Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə1/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
  1   2   3   4   5   6   7   8   9   ...   156


1

Azərbaycan dili və tarixi

Z İ Y A

B Ü N Y A D O V



AZƏRBAYCAN VII-IX ƏSRLƏRDƏ

ŞƏRQ – QƏRB

BAKI 2007



2

Bu kitab "Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə"

(Bakı, Azərnəşr, 1989) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Rus dilindən tərcümə edənlər:



Cabbar Cabbarov

Həsən Əlizadə

ISBN 978-9952-34-085-3

947.54/04-dc22

Azərbaycan tarixi - VII-IX əsrlər



Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə

Bakı, "Şərq-Qərb", 2007, 424 səh.

Kitabda Azərbaycanın ərəblər tərəfindən istila edilməsi dövrü ilk dəfə

tədqiq olunur. Onun siyasi və sosial-iqtisadi vəziyyəti, yerli hakimiyyətin

Ərəb  xilafətinə münasibəti, istilaçılara qarşı xalqın azadlıq mübarizəsi

nəzərdən  keçirilir. İnzibati bölgü, vergi sistemi, kənd təsərrüfatının inkişafı

və s. haqqında məlumat verilir. Zülmkarlarla mübarizə aparmış Babək və

onun silahdaşları  haqqında ərəb mənbələrindən götürülmüş materiallar

böyük maraq doğurur

.

© "Şərq-Qərb", 2007




3

GİRİŞ

Son illər tarix elmi Zaqafqaziya xalqları tarixinin

öyrənilməsində  əhəmiyyətli müvəffəqiyyətlər əldə etmişdir. Yazılı

mənbələri nəşr etməklə yanaşı, Zaqafqaziya respublikalarında

arxeoloji və etnoqrafık tədqiqatlar aparılır, bu tədqiqat mənbələri

əsasında Gürcüstan, Azərbaycan və Ermənistan tarixinə aid ümumi

əsərlər, habelə Zaqafqaziyada yaşayan xalqlar tarixinin ayrı-ayrı

məsələlərinə dair bir sıra monoqrafıya və xüsusi əsərlər

yaradılmışdır. Buna baxmayaraq, Zaqafqaziyanm ayrı-ayrı

rayonlarının və hətta bir sıra dövrlərin tarixi hələ də işlənib

hazırlanmamışdır. Bu, hər şeydən əvvəl, tarixi-coğrafı məfhum kimi

götürülən Azərbaycan ərazisini təşkil edən vilayətlərin tarixinə

aiddir.

Azərbaycan tarixinin XIII əsrdən başlayan dövrü nisbətən



öyrənildiyi halda, VII-IX əsrlər dövrü əsla öyrənilməmişdir. Bu

monoqrafıya, yazılı mənbələr və arxeoloji (xüsusilə numizmatik)

materiallar imkan verdiyi dərəcədə, VII-IX əsrlər dövründəki

Azərbaycan tarixini işıqlandırmaq üçün bir təşəbbüsdür. Lakin bu

monoqrafıya Azərbaycanın həmin dövrdəki sosial-iqtisadi və siyasi

tarixinin bütün cəhətlərini işıqlandırıb hazırlamaq vəzifəsini öz

qarşısına qoymur: bu tarixin əsas aspektləri tədqiq edilmişdir;

mədəniyyət və din məsələləri yalnız Azərbaycan ərazisində yaşayan

xalqların etnogenezi (mənşəyi) problemini işıqlandırmaqla əlaqədar

olaraq nəzərdən keçirilmişdir.

Azərbaycan ərazisinin arxeoloji cəhətdən tədqiqi (mövcud olan

bütün maddi mədəniyyət abidələrini qeyd etmək mənasında tədqiqi)

hələ başa çatmadığından, müəllif yalnız arxeoloji qazıntılar

nəticəsində əldə edilən azacıq materialdan istifadə etmişdir.

Azərbaycanın ilk orta əsrlər dövrü arxeoloji cəhətdən az

öyrənildiyi üçün tam bir sıra məsələlər həll edilməmiş halda qalır; bu

məsələlər isə yalnız Azərbaycan, Gürcüstan və Ermənistan elmlər

akademiyaları maddi mədəniyyət obyektlərini ümumi proqram

əsasında birgə öyrənmələri nəticəsində həll edilə bilər. Orta əsrlər

materiallarının yalnız birgə öyrənilməsi həm Azərbaycan xalqının,




4

həm də Zaqafqaziya respublikaları xalqlarının tarixinə aid məsələləri

kifayət qədər dolğun işıqlandırmağa imkan verər.

Biz, eyni bir dildə danışan azərbaycanlıların indi yaşadığı

ölkənin hər iki hissəsini Azərbaycan adlandırmaqla bərabər, hər bir

müəyyən halda Azərbaycanın məhz hansı  ərazisinin nəzərdə

tutulduğunu, məsələn, onun şimal rayonları olan Arran (Albaniya),

Şirvan, Sünik, Arsax, Uti, Girdiman, Şəki, Qəbələ, Dərbənd vilayəti,

Beyləqanmı, yoxsa cənub rayonları olan Muğan, Bəzzeyn,

Naxçıvanmı nəzərdə tutulduğunu aydınlaşdırırıq.

VII-IX əsrlərdə Azərbaycan ərəblər tərəfındən işğal olunur,

onun ərazisi Ərəb xilafəti tərkibinə daxil edilir və nəzərdən keçirilən

dövrün axırlarında ərəb ağalığına son qoymuş bir sıra müstəqil dövlət

və ölkələr yaradılır. Azərbaycanda bu dövr onun ərazisində iki böyük

dövlətin - Məzyədilər - Şeybanilər (şimalda) və Sacilər (cənubda)

dövlətinin əmələ gəlməsi ilə bitir. Bu iki dövlətin Azərbaycan

ərazisində yaranıb əmələ gəlməsi prosesi, vaxtilə vahid olan Ərəb

xilafətinin hər yerində eyni hadisələrin baş verməsi ilə eyniyyət təşkil

edir və bütün Yaxın Şərqdə feodal münasibətlərinin daha da

inkişafını əks etdirirdi.

Əsərin qarşısında duran vəzifə, ərəb hakimiyyəti dövründəki

Azərbaycan tarixini nəzərdən keçirmək, habelə  ərəb hakimiyyətinin

ortadan qaldırılması ilə nəticələnib Azərbaycan xalqının uzun sürən

təşəkkülü tarixində yeni səhifə açan sosial-iqtisadi və siyasi

prosesləri,  səbəb və şəraiti xarakterizə etməkdir.

Təbiidir ki, tədqiqatımızın nəticələri tamamilə bitkin hesab

edilə bilməz, zira qarşıda, hələ aşkara çıxarılmamış yazılı mənbə

materiallarını və maddi mədəniyyət abidələrini toplamaq və tənqidi

təhlil etmək kimi böyük və çox ağır bir iş durur.

Müəllif, sonralar Azərbaycan ərazisini təşkil etmiş

vilayətlərin ümumi tarixi xülasəsini vermək, ölkənin tarixi

inkişafının əsas dövrlərini qeyd etmək və onun iqtisadi, siyasi və

ictimai tarixinin ən mühüm problemlərini işıqlandırmaq vəzifəsini öz

qarşısına qoymuşdur. Bununla əlaqədar olaraq bir sıra məsələlər bir

problem kimi, habelə  əməli fərziyyələr şəklində irəli sürülüb izah

edilir.



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə