Söyüdlü – Zod qızıl yatağı



Yüklə 91,74 Kb.
Pdf görüntüsü
tarix22.04.2023
ölçüsü91,74 Kb.
#106656
Zod qızıl yatağı — Vikipediya



Zod qızıl yatağı
Söyüdlü – Zod qızıl yatağı
— Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü – Zod
qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə
təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim
dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət
ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4–5 min il əvvəl
buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur
olub.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər
rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton
olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl
yataqları 1993-cü ildə 2020-ci ilə qədər Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan
edilmişdir. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,6 qram qızıl var, qızılın aşkar
olunan miqdarı olduqca böyük intervalda (0,6–22,6 q/t) dəyişir.
[1]
Zod qızıl yatağının ümumi
potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir.
[2]
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu
ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də
Söyüdlü – Zod qızıl yatağı
azərb.
 
Söyüdlü – Zod qızıl yatağı
40°14′19″ şm. e. 45°58′34″ ş. u.
Ölkə
 
Azərbaycan
Rayon
Kəlbəcər rayonu
Kəşfi
1951
İstismarı
1976
Ehtiyatı
112,5 t


sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Bir gün sonra Azərbaycan
hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun
3, Ermənistanın 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə
dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdiriblər.
Ərazinin əsas struktur elementi Göyçə-Həkərə struktur-formasiya zonasının cənub hissəsində
yerləşən Sarıbaba sinklinorisidir. Mərkəzi hissədə bir qədər sönən bu sinklinori çox mürəkkəb
quruluşa malikdir. Onun quruluşunda ofiolit kompleksi süxurlarından təşkil olunmuş tektonik
strukturlar iştirak edir. Bununla əlaqədar olaraq, Sarıbaba zolağında və o cümlədən tədqiqat
aparılmış ərazidə geniş yayılmış qırışıqlar (Çiçəkli-Qonur sinklinalı, Almalı-Göydərə antiklinalı və
Kəlbəcər depressiyası) qeyd olunur. Ərazinin əsas struktur elementi olan Almalı-Göydərə
antiklinalının quruluşunda alb, senoman, santon, eosen və az miqdarda kampan-maastrixt
çöküntüləri iştirak edir. Antiklinal tağının eni tədqiq olunan ərazinin cənub-şərq hissəsində 6–7
km, şimal-qərb hissəsində isə 3–4 km-dir. Bu hissədə anticlinal tağının ensizləşməsi və batması
onun cənub-şərq qanadının eosen çöküntüləri ilə örtülməsi ilə əlaqədardır. Strukturu təşkil edən
təbaşir çöküntüləri müxtəlif tərkibli intruzivlərlə yarılıb. Zod qızıl yatağının cənub-şərq cinahında
(Söyüdlü filiz sahəsində) sənaye miqyaslı qızıl filizləşməsi aşkar edilməmişdir.
[1]
Zod yatağı — Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər
(Vardenis) rayonlarının sərhəddində yerləşir. Tərtərçay, o cümlədən də Söyüdlüçay hövzəsində
qızılın olması qədimlərdən məlum idi. XVIII əsrdə yaşayan Yaqub Xanovi X əsrin ərəb tarixçisi
Abn-Dülafa istinad edərək yazmışdır ki, Azərbaycan dağları qızıl, civə, qurğuşun, gümüş,
mərgümüş və mis ilə zəngindir. Bunu arxeoloji qazıntılar nəticəsində 3200–3300 il bundan əvvəl
Cənubi Qafqaz, Yaxın və Orta Şərq ərazilərində Zod yatağının qızılından hazırlanmış çoxlu
miqdarda qızıl əşyaların aşkar edilməsi sübut edir.
[1]
Ümumi ərazisinin 76 faizi Azərbaycanın Kəlbəcər, 24 faizi isə Ermənistanın 
Vardenis
rayonunun
ərazisində idi. Yataq 1951-ci ildə "Qafqazqızılkəşfiyyat" İdarəsi tərəfindən aşkar olunmuş, yatağın
əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə
kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi
tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində
yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət
Geoloji quruluşu
İstismar tarixi


Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və
xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması
qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır.
[3]
2007-ci ildən 2020-ci ilə qədər
istismar işlərinə 
GeoProMining
 şirkəti rəhbərlik edirb. 2009-cu ildə 320,5 min ton qızıl filizi, 2010-
cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton hasil edilmişdir. Bu dövrdə qızıl mədənində 350–
400 nəfər işçi çalışırdı, onların orta aylıq maaşı təxminən 250 ABŞ dolları olub. Filizin dəmiryolu
nəqliyyatı ilə Ararat qızıl istehsal zavoduna emal üçün göndərilirdi. Bu mədəndən hasil edilən
filizin daşınması Ermənistan dəmiryolu daşınmalarının 55%-ni təşkil edirdi. İkinci Qarabağ
müharibəsi başlandıqdan sonra yataqdakı hasilət işləri dayandığından Ermənistan dəmiryolları
sistemində kütləvi ixtisarlar başlayıb. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan
büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Yatağı qanunsuz istismar edən
GeoProMining
şirkəti Ermənistanda 4-cü ən böyük vergi ödəyicisi idi.
[4]
1. 
Kiçik Qafqazın Soyüdlü Filiz Sahəsində Qızıl Filizləşməsinin Perspektivliyi (http://www.journale
sgia.com/wp-content/files/2008/02/2008_02_GG_Mammadov_az.pdf)
, Z.M.Məmmədov,
Azərbaycan Milli Elmlər Akademiyasinin Xəbərləri, Yer Elmləri, No2, 2008
2. 
"Zod qızıl yatağı 8 milyard, vurulan hərbi texnika 2 milyard…cəmi 38.4 milyard dollar" (https://vi
rtualaz.org/kapital/176075)
3. 
Azərbaycan coğrafiyası 

 Əlvan metallurgiya (http://kayzen.az/blog/Az%C9%99rbaycan-co%
C4%9Frafiyas%C4%B1/3321/%C9%99lvan-metallurgiya.html)
4. 
Dəmiryolçular Zod mədənindəki vəziyyətlə əlaqədar kütləvi ixtisarlar təhlükəsi altında qalıblar
(https://www.kavkaz-uzel.eu/articles/357033/)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (http://www.eco.gov.az/faydaliqazintilar.ph
p)
 
Arxivləşdirilib (https://web.archive.org/web/20130806005231/http://eco.gov.az/faydaliqa
zintilar.php)
 2013-08-06 at the 
Wayback Machine
 
(az.)
İstinadlar
Mənbə


 
Sonuncu redaktə 12 ay əvvəl
 
C Mirəli2001
 tərəfindən edilib
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=Zod_qızıl_yatağı&oldid=6075020
"

Yüklə 91,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə