Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə7/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   40

 
20
dirməyə kömək edən «İskəndərnamə» poemasında bu barədə məlu-
mata rast gəlirik. 
Qeyd etmək lazımdır ki, Nizami poemanı yazarkən, eramız-
dan əvvəl IV əsrdə yaşamış Makedoniyalı İsgəndərin Azərbaycan-
dakı  sərgüzəşti ilə  əlaqədar olaraq o zamankı tarixi faktları  və bu 
barədə XII əsrə qədər gəlib çatmış Pəhləvi, yəhudi, ərəb dillərində 
olan  ən qədim sənədlər və xronikalarda olan məlumatları diqqətlə 
öyrənmiş, dönə-dönə yoxlayıb müqayisə etmiş, məhz dəqiqiliyinə 
inandığı zaman onlardan istifadə etmişdir. Nizami bu haqda belə yazır: 
 
Ən qədim tarixi əsərlərdən mən, 
Yəhudi, nəsrani, pəhləvilərdən. 
Ən incə sözləri əlimə saldım, 
Qabığın ataraq məğzini aldım. 
Müxtəlif dillərdən yığdığım sözlər, 
Bunlardan düzüldü yığdığım əsər. 
 
Poemada eramızdan əvvəl IV əsrdə Azərbaycanda gedən ha-
disələr haqqında verdiyi məlumata oxucularının şübhə ilə yanaşa bi-
ləcəyindən ehtiyatlanan şair əsərin yazılması üçün seçdiyi tədqiqat 
metodunu dönə-dönə qeyd edir: 
 
Hər gecə biliyə qapı açmadan, 
Yastığa qoymadım başımı arxayın... 
 
Beləliklə, Avesta Azərbaycanındakı ictimai həyatı, orada baş 
verən bir sıra hadisələri və faktları təsvir edən «İskəndərnamə» poe-
ması mötəbər tarixi mənbə kimi qədim mədəniyyət və maarifin bəzi 
izlərini üzə çıxartmağa kömək edir. Belə ki, İsgəndərin Azərbaycan 
atəşgədələrini dağıtmasından danışarkən Nizami yazır: «Keçmişdə 
adət belə idi ki, atəşgədədə müəllim olardı». 
Qədimdə müəllimlik peşəsi ilə alimlər də  məşğul olmuşlar. 
Onlar öz şagirdlərinə ibtidai və ali təhsil verirdilər. Məhz buna görə 
bəzi hallarda Nizami sadəcə müəllim mənasını verən «amuzqar» sö-


 
21
zü əvəzinə «oustad» (professor) sözünü işlətmişdir. Nizami Aristo-
telin atası Nikomaksini «Oustad-e dana» (yəni professor) ifadəsi ilə 
qeyd etmişdir. 
Beləliklə, qədim Azərbaycan atəşgədələrindən danışarkən 
orada müəllimlərin toplanmasını xəbər verən Nizaminin yuxarıdakı 
sözlərindən məlum olur ki, Azərbaycanda olan atəşgədələr təkcə dini 
mərasimləri icra etmək yeri deyil, onların bir çoxu həm də mədəniy-
yət mərkəzləri olaraq elm adamlarının fəaliyyət və tədris mərkəzləri 
olmuşdur. Yəqin ki, Avestada da «Xane-ye danayan» («alimlər evi») 
deyəndə Avesta müəllifləri məhz atəşgədələri nəzərdə tutmuşlar. 
Atəşgədələr arasında «Azərqoşnəsb» Azərbaycandakı ən mü-
hüm tədris və elm ocaqlarından biri olmuşdur. 939-cu ildə Azərbay-
canda olmuş ərəb alimi Əbudolf Mesər ibn Mohəlhəlin şəxsi müşa-
hidələrindən, eləcə də digər ərəb və İran tarixçilərinin müvafiq mə-
lumatlarından məlum olur ki, Nizaminin Azərbaycanda «Xodi suz» 
adı ilə təsvir etdiyi çox zəngin və əzəmətli atəşgədə məhz bütün atəş-
pərəstlərin baş məbədi olan həmin «Azərqoşnəsb» atəşgədəsidir. 
Zoroastrizm aləmində mövcud olan Avestanın iki nüsxəsin-
dən biri Şiz atəşgədəsində saxlanılırdı. Sasanilər dövründə Zərdüş-
tün müqəddəs kitabı “Avesta”nın  Şiz nüsxəsi  əsasında tərtib edil-
mişdir. Bu da Şiz atəşgədəsinin mədəniyyət mərkəzi kimi vaxtı ilə 
mühüm bir kitabxanaya malik olmasına dəlalət edir. 
Azərqoşnəsb atəşgədəsinin  Şiz  şəhərində yerləşməsindən bu 
nəticəyə gəlmək olur ki, qədim Azərbaycanın paytaxtı olan bu şəhər 
Avesta Azərbaycanında böyük elm və maarif mərkəzi olmuşdur. IV 
əsrin ortalarında ərəb tarixçisi Məsudi belə yazırdı: «Zəmanəmizdə 
bu şəhərdə (Şiz şəhərində) heyrət doğuran binaların qalıqları, eləcə 
də səma kürəsini, ulduzları, dünyanı, quru və dənizləri, yaşayış yer-
lərini, onların bitki və canlılarını və sair qəribə şeyləri özündə əks 
etdirən rəngarəng və çox gözəl rəssamlıq lövhələri görünür». 
Məsudinin sözlərinə görə, kainatın maddi təsvirini verən 
«Azərqoşnəsb» məbədinin rəssamlıq əsərləri bu atəşgədənın həm də 
elmi mərkəz olmasına bir daha şəhadət verir. 


 
22
Bir çox faktlardan, xüsusilə Hindistanda və Yunanıstanda ya-
yılmış Avestanın tibb, nücum, coğrafiya və  fəlsəfə sahələrinə aid 
olan hissələrinin toplanması haqqında Sasani şahı  Şapurun (242 – 
272) xüsusi fərman verməsindən belə bir qənaətə  gəlmək olur ki, 
həmin elmlər vaxtı ilə ictimaiyyətin nəzər-diqqətini cəlb edən əsas 
sahələr olmuşdur. 
Sasanilər dövründə rəsmi dövlət dini kimi qəbul edilmiş zoro-
astrizm digər ideoloji cərəyanların qüvvətlənməsi ilə öz nüfuzunu 
müəyyən dərəcədə itirməkdə idi. Belə ki, bir tərəfdən, zoroastrizmə 
qarşı yönəlmiş Mani (216 – 277) əqidəsi İranda, xüsusilə Azərbay-
canda
 
geniş təbliğ edilirdi. Digər tərəfdən, xristianlıq Yaxın Şərqdə, 
o cümlədən İranda yayılır və bu, Sasani dövləti üçün siyasi təhlükə 
əmələ gətirirdi. Çünki Bizans imperatorluğu İran əleyhinə apardığı 
işğalçılıq siyasəti üçün xristianlıqdan ideoloji dayaq kimi istifadə et-
mək niyyətində idi. Tarixi faktlardan məlum olur ki, bu vəziyyət IV 
əsrin axırları və V əsrin birinci yarısında Azərbaycanda zoroastriz-
min  əsas mübəlliğlərinin, moğların böyük fəaliyyətinə  və zoroast-
rizm təlimatının daha da qüvvətləndirilməsinə səbəb olmuşdur. Hə-
min məsələ ilə əlaqədar olaraq Zərdüşt təlim ocaqları bu dövrdə İra-
nın digər yerlərinə nisbətən, Azərbaycanda, xüsusilə  Şiz  şəhərində 
genişlənmişdir. Çünki muğların əsas mərkəzi Azərbaycan idi. Yeri 
gəlmişkən, qeyd etmək lazımdır ki, hələ lap ilk dövrlərdə, o zaman-
kı İranın bütün ərazisindən gələn moğlar məhz Şiz şəhərinin Siroş 
adlı nahiyəsində toplanır, burada Zərdüştlük dini üzrə təlimat alırdı-
lar. Moğların ilk məktəbi də həmin məhəllədə olmuşdur. 
VI  əsrdən etibarən məzdəkilər hərəkatı
1
  məğlub olduqdan 
sonra (528) zərdüştpərəstliyin əsas mərkəzi kimi Şiz şəhərinin möv-
qeyi həmişəkindən daha çox möhkəmlənmiş, buna görə də o, özü-
                                                 
1
 Məzdəkilər hərəkatı – 
Məzdəkin
 rəhbərliyi ilə 
496
 – 
531
-ci illərdə 
Sasani
 zül-
münə və feodallara qarşı baş vermiş hərəkat, erkən orta əsrlərin ən mühüm icti-
mai və tarixi hadisələrindən biri. 
Maniçiliyin
 təsiri altında yaranmış  Məzdəkilər 
hərəkatı özünəməxsus spesifik xüsusiyyətlərə malik olmuşdur. Məzdəkilər hərə-
katı ərəfəsində quraqlıqlar və təbii fəlakətlər nəticəsində ardı-arası kəsilmədən ac-
lıqlar baş vermişdi. Beləliklə hərəkatın başlanması üçün iqtisadi və ictimai amil-
lər meydana gəlmişdi. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə