Tələbə: Kamran Mustafayev Müəllim: Mehriban Məmmədova Fənn



Yüklə 2,26 Mb.
tarix13.04.2023
ölçüsü2,26 Mb.
#105373
Kamran Mustafayev - PLC


Tələbə: Kamran Mustafayev
Müəllim: Mehriban Məmmədova
Fənn: Proqramlaşdırılan məntiqi kontrollerlər
Siemens
Logo
Kontrollerləri
Siemens Logo (LOGO!) – Siemens AG konserninin məntiqi kontrolleri və ya proqramlaşdırılan reledir.
Kontrollerin modelindən asılı olaraq bir-neçə analoq və diskret giriş-çıxış kanalı və rele çıxışı ola bilər. Bu kontrollerlər 4kVt-a qədər gücə malik elektrik ötürücüsünün idarə olunmasında istifadə edilə bilər.
0BA3 seriyalı modeldən başlayaraq bu kontrollerlər modul arxitekturasını dəstəkləyir.
0BA6 seriyalı model analoq giriş-çıxış modulu və müqavimət termometri üçün modula malikdir
Siemens “LOGO!” kontrolleri sənaye şəbəkələrinin aşağıdakı növlərini dəstəkləyir:
  • AS-i
  • EİB
  • LON

LOGO! 0BA6 seriyalı kontroller operatorun məsafədən terminal və ya LOGO!TD-mətn displeyinə malikdir. Bu da operatorla əlaqənin yaradılması imkanlarını genişləndirir.
LOGO! Soft Comfort proqram paketi LAD (laddaer Diagram) və FBD (Function Block Diagram) proqramlaşdırma dillərini dəstəkləyir. LOGO! Soft Comfort proqram paketində FBD dilində yığılmış nümunə göstərilmişdir. Bu proqramın digər məntiqi proqram paketlərindən fərqi ondan ibarətdir ki, burada bir dildən digər dilə keçmək mümkündür (FBD→LAD, LAD→FBD) .
Bütün LOGO! Modulları standart 35mm profilli DİN reyka şini üzərində qurulmaq üçün kompakt plastik korpus daxilində istehsal olunurlar. Korpusun üst hissəsində qida mənbəyi, ötürücü və əl ilə idarə olunan komponentlər üçün ştepsellər yerləşir.

Yükün qoşulması üçün girişlər isə korpusun aşağı hissəsindədir. Digər elementlər isə modulun konkret növündən asılıdır. Sadə idarəetmə qurğuları genişləndirmə modullarından istifadə etmədən LOGO!BASİC və ya LOGO! Pure məntiqi modulları əsasında qurula bilər. Daha çətin idarəetmə sisteminin yaradılması üçün genişləndirmə modullarından istifadə edilir

Genişləndirmə modullarından istifadə etməklə qurulmuş sistem
Maksimal konfiqurasiya 24 diskret və 8 analoq giriş, 16 diskret və 2 analoq çıxışı dəstəkləyir.
Genişləndirmə modullarından istifadə edərkən aşağıdakı şərtlərə riayət etmək vacibdir:
  • DM8/DM16 modulları onlarla eyni mənbədən qidalanan modullara qoşula bilər. Səhvlərin olmaması üçün bütün modullar mexaniki kodlaşdırma qurğuları ilə təmin olunmuşdur;
  • Analoq və kommunikasiya modulları istənilən tip modullarla qoşula bilər;
  • İdarə qurğusunun işinin sürətini artırmaq üçün məntiqi moduldan sonra diskret modul, sonra analoq modul, yalnız bundan sonra kommunikasiya modulu qoşulması vacibdir.

  • DM8, DM16, AM2, AM2 PT100 və AM2 AQ modulları LOGO! məntiqi modullarının daxili genişləndirmə şininin giriş-çıxışdan istifadəyə imkan verir.
    LOGO! Kommunikasiya modulları müxtəlif qoşulma sxemlərində
    istifadə oluna bilər

Xarici qurğuların qoşulma sxemləri
Qida mənbəyinin kəsilməz cərəyanı qoruyucu elementlə qorunması daha məqsədəuyğundur. Qida mənbəyinin dəyişən cərəyanı isə metaloksid varistorla qorunması lazımdır ( 120% nominallı qida müqavimətinə malik olmalıdır).
Tranzistor çıxışları birbaşa moduldan qidalanır. Yük üçün xüsusi qida blokuna ehtiyac yoxdur. Çıxışlar qısa qapanma və yüklənmədən qorunmuşlar. Hər çıxışın maksimal yükü 24V müqavimətli 0.3A cərəyan təşkil edir. Çıxışlar bir-birindən izolyasiya olunmuş kontakt relelər vasitəsilə yerinə yetirilir.
Logo Soft proqram təminatı
“Logo” kontrollerlərinin proqramlaşdırılması üçün LOGO SOFT proqram təminatından istifadə edilir. Proqram təminatı Ladder Diagram (LD) və Function Block Diagram (FBD) dillərində idarəetmə proqramlarını tərtib etməyə imkan verir.Proqram açıldıqdan sonra onun interfeysi aşağıdakı kimi görünür:
İlk olaraq yeni layihə qurulur. Bunun üçün File→New əməliyyatı yerinə yetirilir. Sonra proqramlaşdırma dilindən biri (Ladder Diagram ,Function Block Diagram) biri seçilir.
Növbəti mərhələdə kontroller seçilməlidir. Bunun üçün Options→Select Hardware əməliyyatlar ardıcıllığı yerinə yetirilməlidir.Bu zaman aşağıdakı pəncərə açılır:
“Type” siyahısında kontrollerin tipi seçilir və parametrləri təyin edilir. Növbəti mərhələdə kitabxana elementlərindən istifadə etməklə proqram tərtib edilir.
FBD nümunəsi
LD nümunəsi
Növbəti mərhələdə Tools→Simulation (F3) əmrlər ardıcıllığının köməyilə proqramın simulyasiya (yoxlama) olunması həyata keçirilir. Proqram pəncərəsinin aşağı hissəsində açılan simulyasiya pəncərəcində giriş kəmiyyətlərinin (vericilər, açarlar) qiymətlərini dəyişməklə çıxış kəmiyyətlərinin (ventillər, nasoslar, mühərriklər) iş rejimləri yoxlanır.
Əgər tərtib olunmuş proqram obyektin idarə olunması məsələsini düzgün yerinə yetirirsə, onu “Logo” kontrolerinə köçürmək olar. Bunu üçün komputer kontrollerə qoşulur və “Tools” menyusunda Transfer→ PC- Logo əmrlər ardıcıllığı yerinə yetirilir. (Proqramı kontrollerdən komputerə yürləmər üçün Transfer→Logo-PC əmrlər ardıcıllığı yerinə yetirilməlidir). Onu qeyd etmək lazımdır ki, Tools→Transfer əmrlər ardcıllığının köməyilə kontrollerin işə salınması, dayandırılması, diaqnostikası və s. əməliyyatları da yerinə yetirmək mümkündür.
Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə