı  həmin yubileydə mütləq iştirak 

edəcəyini bildirdi. 

O l q a  İ s l a m o v a (Sumqayıt şəhər tarix və diyarşünaslıq 

muzeyinin direktoru): Cənab prezident, Sumqayıt  əsl inkişafa 

məhz Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər  ərzində nail 

olmuşdur və bu, Sizin adınızla bağlıdır. Siz Sumqayıta həmişə 

böyük diqqət və qayğı göstərmisiniz. Bütün bunlara görə biz 

Sizə daim minnətdarıq. 

Dövlətimizin başçısı Naftalan, Şəki, Mingəçevir, Yevlax, 

Lənkəran  şəhərlərinin və bir sıra rayonların stendlərinə  də 

maraqla tamaşa etdi. 

Ş a m a m a  H ə s ə n o v a (Hazırda Sumqayıt şəhərində 

fəaliyyət göstərən Qubadlı orta məktəbinin direktoru): Hörmətli 

cənab prezident, Siz xalqımızın Dədə Qorqud yadigarı, müdrik 

rəhbərimizsiniz. Bütün qubadlılılar Sizin sağlamlığınız naminə 

qurbanlar kəsib  şəhid ailələrinə, kimsəsizlərə payladılar. Siz 

xalqımızın ümid çırağısınız. Arzu edirik ki, işğal olunmuş 

torpaqlarımız Sizin liderliyiniz altında azad edilsin və biz həmin 

torpaqları yenə də gülüstana çevirək. 

H e y d ə r  Ə l i y e v: İnşaallah, işğal olunmuş torpaqları 

azad edəcəyik, siz də gedilə öz evinizdə yaşayacaqsınız. 




__________________________________________ 

19

Sonra prezident Heydər  Əliyev Qubadlı rayonunun 



nümavəndələri ilə xatirə şəkli çəkdirdi. 

Sərgi ilə tanışlıq respublikamızın rəhbəri Heydər  Əliyevin 

vətən, xalq, dövlət qarşısında misilsiz tarixi xidmətlərinin əyani 

nümayişinə çevrildi. 


__________________________________________ 

20

 



 

 

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANIN  



SİYASİ RƏHBƏRLİYİNƏ GƏLMƏSİNİN  

30 İLLİYİNƏ (1969-1999-cu illər)  

HƏSR OLUNMUŞ MUSİQİLİ BƏDİİ GECƏ 

QURTARDIQDAN SONRA  

İNCƏSƏNƏT USTALARI İLƏ GÖRÜŞÜ 

 

Respublika sarayı 



 

13 iyul 1999-cu il 

 

H e y d ə r Ə l i y e v: Mən ailə üzvlərimlə Sizin hamınıza 

uğurlu çıxışlarınıza görə təşəkkür edirəm. 

Çox sağ olun. Azərbaycanın incəsənət xadimləri, musiqi 

ustaları, mədəniyyət xadimləri 30 il Azərbaycana sədaqətlə 

xidmət etmişlər və Azərbaycan mədəniyyətini, Azərbaycan 

incəsənətini yüksəklərə qaldırmışlar. 

Siz bugünkü konsertdə  bəzi məqamları göstərdiniz. Ancaq 

eyni zamanda onu da göstərdiniz ki, Azərbaycanın incəsənəti, 

mədəniyyəti indi çox yüksəkdədir və Azərbaycan xalqını, 

müstəqil Azərbaycanı dünya miqyasında tanıdırlar. Sağ olun. 

Sizə  təşəkkür edirəm. Gələcək yaradıcılıq işlərinizdə sizə 

uğurlar diləyirəm. Hamınıza sağ olun deyirəm. 

  



__________________________________________ 

21

 



 

 

FRANSANIN MİLLİ BAYRAMI –  



BASTİLİYANIN ALINMASI GÜNÜ  

MÜNASİBƏTİLƏ FRANSANIN 

AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN  

TƏŞKİL ETDİYİ RƏSMİ QƏBULDA NİTQ 

 

«Hyatt-Recensi-Naxçıvan» mehmanxanası 



 

14 iyul 1999-cu il 

 

Hörmətli cənab səfir! 



Xanımlar və cənablar! 

Sizi Fransanın 14 iyul milli bayramı – Bastiliyanın alınması 

günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza xoşbəxtlik, 

səadət arzulayıram. 

Fransa inqilabı – Bastiliyanın alınması  təkcə Fransa üçün 

yox, bütün bəşəriyyət üçün bir dönüş nöqtəsi oldu. Fransa 

inqilabının irəli sürdüyü prinsiplər – demokratiya, insan haqları, 

qanunun aliliyi prinsipləri o vaxtdan başlayaraq dünyanın bir 

çox ölkələrində özünə yer tapdı  və beləliklə, demokratiyanın 

inkişafı başlandı. Bu gün 14 iyul gününü qeyd edərək biz də 

Azərbaycanda demokratiyanın, insan haqlarının yaranması üçün 

bu inqilabın böyük əhəmiyyətini qiymətləndiririk və o vaxt bu 

təşəbbüslə irəli çıxmış insanlara təşəkkurümüzü bildiririk.  

Azərbaycan gənc müstəqil dövlətdir və müstəqil dövlət kimi 

öz dövlət quruculuğunun prinsiplərini məhz demokraya, insan 

hüquqları, azadlıq, dünyəvi və hüquqi dövlət yaratmaq 

prinsipləri  əsasında qurur. Biz Fransanın Bastiliya günündən 

sonra keçdiyi yola diqqət edirik, o təcrübədən  




__________________________________________ 

22

bəhrələnməyə çalışırıq və öz ölkəmizdə bütün müsbət 



təcrübələri, o cümlədən Fransanın təcrübəsini tətbiq etməyə 

çalışırıq. 

Fransa böyük tarixə, zəngin mədəniyyətə malik olan ölkədir. 

Fransa bu gün dünyanın qüdrətli və inkişaf etmiş dövlətlərindən 

biridir və beynəlxalq siyasətdə onun özünəməxsus yeri var. Biz 

Fransa ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Bu gün mən 

Azərbaycanın gənc müstəqillik illərində – 1993-cü ilin dekabr 

ayında Fransaya ilk rəsmi səfərimi xatırlayıram. O vaxtdan ötən 

illərdə Azərbaycan ilə Fransa arasında  əlaqələr,  əməkdaşlıq 

genişlənilə  və indi bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. 

Fransanın böyük neft şirkətləri «Elf Agiten», «Total» 

Azərbaycanın Xəzər dənizindəki sektorunda zəngin neft, qaz 

yataqlarının müştərək işlənilməsində  iştirak edirlər. Fransanın 

bir çox başqa şirkətləri də Azərbaycanda özlərinə yer aliləlar və 

ölkəmizlə iqtisadi əməkdaşlıq edirlər. Biz bu əməkdaşlığı 

bundan sonra da genişləndirəcəyik. Ancaq Fransa-Azərbaycan 

əlaqələrində ən çox əhəmiyyət kəsb edən odur ki, Fransa 1997-

ci ilin əvvəlindən Ermənistan-Azərbaycan münaqişəsinin sülh 

yolu ilə  həll olunması üçün yaranmış Minsk qrupunun 

həmsədrlərindən biridir. 

Son illərdə biz Ermənistan-Azərbaycan münaqişəsini sülh 

yolu ilə  həll etmək məsələlərini Fransa ilə  dəfələrlə müzakirə 

etmişik və bu gün məmnuniyyətlə qeyd edə bilərəm ki, 

Fransanın prezidenti cənab Jak Şirak bu məsələlərə  şəxsən 

münasibət göstərir və böyük səylər qoyur. Bu ilin aprel ayında 

Vaşinqtonda prezident Jak Şirakla görüşüm və danışıqlarım 

əsasən bu məsələ, yəni Ermənistan-Azərbaycan münaqişəsinin 

həll edilməsi məsələsi ətrafında oldu və biz çox əhəmiyyətli fikir  

mübadiləsi apardıq. Çox məmnunam ki, prezident cənab Jak 

Şirakla mənim aramda səmimi dostluq əlaqələri yaranıb və 

ümidvaram ki, bu dostluq əlaqələri, bizim gələcək görüşlərimiz 

Azərbaycanın əsas 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə