Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə6/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   2   3   4   5   6   7   8   9   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 26 
yev leytenant hərbi rütbəsinə yiyələnir. 
 
Şəkildə Fikrət Nəbiyev qrup tələbələri ilə birlikdə. (çıxış edərkən). 
 
İnstitutu bitirən Nəbiyev təyinat 
əsasında 
«Azərelektroterm»  İstehsalat Birliyinə göndərilir. O, əvvəllər 
texnoloq işləyir. Sonra isə sex rəisi vəzifəsinə irəli çəkilir. 
Sonralar «Bakelektroavtomat» zavodunda böyük bir sexin rəisi 
kimi fəaliyyət göstərir. Təqribən 600 nəfər işçisi olan bir sexə 
rəhbərlik etmək asan məsələ deyildi. Fikrət bu işin öhdəsindən 
məharətlə  gəlir. Plan və tapşırıqları vaxtında və artıqlaması ilə 
yerinə yetirir. Təqribən dörd ildən yuxarı bir müddət ərzində sex 
rəisi işləyir. 
Eyni zamanda Könüllü xalq drujinasının rəhbərlərindən biri 
olan Nəbiyev  əvvəlcə Sovet İttifaqı Kommunist Partiyasına üzv 
qəbul edilir. Sonra isə milis orqanlarında işləmək üçün daxili işlər 
nazirliyinə  təqdimat verilir və  işə götürülmə  ərəfəsində Fikrəti 
Daxili  İşlər Nazirliyində  işlə  təmin etmək  əvəzinə, tez-tələsik 
Moskvaya hərbi qulluğa göndərirlər. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 27 
 
Şəkildə Fikrət Nəbiyev hərbi and içərkən. 
 
İdman ustası Mirəli Seyidovun rəhbərliyi altında karate 
idman növü ilə 3 ildən artıq bir müddət  ərzində  məşğul olmuş 
Fikrətin bədəni və yumruqları  dəmir kimi bərk idi. O, idman 
ustaları olan Gülmurad, Çingiz kimi dostları ilə bir zalda məşq 
etmişdir. Tibbi müayinədən keçən vaxt həkimlər onun 
göstəricilərinin adi haldan çox fərqli olduğunu görüb, 
təəccüblənmişdilər... 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 28 
 
Şəkildə Fikrət Nəbiyev hərbi təlim zonasında (soldan ikinci). 
 
Moskvada hərbi hissənin mərkəzi orqanında kadrlar 
şöbəsinin rəisi onu generalın qəbuluna aparır. Generalla qarşı-
qarşıya oturan Nəbiyevin «seykənləri» onun gözündən yayınmır. 
Fikrətin dediklərindən: 
«Generalla qarşı-qarşıya oturmuşduq. Mənim əllərim stolun 
üstündə idi. O, məndən soruşdu: « Вы спортсмен ». Mən cavab 
verdim ki, «da». O gülümsəyib soruşdu: « У нас есть такое ме-
сто.  Там  много  раз  преступления  были.  Там  угон  машины, 
изнасилования, солдаты убивали друг-друга. Вы сможете там 
порядок наводить?» Mən ona cavab verdim ki, « Служу Совет-
скому  Союзу!» O çox şad oldu və kadrlar şöbəsinin rəisinə 
mənim əmrimi verməyi tapşırdı. 
«...Artıq Moskva ətrafı rayonlardan birində - Kolomna 
şəhərindəyəm». Nəzarət məntəqəsindən keçib qarnizonda 
yerləşən hərbi hissəyə özümü təqdim etdim.  
...Mən rota komandirinin müavini kimi siyasi sahəyə 
baxırdım. Siyasi məşğələlərin təşkili və aparılması  mənim 
sərəncamımda idi. Eyni zamanda müəyyən oyunların, filmlərin 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 29 
göstərilməsindən tutmuş bütün rota həyatı ilə bağlı  məsələlərə 
mən baxırdım. 
 
 
 
Şəkildə Fikrət Nəbiyev öz əsgərləir ilə birlikdə  
(Moskva, 1984). 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 30 
 
Şəkildə Fikrət Nəbiyev zabitlərlə birlikdə  
(soldan ikinci, oturmuş vəziyyətdə, Xarkov, 1983). 
 
Fikrət Nəbiyev az bir müddətdə  əvvəlcə rotada sonra isə 
bütün batalyonda hərbi nizam intizamı həyata keçirə bilir. Onun 
hərtərəfli hazırlığı nəticəsində bütün əsgər və zabit heyəti onunla 
razılaşmağa məcbur olur. Batalyonun şəxsi heyəti onun göstərişi 
ilə dayandığı zaman milçək uçsa onun da səsi eşidilirdi. Belə bir 
sual ortaya çıxır. Niyə  məhz vəzifəcə yüksək, qulluq etdiyi 
müddətə görə daha çox təcrübə qazanmış zabitlər buna nail ola 
bilməmişdilər?  Əvvəla ona görə ki, davranış qaydalarına  əməl 
etmək hər bir insanın işi deyildi. Onların çoxu demək olar ki, içki 
düşkünü olduğundan özlərini həm  əsgərin, həm də öz zabit 
yoldaşlarının gözündən salmışdılar. Bir də  hərbi hissədə  iş 
görmək üçün iradəli olmalısan. Bu keyfiyyət isə onlarda yox 
dərəcəsində idi. Öz verdiyi sözə  əməl etmək, özünü aparmağı 
bilmək hər insana xas ola bilməz. Fikrət Nəbiyev rotada qayda 
yaratmaq üçüe müəyyən profilaktik tədbirlər həyata keçsirir. Bir 
gün Fikrət bir karateçi -boksçunun öz əsgər yoldaşlarına əziyyət 
verdiyini eşidir. Onu Lenin otağına (Leninskaya komnata) dəvət 
edir. Leninin zaldakı heykəlini kənara çəkdirir.  Əsgərləri də 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 31 
oturacaqlarda oturtdurur. Ayağının çəkmələrini, corabını soyunur. 
Həmin o «zülmkar» əsgərin də döyüş vəziyyətinə gəlməsini tələb 
edir. Əlbəyaxa döyüş başlayır. Döyüşün gedişində Fikrət «mavaşi 
geri» zərbəsi ilə rəqibinin başına ayaqla yaxşı bir şapalaq vurur. 
Şapalağın  şaqqıltısından «zülmkar qoçunun» gözü partlayır. 
Onun zülmündən cana doymuş bütün əsgər heyəti ayağa durub 
komandirin qələbəsini məhəbbət dolu alqışlarla qiymətləndirir. 
Rotanın «zülmkar» bir starşinası isə rotadan başqa hərbi hissəyə 
qaçıb gedir. 
Başqa rotalarda da müəyyən «qoçular» var idi. Onlardan 
biri ilə Fikrət meşədə qarşılaşmalı olur. Fikrət onun da hesabını 
verir. Üçüncü bir rota komandiri Fikrət Nəbiyevi öz rotasına 
dəvət edir. Komandirin otağında döyülməkdən gözləri belə 
görünməyən  əsgər və iki bığıburma cantaraq əsgər var idi. Ko-
mandir Fikrətə bu əsgərlərin öhdəsindən gələ bilmədiyini söyləyir 
və ondan kömək etməsini xahiş edir. Bu rotada da «qoçuların» 
missiyasına son qoyulur. Bu cür macəra xarakterli cəzalar 
verməklə özbaşınalığın qarşısı alınırdı. 
...Bir gün əsgərlərin birinin hər gün üz-gözünün şişmiş, 
qaralmış görən Fikrət onu yanına çağırır. Bunun kim tərəfindən 
edildiyini soruşur. Əsgər əvvəlcə bu şişlərin guya maşının detal-
larının onun üstünə düşməsi nəticəsində baş verdiyini söyləyir. 
Sonra hər şeyi etiraf edən Vaytkus adlandırılan bu əsgər söyləyir 
ki, bəs bütün əsgərlər məni vurur. Kim məşq etmək istəyirsə
mənim üstümə gəlir. Çox maraqlıdır. Belə bir vəziyyətdən Fikrət 
Nəbiyev necə  çıxacaqdır? O, şəxsi heyətə düzlən komandası 
verir. Vaytkusu qarşıya çıxarıb  şəxsi heyətə müraciət edərək 
deyir: «Вы его знаете?» Hamı gülür: «Да, знаем, это Вайткус». 
Yəni həmin o məşq mişeni kimi istifadə etdiyimiz o məzlum 
əsgər! Fikrətin bu situasiyada dediyi sözlər belə olur: «Да,  этот 
человек до этого дня был Вайткус! А с сегодняшнего дня он 
мой близкий друг! Кто его тронет передо мной будет за это 
отвечать». 
Artıq bir aydan sonra Vaytkusu tanımaq olmur. Kökəlmiş, 
gülərüz, heç bir yerində zədəsi olmayan əsgər olmuşdu bu Vayt-


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə