Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə8/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

 
23
nün daha yüksək inkişaf səviyyəsinə çataraq möhtəşəm saraylara
mədəni-maarif ocaqlarına malik olmuşdur.  Əsməi adı ilə  məşhur 
olan  ən qədim  ərəb müdərrislərindən biri Əbusəid  Əbdülməlik ibn 
Qəribin (738 – 828) Şiz şəhəri haqqındakı müvafiq sözləri də bu ba-
rədə müəyyən təsəvvür yaradır. 
I – VII əsrlərdə Azərbaycanda məktəb və maarifin inkişaf et-
məsinə xristian dininin yayılması da müəyyən təsir göstərmişdir. III 
əsrdən başlayaraq xristian dininin təbliği sahəsində böyük fəaliyyətə 
başlanmış, keçmiş Suriyanın mədəniyyət mərkəzlərindən olan Ədəs 
şəhərindən İranın və Zaqafqaziyanın müxtəlif vilayətlərinə təbliğat-
çı dəstələri ezam edilmişdir. Bununla əlaqədar olaraq Ədəs şəhərin-
də böyük təlim mərkəzləri və  məktəblər yaradılmışdı. Bu məktəb-
lərdən biri də fars və fransız məxəzlərində «Dəbestan-e  İraniyan», 
«Ekol de pers» adı ilə qeyd olunmuşdur. 
IV  əsrin ikinci yarısında  Ədəs  şəhərində  təşkil edilmiş «Də-
bestan-e  İraniyan» 489-cu ildə bağlandıqdan sonra həmin məktəb 
yenidən müəllimlər tərəfindən Nəsibeyn şəhərində bərpa edilmişdir. 
Dəbestan-e İraniyan və Nəsibeyn məktəbləri xristianlığı qəbul 
etmiş iranlılar tərəfindən idarə olunurdu. Bu məktəblərdə dini dərs-
lərdən əlavə, ritorika, coğrafiya, nücum, xüsusilə Aristotelin əsərləri 
tədris olunurdu. 
Qədim məxəzlərdən məlum olur ki, Yaxın Şərq ölkələrindən, 
xüsusilə Sasani dövlətinin tərkibinə daxil olan vilayətlərin əhalisin-
dən xristian dinini qəbul edənlər IV – V əsrlərdə Dəbestan-e İrani-
yan və  Nəsibeyn mədrəsələrində  təhsil alırdılar. Bu mədrəsələrdə 
təhsil alanlar, əslində,  Şərqdə, eləcə  də  İranda və Zaqafqaziyada 
xristian dinini təbliğ etmək və həmin rayonlarda mövcud olan kilsə 
şəbəkəsini genişləndirib onların nəzdində xristian təlim ocaqlarını 
təşkil etmək üçün hazırlanırdılar. 
Mənbələrdən məlum olur ki, Dəbestan-e  İraniyan bağlandıq-
dan sonra məktəbin bir çox üzvləri, o cümlədən  Şirazlı Mühənna, 
Midiyanın baş yepiskopu İbrahim və başqaları öz vətənlərinə qayı-
daraq müxtəlif şəhərlərdə mövcud kilsələrin nəzdində tədris işlərinə 
rəhbərlik etmişlər. 


 
24
Qədim Azərbaycanda da (Atropatenada) xristian kilsələrinin 
mövcud olması bir çox mənbələrdə qeyd edilmişdir. Buna görə də 
İranın digər şəhərlərində olduğu kimi, Sasani dövlətinin şimal vila-
yəti tərkibinə daxil olan Azərbaycan şəhərlərində də kilsələrin nəz-
dində tədris ocaqlarının mövcudluğuna şübhə ilə yanaşılmamalıdır. 
Xüsusilə qeyd etmək lazımdır ki, vətənimizin şimal hissəsini 
təşkil edən Qafqaz Albaniyasında xristian kilsələri daha geniş yayıl-
mışdı.  Ən qədim erməni məxəzlərindən məlum olur ki, V əsrdə 
xristian mübəlliğləri tərəfindən Zaqafqaziyada, o cümlədən Albani-
yada savad təlimi və kitab yayılmağa başlamışdır. Əlbəttə, bu maa-
rif işində yerli əhalinin nümayəndələri də iştirak etmişdir. Məsələn, 
Soqran adlı  şəhərdə xristian dininin təbliğatçısı olan Eqişenin fəa-
liyyətində üç albanlının da iştirakı məxəzlərdə qeyd edilir. 
Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada maarif və sa-
vadın yayılmasında xristianlığı  təbliğ edən «Dəbestan-e  İraniyan»-
nın müəyyən rolu olmuşdur. Məsələn, qədim Ermənistanda məktəb 
və maarifin banisi olan Mesrop-Maştoç (361-440) Suriyada erməni 
əlifbasını tərtib edərkən «Dəbestan-e İraniyan» məktəbinin təsir və 
köməyindən faydalanmışdır. Yəqin buna görədir ki, o, Ermənistanın 
Sasanilər dövlətinin şimal vilayəti tərkibinə daxil olan hissəsindəki 
kilsələrdə və təşkil etdiyi kilsə məktəblərində fəaliyyət göstərməyə 
geniş imkan tapmışdır. 
IV əsrin axırlarında Mesrop-Maştotsun müşayiəti ilə savad və di-
ni təlimat almaq üçün Suriyaya gəlmiş erməni uşaqlarının bir qrupu, 
çox ehtimala görə, «Dəbestan-e İraniyan» məktəbində təhsil almışdır. 
Tarixçilərin tədqiqatlarından bu nəticəyə gəlmək olur ki, xris-
tian dininin yayılmasını qüvvətləndirmək üçün latın dilində mövcud 
olan «Bibliya»nın milli dillərdə təlim olunmasıı təmin etmək məq-
sədi ilə Mesrop-Maştots gürcü və alban əlifbasını da bərpa edərək 
Zaqafqaziyada ibtidai savad təlimi verən məktəblərin açılması  uğ-
runda böyük fəaliyyətə başlamışdır. 
Mesrop-Maştotsun Qafqaz Albaniyasında fəaliyyəti ilə əlaqə-
dar V əsr erməni yazıçısı Koryun yazır: «Mesrop-Maştots Albaniya-


 
25
da olarkən onların əlifbasını bərpa etdi. Elmi biliklərin canlanması-
na təsir göstərdi və orada müəllimlər qoyub Ermənistana qayıtdı». 
Koryunun yuxarıdakı  məlumatına  əsasən, hələ V əsrdən qa-
baq orijinal Alban əlifbasının və eləcə  də müəyyən elmi biliklərin 
mövcudluğunu güman etmək olar. 
V əsrin birinci yarısında Albaniya hökmdarı, Arsvaqın zama-
nında Mesrop-Maştoç tərəfindən bərpa edilmiş alban əlifbasında ib-
tidai savad almaq üçün müəyyən məktəblər açılmışdır. Həmin mək-
təblərdə  şagirdlər hətta aylıq maaş  və yeməklə  təmin edilmişlər. 
Musa Kalankaytuklunun məlumatında hətta Albaniyada V əsrin axı-
rında mövcud olan bir kənd məktəbi qeydə alınmışdır. Musa Kalan-
kaytuklunun yazdığına görə, bu məktəb «Albaniya hökmdarı Vaça-
qanın əmri ilə» qədim yerli bütpərəstlik və digər əqidələrə pərəstiş 
edən valideynlərin uşaqlarını xristian dini əhval-ruhiyyəsində tərbi-
yə etmək üçün təsis olunmuşdu. Vaçaqan həmin kənddə olarkən bu 
məktəbə tez-tez gedir, əllərində yazı lövhəsi və ya kitab olan şa-
girdlərin ucadan oxumaları ilə maraqlanarmış. Alban əlifbasının 
bərpasından sonra V əsrin axırlarında belə bir məktəbdən söz açıl-
ması bu zaman Albaniyada oxu və yazı təlimi aparılan adi məktəb-
lərin mövcud olmasını göstərir. 
Musa Kalankaytuklu Albaniyada Arçaq adlı rayonda digər bir 
məktəbin də mövcud olmasını qeyd etmişdir. V əsrdə Albaniyada bu iki 
kənd məktəbinin mövcudluğu Albaniyanın Qəbələ və Kerdman kimi iri 
şəhərlərində xristian məktəblərinin varlığına şübhə yeri qoymur. 
VII əsrdə Azərbaycanda müstəqil Alban dövlətinin yaradılma-
sı ilə əlaqədar, məktəb və maarif işləri daha da sürətlənmişdir. Azər-
baycan hökmdarı Cavanşirin saray şairi Davdaqın şeirlərində elm və 
biliyin tərənnüm edilməsindən görünür ki, təlim və təhsil məsələsi 
Azərbaycanda ictimaiyyətin diqqət mərkəzində durmuşdur. 
 
VII-XII əsrlər 
 
Təxminən, VII əsrin 40-cı illərindən başlayaraq  ərəblər tərə-
findən Zaqafqaziyaya islam bayrağı altında qəsbkarlıq yürüşləri 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə