Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə4/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   40

 
11
gəlməsinə  səbəb olmuşdur. Azərbaycan  ərazisində zoroastrizmin 
(Zərdüşt dini) yayılmasına başlanmışdır. 
Əgər Mannada (tayfa quruluşunda)  şər hadisələrin (zülmət, 
quraqlıq, qıtlıq, xəstəlik və s.) qarşısının alınması üçün bütlərə yal-
varılırdısa, sehr və caduya əl atılırdısa, Midiya ictimai həyatında baş 
verən yeni dəyişmələrə uyğun olaraq təbiət hadisələri və xalq təsər-
rüfatı sahəsində bilik və mütəşəkkil əmək fəaliyyətinin həlledici ro-
lu duyulurdu. 
Zoroastrizm məktəbi.
 Zoroastrizmin ayinləri və prinsiplərin-
dən məlum olur ki, bu dövrdə təbiətin dağıdıcı qüvvələrinin təsirinə 
qarşı ilk müqavimət və mübarizə meyli, düşünülmüş və mütəşəkkil 
əmək fəaliyyətinin zərurəti ortaya çıxmışdır. Bütün bunlar mütəşək-
kil tərbiyənin gərəkliliyini irəli sürmüşdür. Təsadüfi deyildir ki, zo-
roastrizm  Əhrimənə qalib gəlmək üçün zərdüştilərin lazımi biliyə, 
əmək fəaliyyətinə  və müvafiq əxlaqi keyfiyyətlərə yiyələnmələrini 
vacib şərt hesab etmişdir. Zərdüştlük təliminə görə, bu xüsusiyyətlər 
gənc nəslə təlim və tərbiyə vasitəsi ilə aşılanmalıdır. Demək, həmin 
dövrdə Azərbaycanda mütəşəkkil təlim və  tərbiyə  zərurəti duyul-
muşdur. Azərbaycanda məktəb təhsili tarixi də bu dövrdə başlanır. 
Avestanın «Yəşt» adlı bölməsində «Çista» elm və bilik ilahəsi kimi 
göstərilmişdir. Zərdüşt «Çista» ilahəsinə xitabən belə demişdir: 
«Sən əgər irəlidə olsan, məni gözlə, əgər geridə qalsan, özünü mənə 
çatdır». Bununla Zərdüşt hər cür ətalətin  əleyhinə  çıxmış, hamını 
bilik əldə etməyə çağırmışdır. 
Buna görə  də Avestada elmə yiyələnmək  əsas dini vəziyyət-
dən biri hesab edilmişdir. Bu barədə Avestada müvafiq dualar və 
göstərişlər də var. Həmin dualardan birində valideyn Ahuraməzda-
dan (baş ilahi qüvvə) yaxşı övlad, Avestanın digər bir yerində isə 
Ahuraməzdanın oğlu hesab edilən Azərdən şüur və zəka diləmişdir. 
Elə bu kimi ifadələrdən məlum olur ki, övladın əxlaqi və əqli tərbi-
yəsi valideynlərin diqqətini cəlb edən məsələlərdən olmuşdur. Söz-
süz ki, əqli tərbiyə təlim vasitəsilə həyata keçirilir. Təlim isə müəlli-
min müşayiətini tələb edən iş sahəsidir. O dövrdə müəllimlər «hir-
bod», «əsərpəiti», şagirdlər isə «həvişt» kimi adlandırılmışdır. Əqli 


 
12
tərbiyə ilə  əlaqədar olaraq Avestadakı ehkamlar, dualar, eləcə  də 
müəllim və  şagird haqqında nəzərəçarpan məlumat, Azərbaycanda 
bu və ya digər şəkildə təhsil sisteminin və təhsil ocaqlarının varlığı-
nı göstərir. Avesta Azərbaycanında təhsil məktəblərinin atəşgahlar-
da yerləşməsini ilk mənbələrdən məlum etmək olur. O cümlədən 
«Şərəfnamə»  əsərində miladdan əvvəl IV əsr Azərbaycan məktəb-
ləri barədə maraqlı məlumata rast gəlirik. Nizami Gəncəvi bu döv-
rün atəşgahlarını  təsvir edərkən yazır: «Keçmişdə adət belə idi ki, 
atəşgahlarda müəllim
1
 olardı». Nizaminin bu sözləri qədim Azər-
baycanda alim müəllimlərin atəşgahlarda fəaliyyət göstərmələrini 
bildirir. Nizaminin digər  şeirində  də atəşgahların təhsil mərkəzləri 
olmasını bildirən faktlar vardır. O, Azərbaycanın baş atəşgahından 
danışarkən burada qızıldan gərdənlənd
2
 salmış yüz hirbodun (Zər-
düşt din xadimləri) zoroastrizm qulluğunda hazır olmalarını fars 
dilində bu cür təsvir etmişdir: 
 
Sədəş hirbod bud ba toq-e zər, 
Be atəşpərəsti gereh bər kəmər. 
 
N.Piqulevskaya “Erkən orta əsrlərdə İran şəhərləri” («Города 
Ирана в раннем средневековье») adlı əsərində göstərir ki, «Avesta 
təhsil sistemində» müəllimliklə hirbodlar məşğul olmuşlar. Qədim 
İranda ruhani rəhbərlərinə «hirbod» deyilirdi. Müəllimlik ruhanilə-
rin öhdəsindəydi. 
Avestanın «Vəndidad» bölməsində, «Dinkərd» və «Şahnamə» 
əsərlərində verilən məlumata görə, ibtidai təhsil yeddi yaşdan on 
beş yaşa qədər davam edirdi. Atəşgahlarda təhsil səhər tezdən başla-
nırdı. Avestanın duaları və nəğmələrinin öyrənilməsi ibtidai təhsilin 
məzmununu təşkil edirdi. Bu dini mərkəzlərdə icra edilən tədbirlər 
sisteminə pedaqoji işlər, yəni təlim və tərbiyə işləri də daxil idi. 
                                                 
1
 “Müəllim” sözü Nizaminin fars dilində yazdığı şeirində “amuzqar” sözünün Azərbaycan-
ca tərcüməsidir. 
2
 boyunbağı 


 
13
Azərbaycanın Zərdüşt məktəblərində  tədris prosesi müəyyən 
mərasim ilə müşayiət edilirdi. Bu da dərs materiallarının  şagirdlər 
tərəfindən əzbərlənməsini asanlaşdırmaq məqsədini güdürdü. Saray 
və yüksək silkə mənsub olanların uşaqlarına müstəsna hallarda yazı 
və oxu öyrədilirdi. Yazı üçün əvvəllər mixi əlifbasından, sonralar 
isə Arami (Aramey) və Pəhləvi yazısından istifadə olunmuşdur. 
Azərbaycanın qədim məktəblərində  tərbiyə üçün başlıca ola-
raq düzlük və dürüstlük, əməksevərlik, ümumxalq işinə və Zərdüşt 
ehkamlarına sədaqətli olmağı tövsiyə etmişlər. Zərdüşt dualarının 
birində işgüzarlıq və vətənpərvərlik tərənnüm edilərək valideyn tə-
rəfindən belə deyilir: «Ey Ahuraməzda, mənə adlı-sanlı, bacarıqlı, 
ədalətli, yaxşı rəftarlı, işgüzar və vətənpərvər övlad bəxş et!». 
Bu dövrdə yeniyetmələrin  əmək fəaliyyətləri aşağıdakı üç 
əsas prinsip üzrə qurulmuşdur: 1) yaxşı düşüncə; 2) yaxşı söz; 3) 
yaxşı davranış. 
Qədim Azərbaycanda fiziki tərbiyə  əxlaq tərbiyəsinin ayrıl-
maz hissəsi kimi başa düşülmüşdür. Məsələn, sağlamlığı qoruyub 
qüvvətli olmaq dini vəzifələrdən biri hesab edilmişdir. Buna görə də 
uşaqların fiziki tərbiyəsinə xüsusi diqqət yetirilmişdir. 
«Yadegare Bozorgmehr» adlı nəsihətnamədə «Daha çox əzab 
verən kimdir?», «Daha çox qüssə verən kimdir?» suallarına «zəif və 
xəstə övlad» – deyə, cavab vermişdir. 
Qədim Azərbaycanda at minmək, ox atmaq, nizə tullamaq, 
üzmək və ov fiziki tərbiyənin əsas ünsürləri kimi tətbiq edilmişdir. 
Atropatena dövlətində  ədəbiyyat.
 Eramızdan  əvvəl 150-ci 
ilədək davam edən Atropatena dövləti zamanında sinfi cəmiyyət 
nisbətən sürətlə inkişaf edir, hərbi, ictimai-siyasi həyat sahələri üzrə 
mütəxəssislərə ehtiyac artırdı. Bu sahədə lazımi kadr «Saray məktə-
bində» hazırlanırdı. Burada hakim sinfin uşaqları 16 yaşdan başla-
yaraq ali təhsil alırdılar. Zoroastrizmi rəsmi dövlət dini elan edən 
Sasanilər dövründə isə (226 – 651) Zərdüşt dini hakim feodalların 
mənafeyinə daha uyğunlaşdırılmış və kəskin sinfi siyasət silahı sə-
ciyyəsi almışdır. Bu dövrdə Azərbaycanda Avesta ehkamlarının in-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə