Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə17/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 67 
müddət həmin sahədə  fəaliyyət göstərdim. Qısa müddətdə Milli 
qəhrəmanımız  Şirin Mirzəyevin göstərişi ilə moyor Əliyev 
Mustafa həmin hərbi hissəyə, həmin tabora komandir təyin edildi. 
Mustafa müəllim zabit idi. Hərbi mənimsəmiş, ziyalı, texniki, 
taktiki döyüşləri bilən bir şəxs idi. Bəli tabora komandir təyin 
ediləndən sonra bir müddət müəyyən çətinliklərimiz də var idi və 
beləliklə Milli qəhrəman  Şirin Mirzəyevin göstərişi ilə  həmin 
təlim-tədris taboruna kapitan İbad  Əlif oğlu Həsənov qərargah 
rəisi təyin edildi. Bir müddət,  İbad Həsənov taborda fəaliyyət 
göstərdi. Burada texniki döyüş, taktiki döyüş, təkbətək döyüş, 
fiziki hazırlıq işləri yerinə yetirilirdi və 1992-cü ilin may ayında, 
əgər səhv etmirəmsə, mart ayında batalyonun komandiri Əliyev 
tərəfindən göstəriş verilir ki, tədris batalyonuna iki şəxs təyin 
edilmişdir. Alay komandirinin sərəncamı ilə mən o şəxsləri qəbul 
etdim, yoldaşlarla görüşdüm. Bir zabit kimi öz vəzifəmi yeninə 
yetirdim. Fikrət Nəbiyevi, Kamil Qədimovu hərbi geyimlə təmin 
etdim və  məruzə etdim ki, yoldaş mayor, yoldaşlar lazımı 
geyimlər aldılar və hərbi hissədə xidmətə başladılar. Mən Fikrətin 
hərbi hissədə xidmətini belə qeyd edə bilərəm. Fikrət Nəbiyev 
sağlam ruhlu,sağlam düşüncəli, sağlam əqidədə olan bir şəxs idi. 
Qarabağın erməni faşizmi işğalından azad olmasını qarşısına 
məqsəd qoymuş  və döyüşə atılmışdı. O tədris batalyonuna 
sərəncamla gəlmişdi. Fikrət Nəbiyev fiziki, mənəvi hazırlığa, 
vətənpərvərliyə çox gözəl dərslər, saatlar ayırırdı  və 
gənclərimizin sağlam ruhda, sağlam əqidədə inkişaf etməsi üçün 
qarşısına qoyduğu məqsədə çatdırırdı. Fikrət Nəbiyev,  İbad 
Həsənov, Mustafa Əliyev haqqında çox danışmaq olar. 
Ümumiyyətlə  tədris batalyonunun şəxsi heyəti haqqında çox 
geniş danışmaq olar. Düzdür hal –hazırda mənim üçün danışmaq 
çox çətindir. Amma Fikrət Nəbiyev haqqında bir neçə yaxşı 
fikirləri sizə çatdırmağı özümə borc bilirəm. 1992-ci ilin iyul ayı 
idi. Alay komandiri Şirin Mirzəyevin göstərişi ilə həyəcan siqnalı 
verildi. Həyəcan siqnalndan sonra qərargah rəisi Həsənovun 
rəhbərliyi altında 35-40 nəfər  əsgər Qaralar, Əlağalılar 
istiqamətində döyüşə göndərdi, yəni erməni silahlı qüvvələri 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 68 
Qaralar, Əlağalılar kəndinə keçmişdi. İbad Həsənov həmin o 35-
40 nəfərlə iki gün həmin kənd uğrunda gedən döyüşlərdə 
fəaliyyət göstərmişdi. Hərbi hissənin alay komandiri polkovnik -
leytenant  Şirin Mirzəyev tabora həyəcan siqnalı verdi. Taborun 
ikinci bölüyü həyəcan siqnalına qaldırıldı. Bölüyün rota ko-
mandiri Kamil Qədimovun rəhbərliyi ilə  şəxsi heyət hazır oldu. 
Mustafa  Əliyevin göstərişi ilə Fikrət Nəbiyev həmin bölüyə 
rəhbər təyin edildi ki, bölüyü döyüşə aparsın. Fikrət Nəbiyev 
Əliyevdən  əmri alandan sonra xahiş etdim ki, mən də onlarla 
birlikdə döyüşə gedim. O, mənə icazə vermirdi. Amma mən israr 
edəndən sonra axırda dedi: «Buyur get». Mən Fikrət haqqında 
bunu deyə bilərəm ki, Fikrət düşmən gülləsi qarşısında dik gedən 
bir oğlan olub. Və biz Əlağalılar kəndinin alt hissəsinə çatanda 
orada bizi Şirin Mirzəyev qarşıladı, bizə  hər  şeyi başa salıb 
göstəriş verdi. Fikrət sərəncamı alandan sonra həmin bölüyü 
döyüşə  səslədi. O zaman tanklar geri qayıdırdılar.  Şirin 
Mirzəyevin göstərişi ilə Fikrət Nəbiyev həmin tankların qaytarıl-
masına səy göstərdi. O tanklar geri qaytarıldı.  Şirin Mirzəyevin 
sərəncamı ilə Fikrət Nəbiyev, Kamil Qədimov və mən tankın qa-
bağında düşmənin üzərinə gedirdik. Yadımdadır ki, biz güclü 
müqavimətə rast gəldik. Ermənilər həddindən artıq müqavimət 
göstərirdilər. Fikrət dik gedirdi. Yaxınlaşıb dedim: «Komandir 
sənə güllə dəysə heç nə. Vətən uğrunda şəhid olarsan. Amma səni 
burdan çıxarmaq çətin olacaq. Sən çox qüvvəli adamsan. Ko-
mandir, qanunlara riayət elə dik getmə, aşağı əyil». Amma o buna 
məhəl qoymadı.  Şirin Mirzəyevin ardınca dik getdi. Fikrət  Şirin 
Mirzəyevdən dərs almışdı. Onun təlimini keçmişdi.  
Umumimilli liderimiz, mərhum prezidentimiz Heydər 
Əliyevin siyasətini davam etdirən prezident İlham  Əliyev 
cənabları  nə vaxt döyüşə çağırsa biz, yəni bütün o tədris bata-
lyonu Qarabağ uğrunda, Azərbaycan torpaqlarının azad edilməsi 
uğrunda yenə də döyüşə getməyə hazırdır. 
Təəssüf ki, bu bizim ürəyimizdən keçən arzulardır. Çox 
şükürlər olsun ki, silahlı qüvvələrimiz çox güclüdür. Amma 
məsələ burasındadır ki, biz bir zabit kimi, keçmiş döyüşçü kimi, 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 69 
Vətəni, millətini sevən bir şəxs kimi bu bizim borcumuzdur. Səhv 
etmirəmsə, avqust ayı idi. Taborun axşam yoxlanışından sonra 
mayor  Əliyev tərəfindən göstəriş alındı ki, hər bir sahənin 
rəhbəri, yəni təhcizat –təminat komandirinin müavini, qərargah 
rəisi,  şəxsi heyət komandlirinin müavini sabaha öz təlimatlarını 
bildirsinlər. Bəli mən öz yataq və iş otağıma çəkilib sabahkı gün 
haqqında tabeliyimdə olan gizir Vüqar Gərayevlə  və çavuş 
Ağalar Cəfərovla birlikdə sabah üçün plan tərtib edirdik. Bu anda 
biz bir güllə səsi eşitdik. Hərbi hissənin növbətçisi gəldi və dedi 
ki, bir naməlum, nömrəsiz UAZ maşını içində 5 nəfər silahlı 
hərbi hissənin komandiri Əliyev Mustafanı tələb edirlər. Bəli bu 
vaxt növbətçi komandirə müraciət etdi. Komandir zabitlərlə hərbi 
hissənin postuna getdi və bir qədər sonra mən səs eşitdim.  İş 
otağından çıxıb gördüm ki, Fikrət Nəbiyev bir nəfərlə  əlbəyaxa 
olub, silahlı bir adamla döyüşür. Nəbiyev o şəxsin  əllərini tut-
muşdu. Onun əlindən silahı almamışdısa da, onu müqavimətdən 
salmışdı. Fikrət Nəbiyev Mustafa Əliyevə qarşı edilən bu terrorun 
qarşısını aldı. Yəni öz vətənpərvərliyi ilə, o öz komandirini real 
təhlükədən, real ölümdən qurtarmışdı. Və bunu qeyd etmək 
vacibdir ki, mən onun etdiklərinin canlı  şahidiyəm. Fikrət 
Nəbiyev haqqında çox danışmaq olar. Mustafa Əliyev haqqında 
çox danışmaq olar. Ümumiyyətlə  tədris batalyonu haqqında çox 
danşmaq olar. Fikrət Nəbiyevin Azərbaycan xalqı qarşısında, 
Dağluq Qarabağ qarşısında böyük fəaliyyətləri olmuşdu. Fiziki 
hazırlıqda sağlam ruhda, sağlam tərbiyə almışdı Fikrət müəllim. 
Azərəbaycan Respubliasının Prezidenti cənab  İlham  Əliyev 
Azərbaycan dövləti adından Fikrət Nəbiyevə  fəxri ad verməsini 
arzu edirəm. Düşünürəm ki, Fikrət Nəbiyev öz halal dəyərini ala-
caqdır. Xalq qarşısında mən qeyd edirəm ki, əgər yenə də döyüşə 
çağrılsaq, Fikrət Nəbiyev öz elmi işini qoyub yenə döyüşə 
getmək, silaha sarılmaq istəyən bir adamdır. Mən bunları qeyd 
etməyi özümə borc bildim. 
Kamil Qədimovun dediklərindən:  Şəfayət müəllim çox 
düzgün qeyd elədi. Mən bu gün özümü xoşbəxt hesab edirəm ki, 
keçmiş döyüşçülərimizlə birlikdə bir stol arxasında oturmuşuq, 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə