__________________________________________
1
______________________
MÜSTƏQİLLİYİMİZ
ƏBƏDİDİR
______________________
__________________________________________
2
MÜSTƏQİLLİYİMİZ
_________________________
ƏBƏDİDİR
_________________________
i y i r m i b i r i n c i k i t a b
_________________________
iyul, 1999 -sentyabr, 1999
_________________________
AZƏRNƏŞR
BAKI-2007
__________________________________________
3
ç ı x ı ş l a r
•
n i t q l ə r
__________________________________
b ə y a n a t l a r
•
m ü s a h i b ə l ə r
___________________________________
m ə k t u b l a r
•
m ə r u z ə l ə r
____________________________________
m ü r a c i ə t l ə r
•
f ə r m a n l a r
__________________________________
AZƏRNƏŞR
BAKI-2007
__________________________________________
4
BBK32
Ə56
Buraxılışına
məsul
RAMİZ MEHDİYEV
ƏLİYEV HEYDƏR
Ə56
Müstəqilliyimiz əbədidir. B.,
Azərnəşr, 2007, 480 səh.
Müstəqil dövlətimizin müdrik banisi, xalqınıızın ümummilli lideri Heydər Əlirza
oğlu Əliyevin oxuculara təqdim olunan bu növbəti cildində dahi şəxsiyyətin
Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinin 30 illiyi ilə əlaqədar (1969-99) sərginin
açılışında etdiyi söhbətlər, ölkənin sosial-iqtisadi dirçəliş yolu ilə inamla
addımlamasına həsr olunmuş materiallar toplanmışdır. Sərgidə nümayiş etdirilən
ekspozisiyadan aydın olur ki, Azərbaycan bu illərdə böyük iqtisadi, siyasi, sosial-
mənəvi inkişaf yolu keçmişdir. Heydər Əliyev etdiyi söhbətlərdə də bütün siyasi
qüvvələri və partiyaları ölkədə milli həmrəyliyi möhkəmlətmək, ümumxalq
mənafeləri naminə vətəndaş birliyini daha da gücləndirmək məqsədilə səyləri
birləşdirməyə dəvət etmişdir.
Kitabda ölkəmizin rəhbərinin dünyanın görkəmli dövlət başçıları və ictimai
xadimləri, beynəlxalq təşkilatların rəhbərləri ilə apardığı danışıqların, keçirdiyi
görüşlərin materialları da öz əksini tapmışdır. Burada, eyni zamanda, ulu öndərin
ölkədaxili ictimai-siyasi fəaliyyətinə, çoxsaylı xarici səfərlərinə və görüşlərinə dair
materiallar da verilmişdir.
Ə
2007
)
07
(
651
0801000000
−
−
M
BBK-32
© Azərnəşr, 2007
__________________________________________
5
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANIN SİYASİ
RƏHBƏRLİYİNƏ GƏLMƏSİNİN 30 İLLİYİNƏ
(1969-1999-cu illər) DAİR SƏRGİNİN AÇILIŞ
MƏRASİMİNDƏ SÖHBƏT
Bakı, İdman-Sərgi Kompleksi
13 iyul 1999-cu il
Prezident Heydər Əliyev sərginin ekspozisiyası ilə tanış olur.
Sərgi dövlətimizin başçısı Heydər Əliyevin çoxillik yorulmaz və
səmərəli fəaliyyətindən bəhs edən, inkişafın dinamikasını və
ruhunu dəqiq ifadə edən fotosənədlərlə zəngindir. O, 1969-cu il
iyulun 14-də Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə
gəldiyini bildirən böyük plakatla başlayır. Azərbaycan
Kommunist Partiyası MK-nın plenumu barədə o vaxt mətbuatda
dərc edilmiş xəbərdə deyilir ki, plenum təşkilat məsələlərini
müzakirə edərək Heydər Əliyevi Mərkəzi Komitənin birinci
katiləi seçmişdir.
Sonrakı stendlərdə respublikamızın həyatında baş verən
inkişafın ümumi mənzərəsi öz əksini tapmışdır. Heydər Əliyev
bu tərəqqinin təşkilatçısı və bilavasitə iştirakçısı olmuşdur.
Fotoşəkillərdə o, özünün rəhbərliyilə yaradılmış müəssisələrdə,
o cümlədən Bakı məişət kondisionerləri zavodunda, o dövrdə
sürətlə inkişaf edən kənd təsərrüfatının əməkçiləri ilə, böyük
qayğı göstərdiyi müharibə veteranları ilə, öz təşəbbüsü ilə
yaradılmış muzeylərin, təhsil müəssisələrinin, abidələrin və
türbələrin açılışında elm, mədəniyyət və incəsənət xadimləri ilə
bır yerdə təsvir olunmuşdur. Fotoşəkillərə baxdıqca adamlarda
qurub-yaratmaq eşqi oyadan, respublikamız, xalqımız üçün