Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə8/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 36 
Mustafa  Əliyev, Fikrət Nəbiyev,  İbad Həsənov,  Şafaət  Əliyevlə 
birlikdə ilk həqiqi xidmət ordusunu yaratdıq. Təkcə Ağdamda iki 
mindən artıq əsgər və zabit hazırlandı. Biz əsgərlərin fiziki, tak-
tiki və mənəvi hazırlığını həyata keçirərək düşmənlərin ərazimizə 
soxulmasının qarşısını alan real qüvvə hazırlayırdıq»…  
 
Fikrət müəllim xüsusilə  fərqlənirdi. O, əsgərlərin fiziki və 
taktiki hazırlığı ilə  məşğul idi. Əsgərlər onun Bakıdan xüsusi 
təyinatla göndərilmiş karate ustası olduğunu söyləyirdilər. 
Doğrudan da dağların döşündə yüzlərlə  əsgəri fiziki cəhətdən 
hazırlamaq böyük bir şərəf işi idi. Hər məşq zamanı  dəfələrlə 
möcüzəli hadisələrin şahidi olan əsgərlər böyük ruh yüksəkliyi ilə 
döyüşə getməyə hazır idilər. Məsələn, məşqlərin birində 
kompleks hərəkətlər həyata keçirən batalyonun yüzlərlə əsgərinin 
eyni vaxtda zərbə mövqeyindəki qışqırtısı dağları lərzəyə salırdı. 
Elə bu vaxt dağların o tərəfindən böyürtü eşidildi. Sonra dağın 
döşündə toz-dumana qarışdı. Yüzlərlə vəhşiləşmiş öküz bizə tərəf 
gəlirdi. Nəhayət, onlar bizi dövrəyə alıb dayandılar. Bu cür hallar 
dəfələrlə baş verib... Dağın o tərəfindəki ermənilər də elə bu 
qışqırtının, bu nərənin gücündən lərzəyə gəlmişdilər. Bu, Koroğlu 
dəlilərinin nərəsi idi. Əsgərlər mütəmadi məşqlər nəticəsində 
dağlara birnəfəsə  çıxıb -düşə bilirdilər. Həmin döyüşçülər uzun 
müddət ermənilərin Azərbaycan  ərazilərinə soxulmaq cəhdinin 
qarşısını aldı və hücum əməliyyatları həyata keçirdi. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 37 
 
 
 
 
 
Şəkillərdə Fikrət Nəbiyev şəxsi heyətlə birlikdə(1992) 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 38 
 
Şəkildə Fikrət Nəbiyev şəxsi heyətlə birlikdə (1992) 
 
Qəhramanov Vüqar Bəylər oğlunun ifadəsi: (1973-cü il 
11 sentyabrda Ağdam rayonunun Göytəpə  kəndində anadan 
olmuşdur) Mən 1992-ci il martın 1-də ilk Həqiqi Xidmət 
Ordusuna həqiqi xidmətə çağrıldım. Batalyonumuzun fəaliyyəti 
bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanırdı. Bizi ordu 
quruculuğunun ilk qaranquşları hesab edirdilər. Fikrət müəllim 
bizə karate dərsi keçir, əlbəyaxa  şərq döyüş növünü öyrədirdi. 
AzTV-dən həmin dövrlərdə bizim hərbi hissədə müxtəlif 
çəkilişlər həyata keçirilirdi. 215Kl adlanan verilişin rəhbərliyi 
milli qəhrəmanımız Cingiz Mustafayev, Ədil müəllim kimi 
insanlar televiziyada bizim fəaliyyətimiz haqqında məlumatlar 
verirdilər. Fikrət müəllim ən sayılan şəxslərdən biri idi. Onun ilk 
ordu quruculuğunda göstərdiyi, təmiz hərbi qanunlara əsaslanan 
əsl hərbçi fəaliyyəti bizi qorxmaz ruhda tərbiyə etməsi onun 
əvəzedilməz bir insan olduğunu sübut edirdi. Təxribatçılara, 
terrorçulara qarşı mübarizəsi də onun bir vətənpərvər döyşçü 
olmasını göstərirdi.  İlk ordu quruculuğuna mane olan qüvvələrə 
qarşı öz cəsarəti, iradəsi ilə qalib gələn Fikrət müəllim onalara 
qarşı barışmaz münasibət nümayiş etdirmişdi. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 39 
…Bir axşam güllə  səsinə oyandım. Komandirimizi və 
batalyonun bir qrup hərbçisini öldürmək istəyən terrorçuların 
UAZ markalı avtomabildə uzaqlaşdığını gördüm. Öyrəndim ki, 
terror aktını həyata keçirmək istəyən bu insanlar hərbi, psixoloji 
və fiziki cəhətdən daha güclü olan Fikrət müəllimin qarşısında 
davam gətirə bilməyib, qaçmağa müvəffəq olmuşlar. Onun 
Azərbaycan Respublikasının milli qəhrəmanı olacağına inanıram. 
Mən Fikrət müəllimlə fəxr edirəm. 
Məhərov Məhərrəm İldırım oğlunun ifadəsi: (1974-cü il 
martın 5-də  Ağdam rayonunun Qərvənd soveti Orta qışlaq 
kəndində anadan olmuşdur). Mən 1992-ci il mayn 2-sində  hərbi 
xidmətə çağrılmışdım. Komandirlərimizdən Fikrət müəllim bizi 
vətənpərvərlik ruhunda tərbiyə edirdi. O düşmənə qalib gəlmək 
sirrini bizə öyrədirdi. Birinci növbədə bunun üçün bizi fiziki 
cəhətdən hazırlayırdı. Bizə  əlbəyaxa döyüşü öyrədir, döyüş 
taktikasını  nəzəri və praktiki olaraq başa salırdı. O bizim sağ  -
salamat qalmağımızın səbəbkarı olmuşdur. Terrorla, təxribatlarla 
bağlı bütün hadisələrə qarşı barışmaz olan Fikrət müəllim növbəti 
terrorun qarşısını məharətlə aldı. O komandiri və şəxsi heyətin bir 
hissəsini real ölüm təhlükəsindən xilas etdi. Buna görə ona 
borcluyuq və ona öz təşəkkürümüzü bildiririk. 
Ələskərov Elşən Sədrəddin oğlunun ifadəsi:  (1974-cü il 
iyunun 2-də  Ağdam rayonunun Quzanlı  kəndində anadan 
olmuşdur). Mən 1992-ci ilin may ayında hərbi xidmətə 
çağrılmışam Fikrət müəllimin  ən nüfuzlu zabit olduğunu öz 
gözlərimlə görmüşəm. Belə ki, bütün şəxsi heyətin fəaliyyəti 
onun iradəsinə tabe idi. Mən Fikrət müəllimin qəhrəmanlıqlarını 
Azərbaycan xalqının milli qürurundan doğan fədakarlıq nümunəsi 
hesab edirəm. 
Xocalı divizyonunun komandir müavini Pənah Məmmə-
dovun dediklərindən:  İlk baxışdan adama elə  gəlir ki, adamlar 
eynidir. Onlar öz düşüncə, davranış  və bacarıqları baxımından 
bir-birinə oxşayırlar. Ancaq bunun belə olmadığını Xocalı diviz-
yonunda xidmət etmiş olsaydın görərdin! O dövrlərdə 
qanunsuzluğun hökm sürdüyü bir vaxtda mənim idarə etdiyim 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 40 
maşın Qubadlı Polis rəisi tərəfindən müsadirə edilmişdi. Mənim 
isə axtarışımı  təşkil etmişdilər. Səbəb də bundan ibarət idi ki, 
həmin maşınla gedərkən çoldə qoyun otaran uşaqdan öz 
pulumuzla qoyun alıb aparmışdıq. Çox maraqlıdır ki, qoyun 
sahibi polisə şikayət vermiş və güya bizim qoyun otaran uşaqdan 
onu qorxuzaraq aldığımızı göstərmişdi. Belə bir vəziyyətdən 
qurtarmaq son dərəcə  çətin idi. Divizion komandiri dəfələrlə bu 
işlə bağlı xahişə getmiş, ancaq nəticəsi olmamışdı. Bu hadisədən 
xeyli müddət keçmişdi. Fikir məni götürmüşdü. Elə bu vaxt bizim 
divizyona yeni siyasi işlər üzrə müavin göndərildi. O, Fikrət Hə-
bib oğlu Nəbiyev o biri komandirlərdən seçilmirdi. Ancaq əməli 
fəaliyyətə gələndə onun tayı-bərabəri yox idi. Belə ki, elə birinci 
gündən divizyonda ta səhər idmanından tutmuş, səhər və axşam 
«razvodlarınadək», postlardakı gedişə  nəzarətdən tutmuş  təlim 
tərbiyənin bütün aspektlərinədək xüsusi idarəçilik bacarığı olan 
bu oğlan mənim o qədər xoşuma gəldi ki, onunla dostlaşdım. Bir 
gün də öz dərdimi ona dedim. Ömrümdə belə bir adam 
görməmişdim. Onunla Ağdamdan Qubadlıya, Qubadlı Polis 
idarəsinə, prokurorluğuna getdim. Məni tutub içəri basdılar. 
Hadisə Beyləqan ərazisində baş verdiyindən məni Beyləqan Polis 
idarəsinə  gətirdilər. Dəmir barmaqlıqlar arasından Fikrət 
müəllimə yalvarıb deyirdim ki, komandir məni qoyub getmə! O 
da gülüb deyirdi ki, qorxma! Xülasə bir neçə gün Fikrət müəllim 
də elə mənim kimi əvvəl Qubadlı, sonra isə Beyləqan rayon Polis 
idarəsində gecə-gündüz qaldı. Ancaq məni tərk edib heç bir saat 
da məndən uzaqlaşmadı. O getsəydi, yəqin ki, məni  ən azı 
möhkəm döyəcəkdilər. Nəhayət, Fikrət müəllim Beyləqan rayon 
Polis idarəsinin rəisi ilə  şəxsi söhbət etdi. Fikrətin sübutları 
əsasında işə yenidən baxılmalı oldu. Şikayətçilər çağrıldı. İbtidai 
istintaqın nəticəsi olaraq məlum oldu ki, uşaq qoyun üçün mən-
dən aldığı pulu atasından gizlətmiş və qorxusundan atasına yalan 
məlumat vermişdir.  İşə elə  həmin istintaq mərhələsində xitam 
verildi. Məni azadlığa buraxdılar. Fikrət müəllimə  məni bu 
bəladan qurtardığı üçün pul təklif etdim. Ancaq o pula ehtiyacı 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə