A q e y r I n e f t s e k t o r u yusif zeynalov azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik



Yüklə 269,61 Kb.
Pdf görüntüsü
tarix04.07.2018
ölçüsü269,61 Kb.
#53462


■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  a

Q E Y R İ - N E F T   S E K T O R U

YUSİF ZEYNALOV

Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik 

A kadem iyasının  İqtisadiyyatın  dövlət tənzim lənm əsi kafedrasının  müdiri, 

kənd təsərrüfatı  elmləri üzrə  fəlsəfə doktoru,  dosent

AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORUNUN 

İNKİŞAF ETDİRİLMƏSİ 

PREZİDENT İLHAM ƏLİYEVİN 

HƏYATA KEÇİRDİYİ UNİKAL İQTİSADİ  SİYASƏTDİR

Azərbaycanda  davamlı  iqtisadi  inkişafın 

əsası  kimi  ölkədə  sənayeləşməyə,  xüsusilə  də 

iqtisadiyyatın  şaxələndirilməsi  yolu  ilə  qeyri- 

neft  sektorunda  bu  işin  inkişaf etdirilməsinə 

son illər böyük əhəmiyyət verilir.  Respublika­

da  son  10  ildə  sənaye  məhsullarının  həcmi 

6,9  dəfə,  o  cümlədən  qeyri-neft  sektoru  üzrə 

3,3 dəfə artmışdır.  Bu rəqəmlər ölkədə 2 0 14-cü 

ilin  sənaye  ili  elan  edilməsi  və  güclü  sənaye­

ləşmə  prosesinin  getməsindən,  iqtisadiyyatın 

şaxələndirilməsindən  və  qazanılmış  uğurlar­

dan xəbər verir.

Azərbaycanda sənayenin ölkə iqtisadiyya- 

tındakı  xüsusi  çəkisi  dünya  üzrə  orta  göstəri­

cini  -   30,5%-i  təxminən  2  dəfə  üstələyir. 

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının 

məlumatına  əsasən Azərbaycan Avropada  sə­

nayenin  ÜDM-dəki  payına  görə  2010-cu  ildə 

birinci  yerdə  olub.  Həmin  il  Azərbaycanda 

sənayenin  ÜDM-dəki  xüsusi  çəkisi  55,4% 

olub  ki,  bu  da  ən  yaxın  avropalı  rəqib  olan 

Norveçdən də 35,1% -  xeyli yüksəkdir.  Məlu­

mat üçün bildirək ki, bu göstərici Azərbaycanın 

MDB-dəki  ənənəvi  rəqibləri  Qazaxıstanda -  

34,0%,  Rusiyada isə  28,2%-dir. Avropanın ən 

çox  sənayeləşmiş  ölkəsi  olan  Azərbaycanda 

sənaye  strukturunda  mədənçıxarmanm  payı 

2012-ci  ildə  78,8%  təşkil  etmişdir.  Mədənçı- 

xarma sənayesində neft və qaz hasilatının həc­

mi 76,2%-dir, yəni metal filizlərinin, daş, qum, 

duz  və  s.  sənaye  məhsullarının  payı  isə  cəmi 

2,6%-dir [3].

Lakin bu bir həqiqətdir ki, Azərbaycan iqti­

sadiyyatının  əsasını  neft-qaz  sənayesi  təşkil 

etsə də, son illərin inkişaf dinamikasının təhlili 

göstərir  ki,  ölkədə  paralel  olaraq  qeyri-neft 

sənayesi,  ümumilikdə  qeyri-neft,  xüsusilə  də 

aqrar  sektorun  çəkisi  sürətlə  artmaqdadır.  Bu 

həm yeni açılan qeyri-neft müəssisələrinin sa­

yında,  həm  də  istehsal  və  ixrac  olunan  qeyri- 

neft  məhsullarının  həcmində  aydın  şəkildə 

görünür.  Bunu  təmin  etmək  üçün  isə  ölkədə 

düzgün iqtisadi siyasətin tətbiq edilməsi zəruri 

şərtdir.  Birmənalı  şəkildə  deyə  bilərik ki,  son 

10  ildə Azərbaycanda davamlı  iqtisadi  inkişa­

fın təmin olunmasında Prezident İlham Əliye­

vin  böyük  uzaqgörənliklə  həyata  keçirdiyi 

unikal  sosial-iqtisadi  siyasət,  o  cümlədən  bu 

siyasətin prioritet istiqamətlərindən olan iqtisa­

diyyatın  innovativ  inkişafı  və  dərindən  şaxə­

ləndirilməsi  həlledici  rol  oynamışdır.  Məhz 

bunun nəticəsidir ki, son on ildə iqtisadiyyatın 

artımı,  əsasən,  qeyri-neft  sektorunun  inkişafı 

hesabına  təmin  olunmuşdur  və  ÜDM-də  bu 

sektorun  xüsusi  çəkisi  70%-ə  yaxınlaşmışdır. 

Şübhəsiz ki, qeyri-neft sektorunun inkişafında 

neft  gəlirləri  hesabına  iqtisadiyyatın  şaxələn­

dirilməsi istiqamətində reallaşdırılan tədbirlərin 

mühüm  əhəmiyyəti  olmuşdur.  İqtisadiyyatın 

şaxələndirilməsi və qeyri-neft sektorunun inki­

şafına  zəmin  yaratmaq  üçün  Prezident  İlham 

Əliyevin  imzaladığı  sərəncamlar və təsdiq  et­

diyi inkişaf proqramları əsasında kiçik və orta 

sahibkarlığın  dəstəklənməsinə,  bu  fəaliyyətlə

■  1 (57) 2017  ■

■  181  ■



■  Y.Zeynalov  ■

məşğul olanlara güzəştli kreditlərin ayrılması­

na, kənd təsərrüfatına subsidiyaların yönəldil­

məsinə, ölkə ərazisində nəqliyyat-kommunika­

siya  infrastrukturunun  yenidən  qurulmasına 

milyardlarla dollar xərcləmişdir.  Bütün bunlar 

iqtisadiyyatın  qeyri-neft  sektorunda  böyük 

canlanmaya səbəb olmuşdur  [6].

Azərbaycanda  istehsal  edilən  qeyri-neft 

məhsulları,  o  cümlədən  elektrik  maşınları  və 

avadanlıqları, onların hissələri, kimya sənayesi 

məhsulları,  tikinti  materialları,  bitkiçilik  və 

heyvandarlıq məhsulları, hazır toxuculuq mə­

mulatları  və  s.  dünyanın  m üxtəlif bölgələrinə 

ixrac edilir.  Göründüyü kimi, davamlı iqtisadi 

inkişafa nail  olan Azərbaycan  öz  təbii  resurs­

larından  səmərəli  şəkildə  istifadə  edərək 

iqtisadiyyatını  uğurla  şaxələndirir  və  onun 

neftdən  asılılığım  ildən-ilə  azaldır.  Bu 

strategiya  nəticəsində  ölkədə  tikinti,  turizm, 

kənd  təsərrüfatı,  nəqliyyat,  informasiya  və 

kommunikasiya  texnologiyaları  sektorunda 

davamlı  artım  tendensiyası  davam  edir.  Ölkə 

iqtisadiyyatının  şaxələndirilməsinin  uğurlu 

nəticələrindən  sayılan  qeyri-neft  sektorunun 

dinamik inkişafını müsbət amil kimi dəyərlən­

dirən  Prezident  İlham  Əliyev Respublika N a­

zirlər Kabinetində  2015-ci  ildə  sosial-iqtisadi 

inkişafın altı ayına və qarşıda duran vəzifələrə 

həsr  olunmuş  iclasda  demişdir:  “Bizim  uğur­

larımız,  doğrudan  da,  tarixi  xarakter  daşıyır. 

Altı  ay  ərzində  iqtisadiyyatımız  inkişaf edib, 

baxmayaraq ki, neftin qiyməti çox aşağı səviy­

yədədir.  Baxmayaraq  ki,  qonşuluqda  iqtisadi 

vəziyyət  hələ  ki,  o  qədər  də  müsbətə  doğru 

dəyişməyib,  Azərbaycan  iqtisadiyyatı  inkişaf 

edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu gös­

tərəcək  və  sübut  edəcək  ki,  bu,  doğrudan  da, 

tarixi  nailiyyətdir.  Beləliklə,  6  ayda  iqtisa­

diyyat  5,7%  artmışdır.  Bu  çox  gözəl  göstə­

ricidir, ölkəmizin dinamik inkişafını sübut edir. 

Bundan  da  gözəl  göstərici  qeyri-neft  sektoru­

nun  inkişafıdır.  Burada  da  biz  9,2%  artımı 

görürük”.

Dövlət  Statistika Komitəsinin məlumatına 

görə,  Azərbaycanda  2015-ci  ilin  yanvar-iyun 

aylarında  26  milyard  265,1  milyon  manatlıq 

ümumi  daxili  məhsul  istehsal  olunmuşdur ki,



■  182  ■  -------------------------------------------------------

bunun  da  17  milyard  568,1  milyon manatı  və 

ya 66,8%-i qeyri-neft sahələrinin payına düşür. 

Qeyd  etdiyimiz  kimi,  son  illər  neftdən  əldə 

edilən gəlirlər hesabına iqtisadiyyatın şaxələn- 

dirilməsi  ölkədə  qeyri-neft  sektorunun  bütün 

sahələrində  inkişafa  səbəb  olmuşdur.  Məhz 

bunun  nəticəsidir  ki,  2016-cı  ildə  qeyri-neft 

sektorunun mühüm növ məhsullarının istehsa­

lında əhəmiyyətli artım qeydə alınmışdır.

Prezident İlham Əliyev tərəfindən 2014-cü 

ilin “Sənaye ili” elan edilməsi və bununla bağlı 

təsdiq  edilmiş  tədbirlər planının  icrası  qeyri- 

neft  sənayesinin  inkişafına  yeni  impuls  ver­

mişdir. Artıq “Sənaye  ili” çərçivəsində həyata 

keçirilmiş  tədbirlərin  m üsbət'nəticələri  açıq- 

aydın hiss olunur. 2015-ci ilin birinci yarısında 

Azərbaycanda  13  milyard  276,5  milyon  m a­

natlıq sənaye məhsulu istehsal olunmuşdur ki, 

bu  da  əvvəlki  ilin  eyni  dövründəkindən  3,8% 

çoxdur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi 

istiqamətində  həyata  keçirilmiş  ardıcıl  və 

məqsədyönlü  tədbirlər  qeyri-neft  sənayesinin 

də  sürətli  inkişafına  səbəb  olmuşdur.  Təkcə 

onu  qeyd  etmək  lazımdır  ki,  2015-ci  ilin  altı 

ayında Azərbaycanda 3  milyard 669,4 milyon 

manatlıq  qeyri-sənaye  məhsulları  istehsal 

olunmuşdur. Bu isə ötən ilin müvafiq dövrünə 

nisbətən  14,1  %  çoxdur.  Bütün  bunlar,  heç 

şübhəsiz,  ölkədə  son  illər  sənayeləşmə,  yeni 

sənaye zonalarının yaradılması ilə bağlı görül­

müş  işlərin,  məqsədyönlü  tədbirlərin  nəticə­

sidir. Hazırda ölkənin regionlarında qeyri-neft 

sənayesinin  inkişaf  etdirilməsi  üçün  güclü 

iqtisadi potensial mövcuddur. Belə ki, 2015-ci 

il  yanvarın  27-də  regionların  2 0 1 4 -2 0 18-ci 

illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı­

nın icrasının birinci ilinin yekunlarına həsr olu­

nan  konfransda  ölkə  Prezidenti  İlham  Əliyev 

bu  barədə  demişdir:  “Keçən  il Azərbaycanda 

“Sənaye ili” elan edilmişdir. Bu, bizim siyasə­

timizi göstərir. Çünki sənayeləşmə Azərbaycan­

da uğurla aparılır.  Sənayeləşmə aparılmasaydı, 

biz  həmişə  neft  amilindən  asılı  vəziyyətdə 

olacaqdıq.  Mənim  göstərişimlə  indi  hər  bir 

rayonda sənaye zonası yaradılmalıdır”.

Hazırda  Azərbaycanda  kənd  təsərrüfatı, 

turizm,  informasiya-kommunikasiya  texnolo­

■  Yanvar - Fevral - M a rt ■



■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

giyaları,  emal  sənayesi  qeyri-neft  sektorunun 

inkişafında  əsas  prioritet  sahələr hesab  edilir. 

Beynəlxalq maliyyə  institutları Azərbaycanda 

kənd təsərrüfatı  və turizmin  əhəmiyyətini  xü­

susi qeyd edirlər. Hazırda ölkənin məşğul əha­

lisinin 38%-ə yaxmı məhz kənd təsərrüfatında 

çalışır.  Bu  səbəbdən  də  Azərbaycanda  kənd 

təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət 

proqramlarının  icrası,  bir  sıra  islahatların  və 

yeni  texnologiyaların bu  sahəyə  cəlb  edilmə­

sini  sürətləndirir.  Təsadüfi  deyil  ki,  üçüncü 

regional inkişaf proqramının icrasının ilk ilinin 

yekunlarına  həsr  olunmuş  konfransda  Prezi­

dent  İlham  Əliyev  demişdir:  “...  Kənd  təsər­

rüfatının  inkişafı  prioritet  məsələdir.  Bu, 

sosial-iqtisadi  sahədir,  qeyri-neft  sektorunun 

inkişafı üçün dəstəkdir” .  Dövlət başçısı İlham 

Əliyevin 2015-ci  il yanvarın  12-də imzaladığı 

sərəncamla  2015-ci  ilin Azərbaycanda  “Kənd 

təsərrüfatı  ili”  elan  olunması  da  bu  məqsədə 

xidmət  edir.  Artıq  ölkəmizdə  aqrar  bölmənin 

sürətli  inkişafını  təmin  etmək  məqsədilə  bir 

sıra ciddi  və təsirli tədbirlər görülür. Azərbay­

canda iqtisadiyyatın mühüm və aparıcı sahələ­

rindən  sayılan  kənd  təsərrüfatı  sahəsində 

mövcud  potensialın  hərəkətə  gətirilməsi  isti­

qamətində  həyata  keçirilən  mühüm  işlər  son 

nəticədə qeyri-neft sektorunun inkişafına təkan 

verəcəkdir.  Məlumdur ki, Azərbaycan Cənubi 

Qafqaz  əhalisinin  55%-ni,  ərazisinin  47%-ni, 

strateji valyuta ehtiyatlarının 90%-ni, ÜDM-nin 

73%-ni və ixracın 86%-ni  əhatə edir.

Azərbaycan  Dünya  İqtisadi  Forumunun 

hazırladığı hesabata görə 2010—2011-ci illərdə 

rəqabətqabiliyyətlilik  reytinqinə  görə  57-ci, 

2012-ci ildə 55-ci, 2013-cü ildə 46-cı, 2014-cü 

ildə  39-cu,  2016-cı  ildə  37-ci  yerdədir.  Ölkə 

Prezidenti İlham Əliyev Azərbaycanın bu uğu­

runu olduqca yüksək qiymətləndirir.

Azərbaycan makroiqtisadi mühit göstərici­

sinə görə  148 dövlət arasında 8-ci, əmək baza­

rının  effektivliyi  göstəricisinə  görə  30-cu, 

texnoloji  hazırlıq  səviyyəsi  və  innovasiyalara 

görə 50-ci yerdədir [3].

Qeyd edək ki, Azərbaycan dünyada sürətlə 

inkişaf edən:  Braziliya, Rusiya, Hindistan, Cə­

nubi Afrika  və  s.  dövlətləri  geridə  qoyubdur.

MDB  ölkələri  arasında  ən  yaxın  rəqibi  olan 

Qazaxıstandan  rəqabətqabiliyyətliliyinə  görə 

11  pillə  irəlidədir.

Azərbaycanda 2012-ci ildə 2003-cü ilə nis­

bətən kənd təsərrüfatında ümumi məhsul 43% 

artmışdır,  bu  illər  ərzində  taxıl  istehsalı  36%, 

kartof  26%,  tərəvəz  16%,  bostan  bitkiləri 

20%,  meyvə  və  giləmeyvə  42%,  ət  54%,  süd 

47%, yumurta 80% artmışdır  [1].

Göründüyü  kimi,  Respublika  Prezidenti 

İlham  Əliyevin  ölkə  iqtisadiyyatını  davamlı 

şəkildə şaxələndirməsi siyasəti nəticəsində öl­

kənin ərzaq təhlükəsizliyi ən yüksək səviyyədə 

təmin  edilmişdir.  2015-ci  ildə Azərbaycanda 

915 min hektar taxıl sahəsindən 2 milyon 350 min 

ton  taxıl  yığılıbdır,  məhsuldarlıq  hektardan 

30,7  sentner olubdur ki,  bu da rekord göstəri­

cidir. Artıq dövlət iri fermer təsərrüfatları yara­

dılması  üçün  öz  üzərinə  böyük  vəzifələr 

götürmüşdür.  Dövlətin  dəstəyi  ilə  12  rayonda 

30  min  hektardan  artıq  sahədə  19  iri  fermer 

təsərrüfatının  yaradılması  üçün  tədbirlər  hə­

yata  keçirilməkdədir,  gələcəkdə  50  iri  fermer 

təsərrüfatı  yaradılacaqdır  ki,  bu  da  aqrar 

sektorun inkişafını sürətləndirəcəkdir.

Azərbaycanda  2003-cü  ildə  yoxsulluğun 

səviyyəsi  49%  idi,  bu  göstərici  2009-cu  ildə 

16%-ə  enmişdir,  hal-hazırda  isə  yoxsulluq 

5%-dir.  Dünya əhalisinin isə 9,6%-i yoxsuldur.

Son  10  ildə  1,2  milyon  yeni  iş  yeri  açıl­

mışdır ki, bunun da 900 mini daimidir, ölkədə 

işsizlik  5%-dir.  Respublikada  2015-ci  ildə 

212  min  yeni  iş  yeri  açılmışdır  ki,  bununda 

100 mini daimi olubdur. Ölkədə 01.03.2016-cı 

il tarixinə iqtisadi fəal əhalinin sayı 4,9 milyon 

nəfər olubdur. Azərbaycanda  01.01.2017-ci  il 

tarixinə muzdla işləyənlər  1,514 milyon nəfər 

olub  ki,  bunların  da  889  mini  iqtisadiyyatın 

dövlət  sektorunda,  624  mini  isə  qeyri-dövlət 

sektorunda çalışıblar.

Azərbaycanda  uğurlu  iqtisadi  inkişafı  xa­

rakterizə  edən  ÜDM  istehsalı  son  10  ildə  3,4 

dəfə, sənaye istehsalı 2,7 dəfə artıbdır. Ölkədə 

ÜDM 2008-ci ildə  11%, 2009-da 9%, 2010-da 

4%,  2013-də  6%,  2014-də  2,5%,  2015-də 

1,1%, qeyri-neft sektoru 8,4%, 2016-cı ildə qey­

ri-neft sektoru 5%, kənd təsərrüfatı 2% artıbdır.

----------------------------------------------------------------   ■  183  ■

■ 1(57)2017  ■



■  Y.Zeynalov  ■

Azərbaycanda  iqtisadiyyatın  davamlı  in­

kişafından bəhs edən  akademik U.Ələkbərov 

Dünya  Bankının  m əlum atlarına  əsaslanaraq 

qeyd  edib  ki,  2 0 0 3 -2 0 13-cü  illərdə  dünya 

dövlətləri  arasında  3  dəfədən  çox  iqtisadi 

artım  Çində  və Azərbaycanda  müşahidə  edi­

lib.  Lakin Çində adambaşına ÜDM artımı  3,1 

dəfə olduğu halda, Azərbaycanda 3,4 dəfə ol­

muşdur [2].

Dünya bazarında neftin qiymətinin  son  il­

lər kəskin enməsi nəticəsində Azərbaycan döv­

ləti  gündə  18  milyon dollar,  ayda 550  milyon 

dollar və ildə 5 -6  milyard dollar vəsait itirdiyi 

bir şəraitdə, yuxarıda sadalanan iqtisadi göstə­

riciləri dünyada 2007-2008-ci illərdən davam 

edən  maliyyə  iqtisadi  böhran  fonunda  böyük 

nailiyyət hesab etmək olar.

Azərbaycanda neft ixracından  itirilən  gə­

lirlərin  azaldılması  üçün qeyri-neft  məhsulla­

rının  ixracının  artırılm asına  böyük  ehtiyac 

duyulur. Bunun da ən yaxşı və qısa yollarından 

biri  ölkədə aqrar sektorun modemizasiyası  və 

burada intensiv texnologiyaların, innovasiyalann 

daha  geniş  tətbiq  edilm əsidir  [4;  5].  Azər­

baycanda  aqrar  sektorun  inkişafı  və  moderni- 

zasiyası  kənd  təsərrüfatı  məhsullarının  ixrac 

payını  kəskin  artırar  və  bu  da  ölkəyə  valyuta 

idxalını  çoxaldar.

Məlumat üçün bildirək ki, məsələn, 2012-ci 

ildə Azərbaycanda məşğul  əhalinin 38%-i aq­

rar  sektorda  çalışıbdır,  dünya  üzrə  orta  göstə­

rici isə 35%-dir.  Lakin inkişaf etmiş ölkələrdə 

isə  bu  göstərici  5%-dir.  Məsələn,  Belçikada 

2%,  Kanadada  2%,  ABŞ-da  1%-dir.  Lakin 

Kanadada bu 2% əhali ölkə ÜDM-nin 2,2%-ni, 

ABŞ-da  1%  isə  ÜDM-nin  1,2%-ni  istehsal 

edir.  Azərbaycanda  isə  aqrar  sektorda  çalışan 

38% əhali ÜDM-nin cəmi  5%-ni  istehsal edir. 

Göründüyü  kimi,  Azərbaycanda  aqrar  sektor 

əsaslı şəkildə modernizasiya olunmalıdır  [3].

Son  illər Azərbaycanda  informasiya-kom­

munikasiya  texnologiyalarının  (İKT)  inkişaf 

etdirilməsi  sahəsində  də  əhəmiyyətli tədbirlər 

həyata keçirilir.  Dövlət Statistika Komitəsinin 

məlumatına  görə  2015-ci  ilin  altı  ayı  ərzində 

informasiya  və  rabitə  müəssisələri  əhaliyə, 

müəssisə və təşkilatlara 771,8 milyon manatlıq



■  184  ■  -------------------------------------------------------

xidmət  göstərmişdir.  Ötən  ilin  eyni  dövrü  ilə 

müqayisədə informasiya və rabitə xidmətləri­

nin  həcmi  10,7%  artmış,  xidmətlərin  72,5%-i 

əhaliyə  göstərilmiş  və  əldə  edilmiş  gəlirin 

80%-i qeyri-dövlət sektorunun payına düşmüş­

dür [1].

Azərbaycanın gələcək iqtisadi tərəqqisi və 

davamlı inkişafı,  xüsusən də qeyri-neft sekto­

runun  inkişafı  özəl  bölmənin  fəaliyyətindən 

çox  asılıdır  və  hazırda  ölkə  iqtisadiyyatının 

83%-i  özəl  sektorda  istehsal  edilir.  Son  illər 

respublikada  yaradılmış  əlverişli  biznes  mü­

hiti,  özəl  sektora  dövlət  dəstəyinin  getdikcə 

artırılması ölkədə sahibkarlığın sürətlə inkişa­

fına  səbəb  olüb.  “ Sahibkarlığın  inkişafı  ilə 

bağlı  əlavə  tədbirlər haqqında”  Prezident fər­

manına  uyğun olaraq ötən  il ölkədə biznes  və 

investisiya  mühitinin  daha  da  yaxşılaşdırıl­

ması,  o  cümlədən prosedurların  sadələşdiril­

məsi,  elektron  xidmətlərin  əhatə  dairəsinin 

genişləndirilməsi, əsassız müdaxilələrin qarşı­

sının  alınması  və  digər istiqamətlər üzrə  işlər 

davam  etdirilib.  Sahibkarlığın  inkişafına  dəs­

tək olaraq 2015-ci ilin altı ayında Sahibkarlığa 

Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın 

m üxtəlif sahələri  üzrə  2972  sahibkara 96  mil­

yon manat həcmində güzəştli kreditlər verilib. 

Bütövlükdə  isə  fond  tərəfindən maliyyələşdi­

rilmiş  güzəştli  kreditlər hesabına ölkədə  çox­

saylı iri istehsal, emal və infrastruktur müəssi­

sələri  istifadəyə  verilib.  Məlum  olduğu  kimi, 

ölkəmizin  davamlı  sosial-iqtisadi  inkişafının 

təmin  olunmasında,  makroiqtisadi  tarazlığın 

qorunmasında  iqtisadiyyatın  şaxələndirilməsi 

siyasətinin  prioritet  istiqamətlərindən  olan 

regionların  inkişafı  strategiyasının  müstəsna 

əhəmiyyəti  var.  Respublikada  2004-cü  ildən 

uğurla  icra  olunan  regionların  sosial-iqtisadi 

inkişafı  dövlət proqramları rayonların iqtisadi 

potensialının artmasına, infrastruktur təminatı­

nın, kommunal xidmətlərin keyfiyyətinin daha 

da  yüksəlməsinə,  biznes  və  investisiya  mü­

hitinin və əhalinin rifahının yaxşılaşdırılmasına 

səbəb  olmuşdur.  Bu  baxımdan  2 0 1 5 -2 0 16-cı 

illərdə  “Azərbaycan  Respublikası  regionları­

nın 2 0 1 4 -2 0 18-ci illərddə sosial-iqtisadi  inki­

şafı  Dövlət  Proqramı”  çərçivəsində  mühüm

■  Yanvar - Fevral - M a rt ■



■  Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə  ■

işlər görülmüş, bir sıra uğurlu layihələr həyata 

keçirilmiş,  regionların  inkişafına  bütün  mən­

bələr  hesabına  kifayət  qədər vəsait  yönəldil­

mişdir və  bu  məsələlər ölkə  başçısı  Prezident 

İlham Əliyevin daim diqqət mərkəzində və nə­

zarətindədir.

Qeyri-neft sektomnun ÜDM-də payı 2012-ci 

ildəki  52,7%-dən  2017-ci  ildə  72%-ə  yüksəl­

məsi gözlənilir. Bu dövr ərzində dövlət büdcə­

sinin  gəlirlərinin  formalaşmasında neft  sekto­

runun  payı  nəzərə  çarpacaq  dərəcədə  aşağı 

enəcək  ki,  bu  da  iqtisadiyyatımızın  neftdən 

asılılığının  ildən-ilə  azaldığını  göstərməklə 

iqtisadiyyatın şaxələndirilməsi hesabına qeyri- 

neft  sektorunun  davamlı  inkişaf  etdirilməsi



Ədəbiyyat:

1. Azərbaycanın  statistik  göstəriciləri.  2014- 

2016-cı  illər.

2. 


Ələkbərov U. 

İnnovativ  idarəetmə  siyasəti 

Azərbaycan Respublikasının  iqtisadi  və so­

sial inkişafının təminatçısı kimi. Dövlət İda­

rəçiliyi, nəzəriyyə və təcrübə jurnalı (xüsusi 

buraxılış).  Bakı,  2016, №4.

3. 

Qasımlı 

V.  İqtisadi  modemizasiya.  Bakı, 

2014.

sahəsində  həyata keçirilən  genişmiqyaslı  fəa­



liyyətin nəticəsi  kimi  qiymətləndirilə bilər.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfin­

dən  həyata  keçirilən  tarazlaşdırılmış  unikal 

iqtisadi siyasət hal-hazırda Azərbaycanda iqti­

sadiyyatın innovativ inkişafı və dərindən şaxə­

ləndirilməsi  nəticəsində  istehsal  edilən  qeyri- 

neft məhsulları, o cümlədən elektrik maşınları və 

avadanlıqları, onların ehtiyat hissələri, müxtəlif 

çeşidli  maşınqayırma  məhsulları,  kimya  səna­

yesi məhsulları, əczaçılıq məhsulları, tikinti ma­

terialları, toxuculuq məmulatlan, çoxçeşidli kənd 

təsərrüfatı məhsulları və s. bir çox dünya dövlət­

lərinə ixrac edilir, ölkəyə valyuta idxalı artır və 

son nəticədə  iqtisadiyyat davamlı  inkişaf edir.

4. 

Mehdiyev  R. 

Modernləşmə  xətti  yenə  də 

gündəlikdədir,  Bakı, 2008.

5.

  Mehdiyev R. 

İnkişafın Azərbaycan modeli, 

Bakı, 2010.

6. 

Salahov  S. 

Aqrar  sektorun  innovasiyon 

inkişafı. AZETKTİ və Tİ Elmi əsərləri, 2012,4.

7.  sc@azstat.org

8. www.economy.gov.az

9.  http:Avww.azerbaijan-news.az



Açar sözlər: 

modemizasiya,  şaxələndirmə,  davamlı  inkişaf,  strategiya,  innovasiya,  intensiv 

texnologiya

Key words: 

modernization,diversification,  sustainable development,  strategy,  innovation,  in­

tensive technology

Ключевые  слова: 

модернизация,  разветвление,  устойчивое развитие,  стратегия,  ин­

новация,  интенсивная технология

•  1 (57) 2017  в

■  185 


в


■  Y.Zeynalov  ■

Yusif Zeynalov

The Academy o f Public Administration under the President o f the 

Republic o f Azerbaijan,  Plead o f the Department State Regulation 

o f the Economy,  PhD in Agricultural Sciences, Associate Professor

DEVELOPMENT OF THE NON-OIL SECTOR IN AZERBAIJAN 

AS THE UNIQUE ECONOMIC POLICY IMPLEMENTED 

BY PRESIDENT ILHAM ALIYEV

SUMMARY

The  article  explores  the  basis  o f  sustainable  economic  development  in  Azerbaijan, 

industrialization o f the country,  especially improving the non-oil  sector through diversification o f 

the economy. The volume o f industrial production in the country increased by 6.9 times in the last 

decade,  the  non-oil  sector increased  by  3.3  times.  In Azerbaijan  average  share  o f manufactured 

products exceeds by 30.5% the world indexes, and its about 55.4%.

Unique socio-economic policy carried out by the President o f the Republic o f Azerbaijan Ilham 

Aliyev ensured the sustainable economic development in the last  10 years in Azerbaijan. Economic 

growth was due to non-oil  sector and proportions o f GDP is  70%.

For example, during the first six months in 2015, GDP calculated 26.3 billion manats,  17.6 billion 

manats or 67% o f which  accounts  for non-oil sector.  Declaring o f 2014 as the «Year o f Industry» 

and  the  «Year  o f Agriculture»  o f 2015,  by  President  Ilham Aliyev  in Azerbaijan  stimulated  the 

development o f non-oil sector and diversification o f economy  in the country.

As a result, in Azerbaijan 2.4 million tons o f grain were harvested from  915  thousand hectares 

o f grain  field,  the  growth reached  30.7  centners  per hectare,  which became  a  record  index in  the 

history o f the country.

In the republic growth o f GDP was  1.1%, while growth o f non-oil sector was 8.4% in 2015.

■  186  ■

■  Yanvar -  Fevral - M art  ■




■  Б

оу

Ш 1йагацПуГ пагэпууэ 



уэ

 1эсгиЬэ  ■



Юсиф Зейналов

Заведующий кафедрой Государственное регулирование экономики

Академии Государственного  Управления 

при Президенте Азербайджанской Республики, 

доктор философии по сельскохозяйственным наукам,  доцент

РАЗВИТИЕ НЕНЕФТЯНОГО СЕКТОРА

В АЗЕРБАЙДЖАНЕ КАК УНИКАЛЬНАЯ  ЭКОНОМИЧЕСКАЯ  ПОЛИТИКА, 

ОСУЩЕСТВЛЯЕМАЯ  ПРЕЗИДЕНТОМ 

ИЛЬХАМОМ АЛИЕВЫМ

РЕЗЮМЕ

В  статье  уделяется  большое  внимание  индустриализации,  особенно  развитию  ненефтя­

ного  сектора  путем  разветвления  экономики  в  стране  как  основы  устойчивого  экономиче­

ского  развития  Азербайджана.  За  последние  10  лет  в  республике  объем  промышленной 

продукции вырос в 6,9 раза, в том числе в ненефтяном секторе в 3,3 раза.  Проведенный ана­

лиз  показывает,  что  в  Азербайджане  средний  показатель  удельного  веса  промышленности 

превышает на 30,5% общемировой уровень и составляет 55,4%. За последние  10 лет, благо­

даря дальновидной политике Президента Ильхама Алиева, претворяющего в жизнь уникаль­

ную  социально-экономическую  политику,  достигнуто  устойчивое  развитие  экономики  в 

стране.  Экономический рост  в  основном  был  достигнут  за  счет ненефтяного  сектора  и  его 

удельный вес  в общем объеме  ВВП  составил 70%.

Таким образом, видно, что в Азербайджане за шесть месяцев 2015 года было произведено 

ВВП на 26,3  миллиарда манат,  из  них на долю  ненефтяного  сектора приходилось  17,6 мил­

лиарда манат или 67%.

Именно благодаря политике Президента Ильхама Алиева и его дальновидности 2014 год 

был объявлен «Годом промышленности», а 2015 год -  «Годом сельского хозяйства», которые 

впоследствии  стимулировали  развитие  ненефтяного  сектора  и  развитие  всей  экономики 

страны.  В  итоге  в  2015  году  в Азербайджане  с  915  тысяч  гектаров  зерновых  посевов  было 

собрано 2,4  миллиона тонн  зерна,  продуктивность  которых составила 30,7  центнера с  каж­

дого гектара, что стало рекордом в истории страны.

В целом, по республике общий рост ВВП в 2015  году составил  1,1%, а на долю ненефтя­

ного сектора -  8,4%.

■ 1 (57) 2017  ■

■  187  ■



Yüklə 269,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə