SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
  1   2   3   4   5   6   7   8   9   ...   73


                                            

                                                                                                                                                                  


                                            

SEYİD ƏZİM ŞİRVANİ 
SEÇİLMİŞ  
ƏSƏRLƏRİ 
ÜÇ CİLDDƏ  
II  CİLD 
"AVRASİYA PRESS"  
BAKI-2005 
  
  


                                            

Bu kitab "Seyid Əzim Şirvanu Əsərləri. Üç cilddə, II cild" (Bakı, Elm, 1969) nəşri əsasında 
tərtib olunmuş və təkrar nəşrə hazırlanmışdır 
Tərtib edəni:   
 
Süleyman Rüstəmov 
Redaktorlar:   
 
Qara Namazov 
Sənan İbrahimov 
894.3611 -dc 21 AZE 
Şirvani Seyid Əzim. Seçilmiş əsərləri. Üç cilddə. II cild. Bakı, AVRASİYA PRESS, 
2005, 384 səh. 
XIX  əsr  Azərbaycan  poeziyasının  boyük  nümayəndəsi  S.Ə.Şirvani  klassik  şerin  bütün 
janrlarında əsərlər yazmışdır. Şairin satirik şeirləri, mənzum hekayə və məktubları ədəbiyyat 
tariximizdə son dərəcə böyük əhəmiyyət kəsb edir. Şair özünün satirik məzmunlu şeirləri ilə
klassik poeziyamızda yeni ədəbi məktəbin əsasını qoymuşdur. Böyük M.Ə.Sabir də məhz bu 
ədəbi  məktəbin  yetirməsidir.  Şairin  üçcildliyinin  II  cildinə  satirik  şeirləri,  mənzum 
hekayələri və məktubları daxil edilmişdir. 
ISBN 9952-421-02-6 
© "AVRASİYA PRESS", 2005 
  
  


                                            



                                            



                                            



                                            

ALİMLƏRİ MƏZƏMMƏT EDƏN CAHİLLƏRƏ 
Saqi, mey ver bizə kim, dövlət olub yar bu gün,  
Şövqdən cünbüş edir sabitü səyyar bu gün,  
Dövr edər vəcd ilə nöh gümbədi-dəvvar bu gün,  
Mən gərək nuş qılam badeyi-gülnar bu gün,  
Badə içməkdə mənim bir qərəzim var bu gün. 
Etmişəm tövbə egər badəvü tərsadən mən,  
Keçmişəm deyrü kinişt ilə kəlisadən mən,  
İçmişəm badeyi-rəngin xümi-İsadən mən,  
Olmuşam indi xəbər badeyi-mövladən mən,  
Meyi-mövladən elə sağəri sərşar bu gün. 
Badeyi-Müstəfəvi xümdə edər cuşü xüruş- 
Ki, səfasından onun qarət olur taqətü huş,  
Badədir ruhi-xuda, saqiyi-gülçöhrə Süruş,  
Aləmə nəşri-maarif eyləyir badəfüruş,  
Açılıb rəhmət ilə xaneyi-xəmmar bu gün. 
Piri-meyxanə meyi-nabə işarət eylər,  
Dürdnuşani-vilayatə bəşarət eylər,  
Dini təkmil qılıb kəsfi-kəramət eylər,  
Muxtəsər, aləmə təbliği-risalət eylər,  
Faş olur mərtəbeyi-Heydəri-Kərrar bu gün. 
Mən də peygəmbəri-namursəliyəm Şırvanın - .  
Ki, gərək zahir edəm şənini hər zişanın,  
Faş edəm rəmzini həqdən yetişən fərmanın,  
Saqiya, yoxmu əyağında meyi-rümmanın,  
Şəhri qıl badə ilə cənnəti-ənhar bu gün. 
Həqq edib çün məni peyğəmbəri-fövci-şüəra,  
Mən gərək aləmə təbliğ qılam sübhü məsa,  
Ərşdən həq mənə təbliğə qılır faşi-nida – 
Ki, əgər eyləməsən xəlqə bu təbliği əda,  
Olmayıb xəlqə risalət dəxi izhar bu gün. 
  


                                            

Mən rəsuli-şüəra, mülki-vəfadən gəlirəm,  
Hüdhüdi-naməbərəm, şəhri-səbadən gəlirəm,  
Aləmə sibqət edib badi-səbadən gəlirəm,  
Həcci-mənayə gedib, kuhi-Minadən gəlirəm,  
Şahidi-vəhdət olub kəsrəti-zəvvar bu gün. 
Axiri-həccini çün Xatmi-rəsul etdi təmam.  
Azimi-Yəsrib olub Əhmədi-Məhmud məqam,  
Ol şəhə-Xümmi-qədir üzrə olundu ilham,  
Gəldi Cibril ki, ey sərvəri-səyyarəməqam,  
Sənə göndərdi salam iyzədi-qəhhar bu gün. 
Sən gərəkdir edəsən Xümmi-qədir üzrə nüzul,  
Göftgu eyləməsin zümreyi-əshab füzul,  
Bəs gərək zahir ola mərtəbeyi-zövci-Bətul,  
Olacaqdır o şəhin ziddi "zəlumən və cəhul",  
Açılır aləmə məxfi olan əsrar bu gün. 
Yetir afaqə o şahənşəhin övfalığını,  
Sabit et cümlə bu mövlalərə mövlalığını,  
Əlivü ali-Əli gövhəri-əlalığım,  
Zatnın dürri-giranmayeyi-valalığını,  
Minbər üstə çıxıban eyləginən car bu gün. 
Etdi çün hökm nüzul ol şəhi-səyyarəxidəm,  
Oldu əshablərin surəti-halı dərhəm,  
Etdilər ərz ki, ey zübdeyi-əhli-aləm,  
Su tapılmaz bu ğədir içrə hərarətdən həm,  
Küreyi-xak olubdur küreyi-nar bu gün. 
Nazil olmağa deyil hiç münasib bu məqam,  
Hökm hökmündü, vəli biz sənə etdik elam,  
Açıban dürci-dəhən sərvəri-ecazkəlam,  
Dedi: - Bu hökmi-xudavənddir, ey qövmi-giram,  
Eyləyib hökm mənə qadiri-cəbbar bu gün. 
  


                                            

Etdi əshabə bu hökmü çü şəhi-ərşsərir,  
Dedilər sövt ilə "ləbbeyk", ucaldı təkbir,  
Oldular cümlə piyadə çi soğirü çi kəbir,  
Müntəzir kim, nədi fərmani-xudavəndi-qədir,  
Nə büruz eyləyəcək iyzədi-dadar bu gün. 
O şəhənşahə bicazi-şütür oldu mənbər,  
Bəd təmhidi-xudavəndi-qədimü davər,  
Dedi: "Aya, deyiləm mən sizə candan behtər,  
Dedilər cümlə, bəli, cy şəhi-valagövhər,  
Sənsən övlalığa mövlayi-səzavar bu gün". 
Dedi: Hər şəxsə ki, aləmdə mən olsam mövla,  
Ona mövladü Əli, ol şəhi-mülki-məna,  
Ona nasir olana nasir ola bari-xuda,  
Hasidü düşməninə düşmən ola rəbbi-səma,  
Bu duanı elədi Əhmədi-Muxtar bu gün. 
Tutdu bir xeymədə bəs Heydəri-Kərrar qərar,  
Təhniyət etdilər ol şirdilə xürdü kibar,  
İbn-Xəttab xitab eylədi. Ey şirşikar,  
"Bixxi bixxin ləkə mövla"
*
 səni qıldı cabbar,  
Oldun, ey sərvəri-din, aləmə sərdar bu gün! 
O qədər çəkmədi kim, xətmi-rəsul etdi vəfat,  
Zülməti-xakdə məstur olub abi-həyat,  
Tutdular Xızr təriqindən o qövmi-zülmat,  
Qıldılar özlərinə həqq ziyafət isbat,  
Dedilər rehlət edib Seyyidi-Əbrar bu gün. 
Uydular Əhrimənə, hökmi-Süleyman qaldı,  
Bir də həqqin bizə göndərdiyi fərman qaldı,  
Bənd olub zahirinə, batini-quran qaldı,  
Kəsdilər suyunu, əfsürdə gülüstan qaldı,  
Necə kim, indi də zahirdü o asar bu gün. 
                                                          
*
 
Mübarək olsun, mübarək olsun sənin mövlalığın



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə