Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə5/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   2   3   4   5   6   7   8   9   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 21 
 
Fikrət Nəbiyev Orta məktəbi qurtardığı illərdə 
 
… O vaxt instituta girmək çox çətin idi. Belə ki, bir tərəfdən 
bürokratik  əngəllər, digər tərəfdən planlı  təsərrüfata  əsaslanan 
dövlətdə tələbə olmaq indiki kimi asan deyildi. İnstituta qəbul say 
etibarı ilə də məhdud idi. Institutları qurtaran məzunlar isə təyinat 
əsasında Azərbaycanın və Rusiyanın müxtəlif şəhərlərinə işləmək 
üçün göndərilirdi. Göndərilənlərə «gənc mütəxəssis» statusu ver-
ilirdi. Onlar göndərildikləri müəssisədə üç il məcburi qaydada 
işləməli olurdular. Nəhayət, Fikrət Çingiz İldırım adına 
Azərbaycan Politexnik institutuna daxil olur. İnstitutun Yasamal 
qəsəbəsində yerləşən yataqxanasında qalır.  


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 22 
Fikrət Nəbiyevin dediklərindən:  «İnstitut həyatı  mənim 
üçün həm maraqlı, həm də  əzizdir… Birinci kursda idim. 
Kimyadan bizə Leyla xanım dərs deyirdi. Mən hamıdan axırda 
imtahana girdim. Bileti götürüb hazırlaşmağa başladım. Leyla 
xanım mənə yaxınlaşıb xahiş etdi ki, sənə iki qiymət yazmağa 
razılıq ver! Mən təəccübləndim və bunun səbəbini soruşdum. Çox 
maraqlı bir cavab verdi. İndi bütün uşaqlara «4», «5» yazmışam. 
Heç qeyri-kafi alan yoxdur. Kafedrada məni danlayacaqlar. Mən 
dedim onda elə vaxt qiymət yazmalısınız ki, təqaüd ala bilim. O 
vaxt semestr imtahanları dövrü var idi ki, həmin dövrdə məqbul 
qiymətlər alan tələbə  təqaüd ala bilərdi. Qeyri-kafi qiymətlə 
qiymətləndirildikdən sonra, o günün səhəri dekanlıqdan göndəriş 
vərəqi götürüb, kəsir imtahanımı vermək üçün kimya korpusuna 
yollandım.» 
Mən «Bəs necə olub ki, sənə qeyri-kafi yazıblar» sualını 
cavabsız qoydum. Həmin semestr təqaüd ala bildim. Sonrakı se-
mestr də davasız ötmədi. Bu dəfə dava mənimlə olmadı, 
müəllimlərin bir-biri ilə mənim üstümdə dava edəsi oldu». «Detal 
maşın» deyilən fəndən proyekt verməli idim. Həmin fəndən həm 
təcrübə, həm də mühazirə müəllimləri tələbələri 
qiymətləndirirdilər. Onlar öz aralarında razılığa gəlməli idilər. 
Çox maraqlıdır ki, onlar mənə çatanda bir müəllim «beş», digər 
müəllim isə «dörd» qiymət verilməsinə  qərar verdi. Mübahisə 
qızışdı. Mübahisəni sülhə çevirmək işini mən həyata keçirməli 
oldum. Dedim, xahiş edirəm mənə «dörd» verəsiniz. Ancaq bir 
şərtlə. Əgər imtahanların hamısından beş alsam, mənim dördümü 
düzəltməyi öz üzərinizə götürməlisiniz. Elə həmin semestr «Tex-
noloji proseslər»dən hörmətli müəllimlərdən Arif Rəsulov im-
tahan götürdü. Bu semestrin birinci imtahanı idi. Uşaqlar zəif 
cavab verirdilər. Arif müəllim bu qrupa öz münasibətini bildirdi: 
«Bu nədir  əvvəlki qruplar hayıf deyildi. Mənə beş istəyirəm 
deyib, özlərinin biliklərini münayiş etdirirdilər. Bu qrupda isə heç 
biri oxumağa gəlməyib». Elə bu vaxt mən  əlimi qaldırdım. Arif 
müəllim dedi, sən nə deyirsən? Mən ona cavab verdim ki, 
müəllim mən «beş» istəyirəm. Çox gülməli bir vəziyyət alındı. O, 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 23 
məni imtahan vermək üçün dəvət etdi. Biletimin suallarına cavab 
verməyə başlamaq istədim. O, mənə ancaq bir sual verəcəyini 
bildirdi. Sual həmin fənnin  əsas prosessual gedişini  əhatə edən 
sual idi. Mən ona cavab verməyə başladım. O, məni bir qardaş 
məhəbbəti ilə  əzizləyib «beş»imi yazdı. Bu münvalla bütün im-
tahanlardan «əla» qiymətlər aldım. Sonra «detal maşın» kafedras-
ına qayıtmalı oldum. Kafedra müəllimi kafedra rəhbərinin 
göstərişi ilə  mənə «beş» qiymət yazmalı oldu. Bununla da mən 
qrupda ilk əlaçı tələbə statusunu qazandım. 
 
 
Fikrət Nəbiyev Cingiz İldırım adına Dövlət Politexnik 
İnstitutunda oxuduğu dövrlərdə 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 24 
Bu cür xoş və ya bəd macəra xarakterli hadisələr, xatirələr o 
qədər çoxdur ki, onları bir-bir söyləsəm nələr baş verəcəyini 
bilmirəm! Semestr imtahanı  ərəfəsidir.  Əvvəlcə ümumi qaydaya 
görə «zaçot»lar verilməlidir. Zaçotları verməyən tələbə imtahana 
buraxılmır. Səhər imtahandır. Ancaq hələ  də  fənnin birindən 
«zaçot» verilmir ki, verilmir. Müəllim bir nəfəri kafedra otağına 
salıb, onunla artıq üç saatdır ki, məşğuldur. Artıq axşamdır. 
Tələbə yoldaşlarımla birlikdə gözləməkdən yorulmuşam. 
Nəhayət, içəri girib öz iradımı bildirdim. Açığı, içəridəki 
müəllimin fəaliyyət qabiliyyətinin olmadığını, özündə 
olmamasını görüb, çölə  çıxdım. Bir müddət gözlədikdən sonra 
yenidən içəri girib onu başa salmağa çalışdım. Çox keçmədi 
kafedra müdiri bütün müəllimləri yığıb məni içəri dəvət etdi. Və 
məsələ bizim tələbələrin xeyrinə  həll olundu. Əvvəlcə  mənə 
hədə-qorxu gəlməyə başlayan kafedra müdiri və müəllim heyəti 
haqlı olduğumu görüb məndən üzr istədilər… 
 
 
Şəkildə Fikrət Nəbiyevin Politexnik İnstitutunda dekanı olmuş 
Həzrətqulu müəllimlə birlikdə 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 25 
 
 
Sonrakı semestrlərdə  mən həmişə  əlaçı oldum. Tələbə 
yoldaşlarım və  hətta müəllimlərim də  mənimlə  fəxr edirdilər. 
Müəllimlərimdən Həzrətqulu müəllim, Ramazan müəllim, Arif 
müəllim, Çingiz müəllim, Məmmədsadıq müəllim xüsusilə fərqli 
insanlar idilər. Tələbə yoldaşlarımdan Vahid, Rzaxan, Elşad, 
Mais, Zakir kimi oğlanlar xüsusilə qiymətli oğlanlar idilər. 
Haqsızlıqla vaxtaşırı üzləşən Fikrət Nəbiyev həmişə haqqın 
qələbə çalmasına yardımçı olmuşdur. Bu səbəbdən də sonralar 
Fikrət hüquq təhsili də alır.  
 
Şəkildə Fikrət Nəbiyev tanınmış hüquqşünas, hüquq elmləri 
doktoru Elşad Abdullayevin rəhbərliyi ilə Dövlət və hüquq nəzəriyyəsi 
fənnindən Dövlət imtahanı verir. 
 
 
O,  İnstitutda hərbi işə xüsusi maraq göstərirdi. Tədris rus 
dilində,  əsasən rus hərbi mütəxəssislərinin rəhbərliyi ilə 
aparılırdı. Fikrət rus dilini yaxşı bilmirdi. Ancaq o, hərbi hesabatı 
o qədər dəqiq həyata keçirirdi ki, həmişə ümumi qaydaya uyğun 
olaraq hədəf vaxtında və az mərmi istifadə edilməklə  məhv 
edilirdi. Hərbi təlimlərin nəticələrinə görə  də yüksək fiziki və 
zehni hazırlıq qabiliyyətinin olduğunu nümayiş etdirən Nəbi  - 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə