Sahibkar qadınlarının qarşılaşdığı gender əsaslı çətinliklər Cavadova Aygün Elmar qızı



Yüklə 17,99 Kb.
tarix09.02.2022
ölçüsü17,99 Kb.
#83634
Aygun Cavadova Tezis


Sahibkar qadınlarının qarşılaşdığı gender əsaslı çətinliklər

Cavadova Aygün Elmar qızı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

ayguncavadova90@gmail.com

Açar sözlər: qadın, kişi, sahibkar, gender

Gender bərabərliyi-qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyətidir. Müasir cəmiyyətdə qadınların da kişilər kimi iş həyatına malik olması gender bərabərliyinə nail olmaq üçün atılan addımlardan biridir. Qadınların iş həyatına malik olması, onların azad maliyyə gəlirlərinin olması qadınları ailədə və cəmiyyətdə iqtisadi cəhətdən azad edir. Müasir dövrdə də gender əsaslı ayrı-seçkilik iş həyatında özünü göstərir. Gender əsaslı qısnama yəni ayrı-seçkilik şəxsin cinsinə və gender kimliyinə əsasən cəmiyyətdə iştirak edə bilmə imkanlarının məhdudlaşdırılımasıdır. Qadınların iş həyatında aktiv ola bilməməsinin bir sıra səbəbləri mövcuddur və hələ də öz aktuallığını saxlamaqdadır. Bu səbəblərə bir neçə amili aid edə bilərik: ev öhdəlikləri, iş yerində xoşagəlməyən əməllər və təzyiqlər, yeni ailə qurmuş qadınların özəl sektorda iş tapmasının çətinliyi, qızların üstünlük verdikləri təhsil sahələrinin məhdud dairəsi, gecəyə kimi işdə olmaq, işlə bağlı səfər etmək və s. Qadınların iş həyatına təsir edən edən amillərdən birincisi qadınların həm də ev öhdəliklərinin olmasıdır. Ev öhdəliklərinin əsas yükünün qadınların üzərinə düşməsi qadınların əksəriyyəti üçün zaman və enerjinin böyük bir qismini tükəndirir. Bu yük qadınların hətta “pul gətirən” işlərlə məşğul olduğu hallarda belə dəyişməz qalır.[1.s25] Ev öhdəliklərinin yalnız qadınların üzərinə düşməsi onların iş performansının aşağı düşməsinə səbəb olur. Bu da qadının iş qadını olmasına baxmayaraq yenədə istismarına gətirib çıxarır. Ev işlərinin iştirakında kişilərin az rol oynaması işləyən qadınların daha çox yük götürməsi ilə nəticələnir. ... ev işləri ilə kim daha çox məşğul olur” sualına təxminən eyni sayda kişi və qadın (kişilərin 86,5 və qadınların 90,9%-i) “qadınlar” cavabını verib....[2] Yeni körpə doğulan ailələrdə anaya məzuniyyət verildiyi kimi ataya da məzuniyyətin verilməsi məsələsi aktuallaşsa ev işlərində kişilərin iştirakı da arta bilər. Çünki, atalıq məzuniyyəti zamanı kişi bu məsələlərdə daha yaxından iştirak edə bilər. Kişilərin verdiyi məlumata görə 6,1%, qadınların verdiyi məlumata görə isə 2,9% kişi atalıq məzuniyyətinə çıxmışdır.[2]

Gender əsaslı çətinliklərin qadınların iş həyatını məhdudlaşdırması aysberqin görünən tərəfidir. Beləki, qadınların işə az cəlb olunması ümumilikdə iqtisadi göstəricilərə təsir edir. Dövlət statistika mərkəzinin gender göstəriciləri üzrə statistika cədvəlinə nəzər yetirdikdə görmək olar ki, qadın işsizlərin sayı çoxluq təşkil edir. 2020-ci il dövlət statistikasına əsasən qadın işsizlər 57,5%, kişi işsizlər 42,5% təkil etmişdir. [4]

İş həyatında sahibkar qadınların qarşılaşdığı məsələlərdən biri də onların müvəffəqiyyətinə olan qısqanclıq və qəbul edilməmələrdir. Bu qəbul edilməmə əsasən digər qadınlar tərəfindən baş verir. Kişilərin 58,5, qadınların isə 47,9%-i siyasəti kişilərin öhdəsinə buraxmaq lazım olduğunu hesab etsə də, qadınların yarısından bir qədər çoxu (53,5%-i) ilə müqayisədə kişilərin dörddə üçü (77,6%-i) “qadınlarla müqayisədə kişilərdən daha yaxşı siyasi rəhbərlər çıxır” fikri ilə bağlı öz razılığını ifadə edib. [2]

Azərbaycanda qadın sahibkarlığın inkişafı üzrə Milli Hesabat və Respublikamızda fəaliyyət göstərən qadın sahibkarlar haqqında milli hesabata əsasən sahibkar qadınların qarşılaşdığı çətinliklərə aid edə bilərik:



  1. Ciddi iqtisadi çətinliklər və istehsalı aşağı düşməsi;

  2. Qadınların əmək bazarındakı vəziyyətinə dair lazımi milli siyasətin olmaması;

  3. Məşğulluq və biznes imkanları haqqında məlumatsızlıq;

  4. Kredit və maliyyə bazarlarından istifadə olunmasında çətinliklər;

  5. Qadınlarda özünəinamın aşağı olması. [5]

Qadınlara qarşı cəmiyyət və ailə tərəfindən bir sıra tələblər qoyulur. Bu tələblər bir çox qadının iş həyatına, aktivliyinə mənfi təsir göstərir. .....Qadına qarşı çoxsaylı tələblər irəli sürülür: təvazökarlıq, tabeçilik və kişilərin qərarları ilə razı olmadıqları hallarda belə sükunətlərini qorumağı bacarmaq. [3.s86] Qadın güclü sahibkar olmasına baxmayaraq bir çox hallarda yoldaşı tərəfindən təzyiqlərə məruz qala bilir və işi məhdudlaşdırıla bilir. Çünki, bizim cəmiyyətdə qadına qarşı inam hələ tam formalaşmamışdır. Baxmayaraq ki, bu istiqamət üzrə bir sıra maarifləndirmə işləri görülür, təlimlər həyata keçirilir. Burdan belə nəticəyə gəlmək olar ki, görülən bir sıra maarifləndirmə işləri kütləyə tam formada çatdırılmır.

Beləliklə, biz yuxarıda iş qadınlarının qarşılaşdığı problemləri nəzərdən keçirdik. Aydın oldu ki, iş qadınlarının qarşılaşdığı problemlər əsasən cəmiyyətdə hələ də mövcud olan streotiplərin bir çox ailələri idarə etdiyindən yaranır. Bu məsələ üzrə maarifləndirmə işləri gücləndirilməli və kütləyə geniş şəkildə çatdırılmalıdır.

Ədəbiyyat

1. Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər., Gender qiymətləndirmə hesabatı, BMTİP, 2018. 64 s.

2. Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar., Bakı, 2018. 72 s.

3. Kifayət Ağayeva. Qafqazada gender məsələləri., Bakı, 2017. 436 s.



4. https://www.stat.gov.az/source/gender/

5.http://gender-az.org/doc/az/development/economic/woman-enterpreneers-az.pdf
Yüklə 17,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə