Fikrət Rzayev “Söz”



Yüklə 3,82 Mb.
Pdf görüntüsü
səhifə1/158
tarix30.10.2018
ölçüsü3,82 Mb.
#76668
  1   2   3   4   5   6   7   8   9   ...   158


FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 

 
 
 
 
 
 
FİKRƏT  RZAYEV 
 
 
 
 
 
 
                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2012 
 
 


FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 

 
 
 
 
 
 
Redaktor:      Buludxan Xəlilov 
Korrektor:     Zəri Abdullayeva 
Operatorlar:  Turan Məhərrəmli 
                         İlahə Dadaşova 
Dizayner:        Aysel Heydərova     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
FR  
 
 
 
 
______________ 
470051200477 
M-653 


FİKRƏT RZAYEV ________________________________________________________ ―SÖZ‖ 

 
 
Dilini fonеm dili səviyyəsində öyrənmək 
istəməyən kəs 

 robot kimidir. 
 
Fonemlər – əslində Kainatdakı və 
təbiətdəki varlıqların, hərəkətlərin 
və düşüncələrin simvollarıdır. 
                                            Müəllif 
 
 
Rеdаktordаn 
 
Fikrət  Rzayevin  ―Söz‖  adlı  kitabı  son  dövrlər  dilçilik  sahəsində  müqayisə-qarşılaşdırma-
ümumiləşdirmə yolu ilə aparılmış maraqlı tədqiqatlardan biridir. Səs, söz, şəkilçilər üzrə hər bir 
fonemin  mahiyyəti  müəyyən  qanunauyğunluqlar  əsasında  bu  kitabda  təhlil  və  tədqiq  olunur. 
Müəllif səslərlə sözlərin mə’nalarının əlaqəli şəkildə olduğunu mümkün hal hesab edir, sözlərin 
yaranma prinsiplərinə dil faktlarının müqayisəli təhlili əsasında elmi cavab axtarır. Bununla da 
dilin  yaranması,  inkişafı  ilə  bağlı  bir  sıra  vacib  məsələlərin    həllində  mövcud  olan 
qanunauyğunları duyur və onun mahiyyətinə varır. Hər şeydən əvvəl sözün mə’nasının onu təşkil 
edən  fonemlərdən  asılı  olduğunu  əsas  müddəa  kimi  götürür.  Hər  bir  fonemin  mə’na  yaradan 
əlamət və vəzifələrini nəzərə alır. Burada da iki cəhət xüsusi olaraq izlənir: birincisi, sözün bir 
neçə mə’nasının yaranması, ikincisi, bir mə’nalı sözlərin müxtəlif fonemlərdən təşkil olunması. 
Və bununla da müəllif sözlərin  omonimliyinin, sinonimliyinin, antonimliyinin  yaranmasını söz 
variantlığı kimi izah edir. Eyni zamanda müxtəlif dillərin yaranma səbəblərinin birini də müxtəlif 
vəzifəli  fonemlərlə  əlaqələndirir.  Müxtəlif  vəzifəli  fonemlərin  söz  modellərini  yaratmasını  isə 
riyazi variasiyalılığa uyğun gələn gerçəklik kimi dil faktları ilə müqayisəyə cəlb edir. 
Fikrət Rzayev riyaziyyat, fizika elmlərindəki qanunauyğunluqları dildə axtarır. Başqa sözlə, 
bu  elmlərdəki  qanunauyğunluqları  dildəki  sözlərə  tətbiq  etməyi  bacarır.  O,  maddənin  və 
enerjinin  itməməsi  qanunlarını  ayrı-ayrı  hadisələri,  əşyaları,  predmetləri  bildirən-adlandıran 
sözlərdə də müşahidə edir. Heçdən yaranmayan, heç yerə itməyən, bir şəkildən başqa şəkilə, bir 
cisimdən  başqa  bir  cismə  verilən  enerjinin  itməməsini  sözlərdəki  fonemlərin  mə’nası  ilə 
müqayisə  edir.  Sözlərdəki  fonemlərin  mə’nası  dinamik  və  ya,  yeri  düşdükcə,  passiv,  durğun 
enerji  kimi  ehtiva  olunur.  Təbii  ki,  bu  cür  enerjinin  sözlərdəki  təzahürü  də  müxtəlif  çeşidləri, 
çalarları  ilə  fərqlənir.  Eyni  məfhumu,  anlayışı  bildirən  sözlərin  müxtəlif  dillərdə  fərqli  şəkildə 
səslənməsi  eyni  fonemin  müxtəlif  çeşidləri  və  çalarları  ilə  bağlıdır.  Bu  baxımdan  müəllifin 
gətirdiyi  bir  misal  yerinə  düşür:  ―Nə  üçün  əlimizi  müxtəlif  cür  səslənən  –  azərbaycanca  ―əl‖, 
rusca  ―ruka‖,    almanca  isə  ―Hand‖  kimi  adlandırırlar?‖  sualını  belə  aydınlaşdırmaq  olar:  ―əl‖ 
dedikdə ―olan (bir şeyi) özümüzə tərəf eləyən (gətirən, çəkən)‖ hadisəsinə, ―ruka‖ dedikdə (əlin) 
―(bir  şeyə)  uzadılaraq,  qüvvə  ilə  tə’sir  etmə  (itələmə,  tutma)  (əli  isim  kimi  tanıtdıran  a 
fonemidir)‖ hadisəsinə, ―Hand‖ dedikdə (əli) ―(bir şeyə) istiqamətləndirərək, ona (əlin) möhkəm 
tə’sir edən (tutan, sıхan, saхlayan, dartan) halına‖ işarədir. Göründüyü kimi, qısaca ifadə etsək, 
bu  sözlər  əlin  işini,  hərəkətini  ifadələndirirlər.  (Maraqlı  deyilmi?)‖.  Fikrət  Rzayevin  bu  fikri 
kitabında verdiyi  yüzlərlə sözlərin tipoloji müqayisəsində geniş şəkildə əks olunur. O,  yüzlərlə 
sözlərdə yuхarıda verdiyi sual əsasında cavab aхtarır. Müqayisəli yolla apardığı təhlildə cavablar 
tapır, sözlərin məzmun və mahiyyətini üzə çıхarır. 
Fikrət  Rzayevin  bu  kitabında  sait  və  samit  fonemlərin  mə’na  enerjisi,  fonematik  yükü, 
vəzifə  və  funksiyaları  müqayisəli-tipoloji  üsulla  araşdırılır.  Söz  daxilində  sait  və  samitlərin 
vəzifələri,  əlamətləri  ümumiləşdirilir.  Təbii  ki,  sait  və  samitlərin  vəzifə  və  daşdıqları 
funksiyaların  müqayisəsində  üstünlük  samitlərə  verilir.  Və  samitlərin  belə  bir  üstün  mövqeyi 


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə