Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə3/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   40

 
8
na Qazax rayonunun Babadərviş adlı qədim yaşayış məskənində ta-
pılmış qabların naxışları misal ola bilər. 
Mütəxəssislərin fikrincə, Babadərviş piktoqramlarının birində 
quş və keçi timsalında göy və yer qarşılaşdırılmışdır. Burada torpa-
ğın göyə qarşı sitayişi və yağışa olan təmənnası ifadə olunmuşdur. 
Hətta, xeyir və şər qüvvələr arasında gedən mübarizənin şəkli yazı-
lar vasitəsi ilə nəql edilməsinə da təsadüf edilir. Məsələn, Gədəbəydə 
tapılmış tunc kəmərin piktoqramında işıqla qaranlığın, həyatla ölümün 
mübarizəsi günəşi təmsil edən  şirin və qaranlıq dünyanın rəmzi olan 
təkbuynuzlu əfsanəvi heyvanın simvolik şəkillərlə ifadə olunmuşdur. 
Şəkli yazılarda ictimai hadisələr, ayin mərasimləri, təbiət və 
kainata aid animistik və kosmoqonik təsəvvürlər simvolik işarələrlə 
göstərilirdi. 
Qədim Azərbaycanda yazının ilk növü kimi şəkli yazılara Qo-
bustandan başqa, Şüvəlan qəsəbəsində, Ordubad yaylaqlarında, Kəl-
bəcər dağlarında və Cənubi Azərbaycanın Qaradağ bölgəsində rast 
gəlmək mümkündür. 
İctimai həyat və ideologiyanın müxtəlif sahələrinə aid təsvirli 
yazıların geniş yayılması vaxtı ilə Azərbaycanın qədim sakinləri 
arasında piktroqrafiya mədəniyyətinə dair təlim işinin varlığı və ya-
yılması müddəasını irəli sürməyə haqq qazandırır. 
Qobustanın bir sıra təsvirli yazıları nümunəsində naşı  əllərlə 
cızılmış natamam təsvirli yazılar müşahidə olunur. Bu onu göstərir 
ki, Qobustanın bir sıra piktoqramları buranın qədim sakinləri tərə-
findən təsvirli yazı bacarığı əldə etmək üçün nümunə və əyani vasi-
tə kimi istifadə edilmişdir. 
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar
 
Qədim Azərbaycanda «savadlılar»  şəkli yazıları  rəsm et-
mək və başa düşmək bacarığına yiyələnənlərdən ibarət olmuşlar. Bu 
ilk savad növünü şərti mənada «icma savadı» adlandırmaq olar. 
 
Təsvirli yazılardan baş çıxarmaq, yaxud hadisələri təsvirli 
yazı vasitəsi ilə təcəssüm etdirməyi bacarmaq qədim Azərbaycanda 
icma savadının məzmununu təşkil etmişdi.  İcma savadına yiyələn-
miş dədə-babaların bilik və təcrübələri bu və ya digər formada gənc 


 
9
nəslə aşılanırdı. Məişət mədəniyyəti şəkli yazılar, mərasim rəqsləri 
və təqlid üsulu ilə gənc nəslə öyrədilirdi. Həmin şəkli yazılar qədim 
Qobustan sakinlərinin təfəkkür tərzini və bu dövrlərə  məxsus olan 
öyrətmə və öyrənmənin, başqa sözlə, təlim işi mədəniyyəti ünsürləri-
nin ilkin və ibtidai şəkildə varlığını bildirir. İbtidai icma quruluşunda 
əqli tərbiyə və əmək tərbiyəsi işi rüşeymləri bu cür formalaşırdı. 
 
Sual: 
Qədim Azərbaycanda yaşayan ibtidai insanların bədii təfəkkü-
rü və rəsm mədəniyyəti haqqında nə demək olar? 
Cavab: 
Qobustanın rəsmləri sırasında Mezolit dövrünə (miladdan əv-
vəl X – XII əsrlərə) aid çoxfiqurlu rəqs kompozisiyaları diqqəti cəlb 
edir. Rəsmlərdə rəqs edən insan fiqurlarının ritmik ardıcıllıqla tək-
rarı icma həyatında bədii təfəkkürün inkişafını əks etdirir. 
Məsələn, Eneolit dövrünün (IV minillik) ilk əsrlərində Qobus-
tan qayaları üzərində iri ölçüdə maralların bədən quruluşu verilmiş-
dir. Diqqətlə baxanda görünür ki, heyvanların boyunları  və başları 
çox zərifdir. Lakin maralların duruşunda qüvvət və əzəmət hiss olu-
nur. Bu rəsmlər naturadan çəkilmiş sənət əsərləridir (İ.M.Cəfərzadə). 
 
Qədim Azərbaycanda maarif və təhsil 
 
Azərbaycanda məktəb təhsili tarixinin başlanması, adətən, 
VIII – IX əsrlərə aid edilir. Buna görə də ən qədim dövrlərdən baş-
lamış ərəb istilasına qədər təlim, tərbiyə və məktəb təhsilinin tarixi 
kölgədə qalmışdır. 
Qeyd etmək lazımdır ki, Azərbaycanda miladdan əvvəl zoro-
astrizmin meydana gəlməsi ilə tədricən Zərdüşt məktəb sistemi for-
malaşıb inkişaf etmişdir. Hələ  Zərdüşt məktəb təhsil sistemindən 
əvvəl mütəşəkkil təlim və tərbiyə sistemi olmasa da, kortəbii təlim 
və tərbiyə formalarının ibtidai dövrü olmuşdur. 
Azərbaycan qədim mədəniyyət tarixinə malikdir. Qobustanın 
qayaüstü rəsmlərində mədəniyyət, təlim və tərbiyənin ən qədim tari-


 
10
xi köklərini görmək olar. Bu rəsmlərin sırasında kişi dəstəsinin ifa-
dəsində yallıya oxşar bir mərasim rəqsi təcəssüm etdirilmişdir. Qə-
dim Azərbaycanda bu kimi mərasim rəqsləri vasitəsilə  gənc nəslə 
birgə  əmək həvəsi, cəsarət, qoçaqlıq, cəldlik keyfiyyətləri tərbiyə 
edilirdi. Uşaqlar xüsusi rəqsləri, oyunları müşahidə etməklə qəbilə, 
tayfa ənənə və adətlərini mənimsəyib yadda saxlayırdılar. O dövrdə 
təlim və tərbiyənin ibtidai və bəsit forması belə idi. 
Manna dövlətində təlim-tərbiyə. 
Miladdan əvvəl I minilliyin 
başlanğıcında Güney Azərbaycan ərazisində sakin olan qədim tay-
faların bir hissəsini mannalılar təşkil edirdi. Onların sakin olduqları 
ərazi Manna adlanırdı. Urmiyanın  ətrafından miladdan əvvələ aid 
əldə edilmiş arxeoloji tapıntıların (qızıl cam, qızıl döşlük, qızıl bi-
lərzik, gümüş piyalə) üzərindəki bədii naxışlar Mannada rəssamlıq 
və musiqi sahəsində təlim işlərinin varlığını əks etdirir. Bəzi mənbə-
lərə görə, mannalılar yazıdan istifadə etmişlər. Yazı olan yerdə isə 
oxu da olmalıdır. Yazı və oxunun tətbiqi üçün savad təliminə ehti-
yac olduğundan Mannada hakim sinfə  mənsub ailələrin uşaqlarına 
savad öyrədilməsini güman etmək olar. Əlbəttə, bu, təlim və tərbiyə 
işinin sistem halına düşməsi və mütəşəkkil surətdə  həyata keçiril-
məsi mənasında başa düşülməməlidir. Bu dövrdə sehr-cadu və büt-
lərin iradəsi cəmiyyətin əsas hərəkətverici qüvvəsi sayılırdı. İctimai 
həyatda əmək və tərbiyənin həlledici rolu hələ mannalılar tərəfindən 
dərk edilmədiyi üçün onun tətbiqində mütəşəkkillik və məqsədyön-
lülük də ola bilməzdi. Buna görə də Manna tarixinin bu inkişaf mər-
hələsində sistemli məktəb təhsilinə  təsadüf olunmur. Yeniyetmələ-
rin tərbiyəsinə gəldikdə bu, bütpərəstlik ayinlərinin, meydan tama-
şalarının, maddi nemətlər əldə edilməsinin və məişət tərzinin müşa-
hidəsi ilə  məhdudlaşırdı. Ümumi təlim və  tərbiyə kortəbii olaraq 
təqlid yolu ilə həyata keçirilirdi. 
Midiya dövlətində təlim-tərbiyə
. Manna dövləti süqut etdik-
dən sonra ərazisi Midiya dövlətinin vilayətləri sırasına keçdi. Bu da 
Midiyada sinifli cəmiyyətin inkişafı ilə nəticələndi. İctimai həyatda 
baş verən bu əsaslı  dəyişikliklər yeni ictimai baxışların meydana 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə