Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə31/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

 
95
nat aləmindən yüksək mərһələ isə insandır. Bu da öz növbəsində
һeyvanatdan, nəbatatdan, mədəndən və “analar”dan üstün olaraq, 
onları öz cisminə tabe edir. 
İnsan öz ağlı  və nitqi ilə dörd ünsürdən: mədəndən, nəbatat-
dan və һeyvanat aləmindən fərqlənərək, çoxlu elmlərin və inçə sə-
nətlərin meydana çıxmasında xüsusi məһarətə malikdir”. 
Gördüyümüz kimi, Tusi bu məsələlərin təhlilində real varlığa 
əsaslanmışdır. O, real varlıqda mövcud olan dörd ünsürün vəһdət 
təşkil etdiyini və bir-birini tamamladığını göstərərək yazırdı: 
“Odun, һavanın, suyun və torpağın maddəsi bir substansiyadan iba-
rətdir”. 
Təbiətin inkişafını һəmişə maddi vəһdətdə götürən Nəsirəddin 
Tusi özünün bəzi fəlsəfi mülaһizələrində daһa maraqlı müddəalar 
irəli sürmüşdür. Bunlar içərisində maddənin bir formadan başqa for-
maya çevrilərək, itməməsi  һaqqındakı  fəlsəfi müddəası, xüsusi 
olaraq diqqəti çəlb edir. O, deyir: “Əgər bir adam diqqətli və kamil 
bir tədqiqatçı gözü ilə maddələrin dəyişməsinə və tərkiblərin dağılıb 
yenidən birləşməsinə, onlar arasındakı çevriliş və ziddiyyətlərə nə-
zər salsa, maddələr mübadiləsindən, yaranıb yox olma proseslərin-
dən xəbərdar olsa, ona məlum olar ki, dünyada heç bir şey tam 
şəkildə məһv olmur. Bəlkə onun forması, vəziyyəti, tərkibi, qurulu-
şu, rəngi, keyfiyyəti ya müştərək bir varlığa və ya bir maddəyə çev-
rilir. Məsələn, su һava olur, һava da od. Bu üç һala düşə bilən mad-
də çevrilmə yolu ilə üç halda mövcuddur, əks һalda suyun havaya, 
havanın suya çevrildiyini demək olmaz. Çünki əgər bir varlıq məһv 
olsa, onunla ümumi əlaqəsi olmayan başqa bir varlıq  əmələ  gəlsə, 
onda “bu varlıq o varlığa çevrildi” demək olmaz və o maddə, key-
fiyyəti dəyişilmiş yeni maddə olar, çünki cismi varlıqların məһv ol-
maq qabiliyyəti yoxdur”. 
Nəsirəddin Tusi insan ağlının iki formada olduğunu qəbul et-
mişdir: nəzəri və əməli. Mütəfəkkir bu iki formanın dörd şəklə ma-
lik olduğunu da söyləmişdir: həyulani ağıl (potensial ağıl), kəsb 
edilmiş ağıl, vərdiş һalını almış ağıl, faktiki ağıl. 


 
96
Dahi mütəfəkkirə görə, həyulani və faktiki ağıl nəzəri ağlın 
şəkli, kəsb edilmiş və vərdiş һalını almış ağıl isə əməli ağlın şəklidir. 
Məlum olduğu kimi, bu məsələyə istər Tusidən qabaq, istərsə 
də sonra yaşamış mütəfəkkirlər toxunmuş və bunu müxtəlif şəkildə 
şərһ etmişlər. Bir qismi ağlın iki formasını, digər qismi dörd forma-
sını və s. qəbul etmişdir. 
Nəsirəddin Tusinin pedaqoji görüşləri. 
Ordubadda yerləşən 
mədəniyyət sarayının başındakı kitabədən bəlli olur ki, hökümət iş-
ləri Nəsirəddin Tusi nəslinin  əlində idi. Ona görə  də  Şah  İsmayıl, 
Şah Təhmasib həm də Tusinin xatirinə bu ailəyə etiram bəsləyirdi. 
İstər Qərbdə, istərsə  də  Şərqdə Tusini pedaqoji sahədə gör-
kəmli alim kimi tanımışlar. Tusinin dünyagörüşünə Aristotelin bö-
yük təsiri olmuşdur. Aristotel kimi, Tusi də elmlərin vahid sistemini 
yaratmaq istəmiş, elm sahələrini nəzəri, yaradıcı, təcrübi kimi bö-
lüşdürmüşdür. 
Ömrünün 3/4-nü Azərbaycan mədəniyyətinin və maarifinin 
tərəqqisinə həsr etmiş Nəsirəddin Tusi 150-ə yaxın əsərin müəllifi-
dir. Onun elm, əqil, idrak, söz haqqında fikirləri “Əxlaqi-Nasiri”, 
“Adabul-mütəllim”, “Təlimül-mütəllim”, “Tənsuqnamey-Elxani”, 
“Ovsaful-Əşrəf”, “Cənahül-məzamin fi elmi fəlsəfə”, “Cəvahirna-
mə”, “Etiqadat”, “Kitabi-mədarik”, “Risaleyi-müxtəsər” və s. kimi 
risalələrində əks olunmuşdur. 200-ə yaxın əsər və mənzumələrində 
indi də  əhəmiyyətini itirməyən fikirləri ilə  məşhur olan Tusi elmə 
yüksək qiymət verir, onu “binayi-Vətənin özülü” adlandırırdı. Tusi-
nin fikrincə, idrak və elm dünyanı bütün canlılardan ayırıb yer üzü-
nün ətrafı dərəcəsinə qədər yüksəltmişdir. Tusiyə görə, insanın var-
lığı o vaxt kamil hesab olunur ki, o, elm və  əməldən ibarət olsun. 
Ədib hikmət əməlini iki yerə bölüb birinci yerə elmi, ikinci yerə isə 
əməli aid edir. O,  insanı istər maddi, istərsə  də  mənəvi aləmində 
yüksək rol oynayan elmi yüksək qiymətləndirirdi. Qeyd edirdi ki, 
elm elə bir fövqəlbəşər şeydir, onu bütün təamlardan üstün tutmaq 
lazımdır. Nəsirəddin Tusi öz dövründə davam edən məktəb, mədrə-
sə, dəbistanlarla bərabər, xəttatlıq, musiqi, ticarət və  s.  kimi  tədris 
müəssisələrində  təhsil məsələlərinə diqqət yetirir. O, təlimin üsul-


 
97
ları, prinsiplərinə aid "Təlimin yolları" adı altında praktik olaraq 
məlumat vermişdir. Tusiyə görə, təlim yalnız öyrədilən şeyləri mə-
nimsətməklə kifayətlənməməyi, həm də öyrənilənləri yaşatmalı, gə-
ləcək nəslə verməyi qarşısına qoymalıdır. 
Alim hər  şeyə: hadisəyə, cəmiyyətə, tərəqqiyə real nəzərlə 
baxmış  və bu baxımdan, tədrisə, təlimə  və  təhsilə  də eyni qiymət 
vermişdir. Tusinin tədris və  təlimə verdiyi təhlil göstərir ki, o, ya 
uzun müddət müəllimlik etmiş, ya da uzun müşahidə və təcrübələr 
aparmışdır. Çünki tədris və təlim məsələlərini dərin incəliyinə qədər 
şərh etmişdir. Onun fikirləri yunan filosoflarının fikirləri ilə səsləş-
mişdir. Tusi təlimin tərbiyəedici prinsipə aid olmasını  ədəbdən və 
əxlaqdan danışarkən diqqətə çatdırırdı. Göstərirdi ki, təlim yalnız 
öyrədilən şeyləri mənimsəməklə kifayətlənməməli, həm də öyrəni-
lənləri yaşatmalı və gələcək nəslə verməyi qarşısına məqsəd qoyma-
lıdır. Tusi bütün qeyd olunları “təlimin yolları” prinsipi kimi dəyər-
ləndirir, “kəlam elmi”ni tədris edən müəlimləri digər elmlərdən baş 
çıxara bilmədikləri üçün tənqid edir, onları başqa elmlərdən baş çı-
xarmağa sövq edir. Göstərir ki, təlim yalnız ondan ibarət deyil ki, 
bir elmi öyrənəsən, ona yiyələnəsən. Əsas məsələ budur ki, cəmiy-
yətdə hadisələri qiymətləndirə biləsən. Tusi tədris və təlimdə “ümu-
mi və xüsusi qism” deyərək elmi baxımdan bu iki mənanı şərh edir, 
yəni izhar etmə, təhlil, tərkib, sual-cavab və s.-ni təlimin özülü, tə-
məli adlandırır. O, öz dövründə və öz dövrünə qədər bütün fərdi tə-
limləri rədd edir. Yalnız əsl elmləri öyrətməyi təklif edir. Tusinin fik-
rincə, insan səlist, düzgün, həsdlərə bais olan nitqə malik olmalıdır. 
Göründüyü kimi, Tusiyə görə  tədris və  tərbiyə müəllimsız 
mümkün deyil. Tədris və maarif inkişaf etdikcə müəllimim fəaliy-
yəti də aktivləşir. “Bu prosesin peyğəmbəri müəllimdir” fikri Tusi-
nin bütün pedaoji yaradıcılığında hər zaman diqqətə çatdırılmışdır. 
Tusi yazırdı: “Uşağın müəllimi ağıllı, idraklı, yüksək insani hisslər 
ustadı olmalıdır. O, uşaqların həvəs, meyil və əhval-ruhiyyəsinə bə-
ləd olmaqla bərabər,  şirindilli, vüqarlı, təmizkar və qabil (qabiliy-
yətli) olmalıdır. O yalnız mütəəllimlərin deyil, valideynlərin də tər-
biyəçisidir. Müəllim həm uşaq həm də valideynlər üçün sükançı və 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə