Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə29/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

 
89
rəddin Tusi, Fəxrəddin Marağalı, Şəmsəddin Şirvani, Qütbəddin Şi-
razi kimi böyük müdərrislər fəlsəfə, məntiq, riyaziyyat və nücum 
sahələri üzrə dərs deyirdilər. XIII əsrin ikinci yarısında Azərbaycan-
da və bütün İranda maarif işlərinə bilavasitə rəhbərlik edən Nəsirəd-
din Tusi əqli inkişaf və insan səadəti naminə dünyəvi elmlərin tədri-
sinə üstünlük vermişdir. 
Marağa rəsədxanasının müdərrisi, Qütb əd-Din  Şirazi öz şa-
girdi Əbubəkr Məhəmməd ibn Əbubəkr Təbriziyə 1301-ci ildə ver-
diyi yazılı icazənamədən XIV əsrin başlanğıcında Azərbaycanda 
dünyəvi elmlərin təlim və  təəllümünün tamamilə imkan daxilində 
olmasına şübhə yeri qalmır. Həmin icazənamədə deyilir: «… belə-
liklə, məqul və  mənqul sahələrinə aid olan bütün əsərlərimi və ya 
onlardan hər hansı birisini düzgün hesab etsə, rəvayət etməyə icazə 
verdim». 
Zülfüqar Şirvaninin (1304-cü ildən sonra vəfat etmişdir) yaz-
dığı  tərcümeyi-haldan məlum olur ki, onun yaşadığı dövrdə  aşağı-
dakı bilik sahələri üzrə  təhsil  əhəmiyyətli sayılırmış: fəlsəfə, mən-
tiq, təbiiyyat, nücum, əczaçılıq, sərf-nəhv,  ədəbiyyat, tarix, ilahiy-
yat, fiqh, təfsir, hədis, elme röya, rəməl və s. 
XIII əsrin II yarısı və XIV əsrin I yarısında əqli tərbiyə baxı-
mından təhsilin məzmunu sahəsində Azərbaycan ictimai fikrində 
irəliyə doğru xeyli dönüş əmələ gəlmişdir. Bu cəhət Əvhədi Mara-
ğalı (1274 – 1338) əsərlərində öz əksini tapmışdır. 
«Sənin bilik və elmin rəvayətdən başqa bir şey deyil» – deyə, 
Əvhədi mənqul elmlərin tərəfdarlarına gülərək dünyəvi biliklərin 
zəruriliyini bildirir. «Came-cəm» əsərində fəlsəfə, astronomiya, tə-
biiyyat, ictimaiyyat, ilahiyyat elmlərinin  əsas məsələlərinə toxuna-
raq gənc nəslin təbiət hadisələrini və canlı aləmdə baş verən bütün 
fenomenləri öyrənməyə dəvət edir. 
XIII  əsrin axırları  və XIV əsrin  əvvəllərində bir sıra dəqiq 
elmlər və fəlsəfə Azərbaycanın bəzi təhsil ocaqlarında, o cümlədən 
Təbrizdəki Rəbe Rəşidi darülfünununda tədris olunmuşdur. Bu hal 
Azərbaycanın bir sıra digər təhsil müəssisələrinə də aiddir. Məsələn, 
XIV əsrdə Azərbaycanın Sultaniyyə mədrəsələrində müdərris Şəm-


 
90
səddin Məhəmməd ibn Məhmud Amolinin tədris vəsaiti kimi istifa-
də olunan “Nəfayes əl-fonun fi ərayes əl-oyun” adlı kitabında riya-
ziyyat, nücum, kimya, fizika, psixologiya, pedaqogika, ədəbiyyat 
nəzəriyyəsi, dilçilik, tarix, ilahiyyat və s.-dən bəhs edilmişdir. Bu 
vəziyyət cüzi fərqlərlə XV əsrin axırlarına qədər davam etmişdir. 
XVI əsrdə Səfəvilər dövründə dünyəvi elmlərin tədrisi sıxışdı-
rılmışdır. Ancaq bunu Səfəvilər hakimiyyətinin bütün dövrlərinə şa-
mil etmək olmaz. İran mətbuatında, o cümlədən “Tarix-e fərhəng-e 
İran”  kitabında və  “Ərməğan” jurnalında bu barədə böyük 
mübaliğəyə yol verilmişdir. Səfəvi şahları tərəfindən yeridilən dini 
siyasətlə  əlaqədar, dini biliklər üzrə  təhsil almaq imkanlarının 
genişlənməsi hesabına dünyəvi elmlərin təhsili 
məhdudlaşdırılmışdır. Bu dövrdə  təhsil,  əsasən, Quran qiraətini və 
təfsirini, fiqh, hədis, əxbarı əhatə edirdi. Bu vəziyyət Şah İsmayıl və 
Şah Təhmasib dövrü üçün (1501 – 1576) daha səciyyəvidir. XVI 
əsrdə qadağan edilmiş bilik sahələrindən üstüörtülü danışılarkən 
“Kolloho serrən” (“Hamısı sirdir”) ifadəsindən istifadə edilir, bu 
bilik sahələrinə yiyələnənlər isə, qabaqcıl ictimaiyyət tərəfindən 
fövqəladə  şəxsiyyətlər kimi qiymətləndirilirdilər. “Kolloho serrən” 
ifadəsinin tərkibindəki səssizlərin hər biri sıra ilə (k-kimya, l-limiya, 
h-himiya, s-simiya, r-rimiya) sözləri bildirilirdi. Bilik sahələri bu 
adlar altında aşağıdakı 5 qrupa ayrılmışdı: 1) kimya; 2) limiya-
hesab, həndəsə, astronomiya, musiqi; 3) himiya-cəbr, geodeziya
mexanika; 4) simiya-sehr və cadu; 5) rimiya-tilsimat və neyrəncat 
(gözübağlıcalıq). 
Lakin XVI əsrin axırları XVII əsrin 60-cı illərinə  qədərki 
dövrdə, daha doğrusu, I Şah Abbas və II Şah Abbas zamanında 
(1587 – 1667) dünyəvi elmlərin təhsili imkan daxilində olmuşdur. 
Məhz bunun nəticəsində XVII əsrin I yarısında elmi-fəlsəfi düşüncə 
sahəsində Yusif Qarabaği bir sıra əsərlər yazmışdır. Həmin dövrdə 
Sədrəddin Şirazinin (? – 1640) təbiət hadisələrinin izahına dialektik 
təfəkkür metodu ilə yanaşması daha çox diqqəti cəlb edir. Bu hal 
Səfəvi dövründə Şərq fəlsəfəsi sahəsində irəliyə atılmış mühüm ad-
dımdır. XVII əsr səyyahı  Şardən  İranda yunan fəlsəfəsinin tədris 


 
91
edilməsindən danışmışdır. XVII əsrin digər səyyahı A.Olearyus 
qeyd edir ki, iranlılar hesab, həndəsə, fizika, nücum, tibb, şeir, əx-
laq, fiqh sahələri və Ərəstu fəlsəfəsi ilə çox maraqlanırlar. O, Şama-
xı mədrəsəsində coğrafiya, Evklid həndəsəsi və nücum elminin təd-
risini müşahidə etmişdir. XVII əsrin digər bir məşhur səyyahı Ta-
verniye İranda təhsil vəziyyətindən danışarkən yazır ki, təhsil “mən-
tiq, metafizika, fizika və riyaziyyat sahələri üzrə yüksək səviyyədə-
dir”. Taverniye İran mədrəsələrində Aristotel, Evklid, Ptolemey, 
Arşimeds, İbn Sina və N.Tusinin bəzi əsərlərinin dərs kitabları kimi 
tətbiq olunmasını qeyd etmişdir. 1640-cı ildə Azərbaycanı  səyahət 
etmiş Övliyə Çələbi Təbriz mədrəsələri haqqında yazır: «Bu mədrə-
sələrdə bütün elmlərdən tədris olunur». Təbiiyyat elmləri, hesab, 
həndəsə, mexanika, optika, nücum və sair dəqiq elmlər sahəsinə aid 
Ptolemey, Menelaus, Oppolonyus, Teodos və digər qədim yunan 
alimlərinin  əsərlərinin  İranda mütaliə edilməsi XVII əsrdə burada 
olmuş bir çox fransız müəlliflərinin yazılarında qeyd edilmişdir. Sə-
fəvi dövrünün görkəmli müdərrislərindən Seyid Nemətulla  əl-Hü-
seynin 1678-ci ildə  ərəb dilində yazdığı  tərcümeyi-haldan məlum 
olur ki, bu dövrdə dünyəvi elmlərin tədrisi dini elmlərə nisbətən önə 
çəkilmişdir. 
Yuxarıda deyilənlərdən aydın görünür ki, Səfəvi dövründə 
(XVII əsrdə) mədrəsələrdə sistem halına düşməsə də, hər halda, dini 
elmlərlə bərabər, dünyəvi elmlərin də təhsilinə fikir verilmiş və hə-
min sahələrə aid biliklərin əldə edilməsi qabaqcıl ictimaiyyətin diq-
qət mərkəzində durmuşdur. 
XVII  əsrin axırlarından etibarən Səfəvi dövlətinin zəifləməsi 
və ölkənin daxili siyasətində ruhanilərin nüfuzunun daha da artması 
ilə əlaqədar, dünyəvi elmlər bilavasitə sıxışdırılmışdır. Hətta Nadir 
şahın zamanında (1736 – 1747) ruhanilərin nüfuzlarına qarşı sərt si-
yasət yeridilməsinə baxmayaraq, bütün XVIII əsr boyu təhsilin 
məzmunu dini çərçivədən kənara çıxmamışdır. Bu vəziyyət XIX əs-
rin II yarısına qədər Azərbaycanın məktəb və mədrəsələrində davam 
etmişdir. Bununla birlikdə Fətəli şah səltənəti dövründə Azərbaycan 
hökmdarı Abbas Mirzənin (? – 1833), eləcə də Nasir əd-Din Şahın 


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə