Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə9/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   5   6   7   8   9   10   11   12   ...   140

__________________________________________ 

32

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh 



yolu ilə həll edilməsi məsələləri müzakirə olunmuşdur. 

Həmin gün axşam Azərbaycan prezidenti Heydər  Əliyev 

Cenevrə  şəhərinə  gəzintiyə  çıxdı. Dövlətimizin başçısı  əvvəlcə 

şəhərin hündürlükdə yerləşən Koloni rayonuna gələrək Cenevrə 

gölünü və şəhəri seyr etdi, şəhərin işgüzar mərkəzindəki məşhur 

Perli Dü Lak parkını gəzdi. 




__________________________________________ 

33

 



 

 

İSVESRƏYƏ İŞGÜZAR SƏFƏRİNİ BAŞA  



ÇATDIRARAQ BAKIYA QAYIDARKƏN  

BİNƏ HAVA LİMANINDA  

JURNALİSTLƏRƏ BƏYANAT 

 

17 iyul 1999-cu il 

 

Səfər çox faydalı oldu. Dünən mən  İsveçrədə - Cenevrə 



şəhərində Ermənistan prezidenti Robert Koçaryanla görüşdüm. 

Ətraflı söhbət elədik. 

Bu görüş haqqında biz Vaşinqtonda görüşərkən razılıq  əldə 

etmişdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin sülh yolu ilə  həll olunması haqqında yenidən 

geniş fikir  mübadiləsi apardıq. Məsələnin həll olunması üçün 

yollar axtarırıq. Hər iki tərəf kompromisə getməlidir. Biz - o 

tərəf də, bu tərəf də bu kompromisləri axtarırıq. Çünki əgər 

kompromislər olmasa, bu məsələni həll etmək mümkün 

olmayacaqdır. 

Görüş faydalı oldu. Hesab edirəm ki, bunun əhəmiyyəti var. 

Həm bizim üçün, həm Dağlıq Qarabağ üçün. Razılaşdıq ki, bu 

görüşləri bundan sonra da davam etdirəcəyik.  



__________________________________________ 

34

 



 

 

ABŞ-ın ÖLKƏMİZDƏKİ SƏFİRİ 



STENLİ ESKUDERO İLƏ 

GÖRÜŞDƏKİ SÖHBƏT 

 

Prezident sarayı 



 

19 iyul 1999-cu il 

 

H e y d ə r  Ə l i y e v: Sizi səmimi-qəlbdən salamlayıram və 

yenidən görüşməyimə  şadam. Mənə dedilər ki, görüşməyimizə 

sizin ehtiyacınız vardır. 

S t e n l i  E s k u d e r o:  Bəli, cənab prezident, Siz 

Cenevrədən qayıtdıqdan sonra mən Sizinlə tezliklə görüşmək 

imkanı  əldə etmək istəyirdim. Deməliyəm ki, Siz çox yaxşı 

görü-nürsünüz. Çox möcüzədir ki, Siz bu cür cərrahiyyə 

əməliyyatından sonra tezliklə sağalmısınız. Hətta xarici ölkələrə 

səfərə çıxa bilirsiniz, görüşlər keçirirsiniz və bütövlükdə o qədər 

yorğun görünmürsünüz. 

H e y d ə r  Ə l i y e v: Bəlkə də möcüzədir, amma yəqin 

mənim orqanizmim belədir və bir də həyat tələb edir. Hər halda

müalicədən çox razıyam və müalicədən keçən dövrdə, şübhəsiz 

ki, böyük bir dövr var. O dövrdə də məndə hər şey normal gedir. 

Ona görə işləyə də bilirəm, səyahətə də çıxa bilirəm. Lazım olsa, 

indi Amerikaya da uça bilərəm. 



S t e n l i  E s k u d e r o:  Cənab prezident, çox gözəl. 

Amerika haqqında Sizin dediklərinizi nəzərə alaram. Yəqin, 

Azərbaycanın havasındandır ki, Siz belə tezliklə sağalırsınız. 

H e y d ə r  Ə l i y e v: Ümumiyyətlə, Azərbaycanda iqlim 

yaxşıdır. Amma indi hava çox istidir. Mən çoxdandı belə isti 

görməmişdim. Mənə dedilər ki, bu gün havanın hərarəti 40 

dərəcədir. 

  



__________________________________________ 

35

S t e n l i  E s k u d e r o:  Mən elə bir isti hiss etmirəm. 

Çünki  əslində  mən Amerika Birləşmiş  Ştatlarının isti 

hissəsindənəm. 



H e y d ə r  Ə l i y e v: Biz də o qədər hiss etmirik. Biz öz 

iqlim şəraitimizə öyrəşmişik. 



S t e n l i  E s k u d e r o: Cənab prezident, hər halda, mən 

Sizi təbrik etmək istəyirəm ki, Siz Ermənistan prezidenti 

Koçaryanla görüş keçirmisiniz və ümid edirəm ki, bu görüşlərin 

davamı olacaqdır, bu görüşlər Dağlıq Qarabağ probleminin 

həllinə gətirəcəkdir. Bilirəm ki, Sizin bundan əvvəl də prezident 

Koçaryanla görüşləriniz, söhbətləriniz olmuşdu və düşünürəm 

ki, bundan sonra da bir neçə görüşünüz olacaqdır. Bu, elə bir 

prosesdir ki, bizim hamımızı ruhlandırır və Qafqazla 

maraqlanan bütün insanlara bu regiona böyük ümidlə baxmağa 

imkan yaradır. 

Mənə elə  gəlir ki, əgər hər iki tərəf bir-birinə güzəştlər 

edəcəksə, bunu liderlər etsələr, daha asan olar. Bir halda ki, bu 

proses uzun illər davam edir, bu illər  ərzində çoxlu ölənlər

yaralananlar, yerlərindən məhrum edilənlər olubdur, aydındır ki, 

bu prosesi tezliklə  həll etmək o qədər də asan deyildir. Lakin 

bizi çox ruhlandırır ki, liderlər görüşlərə başlayıblar və bu 

görüşlər davam etmək üzrədir. Mən elə bilirəm ki, sizin ikinizin 

bu cür görüşməyiniz hər iki tərəfin liderlərinin sülhə doğru 

arzusunun ifadəsidir. Mən və ölkəmin hökuməti çox ümid edirik 

ki, bütün bu görüşlər ciddi bir nəticəyə gətirəcəkdir. 



H e y d ə r  Ə l i y e v:  Təşəkkür edirəm. Siz bilirsiniz, 

həqiqətən mən dəfələrlə bildirmişəm və Amerika Birləşmiş 

Ştatlarında olarkən prezident Klintona, xanım Olbrayta və 

hökumətin başqa üzvlərinə demişəm ki, bizim üçün Ermənistan 

Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ münaqişəsini həll 

etmək həyati bir məsələdir.  Ərazi bütövlüyümüz pozulubdur, 

torpaqlarımız işğal olunubdur və işğal edilmiş torpaqlardan 

 



__________________________________________ 

36

qaçqın düşmüş  vətəndaşlarımız indi bax, bu qızmar istidə o 



çadırlarda yaşayırlar. Siz təsəvvür edin ki, orada yaşamaq necə 

çətindir. 

Bizim xalqımız çox dözümlü xalqdır, bütün bu əziyyətlərə 

dözür. Dözürlər, ümid edərək ki, onlar öz yerlərinə 

qayıdacaqlar. Dözürlər ondan ötrü ki, sülh olacaqdır. Bizim də 

vəzifəmiz, şəxsən mənim də vəzifəm bütün bu ümidləri, arzuları 

doğrultmaqdır. 

Bilirsiniz ki, biz indiyə  qədər bütün vasitələrdən istifadə 

etmişik. Həm Minsk qrupu bu barədə fəaliyyət göstərir və 1997-

ci ildən biz Minsk qrupu başçılarının - Rusiyanın, Amerikanın, 

Fransanın səylərindən, həm də bütün başqa vasitələrdən istifadə 

etməyə çalışırıq. Nəhayət, mən Vaşinqtonda olarkən bir daha 

sizin hökumətiniz tərəfindən də məsləhətlər olmuşdu ki, birbaşa 

danışıq, təkbətək danışıqlar bəlkə bir fayda verə bilər. Mən də 

belə düşünürəm.  Əlbəttə, həmişə belə düşünürdüm. Ancaq 

bunun üçün də şərait olmalıydı. 

Vaşinqtonda bizim görüşlərimiz zamanı  mən hiss etdim ki

artıq belə bir şərait yaranır. Ona görə  də  mənim prezident 

Koçaryanla həm Vaşinqtondakı  təkbətək görüşüm, hesab 

edirəm, səmərəli oldu, həm də Cenevrədəki görüşümü çox 

əhəmiyyətli hesab edirəm. Hiss olunur ki, biz bir-birimizi 

anlamağa çalışırıq. Amma bizim bu çalışmalarımız istədiyimiz 

nəticəyə  gətirilə  çıxaracaqmı? Mən  şəxsən istəyirəm ki, gətirib 

çıxarsın və nəhayət, biz sülhə nail olaq. 

Təbiidir, belə bir vəziyyətdə qarşılıqlı kompromissiz irəliyə 

getmək olmaz. Ona görə  də biz hər ikimiz bu axtarışlarla da 

məşğuluq. Hər halda, son görüşümüz məndə belə bir təsəvvür 

yaradır ki, biz bu görüşləri davam etdirməliyik. 

Şübhəsiz ki, bu, Minsk qrupu həmsədrlərinin və Minsk qrupu 

həmsədrlərinin nümayəndələrinin işini  əvəz etmir. Biz bu 

sahədə işimizi davam etdirməliyik və prezident Koçaryan- 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə