Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə9/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 41 
olmadığını bildirdi. Belə bir mərd insanı mənə Alllah yetirmişdi. 
Mən ona ömrüm boyu borcluyam. 
Sonra biz Qubadlıya gəldik, polis rəisi tərəfindən zorla 
alınıb saxlanılmış maşını qaytarmaq istədik. Qubadlıda mənim 
UAZ markalı maşını gördüm deyən olmadı. Fikrət müəllim 
müəyyən hərbi hissələrdə oldu, müəyyən şəxslərlə əlaqə saxladı. 
Nəticədə UAZ-ın yerini təxmini müəyyənləşdirdik. Maşın 
Qubadlı kəndlərinin birinin kolxoz sədrinin həyətində idi. Demək 
olar ki, həmin maşını zorla qaytardıq. Bir neçə aydan sonra 
Qubadlı rayonu ermənilər tərəfindən zəbt olundu. Fikrət müəllim 
olmasaydı birinci, mən azadlıqda olmazdım, ikinci, mənə məxsus 
maşın yəqin ki, «ermənilər»də qalmışdı. 
Xocalı divizionunun texniki-təmir üzrə  rəisi  Əfrayıl 
müəllimin dediklərindən: 
Fikrət müəllim diviziona gəldiyi ilk gündən onun hərbi 
mütəxəssis olması diqqəti cəlb edirdi. Divizion onun gəldiyi 
günədək heç vaxt belə  hərbi intizama malik olmamışdı. Fikrət 
müəllimin həyatında Moskva hərbi təliminin böyük əhəmiyyəti 
var idi. Belə ki, təkcə «razvodun» həyata keçirilməsi işində onun 
necə  səviyyəli bir hərbiçi olduğu görünürdü. Fikrət müəllim 
Beyləqan döyüş bölgəsinə divizion komandiri kimi getdikdən 
sonra Xocalı divizionunda böyük hərc-mərclik olması  və, nəha-
yət, divizionun dağılması onu göstərirdi ki, məhz Fikrət 
müəllimin nüfuzu və hərbi qabiliyyəti sayəsində Xocalı divizionu 
sayılan hərbi hissələrdən birinə çevrilmişdi. Beyləqanda divizion 
komandiri işləyən Fikrət Nəbiyev məni öz divizionuna dəvət etdi. 
Bu o vaxt baş verdi ki, mən artıq Xocalı divizionunda işləmirdim. 
Oradakı  hərc-mərclikdən tənqə  gəlib oranı  tərk etmişdim. O za-
man Fikrət müəllim Beyləqan döyüş bölgəsində diviziyon 
yaradırdı. O, Beyləqan  Şirə zavodunun partlayışı  nəticəsində 
metalolom vəziyyətində anbarlarda qalmış zenit qurğularını təmir 
edib, bölgədəki döyüş nöqtələrinə  çıxarmışdı. Bu işdə  şəxsi 
heyətlə birlikdə mən ona kömək edirdim. Beləliklə Fikrət Həbib 
oğlu Nəbiyev Beyləqan divizionunu yaratdı  və onu döyüş 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 42 
qabiliyyətinə malik hərbi hissə  vəziyyətinə  gətirdi. Mən onun 
qeyrətinə qibtə edirəm.  
 
Fikrət Nəbiyevin dediklərindən:  Döyüş bölgəsində 
olduğum o beş il müddətində  mən  əynimdəki döyüş paltarını 
soyunmurdum. Ona görə indi də  mənim o vaxtkı  əsgər və 
zabitlərim məni görəndə öz xilaskarlarını, görürlər. Bu mənə Allah 
tərəfindən verilən vergi idi. Mən kimə hörmət etmişəmsə, həmişə 
əvəzsiz etmişəm.  Əvəzini Allah özü verər demişəm.  Əvəzində 
Allah məni bir çoxbəlalardan qurtarırdı. Yaxşı yadımdadır. Bizim 
Ağdamın Bağbanlar kəndi  ərazisində postlarımız vardı. O vaxt 
Bakıdan nümayəndə gəlmişdi. Mən həmin şəxsi aparıb, postlardakı 
vəziyyətlə tanış etdim. Onun əsgərlərlə görüşüb söhbət etməsi 
üçün  şərait yaratdım. Postlardakı texnikanın, silahın az olması 
haqqında ona məlumat verdim. O, texnika gətiriləcəyinə söz verdi. 
Elə postlardan aralaşmışdıq ki, bizə  tərəf güllələr atıldı. Güllənin 
biri mənim başımın yanından süzüb keçdi. Biz yerə yatdıq. Bu 
kəndin tənəkliyindən atılan namərd üzdəniraq erməniləşmiş 
müsəlman gülləsi idi. Belə təxribatlar və terrorlar vaxtaşırı həyata 
keçirilirdi. Ona görə döyüş bölgəsində olmağın özü böyük hünər 
idi. Döyüş isə daha təhlükəli xarakter daşıyırdı. Belə ki, hər 
döyüşdə yağış kimi yağan güllələr və  mərmilər adamın bədənini 
keyləşdirirdi. Əsgərlərimiz ölümün gözünün içinə dik baxırdılar.  
Əvvəllər hərbidə briqada sistemi mövcud idi. Yəni bu o 
demək idi ki, hərbi strukturlarda hər biri on-on beş hissədən 
(batalyonlardan, divizionlardan) ibarət olmaqla briqadalarda 
birləşirdi. Briqadalar da bütün tapşırıqları bilavasitə Müdafiə 
Nazirliyindən alırdı. Bu struktur daxilində briqadaların hər birinin 
tərkibində  əsasən hava hücumlarının qarşısını al biləcək hərbi 
hissələr- divizionlar var idi. Həmin divizionların birinin də 
komandiri mən idim. Sonralar korpus sisteminin yaranması ilə 
bağlı divizionları batareya səviyyəsinə gətirdilər. Ştat ixtisarı baş 
verdi. Briqada komandiri dəyişildi. Mən başqa bir işlə  təmin 
edilmədim və ordudan tərxic olundum.  
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 43 
 
 
 
Şirin Mirzəyev adına batalyonda 3-cü rotanın starşinası, 
gizir Elşən  Əliyevin dediklərindən:  Fikrət müəllim bizim 
komandirimiz olub. Bir gün batalyon komandiri M.Əliyevi 12 
nəfərdən ibarət avtomatlı xüsusi təyinatlı  hərbiçilər fiziki güc 
işlədərək götürüb apardılar. Həmin vəziyyətdən Fikrət müəllimin 
xəbəri olmamışdı. O batalyona gəldikdə, artıq məsələdən xəbər 
tutduqdan sonra batalyonda gücləndirilmiş hərbi qayda yaratdı. Bu 
cür təxribatlara qarşı müqavimət göstərmək üçün göstəriş verdi. 
Təxribatçılar Fikrət müəllimi də tutulacağı haqqda xəbərdar 
etmişdilər. Ancaq Fikrət müəllim bütün bu təxribatçılara cavab 
verəcəyini bildirmişdi. Batalyonun belə bir vaxtında iki polis zabiti 
vəziyyətdən istifadə edib batalyona girmişdi. Onlar qohumları olan 
bir  əsgər üçün izacə almağa gəlmişdilər. Mən həmin zabitlərdən 
birini tanıdım. Mənim atam həmin təxribatçı zabitin hesabına şəhid 
olmuşdu. O mənim üstümə avtomat çəkən və beləliklə ermənilərin 
havadarı olan zabit idi. Mən bu barədə Fikrət müəllimə  xəbər 
verdim. Fikrət müəllim elə o saat ona verdiyi icazə kağızını alıb 
çırdı  və onları batalyonun həyətindən qovdu. Onlar bir neçə 
saatdan sonra yenidən öz təxribatlarını  həyata keçirmək üçün qa-
yıtdılar. Fikrət müəllim yenidən onları batalyondan qovdu. Onu da 
deyim ki, ermənilərlə belə  əlbir olan insanlar dəfələrlə bizim 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə