“Səs”. 011. sentyabr. N 160. S sosial-siyasi sabitlik iqtisadi inkişafın təminatçısı kimi



Yüklə 138,4 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü138,4 Kb.
#67234


“Səs”.-2011.-3 sentyabr.-N 160.-S.6.

Sosial-siyasi sabitlik iqtisadi inkişafın təminatçısı kimi

Məlum  olduğu  kimi,  xalqların  milli  azadlıq  hərəkatının,  bipolyar  sistemin  fonunda  dünyanın  nəhəng

geosiyasi  vahidlərindən  biri  olan  SSRİ  süquta  uğradı  və  beynəlxalq  hüququn  yeni  müstəqil  subyektləri

meydana  çıxdı.  70  ilə  yaxın  bir  müddətdə  SSRİ-nin  imperialist  idarəetmə  sistemi  altında  əzilmiş  xalqların

müstəqilliyə  qovuşması  milli  azadlıq  mübarizəsində  tarixi  qələbə,  nailiyyət  kimi  dəyərləndirilsə  də,  hələ

bundan sonra bəhs edilən milli dövlətlərin qarşısında çox ciddi strateji vəzifələr dururdu. Keçid dövrü kimi

səciyyələndirilən  tarixi  mərhələdə  yeni  cəmiyyət  və  qeyri-formal  milli  dövlət  quruculuğu  vəzifəsini  dövrün

tələblərinə,  qanunauyğunluqlarına  və  reallıqlarına  müvafiq  surətdə  yerinə  yetirmək  üçün  uzunmüddətli

praqmatik  siyasi  strategiya  hazırlanmalı  və  mərhələ-mərhələ  həyata  keçirilməli  idi.  Amma  formal

müstəqillik əldə etmiş  bir çox postsovet ölkəsində müstəqilliyin ilk illərində bu vəzifəyə nail olmaq mümkün

olmadı.

18  oktyabr  1991-ci  il  tarixində  Azərbaycan  Respublikası  Ali  Sovetinin  cari  sessiyasında  qəbul  edilmiş

“Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik

əldə etmiş  Azərbaycan da müstəqilliyin ilk illərində kompleks problemlər və dərin  kataklizmlərlə  üzləşdi.  Əvvəla

həmin  dövrdə  cərəyan  edən  proseslər  və  ortaya  çıxan  mənzərə  onu  göstərdi  ki,  Azərbaycan  digər  keçmiş  SSRİ

respublikaları ilə müqayisədə öz müstəqilliyini olduqca gec elan etmişdi. Məsələn, Litva 11 mart 1990, Rusiya 12

iyul  1990,  Gürcüstan  9  aprel  1991,  Estoniya  20  avqust  1991,  Qırğızıstan  31  avqust  1991,  Özbəkistan  1  sentyabr

1991-ci il, nəhayət, Tacikistan 9 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etdiyi halda, Azərbaycan buna yalnız

1991-ci il oktyabrın 18-də nail ola bildi. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səciyyə daşıyan fundamental

səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt Respublikaya “rəhbərlik” edən subyektlərin qətiyyətsizliyi,

Moskvanın  kölgəsi  altında,  “kölə  psixologiyası”  ilə  yaşamaq  niyyətləri  və  bu  rəhbərlərin  xalqın  ali  mənafeyini

mərkəzin  imperialist  maraqlarına  qurban  vermələri  dayanırdı.  Yəni  keçmiş  SSRİ-yə  daxil  olan  respublikalarda  öz

müstəqillikləri uğrunda mübarizə aparan xalqlara həmin respublikaların rəhbərləri də bu və ya digər formada dəstək

verdikləri halda, o zamankı Azərbaycan rəhbərliyi öz funksiyasını normal qaydada yerinə yetirə bilməyən mərkəzin

təlimatlarını  gözləyir  və  onun  tapşırıqları  əsasında  hərəkət  edirdi.  Bu  da  nəticə  etibarilə  Azərbaycan  xalqının

müstəqillik arzularının mərkəzin imperialist tapşırıqları əsasında boğulması ilə nəticələnirdi. 

Bir sözlə, bütün mahiyyəti və mövcudluğu ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik

ideyalarını,  prinsiplərini  qəbul  etmək,  mənimsəmək  iqtidarında  deyildi.  Sadəcə  SSRİ-nin  dağılması  ərəfəsində

formalaşmış  təbii  situasiya,  hətta,  imperiyanın  mərkəzində  dayanan  Rusiyanın  belə  öz  dövlət  müstəqilliyini  elan

etməsi, həmçinin xalqın azadlıq istəyi kimi faktorlar Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi.

Məhz, Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına etinasız olmasının nəticəsi idi ki, onlar ölkəmizin

müstəqilliyinin  möhkəmlənməsi  istiqamətində  konkret  olaraq  heç  bir  addım  atmadılar.  Eyni  zamanda  sonrakı

hadisələr  göstərdi  ki,  o  zamankı  rəhbərlik  təbii  situasiyanın  fonunda  əldə  edilmiş  müstəqilliyin  qorunub

saxlanılması kimi strateji missiyanı da reallaşdırmaq iqtidarında deyildi. 

Beləliklə,  Azərbaycan  öz  müstəqilliyini  əldə  etdikdən  sonra  daha  kəskin  problemlər  və  kataklizmlərlə

qarşı-qarşıya qaldı.  O zamankı hakimiyyətin müstəqilliyə etinasız yanaşaraq və xalqımızın ali maraqlarını ayaqlar

altına ataraq Azərbaycanı Rusiyanın forpostuna çevirmək uğrunda xüsusi fəallıq nümayiş etdirməsi və Moskvadan

verilən  tapşırıqlar  əsasında  hərəkət  etməsi,  bütün  bunların  fonunda  isə  yanlış  strategiya  seçməsi  ilk  növbədə

torpaqların  itirilməsinə  xüsusi  şərait  yaratdı.  Bu  şəraitdən  istifadə  edən  təcavüzkar  Ermənistan  isə  həmin  dövrdə

strateji baxımdan  ən  əlverişli ərazilərimizi  anneksiya  etdi.  Hələ  bu,  son  deyildi.  Xalqımızın  bir  sıra  ictimai-siyasi

xadimlərinin  terror  aktlarına  məruz  qalmaları, dövlət  strukturları arasında  çəkişmələrə  start  verilməsi  və  bunların

daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən

müstəqilliyin  itirilməsi  təhlükəsi  həyəcan  təbillərini  daha  da  artırmışdı.  Mövcud  vəziyyətdən  çıxışı  təmin  edə

bilməyəcəyini  anlayan  o  zamanki  hakimiyyət  çarəni  istefa  verməkdə  gördü.  Amma  bu  heç  də  ölkənin  qurtulması

mənasına gəlmirdi. 

Bundan  sonra  hakimiyyətə  gəlmiş  AXC-Müsavat  cütlüyü  Azərbaycanı  sözün  əsl  mənasında  xarici  kəşfiyyat

orqanlarının  mübarizə  meydanına  çevirdi.  Ölkədə  tam  bir  anarxiya  yarandı  və  daxili  çəkişmələr  özünün  pik

nöqtəsinə  çatdı.  Artıq  “əlinə  silah  alan”  hakimiyyəti  ələ  keçirməyə  çalışırdı  və  bölücü  meyillər  olduqca

güclənmişdi.  Ermənistanın  təcavüzü  davam  edir  və  xarici  dövlətlər  beynəlxalq  münasibətlər  sistemində

Azərbaycanı  müstəqil  subyekt  kimi  qəbul  etmirdilər.  Həmin  ərəfədə  güclü  siyasi  liderin  nüfuzuna  söykənən

mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri ilə müşayiət edilən xaotik durumdan xilas

etsin. Amma 1993-cü ilədək ölkəyə rəhbərlik edən şəxslər xarici qüvvələrin “piyada”sı kimi çıxış etməkdən başqa,

xalqımız, dövlətçiliyimiz üçün heç bir önəm kəsb edə bilmədilər. 

Beləliklə,  müstəqilliyin  ilk  illərində  Azərbaycan  çox  ciddi  problemlərlə  üzləşdi  və  sistematik  strategiyanın

həyata keçirilməməsi nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial, hüquqi və digər sahələri iflic etdi. 

Beləliklə, bütün bunların fonunda ölkədaxili xaos və destabilliklə müşayiət edilən dağıdıcı tendensiyalar daha da




sürətləndi. Artıq ölkədə vətəndaş qarşıdurması səviyyəsində təzahür edən kataklizm və konfrantasiyalar şiddətləndi,

eləcə  də  aqonist  və  antaqonist  daxili  qüvvələrin  dağıdıcı  mübarizəsi  etnik  bölücülük  aktlarının  yayılmasını

şərtləndirdi. Əlbəttə, mövcud institusional kataklizmlərin  dərinləşməsi  etnik  bölücülüyü  sürətləndirməklə  bərabər,

üfüqi  və  şaquli  münaqişələrin  əhatə  dairəsinin  genişlənməsinə  də  təkan  vermiş  oldu.  Bütün  bunlar  o  zamankı

hakimiyyət daxilindəki qarşıdurmaların açıq müstəviyə keçməsi ilə davam etdi. 

1993-cü  ilin  iyun  ayının  4-də  Gəncədə  sabiq  korpus  komandiri  və  AXC  hakimiyyətinin  Qarabağ  üzrə  xüsusi

səlahiyyətli nümayəndəsi Sürət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərarın rəsmi şəkildə

qəbul  edilməsindən  sonra  o  zamanki  müdafiə  naziri  Dadaş  Rzayevin  imzaladığı  bu  əmrə  tabe  olmayan  Surət

Hüseynov  tebeliyində  olan  hissələrin  Bakıya  doğru  irəliləməsi  ilə  bağlı  xüsusi  göstəriş  verdi.  Bundan  sonra

toqquşmalar  və  qarşıdurmaların  kəskinlik  səviyyəsi  daha  da  artdı.  Belə  ki,  709-cu  briqadanı  tərk-silah  etmək

məqsədilə Gəncəyə göndərilmiş  Milli Qvardiya hissələri  ilə  Surət  Hüseynovun  rəhbərlik  etdiyi  silahlı birləşmələr

arasında baş vermiş toqquşma hakimiyyət daxilindəki ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın

dərinləşməsinə  səbəb  oldu.  Bütün  bunlar  isə  ölkəni  vətəndaş  müharibəsinə  sürükləyən  dağıcıdıcı tendensiyaların

pik nöqtəsi idi.

Beləliklə yuxarıda sadalananlar belə bir nəticəyə gəlməyə imkan verir  ki,  AXC-Müsavat  dövrünün  hakimiyyət

boşluğundan  və  təcrübəsizliyindəm  istifadə  edən  xarici  qüvvələr  özlərinin  dağıdıcı  niyyətlərini  ölkəmizdə

reallaşdırmaq  üçün  müxtəlif  metod  və  vasitələrə  istinad  edirdilər.  Bu  zaman  onlar  daha  çox  iki  klassik  üsul

üzərindən  taktiki  manevrlər  edirdilər.  Bunlardan  biri  taktiki  manevrləri  ayrı-ayrı  ölkədaxili  subyektlər  üzərində

qurmaqla  məqsədə  nail  olmaq,  digəri  isə  açıq surətdə  zor  işlətməklə  uzurpasiya  vasitəsilə  son  hədəfə  çatmaq  idi.

İkinci  variant  üzərində  durmaqla  son  məqsədə  çatmaq  real  və  perspektivli  olmadığından  bəhs  edilən  subyektlər

daha  çox  birinci  üsul  üzərindən  hərəkət  edirdilər.  Bunun  başlıca  səbəblərindən  biri  həmin  ərəfədə  Azərbaycanın

ortamüddətli  və  uzunmüddətli  perspektivdə  məhz  bu  cür  uzurpasiya  siyasətinə  qarşı  duruş  gətirmək  üçün  kifayət

qdər potensial ehtiyatlarının (kəmiyyət və keyfiyyət ünsürləri baxımından) olması idi. Təbii ki, ölkəmiz üzərindən

özlərinin  milli  və  transmilli  maraqlarını  həyata  keçirməyə  çalışan  aktorlar  bu  faktoru  birmənalı  şəkildə  nəzərə

almışdılar. Məhz bu səbəbdən onlar birinci variant üzərindən hərəkət etməyə başladılar. Bunun üçünsə bəhs edilən

xarici qüvvələr Surət Hüseynovun timsalında özlərinə “etibarlı” tərəfdaş tapdılar və rus generalı Şerbakın vasitəsilə

öz  planlarını  reallaşdırmağa  başladılar.  Hadisələrin  məhz  bu  cür  inkişafının  fonunda  mövcud  hakimiyyətin  zəif

cəhətlərindən  məharətlə  istifadə  edən  xarici  güclər  başladıqları  böyük  oyunun  davamlılığını  təmin  etmək  üçün

S.Hüseynovun  çox  kiçik  fiqur  olduğunu  nəzərə  alaraq  onu  müəyyən  vəzifə  kürsüsünə  əyləşdirmək  üçün  bir  sıra

tədbirlər həyata  keçirdilər  və  tezliklə  buna  nail  oldular.  Artıq cəmiyyətdə  stereotiplər  əsasında  formalaşmış “xalq

qəhrəmanı” imici və vəzifə səlahiyyəti ona xarici güclərin transmilli maraqları əsasında “piyada” qismində hərəkət

etməyə  imkan  verirdi.  Məhz  həmin  maraqların  fonunda  təşəkkül  tapmış  ssenariyə  görə,  Azərbaycan  Ayaz

Mütəllibov,  Əlikram  Hümbətov,  Surət  Hüseynov  və  ermənilər  arasında  bölüşdürülür,  sonra  isə  konfederasiya

əsasında  yeni  federativ  respublika  yaradılırdı.  O  zamanki  iqtidar  diplomatik  resursları  və  strateji  idarətetmə

potensialı  ilə  bunun  qarşısını  almaqda  aciz  idi.  Məhz,  buna  görə  də,  Əbülfəz  Elçibəy  qurtuluşu  Heydər  Əliyevi

Bakıya  dəvət  etməkdə  görürdü.  Çünki  belə  bir  mürəkkəb  situasiyanın  fonunda  ölkədəki  dağıdıcı  qüvvələr  və

meyilləri  neytrallaşdıracaq,  struktur  islahatları  ilə  xaos  və  anarxiya  vəziyyətini  aradan  qaldıracaq,  münasibətləri

sürüşkən  müstəvidə  cərəyan  edən  qüvvələrarası  ziddiyyyətləri  həll  edəcək  və  nəticə  etibarilə  tətbiq  edəcəyi

strategiya  ilə  ümummilli  maraqları  əsas  götürəcək  lider  siyasətçi  tələb  olunurdu.  Məhz  belə  bir  mürəkkəb

situasiyanın və strateji vəzifələrin fonunda Azərbaycanı kataklizmlərdən, eksses aktlarından (kəskin qarşıdurmalarla

səciyyələnən toqquşmalar və ictimai ahəngin ciddi surətdə pozulması) xalqımızın Ümummilli lideri Heydər Əliyev

öz zəngin dövlətçilik təcrübəsi və milli bağlılığı ilə qurtara bilərdi. Məhz bunun da qanunauyğun nəticəsi kimi, bu

cür mürəkkəb vəziyyətdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev iyun  ayının  9-da  Bakıya  gəldi  və

həyata  keçirdiyi  təxirəsalınmaz  tədbirlərlə  qısa  zaman  kəsiyində  vətəndaş  müharibəsi  təhlükəsinin  qarşısını  aldı.

Əlbəttə, bir neçə xarici dövlətin dəstəklədiyi və kifayət  qədər daxili qüvvənin müdafiə etdiyi bu planı pozmaq  və

milli maraqlara və dəyərlərə müvafiq surətdə ictimai-siyasi  sabitliyi  təmin  etmək çox  çətin  idi.  Lakin  Ümummilli

liderin sistematik surətdə həyata keçirdiyi milli siyasətin fonunda birinci mərhələ xalqımızın ali maraqları əsasında

başa çatdı. 

Xalqımızın milli psixologiyasına dərindən bələd olan, ölkədaxili ictimai-siyasi proseslərin mahiyyətini rasional

surətdə  dərk  edən  Ulu  öndər  Heydər  Əliyev  xalqın  bir  hissəsinin  Surət  Hüseynovu  dəstəklədiyini,  orduda  onun

möhkəm dayaqlarının olduğunu və xarici himayədarların güclü mühafizə qrupu tərəfindən qorunduğunu bilirdi və

buna  müvafiq  siyasi  manevrlər  seçməklə  xalqımızın  ali  mənafeyinə  uyğun  nəticələrə  doğru  irəliləməyə  nail  oldu.

Beləliklə,  Azərbaycan  xalqı  bölücü  aktlarla  müşayiət  edilən  və  xaos,  kataklizm  mənbəyi  kimi  çıxış  edən

kontrovenzaların (ixtilaflarla müşayiət edilən və parçalanmalara səbəb olan dağıdıcı proseslər) böyük bir hisəsindən

qurtula bildi.

Bununla  da,  bölücülərlə  yanaşı, onlara  havadarlıq edənlər  Azərbaycanda  Ulu  öndər  Heydər  Əliyevin  yaratdığı

milli birliyə məğlub oldular. Xalqa müraciətində Azərbaycanın vahid və bölünməz olduğunu bir daha bəyan edən

Ulu  öndər  Heydər  Əliyev  Azərbaycanda  hər  bir  vətəndaşın  qanun  qarşısında  eyni  huquqlara  malik  olduğunu

söylədi: “Bizim Azərbaycan vahid Azərbaycandır. Onun vətəndaşlarının hamısı eyni hüquqlara malikdir. İndiyədək

Azərbaycanda heç vaxt talış, azərbaycanlı, türk və sair söhbəti olmamışdır.  Bu, süni surətdə ortaya atılmış şeydir.




Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa  bərabərdir. Ayrı-ayrı avantüristlərdən savayı, buna

heç kəs yol verməz. Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz”. 

Bir sözlə, Ulu öndər Heydər Əliyevin zamanında atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə

etmiş  Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin  etdi.  İctimai-siyasi sabitliyin  təmin  edilməsi  və

sistematik  səciyyəli  kompleks  tədbirlərin  görülməsi  nəticə  etibarilə  yeni  cəmiyyət  və  qeyri-formal  milli  dövlət

quruculuğu prosesinin başlanmasını mümkün edən substrat oldu.

Məhz bundan sonra mövcud problemlərin həll edilməsi istiqamətində sistematik strategiya ilə müşayiət  olunan

ardıcıl staretji addımlar atıldı. 

Həmin ərəfədə milli həmrəylik və bütövlüyə, ümummilli inkişaf və siyasi sabitliyə təhdid yaradan və mane olan

başlıca  amillərdən biri də müxtəlif xarici subyektlərin göstərişi və daxili qüvvələrin iştirakı ilə həyata keçirilməyə

cəhd  edilən  dövlət  çevrilişləri  idi.  Məhz  bu  cəhdlər  xaricdən  idarə  edilən  daxili  antimilli  qüvvələrin  formal

müstəqilliyə malik olan milli dövlətimizin mövcudluğu və təhlükəsizliyinə qarşı etdiyi mənfur sui-qəsd idi. Xarici

güclərin milli və transmilli maraqları əsasında baş tutan çevriliş cəhdləri ilk zamanlarda ölkədə hökm sürən xaotik

durumu  daha  da  kəskinləşdirən  amil  qismində  çıxış  etməklə  yanaşı,  ölkədaxili  qüvvələrarası  antaqonist

münasibətləri də olduqca şiddətləndirmişdi. Məhz bu cür dağıdıcı hallar ölkə daxilində bütün strukturların işini iflic

etməklə  dərin  institusional  kataklizmləri  daha  da  kəskinləşdirmişdi.  Bütün  bunlar  1991-ci  ildən  1993-cü  ilədək

davam  edən  hakimiyyət  böhranı və  boşluğunun,  anarxiyanın doğurduğu faciəvi  olaylar  idi.  Mövcud  hakimiyyətin

siyasi  irrasionallığı, qeyri-praqmatik  fəaliyyət  mexanizmi  məlum  çevriliş  cəhdlərinin  baş  tutmasına  real  zəmin  və

imkan  yaradan  başlıca  faktorlardan  idi.   Beləliklə  də,  Ulu  öndər  Heydər  Əliyevin  siyasi  kursunu  uğurla  davam

etdirən  Prezident  İlham  Əliyevin  rəhbərliyilə  daha  böyük  nailiyyətlərin  əldə  olunması  bir  daha  sübut  edir  ki,



Ümummilli liderimizin formalaşdırdığı sabit sosial-siyasi sistem hazırki sürətli inkişafımızın təməlini təşkil edir. 

“Yeni Azərbaycan"ın Analitik Qrupu

Yüklə 138,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə