Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə5/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   40

 
14
kişafına və yayılmasına muğların fəaliyyətinə, ibtidai və ali təhsilin 
genişlənməsinə əlverişli şərait yaradılmışdır. 
VI əsrdə Pəhləvi dilində yazılmış «Tansarın məktubu» adlı bir 
sənəddə əhalinin tərkibini təşkil edən dörd silkdən biri katiblər ad-
landırılmışdır. Bunlar məktubları, protokolları tərtib edənlərdən, he-
sabdar, hüquqşünas, həkim və mühəndislərdən ibarət olmuşdur. Bu-
radan məlum olur ki, Sasanilər dövründəki Avesta Azərbaycanında 
bilik üzrə ali təhsil sahəsi genişlənmişdir. Savadlı və elm adamları-
nın müstəqil silkə  mənsub edilməsi ziyalıların, başqa sözlə desək, 
ali təhsilin cəmiyyətdə  əhəmiyyətli mövqe tutmasını göstərir. Bu 
zaman İranda və Azərbaycanda ali təhsil müəssisələri təşkil edilmiş-
dir. Zərdüşt məktəbi yerləşən mərkəzlərdən biri kimi Azərqoşnəsbin 
ali təhsil ocağı olması müddəasını irəli sürmək olar. 
Maraqlı haldır ki, X əsr coğrafiyaşünasları  və  səyyahları öz 
əsərlərində, Azərqoşnəsb məbədini əhatə edən binalara xüsusi diq-
qət yetirmişlər. X əsr ərəb səyyahı Əbu Duləf Mesər İbn əl-Mohəl-
hil «…bu məbədin yanında uca saraylar, hündür və əzəmətli tikinti-
lər var» – deyə, özünün ikinci risaləsində oxucunun diqqətini məbə-
di əhatə etmiş qeyri-adi binalara yönəltmişdir. 
Əbu Duləfin yuxarıdakı sözlərinə əsasən, Azərqoşnəsb məbə-
dinin mədəni-maarif işlərini də  əhatə edən müxtəlif korpuslar 
kompleksindən ibarət olması  təsəvvürü yaranır. X əsr  ən məşhur 
ərəb coğrafiyaşünas-tarixçi və səyyahlarından biri olan Əl-Məsudi-
nin həmin məbəd haqqında yazdıqları daha çox maraq doğurur. O, 
özünün «Xəbərdarlıq və yenidən gözdən keçirmə kitabı» adlı  əsə-
rində belə yazır: «Zəmanəmizdə bu şəhərdə (Şiz  şəhərində) heyrət 
doğuran binalar, eləcə də səma kürəsini, ulduzları, dünyanı, torpaq-
ları və dənizləri, yaşayış yerlərini, onların bitki və canlılarını və s. 
qəribə şeyləri özündə əks etdirən rəngarəng və gözəl lövhələrin qa-
lıqları görünür». Əl-Məsudinin dediyi kimi, kainatın maddi təsvirini 
verən Azərqoşnəsb (Nizaminin təbirincə, «Xodisuz») məbədinin 
lövhələri onun elm və  təhsil mərkəzi olduğuna dəlalət edir. Görü-
nür, Şiz şəhərində yerləşən və bütün İran və Orta Asiya atəşpərəst-
lərinin baş məbədi sayılan Azərqoşnəsb kompleksi vaxtilə Yaxın və 


 
15
Orta Şərq ölkələri üzrə mühüm mədəniyyət, elm və ali təhsil mərkə-
zinə çevrilmişdir. 
Xristian məktəbləri.
 Sasanilər dövründə (226 – 651) zərdüşt-
lük rəsmi din kimi hakim mövqe tutmasına baxmayaraq, təxminən 
III  əsrdən etibarən Suriya xristianlıları  tərəfindən Azərbaycanda 
xristianlıq təbliğ edilmişdir. X əsr coğrafiyaşünası Əl-Fəqih əl-Hə-
mədani Aran əhalisinin xristian olduğunu qeyd etmişdir. Xristian 
məktəbləri Zərdüşt məktəbləri ilə paralel şəkildə VII əsrə  qədər, 
əsasən, Albaniya ərazisində fəaliyyət göstərmişdir. Xristian məktəb-
ləri tədris proqramlarına görə  Zərdüşt məktəblərinə nisbətən daha 
çox inkişaf etmişlər. Zərdüşt məktəblərində yazı və oxu təlim edil-
mədən Avesta ehkamları dərs materialları kimi əzbərlədilirdi, xristi-
an məktəblərində isə V əsrdən başlayaraq yazı və oxu təlim edilmişdir. 
 
Azərbaycanda qədim məktəb tarixi 
VII əsrə qədər 
 
Arxeoloji qazıntılar göstərir ki, qədim Azərbaycanda yüksək 
mədəniyyət olmuşdur. Mədəniyyət isə  təlim və  təhsilsiz təsəvvür 
edilə bilməz. Buna görə  də  qədim Azərbaycanda təlim və  təhsil 
ocaqlarının mövcud olması labüddür. 
Hələ eramızdan  əvvəl qədim Azərbaycanda zoroastrizm ha-
kim ideologiya olmuşdur. Bütün klassik ərəb tarixçilərinin və bir 
çox Avropa şərqşünaslarının fikrincə, eramızdan əvvəl VI əsrdə ya-
şamış Zərdüşt Azərbaycanda Urmiya şəhərinin yaxınlığında anadan 
olmuşdur. O öz əqidəsini ilk dəfə olaraq Azərbaycanda təbliğ etmiş-
dir. Təbii ki, bu cəhətdən zoroastrizmin doğma vətəni Azərbaycan 
hesab edilməlidir. Qeyd olunmalıdır ki, qədim Azərbaycanın pay-
taxtı Şiz (Gəncək, Qazaka) şəhərində yerləşən Azərqoşnəsb atəşgə-
dəsi bütün İran və Orta Asiya atəşpərəstlərinin də baş məbədi hesab 
olunurdu. Buna görə  də  Zərdüşt dininin müqəddəs kitabı olan 
«Avesta» qədim Azərbaycanda hakim olan ictimai şüur və düşüncə-
nin bütöv inikasını verən məxəz kimi, o zamankı təlim-tərbiyə izlə-
rini üzə çıxartmaq üçün tədqiq obyekti olmalıdır. 


 
16
Zərdüştün əqidəsinə görə, Əhrimənə
1
 qalib gəlmək üçün bili-
yə yiyələnmək “Avesta”da dini vəzifələrdən biri hesab edilirdi. Bu 
barədə “Avesta”da müvafiq dualar və göstərişlər var. Həmin duala-
rın birində valideyn Ahura Məzdadan
2
 “yaxşı rəftarlı və şüurlu öv-
lad” diləyir. Buradan məlum olur ki, övladın əxlaqı və əqli tərbiyəsi 
o zaman valideynlərin diqqətini cəlb edən məsələlərdən biri olmuş-
dur. “Avesta”nın digər bir yerində Ahura Məzdanın oğlu hesab edi-
lən Azərdən, şüur və zəka dilənmiş, ilahi qüvvələrdən biri də “Çis-
ta” adlı elm və bilik allahı göstərilmişdir
 

Beləliklə, ideologiyası və ictimai həyatı Avesta ehkamları ilə 
səciyyələnən qədim Azərbaycanda elm və biliyə yiyələnmək, daha 
dəqiq desək, əqli tərbiyə məsələsi ictimaiyyətin, eləcə də cəmiyyə-
tin rəhbər ideoloqları və icraiyyə qüvvəsini təşkil edən «möbid»lə-
rin apardıqları işlərin əsas sahələrindən birini təşkil etməli idi. 
Əlbəttə,  əqli tərbiyə  təlim vasitəsi ilə  həyata keçirilir. Təlim 
isə müəllimin müşayiətini tələb edir. Buna görə də təsadüfi deyildir 
ki, Avesta dövründə müəllimlərin olmasına aid bəzi faktlara rast gə-
lirik. Buna misal olaraq, həmin dövrdə müəllimə müraciətlə deyilən 
«esrapaiti» sözünü göstərmək olar. «Avesta»nın «Yəşta» adlı hissə-
sində  şagird və müəllim haqqında məlumat verilir, hətta Sena adlı 
bir müəllimin dərsində 100 nəfər şagirdin iştirak etdiyi də qeyd edi-
lir. İbtidai təlim ilə «hirbod»lar məşğul olur, onların şagirdləri «xa-
vişt» adlanırdı. 
Beləliklə,  əqli tərbiyə ilə  əlaqədar olaraq «Avesta»dakı eh-
kamlar, dualar, eləcə də müəllim və şagird haqqında bəzi məlumat-
lar o dövr Azərbaycanında təhsil sisteminin və  təlim ocaqlarının 
mövcud olmasını göstərir. 
Avesta dövründə olan məktəblərdən və orada aparılan təlim 
işlərindən dəqiq məlumat bizə gəlib çatmamışdır. Ancaq məlumdur 
ki, bu zaman əxlaq və əqli tərbiyə dini vəzifələrdən hesab olunduğu 
üçün təhsil ruhanilərin əlində olmuşdur. 
                                                 
1
 Əhrimən – (Anqra Maynyu) şər allahı 
2
 Ahura Məzda – xeyir allahı 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə