Microsoft Word derslik-Semengul doc



Yüklə 12,87 Kb.
Pdf görüntüsü
səhifə11/40
tarix11.04.2018
ölçüsü12,87 Kb.
#37910
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

 
32
mi də müəyyən dərəcədə inkişaf etməyə başlamışdır. Həmin dövrdə 
mədrəsələr, əsasən, Marağa, Naxçıvan və Gəncə şəhərlərində mər-
kəzləşmişdir. Bu əsrdə  hətta ixtisaslaşdırılmış ali təhsil ocaqlarına 
da təsadüf etmək olur. O cümlədən Xaqaninin əmisi Kafiəddin 
Ömər ibn Osmanın rəhbərliyi ilə Şamaxı yaxınlığında, Məlhəm adlı 
bir yerdə  təşkil olunmuş «Mədrəse-ye tibb» adlı ali məktəbi qeyd 
etmək olar. 
Xaqaninin özünün təhsil alması barəsində yazdığı bir şeirin-
dən məlum olur ki, bu dövrdə Gəncə şəhərində ali təhsil sahəsində 
çalışanlar üçün mütaliə və tədris ocağına çevrilmiş böyük bir kitab-
xana fəaliyyət göstərmişdir. 
Təhsilini böyük müəllim və  şeir ustadı kimi tanınmış  Əbül-
Üla Gəncəvinin yanında davam etdirməsi ilə əlaqədar olaraq Xaqani 
yazır: 
 
Gördü ki, bələdəm hər nişanəyə, 
Apardı bir böyük kitabxanəyə 
Gördükdə olmuşam, doğrudan, heyran, 
Oxutdu əvvəlcə «Xələqəl insan». 
 
Azərbaycanın XII əsr orta və ali məktəbləri sırasında Naxçı-
van mədrəsələri daha artıq nəzər-diqqəti cəlb edir. Həmin mədrəsə-
lər Azərbaycanın qədim məktəb tarixində ilk təhsil ocaqlarıdır ki, 
oradakı  tədris və  təlim-tərbiyə prosesləri barəsində nisbətən geniş 
məlumat əldə etmək mümkündür. 
Naxçıvan mədrəsələri haqqında ilk yazılı məlumata XIII əsrdə 
yazılmış, hələlik müəllifi müəyyənləşdirilməmiş «Əcaib əd-dünya» 
adlı bir kitabda rast gəlinir. Həmin kitabda deyilir: «Naxçıvan Azər-
baycanda böyük və abad bir şəhərdir» və orada «çoxlu saray-
lar…mədrəsələr…tikilmişdir... Deyirlər ki, Naxçıvanda olan qədər 
imarət, məscidlər və  mədrəsələr heç bir kənd və  şəhərdə yoxdur». 
Bu məlumat XII əsrdə Naxçıvanda çoxlu sayda mədrəsənin mövcud 
olmasını təsdiqləyir. 


 
33
Elxanilər dövlətində maliyyə  işlərini idarə edən baş  vəzir 
Şəms  əd-Din Məhəmməd Cuveyni tərəfindən 1263-1284-cü illər 
arasında hazırlanmış sənəddən Naxçıvan mədrəsələri haqqında daha 
geniş  məlumat  əldə etmək olur. Həmin sənəd 1186-ci ildə Naxçı-
vanda Möminə Xatun
 
(Atabəy Məhəmməd Cahan Pəhləvanın (1172 
– 1196) birinci arvadı) üçün tikilmiş  məqbərənin vəqflərinə daxil 
olan iki mədrəsəyə aiddir. Bu sənədi yuxarıda adlarını  çəkdiyimiz 
mədrəsələrin nizamnaməsi kimi qiymətləndirmək olar. Burada məd-
rəsələrin idarə olunması və tədris işlərinə rəhbərlik məsələsi, eləcə 
də müdərrislərin və tələbələrin qarşılıqlı münasibətləri müəyyənləş-
dirilmiş və təlim işləri ilə əlaqədar olaraq, indi də öz əhəmiyyətini 
itirməmiş bir sıra faydalı metodik göstərişlər və  məsləhətlər veril-
mişdir. Sənəddən məlum olur ki, həmin mədrəsələrdə dini elmlərlə 
yanaşı, dünyəvi elmlər də tədris edilmişdir. 
XI – XII əsrlərdə Hindistan, Çin, Misir, Slavyan ölkələrindən 
Azərbaycana, eləcə də Azərbaycandan bir sıra Avropa və Asiya öl-
kələrinə tacirlər, sənətkarlar gedib mədəniyyətlərini bir-birilərindən 
əxz ediblər. 
Bu dövrdə Azərbaycanda bir sıra məhəlli məktəblər, xəttatlıq, 
musiqi məktəbləri və mədrəsələr də fəaliyyət göstərir, elm və mədə-
niyyət, ədəbiyyat və incəsənət, nəzm və nəsr bu dövrdə daha da in-
kişaf etməyə başlayır. 
XI – XII əsrlərdə Azərbaycanda 210-dən çox şair, ədib, filo-
sof fəaliyyət göstərmişlər. Bu dövrün görkəmli  şəxsiyyətləri içəri-
sində  Xətib Təbrizi,  Əbül-Üla Gəncəvi, Fələki  Şirvani,  İzzəddin 
Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Qivami Mütərrizi 
və başqaları də vardı. Onların içərisində ən istedadlıları, yüksək şa-
irlik təbinə malik və öz dövrünə görə təlim-tərbiyə sahəsində müs-
təsna xidmət göstərən Xaqani Şirvani və Nizami Gəncəvi idi. 
 
 


 
34
XI – XII ƏSR AZƏRBAYCAN MÜTƏFƏKKİRLƏRİNİN 
ELMİ-PEDAQOJİ GÖRÜŞLƏRİ 
 
Qətran Təbrizi 
(1012 – 1088) 
 
Qətran Təbrizinin pedaqoji fikirləri. 
XI əsr Azərbaycan xal-
qının ictimai-bədii pedaqoji təfəkkür tarixinin görkəmli nümayəndə-
lərindən biri Qətran İbn Mənsur Təbrizidir. O, təkcə Azərbaycanda 
deyil, bütün Yaxın Şərqdə mədhiyyələr yazan, dəyərli fikirlər söylə-
yən, hikmətli sözlər deyən böyük mütəfəkkir kimi tanınmışdır. 
O, Təbrizdə, Gəncədə, Naxçıvanda yaşayıb yaratmış qüdrətli 
Azərbaycan sənətkarı olmuşdur. Qətran Təbrizinin «Divan»nı ilk 
dəfə toplayıb nəşr etdirən Məhəmməd Əli Naxçıvani olmuşdur. Da-
ha sonra Azərbaycanda Qulamhüseyn Beqdeli bu əsəri farscadan 
azərbaycancaya sətri tərcumə etmişdir. 
Qətran Təbrizinin bu gün əlimizə  gəlib çatdığı  həmin Divan 
həm bədii, həm pedaqoji, həm də tarixı baxımdan çox dəyərlidir. 
Onun Divanı şairin həyat və yaradıcığını öyrənməyə imkan verdiyi 
kimi o dövrün tarixi hadisələrini də öyrənməyə imkan verir. Q.Təb-
rizi 1012-ci ildə Təbrizin yaxınlığında Şadiabad kəndində əkinçi ai-
ləsində anadan olmuş və 1088-ci ildə Gəncədə vəfat etmişdir. 
İstər öz dövründə, istərsə də sonrakı dövrlərdə bir sıra məşhur 
səyyahlar,  şairlər, mütəfəkkirlər öz əsərlərində Q. Təbrizinin adını 
çəkmişlər. Nasir Xosrov Ələvi (1004 – 1088) Q.Təbriziyə «gözəl 
şair», Ənvəri Əbivərdi (1111 – 1135) – «şairlərin fəsihi», Rəşidəd-
din Vətvat (1088 – 1182) – «həkim Qətran», Dövlətşah Səmərqəndi 
isə «şairlərin imamı» kimi adlandırmışlar. 
Qətran öz şeirlərində Azərbaycan hökmdarlarının qəhrəman-
lığı, şücaətini, ədalətini, vətənpərliyini, əxlaqi, mənəvi keyfiyyətlə-
rini mədh etmişdir. Qətranın mədh etdiyi hökmdarlar XI ərdə Arran 
dövlətinin və Azərbaycanda hakimiyyət başında duran üç sülalənin 
üzvlərindən, habelə onlann saraylarının və ordularının xadim və sər-


Yüklə 12,87 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə