Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə7/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   2   3   4   5   6   7   8   9   10   ...   140

__________________________________________ 

23

probleminin – Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu 



ilə həll olunmasına yardım edəcəkdir. 

Bir daha sizi bu bayram münasibətilə  təbrik edirəm, 

Fransanın Azərbaycandakı  səfirliyinə Fransa-Azərbaycan 

əlaqələrinin inkişaf etməsində  uğurlar arzulayıram. Fransa 

xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun. 

 

  



 


__________________________________________ 

24

 



 

 

ABŞ-ın YƏHUDİ TƏŞKİLATLARININ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 

GÖRÜŞDƏKİ SÖHBƏT 

 

Prezident sarayı 



 

14 iyul l999-cu il 

 

H e y d ə r  Ə l i y e v : Mən sizi salamlayıram, Azərbaycana 

xoş  gəlmisiniz. Amerika Biriəşmiş  Ştatlarında yaşayan 

yəhudilərin təşkilatları ilə biz artıq yaxşı dostluq əlaqələri 

yaratmışıq.  Şübhəsiz ki, bu dostluq əlaqələri hər iki tərəfin 

arzusu və istəyi ilə olubdur. 

Mən Amerika Birləşmiş  Ştatlarında 1997-ci ildə  rəsmi 

səfərdə olarkən yəhudi təşkilatları konfranslarının prezidentləri 

ilə Nyu-Yorkda çox əhəmiyyətli bir görüş keçirdim. Mən bu ilin 

aprel ayında Vaşinqtonda olarkən « Xolokost» muzeyini ziyarət 

etdim, orada da görüşlər keçirdim. Yəhudi təşkilatlarının 

nümayəndələri də vaxtaşırı olaraq Azərbaycana gəlirlər. Mən 

bunu birinci növbədə Azərbaycan-Amerika Birləşmiş  Ştatları 

əlaqələrini, Azərbaycan-İsrail 

əlaqələrini daha da 

genişləndirmək və bununla bərabər, yəhudi təşkilatları ilə daha 

sıx əməkdaşlıq etmək üçün çox əhəmiyyətli hesab edirəm. 

Eşitdiyimə görə, sizin bu səfəriniz də çox səmərəli keçir. Mən 

bundan çox məmnunam. 

B a r r i  G e y k o b s (Amerika Yəhudi Komitəsinin hökumət 

və beynəlxalq məsələlər üzrə müdir müavini): Cənab prezident

səmimi sözlərə görə Sizə minnətdarlığımı bildirirəm, çox sağ 

olun. Azərbaycanda bizə göstərilən qayğıya və hərarətli 



__________________________________________ 

25

görüşlərə görə  hər birimizin adından, o cümlədən öz adımdan 



Sizə minnətdarlığımı bildirmək istəyirəm. 

Əlbəttə ki, bizim Azərbaycana səfərimiz bir növ rəmzi 

xarakter daşıyır. Bu səfər Amerika Birləşmiş  Ştatlarındakı 

vəhudi komitəsi ilə Azərbaycan arasında dostluğun nə  qədər 

möhkəm olduğunu göstərir. Bu, eyni zamanda Azərbaycan ilə 

İsrail arasında sağlam, isti münasibətlər olduğunu göstərir. 

Səfərimizin digər məqsədi isə Azərbaycanda yaşayan 

həmmillətlərimizi – yəhudiləri görməkdir. 

Biz eşitmişik ki, Azərbaycanda yaşayan yəhudi icmasına çox 

geniş azadlıqlar verilibdir. Onlar respublikanın digər 

vətəndaşları ilə  bərabər vəziyyətdə yaşayırlar. Biz indi bunun 

hamısını öz gözlərimizlə gördük. 

Cənab prezident, bir neçə ay bundan əvvəlki xəstəlikdən 

sonra belə tez sağalmağınız münasibətilə Sizə  təbriklərimizi 

yetirmək istəyirik. Çox şadıq ki, Sizi bu cür çox sağlam və 

qüvvətli görürük. Cənab prezident, çox sağ olun. 



H e y d ə r  Ə l i y e v:  Təbrikə görə  təşəkkür edirəm. 

Həqiqətən də özümü yaxşı hiss edirəm. Amerika Birləşmiş 

Ştatlarında məni çox yaxşı müalicə ediblər. 

Siz Azərbaycanın vəziyyəti ilə tanış olmusunuz. Bu barədə 

geniş söhbət açmağa ehtiyac yoxdur. Mən çox məmnunam ki

siz Azərbaycanda yəhudilərin vəziyyəti ilə tanış ola bilmisiniz. 

Yəqin gördünüz, Azərbaycanda milliyyətindən, dinindən asılı 

olmayaraq, hər bir vətəndaş  bərabər hüquqa malikdir. Bir çox 

dövrlərdə, bir çox yerlərdə  yəhudilərə müxtəlif məhdudiyyətlər 

qoyulduğuna, onlar sıxıntılar keçirdiklərinə görə biz 

Azərbaycanda yəhudilərə daim xüsusi münasibət göstərmişik və 

bu gün də göstəririk. 

Güman edirəm ki, bizim əsas problemimizlə, yəni 

Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizin 

torpaqlarının 20 faizinin işğal edilməsi, bir milyondan artıq  



__________________________________________ 

26

azərbaycanlının yerindən-yurdundan didərgin düşməsi, köçkün, 



qaçqın vəziyyətində yaşaması ilə də tanış olmusunuz. 

Şübhəsiz ki, dünyanın müxtəlif yerlərində ayrı-ayrı insanlara, 

qruplara, millətlərə cürbəcür işgəncələr verilir, onlara müxtəlif 

təzyiqlər göstərilir. Amma güman edirəm, öz ölkəsində bir 

milyondan artıq qaçqının, köçkünün çadırlarda yaşadığı 

Azərbaycan kimi bir ölkə dünyanın heç bir yerində yoxdur. Bu, 

Azərbaycanın bugünkü reallığıdır. Biz həmişə arzu edirik ki, 

Azərbaycanın bu reallığı da dünyada, hər yerdə yayılsın. 

Bilsinlər ki, Azərbaycan nə qədər ağır vəziyyətdədir. 

Sizə  məlumdur ki, biz münaqişəni sülh yolu ilə  həll etmək 

istəyirik və bu istiqamətdə öz işimizi aparırıq. Bilirsiniz ki, 

yeddi il bundan əvvəl Amerika Birləşmiş  Ştatlarının 

Konqresində Azərbaycana qarşı 907-ci maddə deyilən bir 

məhdudiyyət qoyulubdur. Biz son illər nə qədər çalışırıq, amma 

həmin məhdudiyyəti aradan götürə bilmirik. Təbii ki, bu, 

Amerika Konqresinin ədalətsiz bir qərarıdır. 

Biz çox çətin bir vəziyyətdəyik və böyük problemlərlə 

rastlaşaraq münaqişənin sülh yolu ilə  həll olunmasına çalışırıq. 

Mən Amerikada da, Azərbaycanda da keçirdiyim görüşlərdə 

yəhudi təşkilatlarının nümayəndələrinə üz tutaraq demişəm ki, 

Amerikada sizin imkanlarınız çoxdur, ədalətin bərpa olunması 

üçün Azərbaycana yardım edin. Bu sözləri sizə də deyirəm. 

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında çox gözəl 

tərəfdaşlıq, dotsluq əlaqələri yaranıbdır. Biz bunu yüksək 

qiymətləndiririk və bütün sahələrdə 

əməkdaşlığımızı 

genişləndiririk. Ancaq lazımdır ki, bizim də problemlərimiz həll 

olunsun. Amerika Birləşmiş  Ştatlarında yəhudi təşkilatlarının 

təsiri böyükdür. Biz çox arzu edərdik ki, siz öz təsirinizdən bu 

istiqamətdə də istifadə edəsiniz. 



B a r r i  G e y k o b s: Cənab prezident, Sizə məlum olduğu 

kimi, bütün yəhudi təşkilatları, xüsusilə nümayəndələri bugünkü 




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə