Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə7/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   2   3   4   5   6   7   8   9   10   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 32 
kus! Fikrət ondan soruşur: Ну, Вайткус, как дела? Vaytkus ona 
cavab verir ki, komandir, вы  знаете,  сейчас,  все  боятся  меня. 
Fikrət onun qoluna əlini vurub deyir ki, наверное, у тебя появи-
лись мускулы... 
Hərbi qarnizonun başqa batalyonlarında da müxtəlif 
«oyunlar» həyata keçirilir, azərbaycanlıları yeri gəldi-gəlmədi 
«qauptvaxt» cəza rotasına göndərirdilər. Bu haqda Fikrət 
Nəbiyevə dolayı yollarla məlumat çatan kimi o hərbi hissənin 
komandirinə  zəng vurub onların buraxılmasını istəyirdi.  İstək 
dərhal yerinə yetirilirdi. Çox qəribədir. Batalyon komandirlərinin 
əmrlərini Fikrət Nəbiyevin istəyindən üstün tutmayan cəza rota-
sının komandirinin hərəkətini nə ilə izah etmək olar? 
Əvvəla, burada şəxsi keyfiyyətə üstünlük verilirdi. Sonra isə 
cəza rotasının komandiri karate idman növü ilə  məşğul olmaq 
üçün Fikrətdən müəyyən təlimatlar almaq fikrində idi. 
Göründüyü kimi, Fikrət milli zəmində  də çox iş görürdü. 
Beləliklə, batalyonda bütün qoçuluq missiyasını  həyata 
keçirməyə qabil olan qüvvələrin hərəkətlərinə son qoyuldu... 
Fikrətə qarşı qarnizondan kənarda müəyyən təxribat işləri 
həyata keçirilirdi. Məsələn, bir gün Fikrət mindiyi maşına bir 
başqa adamın oturduğunu görür. Fikrət maşının şoferi Qandabu-
radan soruşur ki, « кто это?» Qandabura cavab verir ki, это мой 
родственник və əlavə edir ki, он скоро сойдет. Fikrət bunu belə 
xatırlayır: Hava soyuq, yer buz, yolun kənarları iki metr 
hündürlükdə qar yığınları altında idi. Meşənin ortasında o, 
naməlum  şəxs maşını saxlatdı. Mən maşından düşüb ona yol 
verməli oldum. Bizim maşınla iki metr hündürlükdə qar dağının 
arasında çox kiçik bir məsafə vardı. Naməlum  şəxs mənim 
yanımdan birtəhər keçmək əvəzinə məni qabağına qatıb «Davay, 
poqovorim» deyib əlini cibinə atdı. Elə bu vaxt mən ona cəld 
hərəkətlə iki şapalaq vurdum. Hərif səndələdi. Mən ona yax-
ınlaşıb var qüvvəmlə başına zərbə endirdim. O huşunu itirdi. 
Keçib maşına oturdum. Mənim  əsgərim ağlayırdı. O, mənə 
məlumat verdi ki, həmin  şəxs onu cibindən çıxardığı  xəncərlə 
hədələmiş və məni öldürmək üçün gəldiyini söyləmişmiş... 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 33 
Başqa bir təxribat hadisəsi. Maşınla Moskva aeroportuna 
getmək istəyən komandiri Fikrət yola salmalı olur. Yeni il 
gecəsidir. Maşın qarşıda yolun ortasında qoyulmuş qaz balonları 
ilə dolu lapetlə toqquşur. Xoşbəxtlikdən, balonlardan heç biri 
partlamır. Fikrət ortada oturduğundan onun üz-gözü və ayağının 
biri ağır zərbəyə  məruz qalsa da, sümüklərinə heç nə olmur. O 
biri komandirin isə  hər iki ayağı  və  bədəninin sümükləri qırıq-
qırıq olur və hərbidən tərxis olunur... 
Bütün bunlara baxmayaraq, Fikrət öz hərəkətlərini elə qurur 
ki, heç bir qanun pozuntusuna yol verməsin. Artıq Fikrət 
müəllimin dövründə batalyonun şəxsi heyəti hərbi qanunlara tam 
cavab verirdi. Onun qabiliyyəti sayəsində  hərbi hissədə il yarım 
xidmət etmiş  əsgərlə, təzəcə  hərbi hissəyə  qədəm qoymuş  əsgər 
arasında heç bir fərq müşahidə edilmirdi. O, əsgərlər arasındakı 
ayrı-seçkilik münasibətlərinə son qoymuşdu. 
Fikrətin atası vəfat etdiyi üçün o hərbi hissədə ancaq iki il 
işləyə bilir. Evə, ailəyə qayıtmaq lazım gəlir.  Əsgər və zabitlər 
onu məyusluqla yola salırlar. Bir çox komandirlər etiraf edirlər 
ki, Fikrət getsə  hərbi hissə yenə  əvvəlki kimi yaramaz hala 
düşəcəkdir. 
Fikrətin tələbə yoldaşı olmuş Vahid Səfərovun 
dediklərindən: 
- Bəli, artıq bir il olardı ki, Fikrət Moskvadakı hərbi hissədə 
işləmirdi. Biz mülki geyimdə birlikdə Bakıdan Moskvaya getdik. 
Səhərdir. Hərbi hissəyə bir neçə kilometr var. Biz söhbət edə-edə 
yolun kənarı ilə piyada gedirdik. Elə bu vaxt möcüzə baş verdi. 
Yolun o biri tərəfində hərəkət edən maşın kolonu öz istiqamətini 
dəyişib bizim getdiyimiz istiqamətdə bir-birinin dalınca 
düzülməyə başladı.  Əsgərlər maşından düşüb sevinclə «ko-
mandir!» deyə-deyə Fikrət müəllimin üstünə atıldılar. Milli 
mənsubiyyətindən asılı olmayaraq bu əsgərlər elə bil ki, öz vali-
deynlərini tapmışdılar. Öz fiziki imkanlarına görə bizdən bəlkə 
bir qədər qüvvətli görünən bu əsgərlər sevinclərindən ağlaşırdı-
lar… 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 34 
 
Fikrət Nəbiyev tələbəlik dostu Vahid Səfərovla birlikdə 
 
...Xocalı soyqırımı hadisəsi bütün türk dünyasını  lərzəyə 
salır. Fikrət artıq yerində  qərar tuta bilmir və Bakıdan Ağdama 
yola düşür. Qəhrəmanımız polkovnik Şirin Mirzəyevi axtarıb 
tapır. Özünü təqdim edir. Şirin Mirzəyev onu batalyon 
komandirinin müavini təyin edir. Fikrət hərbi hissəyə gəldiyi ilk 
gündən təşəbbüsü ələ alır. 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 35 
 
Şəkildə Fikrət Nəbiyev döyüş dostları  Şəfayət  Əliyev, Kamil 
Qədimov və Şakir müəllimlə birlikdə 
 
Rota komandiri Kamil Qədimovun dediklərindən: 
«Mənim rotam getdikcə  mənə qulaq asmaq istəmirdi. 
Səbəbi də o idi ki, rotada təxribatçılar var idi. Onlar nəyin bahas-
ına olursa-olsun rotanı  əllərinə keçirmək məqsədini qarşılarına 
qoymuşdular. Bu barədə Fikrət müəllimə  məlumat verdim. Ko-
mandir rotanı düzdürdü. Rotanın qarşısında Fikrət müəllim, mən 
və  həmin o insanlar var idi ki, onlar artıq rotada hökmranlıq 
etməyə başlamışdılar. Fikrət onlardan soruşdu ki, sizin yeriniz 
haradır? Onlar baş üstə, baş üstə deyib öz yerlərinə  əkildilər. 
Fikrət müəyyən profilaktik tədbirlər həyata keçirdikdən sonra 
mənim bu rotanın komandiri olduğumu təsdiqlədi və qanunu po-
zanın cəzalandırılacağını söylədi. Tezliklə, həmin təxribatçılar 
batalyondan uzaqlaşdılar. Biz Azərbaycanda ilk dəfə milli ordunu 
yaratmağa müvəffəq olduq. Qəhrəmanımız  Şirin Mirzəyev, 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə