Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə28/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

 
86
b) Elm ül-Əcəm (fəlsəfə, tibb, riyaziyyat, mexanika, fizika, 
kimya). 
XI əsrin birinci yarısında yetişmiş bir sıra görkəmli alimlərin 
aldıqları  təhsilin istiqaməti də maraqlıdır. Məsələn,  İbn Sinanın 
(980 – 1037) təhsili,  əsasən, dünyəvi elmlər istiqamətində olmuş-
dur. O, məntiq, riyaziyyat, təbiiyyat üzrə külli miqdarda dərs vəsaiti 
yazmaqla, əslində, həmin sahələr üzrə təhsil almaq üçün lazımi im-
kanlar yaratmağa çalışmışdır. 
XI  əsrin  əvvəllərinə  qədər islam təhsil ocaqları üçün rəsmi 
tədris planı olmasa da, hər halda, qəti demək olar ki, ibtidai təhsil 
mərhələsi Quran qiraəti və qismən də, yazı və oxu ilə məhdudlaşır-
dı. Lakin təhsilin sonrakı mərhələlərində (orta və ali) tədris fənləri 
dini və dünyəvi elmlərə aid olan bilik sahələrindən seçilirdi. Özü də 
orta və ali təhsil müəssisələrində fənlərin dini və dünyəvi elmlər sı-
rasından seçilməsində  məcburiyyət və  məhdudiyyət tətbiq edil-
mirdi. Təlim edən və təlim alanların şəxsi meyillərindən asılı olaraq 
tədris fənlərinin seçilməsi könüllü idi. İslam ölkələrində, o cümlə-
dən Azərbaycanda tədris planları, demək olar ki, uzun müddət  ər-
zində eyni məzmun daşımışdır. Məsələn, Bağdadda  Əbdülhəmid 
(VIII əsr), Ünsür ül-Maali (XI əsr), Orta Asiyada Nizami Əruzi (XII 
əsr), İranda Nəsir əd-Din Tusi (XIII əsr), Azərbaycanda Məhəmməd 
Hinduşah Nəxçivani (XIV əsr), tərəfindən katiblik üçün lazım hesab 
edilmiş bilik sahələri arasındakı fərq, demək olar ki, yox dərəcəsin-
dədir. Həmin müəlliflər, əsasən, Quran ayələrinə, əxbar, əhadis, əm-
sal,  əşar, nəsayeh, hekayət və  sərf-nəhv sahələrinə yaxşı  bələd ol-
mağı katiblər üçün zəruri hesab etmişlər. 
Beləliklə, təhsil planı islam ölkələri mədrəsələrində, təxmi-
nən, eyni olub, istər dini, istərsə  də, dünyəvi elmləri və ya hər iki 
sahəni birlikdə əhatə edə bilərdi. XI əsrə qədər islam ölkələrində, o 
cümlədən Azərbaycanda təhsilin məzmununun belə bir inkişaf mər-
hələsinə çatması islamiyyətin ilk yüz illiyinə nisbətən çox mütərəq-
qi hadisə idi. Bununla bərabər, X əsrin  əvvəllərindən başlayaraq, 
Bağdad xilafət aparatında mənqul elmlərin tərəfdarları məqul elmlə-
rin tərəfdarlarına tədricən üstün gəlirdilər. Buna görə də xilafət mər-


 
87
kəzində dünyəvi elmlərin yayılmasına qarşı etirazlar olurdu. Bu hal 
İranda və Azərbaycanda XI əsrin əvvəllərindən ciddi şəkil almışdır. 
Həmin dövrdə fəlsəfə və məntiq tədris olunur, ümumiyyətlə, təcrü-
bə  və  əqli mühakimələrə  əsaslanan bütün biliklər  əleyhinə etiraz 
bayrağı qaldırılırdı. Yunan fəlsəfi fikrinin yayılması əleyhinə müba-
rizə XII əsrdə daha da şiddətlənir. Mədrəsələrdə dini fənlər üzrə təh-
sil alan tələbələrə geniş imkanlar yaradılır, dünyəvi elmlərin təhsili-
nə qarşı amansız cəza tədbirləri həyata keçirilir. 
İranda fəlsəfə  əleyhdarlarına pedaqoji mütəfəkkirlərdən olan 
Əbu Hamid Qəzali (1059 – 1112) başçılıq edirdi. Qəzaliyə görə, di-
nin əsaslarına şübhə doğuran hər hansı elmin tədrisi təkfir olunma-
lıdır. O, “Exvan üs-Səfa” müəlliflərinin  əksinə olaraq, hesab, hən-
dəsə və nücum elminin tədrisini “Fatehə-t-ül-ülum” əsərində qada-
ğan etmişdir. İranda və Azərbaycanda dünyəvi elmlərin öyrənilməsi 
və tədrisi əleyhinə mübarizəyə hətta bəzi görkəmli fars və Azərbay-
can şairləri də qoşulmuşlar. O cümlədən Sənai əqli inkişaf üçün fəl-
səfənin rolunu inkar edərək deyirdi: “Təkmilləşmək üçün fəlsəfə 
öyrənmək ağılsızlıqdır”. Xaqani Azərbaycanda yayılan yunan fəlsə-
fi fikrinin və materialist düşüncənin əleyhdarı kimi çıxış edərək, ri-
yaziyyatı ziyanlı elmlər sırasına daxil etmişdir. Xaqani Şirvani fəl-
səfəni və dəqiq elmləri “lohe edbar” (“bədbəxtlik lövhəsi”) adlandıra-
raq yazırdı: “Məktəblilərin qarşısına bədbəxtlik lövhəsi qoymayın”. 
Beləliklə, XI, XII və qismən də XIII əsrdə bütün islam ölkələ-
rində olduğu kimi, Azərbaycanda da istər-istəməz dünyəvi elmlərin 
təhsilinə qarşı kəskin mübarizə başlanmış, onların tədrisi müsəlman 
təhsil ocaqlarında qadağan edilmişdir. Mədrəsələrdə  təhsil,  əsasən, 
“Ülum-e şəri”lə (Quran, rəvayət, hədis, ənsab, fiqh, tarix, sərf, nəhv 
və  ədəbiyyat) məhdudlaşdırılmışdır. Ancaq faktlardan məlum olur 
ki, bütün islam ölkələrində “Əshab-e hədis” tərəfindən başlanan bu 
ideoloji yürüş İranda və Azərbaycanda dünyəvi elmlərin təhsilini ta-
mamilə  ləğv edə bilməmişdir. Həqiqət budur ki, VIII-X əsrlərdə, 
əsasən, Yaxın və Orta Şərq ziyalılarının, eləcə də Azərbaycan alim-
lərinin fəaliyyəti ilə yaradılmış intibah XI, XII, XIII və daha sonrakı 
əsrlərdə də öz təsirini saxlamışdır. Bu məsələyə “İslam mədəniyyət 


 
88
tarixi” kitabının müəllifi ötəri toxunaraq yazır: “Abbasi xəlifələri in-
tibah dövründə elm və  ədəbiyyatın toxumunu Bağdadda səpdilər. 
Onun meyvə və məhsulu tədricən Xorasanda, Reydə, Azərbaycanda 
və s. yerlərdə əldə edildi”. 
Məsələn, XI əsrin  əvvəllərində  məktəb və  mədrəsələrdə  təd-
risin ancaq dini biliklərlə  məhdudlaşdırılması  tərəfdarlarının qüv-
vətləndiyi və dünyəvi elmlər əleyhinə yürüşə başlandığı bir zaman-
da Əbu Reyhan Biruni (973 – 1048) yazırdı: “Varlıq dəyişmə və hə-
rəkətdədir”. Biruniyə görə, yaradan dəyişən materiyadır. Biruni tə-
biət hadisələrinin izahında materializmin dialektik qanunlarına ya-
xınlaşmışdır. O, nəzəri, elmi-fəlsəfi məsələlərin həll edilməsində 
İbn Sinadan daha irəli gedərək, Ərəstunun elmi-fəlsəfi fikirlərindəki 
boşluqları müəyyənləşdirirdi. Şübhəsiz ki, İbn Sina və Əbu Reyhan 
Biruni kimi alim-müdərrislərin dərslərində dünyəvi elmlərə daha 
çox rəğbət bəslənilir və tədris planında həmin dərslər əsas yer tutur-
du. İbn Sina və Biruninin şagirdlərindən olan XI əsrin bir sıra gör-
kəmli alimləri özləri dünyəvi elmlərin alovlu bayraqdarlarından 
olmuşlar. O cümlədən azərbaycanlı  Əbdülhəsən Bəhməniyar ibn 
Mərzban məntiq, təbiyyat və metafizika tədrisi üzrə böyük bir dərs 
vəsaiti tərtib etmişdir. XII əsrdə Azərbaycan məktəblərində dünyəvi 
biliklərin təbliği Nizami Gəncəvinin  əsərlərində  də öz əksini tap-
mışdır. Onun “Xosrov və Şirin” poemasının “Xosrovun Şirin tərə-
findən elmə həvəsləndirilməsi” adlı hissəsi, demək olar ki, tamamilə 
dünyəvi biliklərin təbliğinə həsr edilmişdir. Nizami məktəb və məd-
rəsələrdə təhsilin ancaq mənqul elmlərlə məhdudlaşmasına qarşı çı-
xaraq “Öz övladına nəsihət” başlığı ilə yazdığı  şeirində “Olum-e 
koneyn” ifadəsi ilə dini və dünyəvi elmlərin hər ikisinin təhsilini la-
zım bilmişdir. 
XIII əsrin əvvəllərindən monqolların İrana yürüşləri başlayır, 
nəhayət, 1258-ci ildə Bağdad xilafəti süquta uğrayır. Həmin tarix-
dən Yaxın Şərq ölkələrində məntiq və fəlsəfəyə xüsusi fikir verilir. 
Bu dövrdə Azərbaycan məktəb və mədrəsələrində dini elmlərlə ya-
naşı, dünyəvi elmlərin də tədris edilməsinə meyil artır. 1259-cu ildə 
təsis edilmiş Marağa rəsədxanasının nəzdindəki mədrəsələrdə Nəsi-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə