Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə6/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   40

 
17
VI əsrə aid «Ənuşirəvan və Qolam-bəççe-ye u» adlı bir sənəd-
dən məlum olur ki, Qolam-bəççe öz təhsili haqqında şaha məlumat 
verərkən deyir ki, o, ibtidai məktəbdə «Avesta»nın  əsas hissəsini 
izahatı ilə bərabər əzbərlədikdən sonra orta təhsil almağa başlamış-
dır. Həmin sənəddən, eləcə də «Avesta»dakı bir sıra dualardan belə 
qənaətə gəlmək olar ki, sasanilər dövründə (226 – 651) İranda, eləcə 
də Azərbaycanda «Avesta»dakı ayrı-ayrı duaların və dini nəğmələ-
rin  əzbərlənməsi ibtidai təhsilin məzmununu təşkil edirdi. İbtidai 
təhsil dövründə «Avesta» yeganə tədris vəsaiti kimi istifadə olunurdu. 
IX  əsrdə  tərtib edilmiş  Pəhləvi yazılarından olan «Dinkərd» 
kitabında «Avesta» İranda «təlim və  nəsihət» üzrə istifadə olunan 
vəsait kimi qeyd edilmişdir. 
IV əsrə qədər Avesta hələ kitab şəklinə düşməmişdi. Ruhani-
lər «Avesta»nın dualarını və nəğmələrini əzbərdən söyləməli idilər. 
Çindən gətirilən kağız bahalı olduğu üçün «Avesta» şagirdlərə şifa-
hi yolla təlim edilir və əzbərlədilirdi. Məhz buna görə ruhanilər öz 
dualarında «elm allahından» həmişə möhkəm və qüvvətli hafizə di-
ləyirdilər. 
Beləliklə, demək olar ki, Azərbaycanda ibtidai təhsil dövrün-
də oxu və yazı, demək olar ki, təlim edilmirdi. Müstəsna hallarda 
saray ailələrin, eləcə də yuxarı təbəqənin uşaqlarına yazı və oxu öy-
rədilir, onların orta və ali təhsilləri davam etdirilirdi. 
Təxminən, VII əsrdən başlamış XIX əsrin axırlarına qədər ib-
tidai təhsil Azərbaycanda Quran ayələrini qiraət edə bilməklə ta-
mamlandığı kimi, çox güman ki, sasanilərdən lap qabaqkı dövrlərdə 
«Avesta» parçalarının əzbərlənməsi ilə tamamlanırdı. Lakin Quran 
təlimi ilə Avesta təlimi arasında fərq var: birincisində  şagirdlərə 
Quran ayələrinin öyrədilməsi əlifba təlimi ilə başlanıb kitab üzərin-
də qiraətlə bitirdi, ikincisində isə Avesta duaları və nəğmələri əlifba 
təlimi və qiraət keçilmədən şifahi yolla öyrədilib əzbərlədilirdi. 
Azərbaycanda Zərdüşt dini  dövlət dini elan ediləndən sonra 
(sasanilər zamanında) Avesta ehkamlarının inkişafına və əməli tət-
biqinə daha əlverişli şərait yaranmışdır. 


 
18
Sasanilər dövründə  İranda və eləcə  də Azərbaycanda ictimai 
xadimlər, Avestanın baş xəttinə müvafiq olaraq, şərə qarşı mübari-
zədə  həmişə elm və biliyə yiyələnməyi təbliğ edirdilər. Buna görə 
də onlar gənc nəslin tərbiyəsi ilə  əlaqədar,  əqli tərbiyəni ön plana 
çəkmişlər. Sasani şahlarından olan Xosrov Ənuşirəvanın (531 – 579) 
vəziri Bozorgmehrin nəsihətnaməsi buna yaxşı misal ola bilər. O, 
zoroastrizm  şüarı ilə başlanan bu nəsihətnamədə «daha çox ürəyə 
yatan kimdir?» sualına – «layiqli övlad», «daha çox əzab verən 
kimdir?», «daha çox qüssə verən kimdir?» suallarına isə – «zəif və 
xəstə övlad», «nalayiq övlad» – deyə cavab vermişdir. Həmin nəsi-
hətnamədə «adamlar üçün daha dəyərli bacarıq hansıdır?» sualına 
«alimlik və elm» cavabı verilir. 
Bozorgmehrin nəsihətnaməsindən məlum olur ki, Azərbay-
canda sasanilər dövründə gənc nəslin əxlaqi və fiziki, xüsusən əqli 
tərbiyəsi hakim sinfi maraqlandıran məsələlərdən biri olmuşdur. 
Qeyd etmək lazımdır ki, Sasanilər dövlətində təhsilə olan ehti-
yac və rəğbətin artması səbəblərindən biri sasanilərin nizama salın-
mış  İran monarxiyasının yaranması  və eləcə  də Sasani hökmdarlı-
ğında feodal münasibətlərinin formalaşması və möhkəmlənməsi ilə 
əlaqədar idi. 
İctimai ədalətsizliyə qarşı xalq kütlələrinin mübarizəsini təm-
sil edən Məzdəkilər hərəkatı
1
 məğlub olduqdan sonra Sasani dövlə-
tinin tərkibinə daxil olan vilayətlərdə, xüsusilə Azərbaycanda feodal 
münasibətləri möhkəmlənmiş və feodal istehsal üsulu qalib gəlmiş-
di. Bu zaman feodalların  əksəriyyəti, tarixçilərin tədqiqinə görə, 
əsasən, Azərbaycanda mərkəzləşmişdilər. 
O zamankı çoxsahəli bir ölkənin idarələrində  işləmək üçün 
«Sasanilərin nizama salınmış  İran monarxiyası»nda katiblərə, sa-
                                                 
1
 Məzdəkilər hərəkatı – (480 – 529) Sasanilər dövlətində əyanlar və kahinlərdən 
ibarət varlı  təbəqələr  əleyhinə  şəhər yoxsulları  və  kəndlilərin hərəkatı. Sasani 
hökmdarı I Qubad  əyanlar və kahinlərin  mövqelərinin zəiflətmək üçün həmin 
hərəkata qoşuldu. 529-cu ildə onun oğlu Xosrov Məzdəkilər hərəkatına son qoy-
du. Məzdəkilərin başçısı  Məzdək və onun silahdaşları Xosrovun əmri ilə edam 
edildi. 


 
19
vadlılara olan ehtiyac artırdı. Bu hal istər-istəməz  İranda, xüsusilə 
Azərbaycanda VI əsrdə ibtidai və ali təhsilin əhəmiyyət və lüzumu-
nu artırır, onun genişlənməsinə kömək edirdi. 
Məzdəkilər hərəkatının məğlubiyyətə uğramasından sonra Şiz 
şəhərinin atəşpərəstliyin  əsas mərkəzi kimi möhkəmlənməsi Azər-
baycanda təhsil və maarifin qüvvətlənməsinə əlverişli şərait yaratdı. 
Lakin həmin dövrdə  əhalinin silklərə bölünməsi səbəbindən təhsil 
silki xarakter daşıyırdı. Bu isə, öz növbəsində, xalq kütləsindən çı-
xan bir çox istedadların inkişafına böyük maneə yaradırdı. 
Sasani dövlətində  əhalinin tərkibini təşkil edən dörd silkdən 
birinin katiblərə  mənsubluğu aydın görünür. Katiblər silkinə  mək-
tubları  və protokolları  tərtib edənlər, hesabdarlar, hüquqşünaslar
həkimlər, yazıçı və şairlər, coğrafiyaşünaslar və münəccimlər daxil 
idi. Həmin dövrdə savadlı  şəxslərin və elm adamlarının ayrıca və 
müstəqil silkə məxsus edilməsi, Sasani dövlətinin şimal vilayəti tər-
kibinə daxil olan Azərbaycanda (Atropatena) ziyalıların, alimlərin, 
ümumiyyətlə, təhsilin cəmiyyətdə  əhəmiyyətli mövqe tutmasını 
göstərir. 
Avestada, eləcə də Sasanilər dövründə Avesta ehkamlarına is-
tinadla yazılmış  Pəhləvi  ədəbiyyatında ali təhsil almaq sahəsində 
müəyyən tədbir və məsləhətlər göstərilmişdir ki, bunlar da Azərbay-
canda ali təhsilin və müvafiq tədris mərkəzlərinin mövcud olması 
zərurətindən xəbər verir. 
Cəmiyyət üzvləri üçün alimlik və elm ən dəyərli bacarıq he-
sab edilirdi. Bozorgmehr nəsihətnaməsində «daha faydalı  şey nə-
dir?» sualına «alimlərlə oturub-durmaq» cavabını vermişdir. Bo-
zorgmehrin bu sözləri Avestanın müvafiq göstərişlərinə tamamilə 
uyğun gəlir. «Avesta»da hər ayın ikinci günü
1
 «elmi sahədə işləmək 
və alimlər evinə getmək» üçün müəyyənləşdirilmişdir. «Alimlər 
evinə getmək», «alimlərlə oturub-durmaq» kimi verilən bir sıra 
məsləhətlər Azərbaycanda ali təhsil ocaqları və müəyyən elmi mər-
kəzlərin mövcud olmasına  şübhə yeri qoymur. Nizaminin Qədim 
Azərbaycanda tədris ocaqlarının yerləşdiyi mərkəzləri müəyyənləş-
                                                 
1
 Hər ayın ikinci günü Avestada «bəhmən» adlandırılır 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə