Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə12/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 51 
ayında Qarabağın  ən qaynar nöqtələrindən olan Sırxavənd 
əməliyyatı, Əliğalı əməliyyatı, Fərrux əməliyyatı başlayır. Ondan 
sonra  Əsgəran  əməliyyatı. Bizim batalyonumuz həmin 
döyüşlərdə  şəxsən iştirak edib. Sonra Gülablı  uğrunda gedən 
döyüşlərdə  iştirak etmişik. Orada böyük hündürlük var. Bizim 
batalyonun əsgərləri oranı minamyotlardan atəşə tutmuşdular.  
Mən bu gün çox məmnunam ki, bizim Fikrət Nəbiyev 
həqiqətən də bu gün bizim yanımızdadır. Döyüşlərdən  salamat 
çıxmaq orada bir qəhrəmanlıq idi. Fikrət Nəbiyevin o vaxt bizim 
batalyonun tərkibində, Qarabağ  uğrunda gedən döyüşlərdə 
göstərdiyi  şücaət, qəhrəmanlıqlar mənim yaxşı xatirimdədir. 
Əvvəlcə batalyonun hazırlanmasında, gənclərin orduya cəlb 
olunmasında, rəhmətlik  Şirin Mirzəyevin böyük əməyi olub. 
Bizim də hamımızı Qarabağda döyüşçü kimi yetişdirən, bizi 
hazırlayan, bizə ruh verən  ən böyük sərkərdələrdən biri 
polkovnik-leytenant Şirin Mirzəyev olub. İndi o, bizim aramızda 
yoxdur, ona rəhmət diləyirəm. Belədir ki, Fikrət Nəbiyev o vaxt 
bizim batalyon komandirinin müavini olub. 
Ağdam rayonunun Əliağalı  kəndi var. Onun ilk döyüşü 
həmin o kənddə olub. Fikrət Nəbiyev kimi döyüşçünün qəhrə-
manlıqları onda olub ki, ora aparılan  şəxsi heyət mühasirəyə 
düşsə  də, həmin  şəxsi heyət mühasirəni yarıb çıxmağı bacarıb. 
Artıq ermənilər  Əliağalını mühasirəyə almışdılar. Həmin vaxt 
Fikrət Nəbiyev başçılığı ilə apardığı 2 bölüyü sağ-salamat oradan 
çıxarmışdı. Bu böyük bir qəhrəmanlıqdır.  Əvvəla 1992-ci il 
Azərbaycanda keçid dövrü sayılırdı. Belə ki, həm Azərbaycanda 
müharibə gedirdi, həm də hakimiyyət uğrunda mübarizə gedirdi. 
Həmin dövrlərdə  hər yerdə ölkəyə qarşı, dövlətə qarşı, orduya 
qarşı  təxribat işləri gedirdi. Bizim batalyonun komandiri o vaxt 
mayor olan Mustafa Əliyev idi. O, batalyonun layiqli 
komandirlərindən biri idi. Şəxsən mən Mustafa müəllimdən çox 
şey öyrənmişəm. Düzdü o vaxt mən qərargah rəisi idim, ancaq 
Mustafa müəllim bizim batalyonumuzun komandiri idi. Rəhbər o 
idi. Bizi hazırlayan da o idi. Hərbidə tabeçilik var. Mustafa 
müəllimlə biz əvvəlcə o vaxt Əliğalı  uğrunda gedən döyüşdə


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 52 
Sırxavənd müharibəsində olmuşduq. Bizim apardığımız 2 bölüyə 
mən rəhbərlik etmişəm. Sırxavənd mühasirəsindən çıxdıq və biz 
o vaxt Sırxavəndi xeyli müdafiə etdik. Ondan sonra səfərbər ol-
muş müxtəlif qüvvələrin Sırxavəndə  gəlməməsinə görə biz 
məcbur olub oranı  tərk etdik. Bizim ordumuz orada xeyli itki 
verdi. Sırxavənddən sonra Əliğalı gəlir, Xaçın çayı boyunca Ağ-
damın bir hissəsi sayılır ora. Orada döyüşlər gedirdi. Əsgərləri 
oraya apararkən Fikrət Nəbiyev, bizim Kamil Qədimov,  Şəfayət 
Əliyev də orada idi. Kamil Qədimovun da rotası o vaxt orada 
döyüşlərdə iştirak edirdi. Ümumiyyətlə, mən deyirəm ki, Əliğalı 
mühasirəsi çox güclü mühasirə idi. Ermənilər hər tərəfi tutduqdan 
sonra oranı yarıb çıxmaq özü də böyük qəhrəmanlıq idi. 
Yaxşı xatirimdədir ki, o vaxt çox böyük narahatçılıq 
keçirirdik. Hətta batalyonu mühasirədən çıxarmaq üçün ehtiyatda 
qalan rotalarla Əlimədətliyə getdik ki, qalan hissələri Əliğalıdan 
çıxara bilək.  Şirin Mirzəyevin batalyonu orada idi. O vaxt 
rəhmətlik Ş.Mirzəyev özü də bütün qüvvələrini oraya yeritmişdi 
ki, mühasirədə qalan uşaqları  çıxardaq. Onda Fikrət Nəbiyevin 
qəhrəmanlığı  nəticəsində mühasirəni yarıb çıxmışdıq. Mənim 
xatirimdədir ki, ondan sonra biz də mühasirədən çıxan uşaqların 
hamısını bir-bir bağrımıza basdıq. Hətta batalyon komandirimiz 
Mustafa  Əliyev özü də çox kövrəlmişdi. Elə bilirdi ki, batalyon 
əlli-ayaqlı gedib. 
Komandirlərin xüsusilə Fikrət Nəbiyevin səyi və qoçaqlığı 
nəticəsində bizim 2 bölüyümüzün əsgərlərindən heç biri məhv 
olmamışdı. Ermənilər oraya çox güclü qoşun yeritmişdilər. Onlar 
Qarançı istiqamətində güclü qoşun yeritmişdilər. Sonra bizim 
batalyonu Ağdam rayonunun Çullu kəndindən Tərnöyütə, oradan 
da Quzanlıya köçürdülər. O vaxt bizim komanda heyətimiz ham-
ısı savadlı zabitlər olduqlarına görə «kadroviklərimiz»  əsgərlərə 
bütün  əməliyyatlarda iştirak etmə qaydalarını öyrədirdilər. At-
maq, vurmaqdan əlavə bizim əsgər və zabitlərimizdə çox güclü 
ruh yüksəkliyi, vətənpərvərlik hissi vardı. 1992-ci ildə orada 
döyüşən  əsgərlərin heç birində  mən qorxaqlıq görmədim. Hətta 
qorxaq uşaqlar belə o birilərinə baxıb ürəklənirdi. Fikrət Nəbiyev 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 53 
də bizim aramızda idi və onun vəzifəsi də elə  gənclərdə 
vətənpərvərlik ruhunu qaldırmaq idi. O, bu işin öhdəsindən 
layiqincə gəlirdi. Mən bir qərargah rəisi kimi deyə bilərəm ki, o 
vaxt Vətənimiz uğrunda, Qarabağ  uğrunda, bütövlükdə 
Azərbaycan uğrunda döyüşən oğlanların hamısı qəhrəman idi. 
Mənim də xatirimdədir ki, Fikrət Nəbiyev o vaxt bir çox 
qəhrəmanlıqlar göstərib. Sonra biz gəldik Quranlı kəndinə. Bizim 
batalyonu köçürdülər ora. Orada batalyonun təlim-məşq toplantı-
ları davam edirdi. O vaxt Azərbaycanda keçid dövrü olduğuna 
görə, təxribatçılar da var idi. Orduya qarşı, dövlətə qarşı təxribat 
işləri gedirdi. Yadımdadır, Mustafa müəllimə qarşı bir neçə 
təxribat işi olmuşdu. Hətta Mustafa müəllimin həbs olunmağı da 
mənim gözümün qarşısındadır. Sonra layiqli oğlanların, Ağdamın 
yaxşı, qeyrətli oğlanlarının hesabına Mustafa müəllimi oradan 
çıxarmışdılar. 
Mustafa müəllimə qarşı bir təxribat da olmuşdu. Bizim 
batalyona naməlum markalı UAZ maşını, içində 5 nəfər avtomatlı 
girmişdi. Fikrət Nəbiyev də yaxşı idmançı idi. Fikrət Nəbiyev 
döyüşçülüklə  bərabər həm də güclü bir idmançı idi. Fikrət 
Nəbiyev karateçi idi. Onun qolunu heç kim qatlaya bilməzdi. O 
vaxt Mustafa müəllimin üstünə avtomatçılar töküləndə Fikrət 
Nəbiyev durdu qabağa və onları elə  cəzalandırdı ki, qorxuların-
dan maşina minməkləri ilə qaçmaqları bir oldu. Orada ölüm 
100% gözlənilirdi. Çünki avtomat çəkmişdilər, yalan sözdən 
fayda yoxdur, o vaxt atan atanın idi. Ötənin də qanı batıb gedirdi. 
O vaxt Fikrət Nəbiyevin, bizim şəxsi heyətin hesabına həm ağ-
saqqalımız, həm komandirimiz Mustafa müəllimi müdafiə edə 
bildik. Orada Fikrət Nəbiyevin mən deyirəm ki, xüsusilə böyük 
xidmətləri var və bu xidməti unutmaq olmaz. Bizim batalyonu-
muz son vaxtlar, təlim-məşq toplantılarını dayandırıldıqdan sonra 
Mustafa müəllim batalyondan briqadaya Qarabağ şöbəsinin rəisi 
göndərildi və  mən 1992-ci il sentyabr ayının birində batalyon 
komandiri təyin olundum. Ağdam rayonunda Bağmanlar kəndi 
var. Bağmanlar kəndində o vaxt şərab zavodu vardı, bizim dislo-
kasiya yerimiz ora idi. Orada Bağmanlarla Gülablı arasındakı 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə