Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə4/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   2   3   4   5   6   7   8   9   ...   140

__________________________________________ 

12

TRASEKA çərçivəsində yenidən qurulmasına başlanmışdır və 



bu iş xarici sərmayələr hesabına həyata keçiriləcəkdir. 

Prezident Heydər  Əliyev inkişaf mərhələləri onun adı ilə 

bağlı olan Azərbaycan elektroenergetikasına da xarici 

sərmayəçilərin diqqətini cəlb edə bilmişdir. 

«Azərenerji» Səhmdar Cəmiyyətinin pavilyonunda vaxtilə 

Heydər  Əliyevin rəhbərliyi altında tikilmiş «Azərbaycan» 

DRES-in, Şəmkir SES-in fotoşəkilləri nümayiş etdirilir. Hazırda 

fəaliyyət göstərən elektroenergetika obyektlərinin hamısı son 

dövrdə Heydər Əliyevin səyləri nəticəsində yenidən qurulmuş və 

bərpa olunmuşdur. Bunun nəticəsində Azərbaycanın enerji 

sisteminin gücü iki dəfə artmışdır. 

M ü s l ü m  İ m a n o v: Cənab prezident, Sizin qarşıya 

qoyduğunuz vəzifələrə uyğun olaraq energetiklərin ölkəmizdə 

enerji sisteminin inkişaf etdirilməsi sahəsində gördükləri işlər 

barədə pavilyonda məlumat verilir. Azərbaycan, Gürcüstan və 

Türkiyənin enerji sistemlərini birləşdirəcək elektrik xəttinin 

çəkilməsini, xarici sərmayələrdən istifadə olunmaqla 

respublikamızda bir sıra energetika obyektlərinin yenidən 

qurulmasını  və ya tikintisini, «Azərbaycan» DRES-i layihə 

gücünə çatdırmaq üçün onun bütün bloklarının bərpasını buna 

misal gətirmək olar. 

Göründüyü kimi bütün bu uğurlara nail olmaq üçün Sizin 

rəhbərliyiniz altında çox böyük işlər görülmüşdür. 



H e y d ə r  Ə l i y e v: Televiziyadakı çıxışlarınızda görürəm 

ki, siz 1970-1980-ci illərdə Azərbaycanda energetika sahəsində 

görülmüş  işləri bir qədər izah etmək istəyirsiniz. Ancaq 

Azərbaycanda və Moskvada çalışdığım dövrdə  mənim bu 

sahədə necə  çətinliklərlə gördüyüm işləri və respublikamızda 

energetikanı hansı yüksəklərə qaldırdığımı  əhaliyə daha geniş 

çatdırmaq lazımdır. Mən fəxr edirəm ki, o illərdə bu işləri 

görmüşəm.  Əgər biz o illərdə bunları yaratmasaydıq, indi bu 

sahə tamam batmışdı. 

  



__________________________________________ 

13

İnsan elektrik enerjisi olmadan yaşaya bilməz. Sən bilirsən 



ki, bu qurğuların hər birini tapmaq, almaq və qurmaq nə qədər 

çətinliklə başa gəlirdi. Bunların qiymətləri də çox baha idi. Sən 

o vaxtdan işləyirsən. Mən o vaxt bu stansiyaları yaratdım. 

Əlbəttə, siz də bu işə xidmət edirdiniz. Ondan sonra nə yarandı? 

Heç bir şey. Olanları da, elektrik ötürücü xətlərini də sökdülər

dağıtdılar.  İndi biz «Yenikənd» Su Elektrik Stansiyasının 

tikintisinə başlamışıq. «Şimal» Dövlət Rayon Elektrik 

Stansiyasının yenidən qurulması üçün Yaponiyadan 320 milyon 

dollar kredit almışıq. Biz bu işi başa çatdıracağıq. Hər  şey işlə 

ölçülür. 



M ü s l ü m  İ m a n o v: Cənab prezident, biz energetiklər 

Sizin gördüyünüz nəhəng quruculuq işlərini heç vaxt 

unutmayacağıq. Biz Sizi heç vaxt yaddan çıxarmamışıq və 

çıxara da bilmərik. Doğrudan da, 1970-1980-ci illərdə, eləcə də 

son illər energetika sahəsində böyük işlər görülübdür. Məhz 

bunun nəticəsində  də biz respublikamızın energetika sahəsində 

müstəqilliyini tam təmin edə bilirik. 

H e y d ə r  Ə l i y e v: Bilirsiniz, bu işləri kimin yaddan 

çıxarıb-çıxarmamasının mənim üçün əhəmiyyəti yoxdur. Mən 

bu işləri öz xalqım, ölkəm, Azərbaycan üçün etmişəm. Müəyyən 

vaxtda kimsə bu işləri pozmaq, dağıtmaq, ona ləkə yaxınaq 

istəyilədir. Tarix bunlara heç vaxt dözməz. Mənim bu gün də 

yaratdıqlarım yaşayacaqdır.  Əgər bundan sonra da kimsə pis 

yola düşsə, heç bir şeyə nail ola bilməyəcəkdir. 

1980-ci ildə Bakıda Heydər Əliyevin rəhbərliyi ilə Avropada 

ən böyük Şampan  şərabları zavodu tikilmişdir. Ölkəmizin 

prezidenti həmin müəssisənin ekspozisiyası ilə tanış oldu. 

Vaxtilə keçmiş Sovet İttifaqının tələbatı  nəzərə alınmaqla 

tikilmiş bu zavod öz məhsulunun 90 faizini SSRİ-nin müxtəlif 

respublikalarına göndərirdi. Ölkəmizin rəhbərinə zavodun 

yenicə istehsalına başladığı  və alıcı  tələbatı olan keyfiyyətli 

məhsul növləri barədə məlumat verdilər. 



__________________________________________ 

14

Sonra prezident Heydər Əliyev Kənd Təsərrüfatı Nazirliyinin 



pavilyonu ilə tanış oldu. Ekspozisiyada xalq təsərrüfatının bu 

sahəsinin intensiv inkişafına ölkəmizin rəhhərinin çox böyük 

töhfələrindən, onun başçılığı ilə aqrar bölmədə aparılan mühüm 

islahatlar sayəsində  əldə olunmuş müsbət nəticələrdən bəhs 

edilir. 

Respublikamızın avtomobil nəqliyyatçıları  əvvəllər olduğu 

kimi, indi də bu sahənin inkişafını dövlətimizin başçısı Heydər 

Əliyevin adı ilə bağlayırlar. 

H ü s e y n  H ü s e y n o v: Cənab prezident, «Azəravto-

nəqliyyat» Dövlət Konserninin pavilyonundakı ekspozisiyadan 

göründüyü kimi, məhz Sizin məqsədyönlü fəaliyyətiniz 

sayəsində Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük 

daşınması  dəfələrlə artmışdı. 70-ci illərdə Bakıda tikilmiş 5 

növrəli taksi parkının o vaxt nə SSRİ-də, nə  də Avropada 

bənzəri yox idi. Həmin dövrdə respublikamızda bir sıra digər iri 

avtomobil nəqliyyatı müəssisələri də yaradılmışdır. Pavilyonun 

ekspozisiyası ölkəmizin avtomobil nəqliyyatı parkının 

yeniləşdiyini, o cümlədən  ən müasir avtomaşınlar alındığını 

göstərir, Bakıda və bu qəbildən Qafqazda ən yaxşı obyekt 

olacaq yeni avtovağzal tikilir. 



«Azərbaycan Hava Yolları» Dövlət Konserninin 

pavilyonunda respublikamızın rəhhəri Heydər  Əliyevin səyləri 

sayəsində ölkəmizdə mülki aviasiyanın dinamik inkişafından 

bəhs edilir. Heydər  Əliyevin respublikaya rəhbərlik etdiyi 

dövrdə Azərbaycanın  ən böyük şəhərlərində hava limanları 

tikilmiş, sərnişin təyyarələrinin sayı xeyli artmış, kənd 

təsərrüfatı  və neft sənayesi xüsusi aviasiya ilə  təchiz 

olunmuşdur. 

C a h a n g i r  Ə s g ə r o v:  Cənab prezident! Hazırda 

təyyarə parkının yenidən təchiz olunması prosesi gedir. 

Məsələn, bu yaxınlarda ağıryüklü  İL-76 təyyarəsi alınmış, 

tezliklə «Boinq-754» markalı iki yeni təyyarə  gətiriləcəkdir. 

Pavilyonda onların maketləri nümayiş etdirilir. Xarici 

sərmayələrin  




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə