Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə2/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   2   3   4   5   6   7   8   9   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 6   
Fikrət müəllim Sovet Ittifaqı Qəhrəmanı Qafur Məmmədov kimi 
öz həyatını  təhlükə altına ataraq komandirini və onlarla 
döyüşçünü ölümdən xilas etdi. Təkcə bu igidliyinə  və  şücaətinə 
görə Fikrət Həbib oğlu Nəbiyev Azərbaycan Respublikasının 
Milli Qəhrəmanı adına layiqdir. 
Həyatın bütün acılarını dadmış  və  əzablarına qatlaşmış 
Fikrət müəllim döyüşlərdən sonra Azərbaycan Milli Elmlər 
Akademiyasının Fəlsəfə 
və Siyasi-Hüquqi Tədqiqatlar 
Institutunda elmi tədqiqatla məşqul olaraq, dissertasiya işi 
müdafiə etmiş  və  fəlsəfə elmləri namizədi alimlik dərəcəsi 
almışdır. Beləliklə Fikrət Həbib oğlu Nəbiyev hərbi işdə olduğu 
kimi elmi sahədə də öz sözünü demişdir. 
 
ALXAS KIŞIYEV 
Azərbaycan Milli Elmlər Akademiya-
sının Fəlsəfə  və Siyasi-Hüquqi Tədqi-
qatlar Institutunun «Cinayət hüququ və 
cinayət prosesi» şöbəsinin müdiri, 
hüquq elmləri doktoru, polkovnik 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 7   
 
Şəkildə Fikrət Nəbiyev Sosialist Əməyi Qəhrəmanı, müharibə 
veteranı, 2002-ci ildən Prezident təqaüdçüsü, Qarabağ bölgəsinin 
ağsaqqalı Ələsgərov Sədrəddin Fəxrəddin oğlu ilə birlikdə 
 
Ələsgərov Sədrəddin Fəxrəddin oğlunun ifadəsi:  (1929-
cu il təvəllüdlü Sosialist Əməyi Qəhrəmanı, müharibə iştirakçısı, 
2002-ci ildən Prezident təqaüdçüsü, Qarabağ bölgəsinin 
ağsaqqalı, övladlarından 4-ü Erməni təcavüzkarlarına qarşı 
döyüşmüşdür). Mənim oğlum komandir Fikrət Nəbiyevin  əsgəri 
Ələsgərov Elşən Güllücə  kəndi uğrunda gedən döyüşlərdə 
yaralanmış, müalicə olunduqdan sonra yenidən öz hərbi hissəsinə 
qayıdıb Vətən uğrunda 5 il döyüşmüşdür. Mən mütamadi olaraq 
hərbi hissədə olurdum. Polk komandiri, igid sərkərdəmiz, 
Azərbaycanın Milli Qəhrəmanı  Şirin Valeh oğlu Mirzəyevin 
minaya düşüb  şəhid olduğunu eşitdim. Çox məyus oldum. Ən 
yaxşı döyüşçü zabitlərimizi itirirdik. Hərbi hissədə xüsusi nüfuza 
malik olan Fikrət Həbib oğlu Nəbiyev həm erməni 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 8   
təcavüzkarlarına qarşı, həm də batalyonun sağlam qüvvələri ilə 
birlikdə daxili təxribatların və terrorların qarşısını almaqda 
müstəsna qəhrəmanlıq göstərən bir zabit olmuşdur. Belə 
oğlullarla Azərbaycan xalqı  fərx edir. Fikrət Nəbiyevin-
Azərbaycanın layiqli oğlunun qəhrəmanlıqları xalqımızın 
qəhrəmanlıq salnaməsinə yazılmalıdır. Onu Azərbaycan 
Respublikasının Milli Qəhrəmanı kimi fəxri ada layiq hesab 
edirəm. Fikrət Həbib oğlu Nəbiyev bizim milli qürur hissimiz, 
qəhrəmanlıq nümunəmiz və  qələbəmizin  əsasını  təşkil edə bilən 
cəngavərlərimizdəndir. Ümüdvaram ki, Ulu Öndərimiz Heydər 
Əliyev irsini laiqincə davam etdirən hörmətli prezidentimiz İlham 
cənablar  Əliyev Fikrət Həbib oğlu Nəbiyevin qəhrəmanlıqlarını 
layiqincə qiymətləndirəcəkdir.  
 
Sosialist  Əməyi Qəhrəmanı, müharibə veteranı, 2002-ci ildən 
Prezident təqaüdçüsü, Qarabağ bölgəsinin ağsaqqalı  Ələsgərov 
Sədrəddin Fəxrəddin oğlu 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 9   
 
Şəkildə Fikrət Nəbiyev AMEA Fəlsəfə  və Siyasi-Hüquqi Tədqiqatlar 
İnstitutunun «Fəlsəfə tarixi» şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, 
professor Zümrüd Quluzadə ilə birlikdə 
 
 
 
TANKIN ÖNÜNDƏ DÖYÜŞƏ GEDƏN VƏTƏN  
OĞLU HAQQINDA 
 
Azərbaycan yalançı  vətənpərvərlər, rüşvətxor, ləyaqətsiz 
məmurlar, buqələmun alimlər sayəsində yox, mərd, ləyaqətli, 
gördüyü bütün işlərdə – istər döyüş istər elmdə, yüksək 
professionallıq nümayiş etdirən Fikrət Nəbiyev kimi şəxsiyyətlər 
sayəsində tarixini davam edir.  
Mən fəxr edirəm ki, Fikrət müəllimlə (müəllim sözünü 
ehtiramla deyirəm) eyni vaxtda, eyni institutda işləyirəm və 
vaxtaşırı namərdliyin geniş yayıldığı dünyada bu mərdin daxili 
enerji və ağrını təzahür edən sərt simasını görürəm. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 10 
Allah onu və ona bənzər insanları Azərbaycana çox 
görməsin.  
Fikrətin anasına minnətdarlıq hissi və ən xoş arzularla  
 
 
Fikrətin institut üzrə həmkarı  
 
ZÜMRÜD QULUZADƏ 
AMEA Fəlsəfə  və Siyasi-Hüquqi 
Tədqiqatlar  İnstitutunun «Fəlsəfə 
tarixi»  şöbəsinin müdiri, fəlsəfə 
elmləri doktoru, professor. 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 11 
 
 
Şəkildə Fikrət Nəbiyev AMEA –ın Fəlsəfə  və Siyasi-Hüquqi 
Tədqiqatlar  İnstitutunun «Politalogiya» şobəsinin müdiri, professor 
Əlikram Tağıyevlə birlikdə 
 
 
 
QARABAĞ HƏSRƏTİNDƏ 
 
Vətənpərvərlik tərbiyəsində zəif yerlərimizdən biri təcrübəli 
hərbiçilərimizin həyat və döyüş yolunun kifayət qədər öyrənilib 
təbliğ olunmamasıdır. Bu baxımdan kapitan Fikrət Nəbiyevin 
keçdiyi həyat yolu gənclərimizə bir örnək ola bilər. Onlar da 
Fikrət müəllim kimi onlarla döyüş yolu keçmiş  oğlan və 
qızlarımızın həyat salnaməsinə dərindən yiyələnməlidirlər. Fikrət 
kimi mərd oğullar döyüş bölgələrində  qəhrəmanlıq göstərərkən 
onun yaşıdları sayıla biləcək bir çox meşşan  əhval-ruhiyyəli 
gənclər gecə-gündüz kafe və restoranlarda, xüsusi maşınlarda hər 
cür komfortu olan villalarda veyllənirdilər. Elə onun nəticəsidir 
ki, biz Qarabağ  uğrunda gedən döyüşləri uduzduq, erməni kimi 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə