Xülasə. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını məhdudlaşdıran əsas amil



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix08.04.2018
ölçüsü0,7 Mb.
#36733
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   19


Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl 

 

 



38 

HİDROTEXNİKA VƏ MELİORASİYA   

 

УОТ 626.1/3:626 

E.P. PAŞAYEV 

  

«Azdövsutəslayihə» 

 

SAMUR-ABŞERON SUVARMA SISTEMİNİN YERLƏŞDİYİ BÖLGƏNİN 

TORPAQLARINDAN İSTİFADƏNİN VƏ ONLARIN MELIORATİV  

VƏZİYYƏTİNİN ÜMUMİ SƏCİYYƏSİ 

 

Xülasə.  Kənd  təsərrüfatı  bitkilərinin 

məhsuldarlığını  məhdudlaşdıran  əsas  amil-

lərə  quraqlıq,  irriqasiya  eroziyası,  deflyasi-

ya,  izafi  nəmlənmə,  şorlaşma,  şorakətləşmə, 

turşuluq, texnogen dağılma, stukturun itməsi 

və s. daxildir. Bu baxımdan torpaqların mü-

hafizəsi  sadəcə  məqsəd  olmamalı,  torpaqla-

rın  qorunması  və  istifadəsi  –  vahid  tamdır: 

bu  torpaq  fondlarının  qorunmasına,  keyfiy-

yətcə  yaxşılaşdırılmasına  və  səmərəli  istifa-

dəsinə  istiqamətlənmlş  kompleks  tədbirlər 

sistemidir. 

Tədqiqat  obyekti  olaraq  seçilmlş  Sa-

mur-Abşeron  kanalı  sisteminin  yerləşdiyi 

bölgədə  torpaq  ehtiyatlarından  istifadənin 

mövcud vəziyyəti və torpaqların ekoloji-me-

liorativ  vəziyyəti  fond,  layihə,  ədəbiyyat  və 

aparılmış  tədqiqat  materialları  əsasında  qiy-

mətləndirilərək,  bölgədə  torpaqlardan  səmə-

rəli istifadənin təşkilinə dair müvafiq tədbir-

lər istehsalata tövsiyə edilmlşdir. 



Açar sözlər: torpaq, şorlaşma, şorakət-

ləşmə, meliorativ vəziyyət, torpaqda istifadə, 

eroziya, irriqasiya. 

Girlş:  Azərbaycan  Respublikası  müs-

təqillik əldə etdikdən sonra ölkədə əsaslı aq-

rar islahatlar aparılmlş və torpaqların ekolo-

ji-meliorativ  vəziyyətinin  yaxşılaşdırılması 

üçün  meliorasiya  və  su  təsərrüfatı  obyektlə-

rində genlş yenidənqurma və əsaslı tikinti lş-

lərinə  başlanılmışdır.  Bunlardan  biri  də  res-

publikanın  şimal-şərq  su  təsərrüfatı  obyekti 

olan SAK sisteminin yenidənqurulması layi-

həsi  olmuşdur  ki,  hazırda  onun  əsas  hissəsi 

istismara verilmlşdir. 

Respublikanın şimal bölgəsi rayonları-

nı,  Bakı,  Sumqayıt  şəhərlərini,  Abşeron  ya-

rımadasını su ilə təmin edən Samur-Abşeron 

kanalı  əlli  ildən  çoxdur  ki,  fasiləsiz  olaraq 

təmirə  dayanmadan  istismar  olunur.  Bu  sə-

bəbdən kanalın beton üzlüyü aşınmlş, qurğu-

ların bir hissəsi öz funksiyalarını itirmlş, ka-

naldan  su  itkiləri  artmlşdır.  Ceyranbatan  su 

anbarının lillənməsi nəticəsində onun faydalı 

həcmi xeyli azalmışdır və bunların nəticəsin-

də ərazinin su təminatında çətinliklər yaran-

mlşdır. 

O da məlumdur ki, hər hansı irimiqyas-

lı  hidromeliorativ  sistem  tikilib  istifadəyə 

verilirsə  və  ya  yenidən  qurulursa  bu,  ətraf 

mühitə öz müsbət və ya mənfi təsirini göstə-

rəcəkdir.  Meliorasiya  və  su  təsərrüfatı  ob-

yektləri genlş sahəni əhatə etdiyi üçün onla-

rın  ətraf  mühitdə  yaratdığı  dəylşikliklərin 

miqyasına  və  regionun  bütün  ekosisteminin 

yeni  xüsusiyyət  almasına  görə  digər  fəaliy-

yət növlərindən fərqlənir. Ona görə də, meli-

orasiya  və  su  təsərrüfatı  obyektlərinin  layi-

hələndirilməsində ətraf mühitdə baş verə bi-

ləcək  dəylşikliklərin  tam  qiymətləndirilməsi 

və  proqnozlaşdırılması  aktual  problemlər-

dəndir. 


Tədqiqat obyekti və metodikası. Təd-

qiqat obyekti Samur-Abşeron suvarma siste-

minin yerləşdiyi bölgənin torpaqları, o cüm-

lədən,    suvarılan  torpaqlar,  çaylar  və  yeraltı 

sulardır.  Meliorativ  praktikada  monitorinqin 

aparılması  metodikasına  müvafiq  olaraq  la-

yihə  və  fond  materialları  əsasında  mövcud 

stasionar  müşahidə  məntəqələri  nəzərə  alın-

maqla  sistemin  yerləşdiyi  bölgədə  monito-

rinq lşləri aparılmışdır [1]. 



Təhlil və müzakirələr. Massivin ümu-

mi  torpaq  fondunun  44,8%-ni  (578583  ha) 

kənd  təsərrüfatına  yararlı  torpaqlar  təşkil 

edir. Bunun da 26,6% və ya 154216 hektarı 

suvarılan torpaqlardır. Massiv üzrə suvarılan 

torpaqların  68,0%-i  (104281  ha)  əkin  və 

dinc,  31,5%  (48529  ha)  çoxillik  əkmələr, 

6,15-i  (9428  ha)  həyətyanı  sahələr,  4,3%-i 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl 

 

 



39 

(6593 ha) örüş və otlaqlar, 1,4%-i (2246 ha) 

biçənəklər  və  1,0%-i  (1570  ha)  meşəliklər 

altında  suvarılır.  Massiv  üzrə  meşə  fondu 

torpaqları 134569 ha və sair torpaqların miq-

darı  579770  ha  təşkil  edir.  Bu  göstəricilər 

massivin  ayrı-ayrı  rayonları  üzrə  olduqca 

müxtəlifdir [3]. 

Samur-Abşeron massivi  üzrə aparılmlş 

torpaq  islahatları  nəticəsində  ümumi  torpaq 

fondunun  748,3  min  hektarı  (57,9%)  dövlət 

mülkiyyətində  saxlanılmlş  və  345  min  hek-

tarı  (26,7%)  bələdiyyə  mülkiyyətinə  veril-

mlşdir.  Massivin  ümumi  torpaq  fondunun 

199,6  min  hektarı  (15,4%)  özəlləşdirilərək 

torpaq  almaq  hüququ  olan  vətəndaşların 

xüsusi mülkiyyətinə verilmlşdir. 

Dövlət  mülkiyyətində  saxlanılmlş  tor-

paqların  23,5%-i  (179473  ha)  kənd  təsərrü-

fatına  yararlı  torpaqlardır  və  bunun  əksər 

hissəsi 83,4%-i örüş və otlaqlar, 11,55-i əkin 

və dinc və qalan 5,1%-i isə çoxillik əkmələr, 

həyətyanı  və biçənəklər  altında istifadə olu-

nur.  Dövlət  mülkiyyəti  torpaqlarının  cəmi 

3,2%-i,    kənd  təsərrüfatına  yararlı  torpaqla-

rın isə 12,5%-i suvarılan torpaqlardır. Yarar-

lı torpaqlardan 13901 ha əkin və dinc, 4942 

ha  çoxillik  əkmələr,  553  ha  biçənəklər,  137 

ha həyətyanı və 2998 ha isə örüş və otlaqlar 

altında suvarılır [3]. 

Bələdiyyə 

mülkiyyətinə 

verilmlş 

344992 ha ərazinin 205360 hektarı  kənd tə-

sərrüfatına  yararlı olub,  91,8%-i  örüş və ot-

laqlar,  6,3%-i  əkin  altında  və  qalan  1,9%-i 

isə çoxillik əkmələr, həyətyanı sahələr və bi-

çənəklər  altında  istifadə  olunur.  Bələdiyyə  

torpaqlarının  5,0%-i,  kənd  təsərrüfatına  ya-

rarlı torpaqların isə 5,8%-i suvarılan torpaq-

lardır. Bələdiyyənin suvarılan torpaqlarından 

6772  ha  əkin,  806  ha  çoxillik  əkmələr,  137 

ha  biçənəklər,  899  ha  həyətyanı  sahələr, 

4521 ha örüş və otlaqlar və 97 ha meşəliklər 

kimi suvarılır [3]. 

Xüsusi mülkiyyətə verilmlş torpaqların 

(199622  ha)  97,0%-i  kənd  təsərrüfatına  ya-

ralı torpaqlardır və bu torpaqlar əsasən əkin 

altında  istifadə  olunur.  Özəl  torpaqların 

59,2%-i  (118082  ha)  suvarılandır.  Suvarılan 

özəl  torpaqların  71,3%-i  (84148  ha)  əkin, 

20,2%-i (23888 ha) çoxillik əkmələr, 7,1%-i 

(8427 ha) həyətyanı, 1,4%-i biçənəklər altın-

da istifadə olunur [3]. 

Samur-Abşeron  suvarma  massivinin 

torpaqlarının  suvarılması  üçün  su  mənbəyi 

kimi  Samur  çayı,  Böyük  Qafqaz  silsiləsin-

dən gələn və massiv ərazisində 7 dağ çayları, 

Samur  çayından  qidalanan  Samur-Abşeron 

kanalı və Xanarxı kanalı, Ceyranbatan su an-

barından qidalanan Abşeron magistral kanalı 

və yerli SSİ-nin balansında olan beton örtük-

lü və torpaq məcralı suvarma kanalları şəbə-

kəsindən istifadə olunur. 

Samur  -  Abşeron  suvarma  massivinin 

rayonları  və  əsas  kənd  təsərrüfatı  bitkiləri 

üzrə 2006–2011-ci illərdə suvarılmlş 142514 

ha  sahədən  təqribən  üçdən  biri  (50707  ha) 

taxıl  bitkiləri,  üçdən  biri  (45371  ha)  yem 

bitkiləri  və  qalanı  isə  bostan-tərəvəz  və 

çoxillik  əkmələr  və  həyətyanı  sahələr  təşkil 

etmlşdir [3]. 

Samur-Abşeron suvarma massivi ərazi-

lərinin  böyük  əksəriyyəti  dağlıq  ərazilərdə 

yerləşdiyinə  görə  xüsusilə  Quba,  Qusar  və 

Xızı  rayonlarının  suvarılan  torpaqları  təbii 

drenləşmlş sahələrdir. Massivin bəzi ərazilə-

rində  qrunt  sularının  səviyyəsi  çox  dərində 

olduğuna görə süni drenaj yaradılmasına eh-

tiyac olmasa da, düzənlik hissələrində suva-

rılan ərazilərində qrunt  sularının  yer səthinə 

yaxın  sahələrdə  süni  drenaja  böyük  ehtiyac 

vardır.  Torpaqların  artıq  şorlaşmlş  olduğu 

ərazilərdən  minerallaşmlş  qrunt  sularını  kə-

narlaşdırmaq  və  qrunt  sularının  səviyyəsini 

nizamlamaq məqsədilə Samur-Abşeron mas-

sivində Xaчмaz, Şabran və Abşeron rayonla-

rının  düzənlik  ərazilərində  23889  hektar 

suvarılan  ərazi  drenləşdirilmlşdir  və  bunun 

17600  ha  və  ya  73,7%-i  örtülü  drenajdır. 

Massivdə  drenlər  əsasən  200  m  drenarası 

məsafə ilə tikilib. Abşeron rayonunun suva-

rılan  torpaqlarının  5,6%-i  (889  ha),  Xaчмaz 

rayonunun  suvarılan  torpaqlarının  21,5%-i 

(10800  ha)  və  Şabran  rayonunun  suvarılan 

torpaqlarının isə 66,0%-i (12200 ha) drenajla 

təmin edilmlşdir [1]. 

Məlumdur  ki,  respublikanın  suvarılan 

torpaqları  ərazilərində  qrunt  sularının  yatım 

dərinliyinə «Azmelsutəs» ASC-nin Hidroge-

oloji  Meliorativ  Xidmət  İdarəsi  tərəfindən 

mövcud  müşahidə  quyularında  müntəzəm 

olaraq  ilbəil  monitorinq aparılmaqla  nəzarət 

olunur.  Bunun  üçün  respublikanın  suvarılan 

torpaqları 8838 ədəd müşahidə quyusu ilə tə-



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə