Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə10/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 44 
batalyonu Çullu və  Tərnöyüt kəndində bütünlüklə  məhv etmək 
istəyən terrorçular idilər. Ordu quruculuğu həyata keçirdiyimiz 
Çulluda və Tərnöyütdə gecə-gündüz qrad və minamyot yağışlarını 
unutmaq olarmı? Bu yağışlardan şəxsi heyətin itgisiz sovuşmasının 
əsas səbəbkarlarından biri də Fikrət müəllim olmuşdur. Mən 
onunla fəxr edirəm. 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 45 
 
DƏYIRMI MASA 
 
I görüş  
 
Fikrət Nəbiyevin ifadəsi:  Mən  əvvəlcə yazdığıim «Siyasi 
təfəkkür» adlı monoqrafiyamda diqqəti bilavasitə  cəlb edən 
müəyyən siyasi və iqtisadi məqamları sizin nəzərinizə çatdırmaq 
istəyirəm. Ona görə ki, burada qeyd olunan fikirlər bizim 
müraciət etdiyimiz mövzu ilə bağlıdır. 
Bilirsiniz ki, durğunluq dövründə biz hamımız alimdən 
tutmuş dövlət məmurunadək, fəhlədən tutmuş dövlət rəhbə-
rinədək həmin dövrü tərifləyirdik. Natiqlərimiz və ziyalılarımız 
hər yerdə - kitablarda, mətbuatda, xalq arasında artıq 
kommunizmin astanasında olduğumuzu söyləyirdilər. Ali 
məktəblərdə tezliklə fiziki əməklə zehni əmək arasında, kəndlə 
şəhər arasında  əksliyin aradan götürüləcəyindən, dövlətin ölüb 
gedəcəyindən böyük həvəslə xəbər verilir, kommunist özünüidarə 
sisteminin üstünlükləri haqqında danışılırdı. Totalitar siyasi rejim 
şəraitində yaşayan xalq böyük ümidlə o xoşbəxt günləri 
gözləyirdi. Bir ara hətta bütün siyasi dərslik və kitablarda, 1980-
ci ildə kommunizmin artıq formalaşacağı göstərilirdi. Bu yalan 
təbliğat bir tərəfdən mənəvi idraki dəyərlərimizi korlayır, digər 
tərəfdən isə  cəmiyyətə  məxsus olan maddi nemətlərimizin bir 
hissəsini məhv edirdi. Ancaq xalqın  şüurlu hissəsi başa düşürdü 
ki, belə bir siyasi rejim şəraitində yaşamaq  ən azı dözülməzdir. 
Xalqa məxsus ideal hakimiyyəti mənimsəmiş kommunist 
partiyası xalqı artıq cana doydurmaqdadır. Xalqı bu boyunduruq 
altından çıxarmaq lazımdır! Ancaq o zaman heç kim bunu necə 
etmək lazım olduğunu bilmirdi. Adamların  əksəriyyəti isə heç 
ağıllarına belə  gətirə bilmirdi ki, nə vaxtsa güc bəla ilə üzv 
yazıldığı kommunist partiyasından imtina etməli olacaq, 
sosializmə  və kommunizmə qarşı gizli duyduqları nifrəti nə 
vaxtsa açıqca ifadə edəcək, xalqı  tədricən cana doyuran totalitar 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 46 
siyasi rejimə qarşı  çıxış edəcəklər. Yalan vədlərə inanmış xalq 
yalnız siyasi rejimin özünü ifşası dövründə ayıldı. 
Bu siyasi patoloji şüurun özünüdərki idi. Siyasi patoloji 
iradə isə  cəmiyyəti olmalı olduğu vəziyyətə  gətirmək üçün 
yenidənqurma adlanan uğursuz bir cəhd etdi. SSRİ-nin sonuncu 
dövlət başçısı Qorbaçov tərəfindən edilən bu cəhd SSRİ-nin 
dağılması ilə  nəticələndi. Müttəfiq respublikalar azadlıq  əldə 
edib, Birləşmiş Millətlər Təşkilatının tam hüquqlu üzvləri 
oldular. 
Totalitar siyasi rejim şəraitindən qurtulan xalqlar demok-
ratik siyasi rejimə keçidin başlanğıcını qoydular. Qərbin totalitar 
siyasi rejimə tabe edilmiş sosialist ölkələri də yalançı, simasız 
təməl üzərində yaradılmış ideyadan imtina edərək, azad rəqabət 
yolunu seçdilər və  əslində öz müqəddəratını  həll etmək 
səlahiyyətini bu prosesdə aldılar. Xalqlar əsl siyasi azadlığı 
vətəndaş  cəmiyyəti, hüquqi dövlət, bazar iqtisadiyyatı sisteminə 
keçidin nəticəsi olaraq əldə etdilər və yalnız öz siyasi azadlığını 
əldə etdikdən sonra öz mənafelərindən çıxış edərək dünya 
ölkələri ilə ayrı ayrılıqda inteqrasiya etdilər. 
Lakin o da doğrudur ki, siyasi azadlıq xalqlara heç də 
Qorbaçov tərəfindən verilmədi. Siyasi azadlığı heç kim heç bir 
ölkəyə vermir. Onu gərək qazanasan. Vətəndaşlar öz azadlığı 
uğrunda özü mübarizə etməlidirlər.  
Xatırladaq ki, Azərbaycan kimi neft diyarı olan «yağlı 
tikə»ni əldən vermək istəməyən Rusiya ilk öncə hiyləgər təcavüz 
yolunu tutdu. Bu, erməni-Azərbaycan münaqişəsini təzələmək və 
onun qanlı  təcrübəsini bir daha canlandırmaq yolu idi. İmperiya 
1988-ci ildə Qarabağ münaqişəsini yaratdı. Qarabağın 
Ermənistana birləşdirilərək «Böyük Ermənistan» yaratmaq 
haqqında geniş planları gündəmə gətirildi. Əvvəlcə İrəvana, sonra 
Zəngəzur və Göyçə mahalına yiyələnən ermənilər öz 
havadarlarının köməyi ilə indi də Dağlıq Qarabağa yiyələnmək 
istədilər. 
Dünənə  qədər öz torpağımızda «kirvə-kirvə» deyib 
gözümüz üstə saxladığımız ermənilər az qala bütün Bakı 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 47 
əhalisinin yarısını  təşkil edirdilər. Onları yüksək vəzifələrdə 
yerləşdirib, sonra onların göstərişlərinə qulaq asmağa məcbur 
edilən azərbaycanlılara qarşı aşkar bir təcavüz başlandı.  
1990-cı il yanvarın 20-də törədilən qırğın Azərbaycan 
xalqının azadlıq uğrunda mübarizəsini boğmaq üçün İmperiya 
tərəfindən edilən daha bir qanlı  cəhd idi. Maskalanmış «böyük 
qardaşımızın» iç üzü artıq bütün dünyaya bəlli oldu. 
Alma-Atada, Tbilisidə törədilən qanlı hadisələr Bakıda 
daha dəhşətli  şəkildə davam etdirildi. Lakin, nə Bakı hadisələri, 
nə sonra törədilən Vilnus hadisələri xalqların azadlıq əzmini qıra 
bilmədi. 
Ancaq bu ayrılma prosesi, azadlıq  əzmi, bazar rəqabəti
hüquqi dövlət, vətəndaş  cəmiyyəti, demokratiya ideyalarının 
gerçəkləşdirilməsi prosesi xalqlar və millətlər üçün bir çox 
problemlər və çətinliklər də yaratdı. 
İqtisadi mənada bu çətinlik nədə oldu? Keçmiş SSRİ 
dövründə müəssisə, zavod və fabriklər elə təşkil edilmişdi ki, hər 
hansı bir hazır məhsul almaq üçün bir neçə respublika ərazisində 
fəaliyyət göstərən müəssisələr istər istəməz bir-biri ilə  əlaqə 
saxlamalı idi. SSRİ-nin dağılması prosesində respublikaların bir-
birinə qarşı münasibəti dəyişdi. Müəssisə, zavod və fabriklər 
tədricən dağılıb məhv olmağa başladı.  İnsanlar işsizliklə 
qarşılaşdı.  Əvvəllər SSRİ dövründə qanunla (İnzibati 
hüquqpozmalar haqqında Qanunla) dörd ay işsiz olan hər hansı 
bir  şəxs inzibati məsuliyyətə  cəlb olunmaq təhlükəsi altında 
olduğu halda, sonradan SSRİ-nin dağılması ilə bağlı iş qabiliyyəti 
olan  əhali içərisində  aşkar bir işsizlik meydana çıxdı. Aclıq, 
səfalət halları bir reallığa çevrildi. 
İctimai təhlükəsizlik səviyyəsinin get-gedə  aşağı enməsi 
müşahidə olundu, cinayətkarlıq artdı. 
Müstəqillik qazandıq. Amma, bununla bəlalarımız bitmədi. 
Rusiya Ermənistana havadarlıq etməyi öz boynuna götürmüşdü. 
1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı Azərbaycana 
edilən yeni acı  təcavüzün nəticəsi idi. Azərbaycanlılara qarşı 
edilən bu soyqırım faşist təcavüzündən də dəhşətli oldu.  


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə