Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə9/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

 
26
başlanmışdır. Ərəblər 734-cü ildə xəzərlər üzərində qəti qələbə qa-
zanaraq Dağıstanı Zaqafqaziyada islam hakimiyyəti ordusunun mər-
kəzi təyin etmişlər. Bu tarixdən etibarən onlar ələ keçirdikləri şəhər-
lərdə ciddi intizam yaratmaq və  əhalini islam dininə  cəlb etmək 
üçün bir sıra tədbirlər görmüş, xüsusilə, dini təbliğat və təlimat mər-
kəzi kimi məscid  şəbəkəsinin genişləndirilməsinə  və ruhanilərin 
fəaliyyətinə böyük imkanlar yaratmışlar.  Əlqədari 731-ci ildə Za-
qafqaziyaya göndərilmiş  ərəb ordusunun başçısı Müslemə ibn Əb-
dülməlikin, Dağıstanda həyata keçirdiyi tədbirlər barəsində belə ya-
zır: «Onun fərmayeşi ilə burada olan əhaliyə təlim-e islam barəsin-
də qazilər, alimlər, riyasət-e ümuratına hökəma və  əkabir təyin 
olunmuşlar və  məscid-o menarat təmir qılınıbdur…». Təkcə  Dər-
bənd  şəhərində «Musel», «Fələstin», «Dəməşq», «Ordon», «Cəza-
yer» və başqa adlarla bir sıra məscidlər yenidən təmir olunub bərpa 
edilmişdir
1

Yeni tikilmiş və ya bərpa edilmiş məscidlərdə dini təbliğat – 
təlimat təşkil etmək məqsədi ilə Musel, Dəməşq və sair ərəb şəhər-
lərindən Azərbaycan  şəhərlərinə bir çox din xadimləri və  fəqihlər 
gətirilmişdir. Ərəbistanın özündə olduğu kimi, Azərbaycan şəhərlə-
rində də ərəblər tərəfindən yaradılmış məscidlərdə Quran qiraət olu-
nur, dini ehkamlar izah və təfsir edilirdi. Eyni zamanda bu məscid-
lərdə alimlər tədris işləri ilə məşğul olur, müxtəlif dini və elmi mə-
sələlər ətrafında izahat işi aparırdılar. Bu kimi tədris mərkəzlərindən 
faydalanmaq üçün dinləyicilərin ibtidai savada malik olmaları, xü-
susilə ərəb əlifbasını və ərəb dilini bilmələri zəruri idi. Bununla əla-
qədar, sonralar həmin məscidlərin nəzdində ərəb əlifbasını və Qura-
nın qiraətini təlim edən məktəblər açılmağa başlamışdır
2

                                                 
1
   
Vaxtilə ərəblər tərəfindən Dərbənd şəhərinə çoxlu ərəb ailələri köçürülmüşdür. Bu şə-
hərdə olan məscidlər Dərbəndin ayrı-ayrı  məhəllələrində yerləşdirilmiş  ərəblərin mənsub 
olduqları ərəb şəhərlərinin adları ilə adlandırılmışdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır 
ki, vaxtilə ərəb ailələri köçürülmüş Azərbaycanın bir çox yaşayış məntəqələrinin adlarının 
tərkibində indi də «ərəb» sözü işlədilir. 
2
  Azərbaycan müharibəsindən Bağdada qayıtmış  ərəb ordusunun başçısı  Həzifə  Yəma-
ninin Xəlifə Osmana verdiyi bir məlumatından aydın olur ki, hələ 640-cı illərdə Azərbay-
can məscidlərində quran qiraətinə başlanmışdır.  


 
27
«Məktəb» istilahı ilə  əlaqədar, qeyd etmək lazımdır ki, VII 
əsrdən qabaqkı bəzi fars mənbələrində «məktəb» sözünün ilk vari-
antı olan «kətəb» sözünə rast gəlmək olur. Ancaq görünür ki, o za-
man «b» səsinin  əvəzinə «u» səsini tələffüz etməklə «kətəb» sözü 
«kətu» kimi də  işlədilmişdir. Bu istilahdan son zamanlaradək qis-
mən istifadə edilmişdir. Belə ki, XIX əsrin axırları və XX əsrin əv-
vələrinə  qədər  İranın bəzi  şəhərlərində «məktəb»  əvəzinə «kətəb-
xanə» və ya «kətuxanə» sözünün işlədilməsi məlumdur. Hətta İra-
nın keçmiş maarif naziri Həbibullah Amuzqar özünün bir məqalə-
sində «məktəbxanə» (molla məktəbi) əvəzinə «kətuxanə» istilahını 
işlətmişdir. 
XI əsr mənbələrində, o cümlədən «Ketab əl-Aqani»də ibtidai 
təhsil ocaqları “məktəb” sözü ilə deyil, “kottab” sözü ilə  də qeyd 
edilmişdir. Hicri 904-cü ildə vəfat etmiş Bəsrə şəhəri müəllimlərin-
dən Mübrid isə «kottab» istilahını «ibtidai təhsil ocağı» mənası ve-
rən söz kimi işlədilməsinin əleyhinə çıxaraq yazmışdır: Məktəb tə-
lim yerini, mokteb müəllimi və kottab şagirdləri bildirir. Kottab sö-
zünü “təlim verilən yer” kimi başa düşmək yanlışdır». 
Yuxarıdakılardan məlum olur ki, islam ölkələrində, o cümlə-
dən Azərbaycanda hələ X əsrdən qabaq “məktəb” və ya “kottab” 
adları ilə ibtidai təhsil verən təlim ocaqları mövcud olmuşdur. Əldə 
olan məxəzlərin bəzisində bu dövrün məktəbləri haqqında, qısa da 
olsa, müəyyən məlumat verilir. Məsələn, ərəb hakimiyyətindən son-
ra, bizə məlum olan ən qədim ibtidai məktəbin yaranması VIII əsrin 
birinci yarısına təsadüf edir ki, bu barədə də ibn-Xəlkan Əbu-Müs-
lüm Xorasaninin tərcümeyi-halında məlumat verilmişdir. Eləcə  də 
Xorasanda X əsrdə mövcud olan bir məktəb barəsində XI əsr müəl-
liflərindən Qabus Voşmgirin məlumatını göstərmək olar. 
Xacə Nizamülmülkün XI əsrdə yazılmış «Siyasətnamə» adlı 
əsərindəki bir qeydindən də bu dövrdə Səmərqənd bazarında bir ib-
tidai məktəbin mövcud olduğu görünür. 
Həmin dövrdə islam ölkələrində ali təhsil sahəsində müəyyən 
irəliləmələr müşahidə edilir. Nəzərə alınmalıdır ki, islam ideologi-
yası bütpərəstlik, zoroastrizm, xristianlıq və maniçilik əqidələrinə 


 
28
qarşı çıxmaq və üstünlük əldə etməkdən ötrü özü üçün fəlsəfi sistem 
yaratmalı idi. VIII əsrdən artıq təcrübi əhəmiyyət daşıyan elmlərin 
öyrənilməsinə də ehtiyac artmışdı. Buna görə də həmin əsrdə «Be-
şikdən qəbirə  qədər bilik axtar» kimi hədislər islam kürsülərindən 
təbliğ olunan əsas  şüarlardan biri kimi geniş yayılaraq elm həvəs-
karlarının artmasına və ali təhsil sahəsinin genişlənməsinə təsir gös-
tərirdi. 
Mövcud məxəzlərdə VII-X əsrləri əhatə edən dövrdə islam öl-
kələrində ali təhsil verən məktəblərin adı çəkilmir. Bu qənaətə gəl-
mək olar ki, ərəblərin yürüşlərindən sonra Yaxın və Orta Şərq ölkə-
lərində, eləcə də Azərbaycanda bir müddət mədrəsə (ali təhsil mək-
təbləri) açılmamışdır. Bu ölkələrdə xilafət dövründə uzun müddət 
fərdi təhsil sistemi əsas yer tutmuş, elm həvəskarları ayrı-ayrı alim-
lərin yanında ali təhsil almışlar.  Ərəb tarixçisi Corci Zeydanın 
(1861 – 1914) müvafiq qeydləri də həmin fikri təsdiq edir. O yazır: 
“İslam ölkələrində mədrəsə olmadan elm və mədəniyyət inkişaf et-
mişdir. Qanunşünaslar, həkimlər, filosoflar və alimlər mədrəsəyə 
getmədən meydana gəlmişlər”. 
Hicri 766-cı ildən etibarən Bağdad şəhəri bütün islam aləmi-
nin  ən böyük elmi mərkəzinə çevrilərək X əsrə  qədər, demək olar 
ki, bütün yunan elmi-mədəni irsinin ərəb dilinə tərcümə olunmasın-
da və yayılmasında rəhbər rol oynamışdır. Yunan kitablarını  ərəb 
dilinə  tərcümə etmək məqsədi ilə bu zaman Bağdadda «Beyt ül-
hekmə» adı ilə xüsusi tərcümə evi təşkil edilmişdir. Burada riyaziy-
yat, fəlsəfə, ritorika, psixologiya, əxlaq, coğrafiya, qrammatika və 
musiqi sahələrində Sokrat, Əflatun,  Ərəstun, Eqlidos, Arximed və 
b. qədim yunan alimlərinin əsərləri geniş miqyasda ərəb dilinə tər-
cümə olunmuşdur. Məsələn, Ərəstunun 55 əsəri ərəb dilinə tərcümə 
olunmuşdur. Bu tərcümələrin çoxu Yaxın  Şərq və Zaqafqaziyada 
geniş yayılaraq uzun müddət ali təhsil sahəsində orijinal tədris və-
saiti kimi istifadə olunmuşdur. 
Qabus Voşmgir təbabət elmini öyrətmək məqsədi ilə öz oğlu-
na yunan alimlərinin əsərlərinin tərcüməsindən ibarət olan geniş bir 
ədəbiyyatın mütaliəsini tövsiyə etmişdir. 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə