Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə8/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   4   5   6   7   8   9   10   11   ...   140

__________________________________________ 

27

görüşdə  iştirak edən yəhudi təşkilatları – Amerika Yəhudi 



Komitəsi və sovet yəhudiləri ilə iş üzrə Milli Konfrans Təşkilatı 

Vaşinqtonda çox möhkəm çalışırıq ki, Azərbaycanı dəstəkləyək. 

Əlbəttə, biz ölkənizin düşdüyü vəziyyəti və bir milyon qaçqının 

vəziyyətini çox yaxşı anlayırıq. Biz bu dəfə Azərbaycanda 

olarkən onları da görə bilmişik. 

Yəhudilər özləri tarix boyu bir çox hallarda qaçqın olmuşlar. 

Ona görə  də onlar bu vəziyyəti hamıdan yaxşı  dərk edirlər və 

əhalinin bu təbəqəsinə böyük rəğbətlə yanaşırlar. Bütün bunların 

hamısından  əlavə, biz Sizin göstərdiyiniz səylərə öz töhfəmizi 

verməyə çalışırıq. Biz çalışırıq ki, Ermənistan ilə Azərbaycan 

arasında sülh olsun. 

Hazırda biz Cənubi Qafqazın hər üç ölkəsinə səfərimizi başa 

çatdırmaq üzrəyik. Biz müşahidələr aparmışıq, vəziyyətlə 

müəyyən qədər tanış olmuşuq. Aydındır ki, bu regionda inkişaf 

yalnız sülh bərqərar ediləndən sonra mümkündür. Bizim 

Azərbaycandan başqa, digər iki ölkədə  də apardığımız 

müşahidələr haqqında fikir lərimiz vardır. 

  

 



 

  



__________________________________________ 

28

 



 

 

SSRİ XALQ ARTİSTİ  



MAHMUD ESEMBAYEVƏ 

 

Çox hörmətli Mahmud Esembayev! 



Sizi, müasir incəsənətin görkəmli xadimini 75 illik 

yubileyiniz münasibətilə təbrik edir, Sizə xoşbəxtlik, cansağlığı 

və əmin-amanlıq arzulayıram. 

Qədim Qafqazın Sizin yaradıcılığınızda kamillik dərəcəsinə 

çatdırılmış gözəl rəqs nümunələri XX əsrdə ümumdünya 

mədəniyyətində hadisəyə çevrilə bilmişdir. Müxtəlif xalqların 

rəqs sənətinin sirlərinə  dərindən nüfuz etməyiniz Sizə elə bir 

ifaçılıq səviyyəsinə nail olmağa imkan vermişdir ki, bu zaman 

rəqsin plastikası milli və dünya inkişaf meyllərini özündə  əks 

etdirir, mədəniyyətlərin yaxınlaşmasına və qarşılıqlı 

zənginləşməsinə kömək edir. 

Virtuozluq və cilalanmış texnika ilə, rəqsin üslub və 

xarakterini parlaq və  təsirli  şəkildə ifadə etmək bacarığı ilə 

birləşən fitri istedadınız Sizə misilsiz şedevrlər yaratmağa imkan 

vermişdir. Doğma xalqınıza sonsuz məhəbbət, milh ənənələrə 

sədaqət, tükənməz  əməksevərlik və incəsənətin yüksək 

ideallarına uzun illər xidmətiniz böyüməkdə olan nəsillər üçün 

hələ bir çox illər ərzində nümunə olacaqdır. 

Sizin yaradıcılığınız ölkəmizdə uzun illər boyu daim 

heyranlıq və  məftunluq doğurmuşdur. Azərbaycanda Sizin 

iştirakınızla çəkilmiş film bunun daha bir təsdiqidir. 

Bu gün Siz təkcə böyük rəqs sənətinin deyil, həm də Qafqaz 

xalqlarının çoxəsrlik müdrikliyinin təcəssümüsünüz. 

Xeyirxahlıq və humanizm idealları ilə  aşılanmış bütün 

çoxcəhətli fəaliyyətiniz bu gün də bizim Ümumqafqaz evimizdə 

 



__________________________________________ 

29

sülhə  əmin-amanlığa və sabit inkişafa nail olmaq işinə xidmət 



edir. 

Sizə uzun ömür arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 15 iyul 1999-cu il 



 

  

  




__________________________________________ 

30

 



 

 

ERMƏNİSTAN-AZƏRBAYCAN 



MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ HƏLLİ 

MƏSƏLƏLƏRİNİ ERMƏNİSTANIN PREZİDENTİ 

ROBERT KOÇARYAN İLƏ MÜZAKİRƏ ETMƏK 

ÜÇÜN İSVEÇRƏYƏ, CENEVRƏ ŞƏHƏRİNƏ 

YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA 

LİMANINDA KÜTLƏVİ İNFORMASİYA  

VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNİN  

SUALLARINA CAVAB 

 

15 iyul l999-cu il 

 

S u a l: Cənab prezident, Sizin Azərbaycanın siyasi 

rəhbərliyinə gəlməyinizin 30 ili iyulun 14-də tamam oldu. Bu 

əlamətdar tarixi hadisə münasibətilə Sizi təbrik edirik. 

Cənab prezident, mətbuatda verilən xəbərə görə, Siz 

İsveçrədə Ermənistan prezidenti Robert Koçaryanla 

görüşəcəksiniz. Ermənistan-Azərbaycan danışıqlarının bu 

mərhələsini necə qiymətləndirirsiniz? 

C a v a b: Birincisi, mənim Azərbaycanda siyasi hakimiyyətə 

gəlməyimin 30 ilinin tamam olmağından çox məmnunam ki, 30 

il yaşamışam, yaratmışam, respublikamıza xidmət etmişəm. Çox 

məmnunam ki, xalqımız da mənim keçmişdə  də, indi də 

gördüyüm işləri unutmur. Xalqa təşəkkür edirəm. 

Mən  İsveçrəyə Ermənistan prezidenti cənab Koçaryanla 

görüşməyə gedirəm. Biz aprel ayında Vaşinqtonda onunla 

görüşmüşdük, danışıqlar aparmışdıq. Qərara gəlmişdik ki, bu 

danışıqları, yəni birbaşa, bilavasitə danışıqları davam etdirək. 

  



__________________________________________ 

31

Biz Lüksemburqda görüşməliydik. Ancaq mən Lüksemburqa 



gedə bilmədim. Bundan sonra bir-birimiziə  əlaqə saxladıq və 

belə qərara gəidik ki, Cenevrədə görüşmək münasib olardı. Mən 

oraya gedirəm ki, onunla görüşüb, şübhəsiz ki, əsas məsələmizi 

– Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll 

olunması məsələsini müzakirə edək. 

S u a l: Cənab prezident, Siz yola düşməzdən  əvvəl 

Türkiyə prezidenti Süleyman Dəmirəl ilə telefonla 

danışmısınız. Bu barədə bir neçə söz deyə bilərsinizmi? 

C a v a b: Mən Türkiyənin prezidenti hörmətli cənab 

Süleyman Dəmirəl ilə çox tez-tez telefonla danışıram. Elə olur 

ki, biz həftədə iki dəfə danışırıq. O mənə, mən də ona telefon 

edirəm. Mənim dostum Süleyman Dəmirəl indi İsraildədir. O, 

bu gün səhər mənə telefon etmişdi. Bakı-Ceyhan neft kəmərinin 

Türkiyədə  bəzi məsələləri həll olunur. Bizim nümayəndə 

heyətimiz də oradadır. Azərbaycan Dövlət Neft Şirkətindən 

Valeh  Ələsgərov orada iştirak edir. Türkiyə  tərəfi bəzi 

məsələləri vaxtında həll etməyi çatdıra bilməyibdir. Bilirsiniz ki

üç aylıq protokol imzalanmışdı.  İndi onlar istədilər ki, biz 

yenidən protokol imzalayaq. Prezident Süleyman Dəmirəl 

məndən xahiş etdi, mən də Ankarada olan Valeh Ələsgərova 

göstəriş verdim ki, protokolu imzalasın. 



S u a l: Cənab prezident, Dağlıq Qarabağın statusu ilə 

bağlı Robert Koçaryanla söhbətiniz olacaqmı? 

C a v a b: Bəs necə! Bütün məsələlər üzrə söhbət olacaqdır. 

Sağ olun. 

 

* * * 


 

İyulun 16-da İsveçrə Konfederasiyasının Cenevrə  şəhərində 

Azərbaycan prezidenti Heydər  Əliyevin Ermənistan prezidenti 

Robert Koçaryanla təkbətək görüşü olmuşdur. Görüş 

Cenevrənin Janto rayonundakı yaraşıqlı parkda yerləşən və 

tanınmış dövlət xadimlərinin görüşləri üçün nəzərdə tutulan Ze 

Soji iqamətgahında keçirilmişdir.  Görüş zamanı 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə