Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə11/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 48 
Təpədən dırnağadək silahlanmış 366-cı moto-atıcı alayın 
erməni-rus birləşmələri mühasirə şəraitində olan Xocalı şəhərinin 
dinc, silahsız sakinlərinə gecə hər tərəfdən əvvəlcə top mərmiləri 
və güllələrlə atəş açdılar. Sonra isə şəhər sakinlərini vəhşicəsinə 
qırdılar.  
Belə misli görünməmiş bir cinayətə görə rus-erməni «faşist 
mafiyası» beynəlxalq məhkəmə qarşısıqda cavab verilməli idi. 
Ancaq bu faciəyə laqeyid münasibət öz bəhrəsini verdi. Hazırda 
bir milyon əhali öz ölkəsində qaçqına çevrilmişdir. 
1993-cü ildə ümummilli liderimiz Heydər  Əliyevin 
Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqı bu bəladan 
qurtarmaq üçün bir çox işlər görülmüşdür. Birinci, təcavüzkarı 
dünya istimaiyyətinə öz adı ilə  təqdim etmək istiqamətində 
uğurlar qazanılmışdır.  İkinci, siyasi arenada müvəffəqiyyət 
qazanmaq üçün daxili sabitlik zəminində iqtisadiyyatı 
yüksəltmək, yəni, mövcud müəssisələri  əvvəlki səviyyəsinə 
qaldırmaq və inkişaf etdirmək, təzə müəssisələr yaratmaq, 
ölkənin müdafiə qüdrətini yüksəltmək, ordunun iqtisadi 
vəziyyətini yaxşılaşdırmaq, onun texniki təchizatını təmin etmək 
sahəsində  əsaslı müvəffəqiyyətlər  əldə edilmişdir. Üçüncü, 
orduya tam döyüş ruhu aşılanmaqdadır. Tarix sübut edir ki, 
cəngavərlik bizə irsi olaraq keçmişdir. Cəngavərliyi bizə ulu 
babalarımız öyrətmişlər. Xalqın döyüş əzmi, milli mənliyi özünə 
qaytarılmaqdadır. Dördüncü, xalqa iqtisadi azadlıq  əzmi, 
təşəbbüskarlıq ruhu aşılanmaqdadır. Bəzən Azərbaycanda 
mövcud olan bir çox iqtisadi çətinliklərə ölkədəki müharibə 
şəraitinin nəticəsi kimi baxırlar. Ancaq mən buna belə baxmıram. 
Düzdür, müharibə  şəraitinin az-çox buna təsiri var. Belə bir 
vəziyyətin yaranma səbəbini mən  əsasən özümüzdə, öz milli 
xüsusiyyətimizdə, 70 ildən artıq bir müddətdə SSRİ  şəraitində 
idarə, müəssisə  və  təşkilatlarda «tənbəllər dünyası» yaradılması 
faktında görürəm.  İndi də bir çox adamlar əməli işlə  məşğul 
olmaq xüsusiyyətinə malik deyillər. Bu hal keçid dövrü üçün 
xarakterikdir. Yəqin ki yaxın gələcəkdə bu ziddiyyət aradan 
qalxacaqdır. Azad xalq üçün hər  şeyi hakimiyyət etmir. Azad 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 49 
xalqın özü cəmiyyəti olduğu vəziyyətdən olmalı olduğu vəziyyətə 
gətirməkdə hakimiyyətlə əlbir olmalıdır. 
Əgər  əvvəllər millətimizin inadkarlıq hissinin korşalması, 
prinsipal xarakterinin zəifləmə anları, öz milli birliyini yaratmaq 
əzmində möhkəm olmaması millətin rus və fars işğalçıları 
tərəfindən bölünərək öz imperiyaları daxilinə alınması ilə 
nəticələnmişdisə, indiki zamanda əlavə Qarabağ muxtariyyətinə 
yiyələnmiş ermənilərin «Böyük Ermənistan» yaratması ilə 
nəticələnməsinin əsası qoyula bilər. 
Millətin hətta çətin vəziyyətdə bir araya gəlməməsi, «kreslo 
davası» çox qədimdən var. Yəni Azərbaycan xalqını ümumi milli 
düşmənimiz olan ermənilərə qarşı birliyə yönəltmək çox çətin 
olsa da mühüm məsələdir. 
Ziddiyyətli münaqişə ilə bağlı tarixi faktlara müraciət edək. 
1920-ci il noyabrın sonunda əhalisinin  əksəriyyəti Azərbaycan 
türklərindən ibarət olan keçmiş  İrəvan xanlığı (sonralar İrəvan 
quberrniyası adlandırıldı) 
ərazisində Ermənistan Sovet 
respublikası yaradıldı. Bu ərazidə ta qədimdən başlayaraq 
Azərbaycan türkləri yaşamışdır. 1826-cı ildən başlanan Rusiya-
İran müharibəsi ərəfəsində İrəvan xanlığının tərkibində olan 737 
kənddən 674-ündə azərbaycanlılar, 25 kəndində azərbaycanlılar 
və ermənilər, yalnız 38 kənddə ermənilər yaşayırdı. Bütün bu 
kəndlərdə 200-250 min nəfər azərbaycanlı yaşayırdı ki, bu da 
əhalinin 78%-ni təşkil edirdi. Hətta 1905-ci ildə  İrəvan 
quberniyasının 624 kəndindən 341-ində azərbaycanlılar, 37 
kəndində azərbaycanlılar və ermənilər (qarışıq halda) və 199 
kənddə ermənilər yaşayırdı. Erməni kəndlərinin sayının artması 
İran və Türkiyədən ermənilərin buraya köçməsi sayəsində 
olmuşdur. Göstərilən  ərazidə erməni dövlətinin yaradılması 
Rusiya çarizminin Qafqazda Türkiyəyə qarşı apardığı 
düşmənçilik siyasətinin davamı idi. Lenin özü də «Türkiyə 
Ermənistanı» ifadəsini tez-tez işlədirdi. Ermənistan Sovet 
Respublikasını yaratmaqla isə Rusiya Sovet hökuməti özündən 
cənubda Rusiya ilə müsəlman dövlətləri arasında xristianlar 
yaşayan bufer dövləti yaratmağa nail oldu. Bundan əvvəlki 1918-


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 50 
1920-ci illərdə mövcud olan daşnak Ermənistan Respublikası 
hökumətinin fəaliyyəti nəticəsində Ermənistanda azərbaycanlılar 
yaşayan 208 kənd dağıdıldı  və  əhalisi qovuldu. Ermənistandakı 
azərbaycanlıların öz doğma yurdlarından qovulması siyasəti sovet 
hakimiyyəti illərində  də davam etmişdir. Yalnız 1931-1988-ci 
illərdə azərbaycanlıların yaşadığı 61 kənddən, azərbaycanlıların 
və ermənilərin birgə yaşadığı 104 kənddən bütün azərbaycanlı 
əhali qovuldu. 1988-ci ilin sonunda isə qalan 72 azərbaycanlı 
kəndi zəbt edildi və 1989-cu ilin sonuna Ermənistanda bircə nəfər 
də olsa azərbaycanlı qalmadı. Beləliklə, 90 illik Rusiya çarizmi 
dövrü və 70 illik sovet hakimiyyəti dövründə azərbaycanlılar ata-
baba əraziləri olan Irəvan xanlığından tamamilə qovuldular. Hələ 
SSRİ dövründə Ermənistan SSR Ali Soveti Azərbaycanın tərkib 
hissəsi olan Dağlıq Qarabağın Ermənistanın tərkibinə 
birləşdirilməsi barədə qərar qəbul etmişdi. Həmin qərarı praktiki 
cəhətdən həyata keçirmək üçün Ermənistanın millətçi dairələri 
cürbəcür kələklərə  əl atdılar. Nəticədə Dağlıq Qarabağ 
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Belə bir 
vəziyyətdə MDB-yə daxil olan Azərbaycan öz ərazi bütövlüyünü 
bərpa etmək üçün MDB dövlətlərindən qanuni hüquqlarının 
müdafiə olunmasını  tələb etmiş  və etməkdədir. Ermənistana 
havadar olan bəzi dövlətlərin Azərbaycana münasibətdə qeyri 
obyektiv mövqeyi respublikamızın  ərazi bütövlüyünün bərpa 
olunmasına əngəl törədən amillərdən başlıcasıdır. 
 
Bataliyon komandiri İbad Həsənovun ifadəsi: Mən 1992-
ci ilin mart ayında təşkil olunmuş 836 saylı hərbi hissəsinin tədris 
batalyonunun qərargah rəisi olmuş, həmin vaxtdan etibarən 1996-
cı ilə  qədər Azərbaycanın Ordu sıralarında xidmət etmişəm. 
Əvvəlcə batalyonun qərargah rəisi, sonra batalyon komandiri 
olmuşam. Həmin vaxtdan etibarən Fikrət Nəbiyev bizim 
batalyonun komandirinin müavini vəzifəsini daşıyırdı. 1992-ci 
ilin  əvvəlindən Azərbaycanın Ağdam bölgəsində biz batalyon 
təşkil etmişdik və  həmin batalyon 2 ay hazırlanandan sonra 
döyüşdə  iştirak edirdi. Yaxşı xatirimdədir ki, 1992-ci ilin iyun 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə