Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə37/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   29   30   31   32   33   34   35   36   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 141 
mövqeyinə  çıxarmış, zenit-raket divizionunu əsl hərbi hissə 
vəziyyətinə gətirmişdir. 
Müharibədən sonra o, Beynəlxalq Universitetdə, Moskvanın 
İqtisadiyyat, Menecment və hüquq institutunun Azərbaycan fili-
alında və digər ali təhsil müəssisələrində ailə  və nigah hüququ, 
dövlət və hüquq nəzəriyyəsi, cinayət prosesi, cinayət hüququ, 
prokuror nəzarəti və s.-dən dərs deyib. Hazırda o, «Siyasi 
təfəkkür təbiətin və  cəmiyyətin qarşılıqlı münasibətləri 
kontekstində» mövzusunda elmi araşdırmalar üzərində çalışır. 
Onun «Siyasi təfəkkür» adlanan monoqrafiyası da bu mövzuya 
həsr olunmuşdur. 
Monoqrafiyada təfəkkür anlayışının ümumfəlsəfi tədqiqi ilə 
bağlı materiallar öz əksini tapmışdır. Həmin materiallar göstərir 
ki, müəllif təfəkkürü gerçəkliyin inikas və subyekt 
ziddiyyətlərinin həlli forması kimi tədqiq edir.  
Kitabda təfəkkür anlayışı bilavasitə politoloji problematika 
kontekstində  təqdim olunmuş, siyasi təfəkürün xüsusiyyətləri 
diqqətə  çəkilmiş  və onunla siyasi şüur anlayışı arasında 
müqayisəli təhlil aparılmışdır. Sonda isə  ətraf mühitin politoloji 
əhəmiyyəti gözdən keçirilir. 
Güman edirik ki, Fikrət Nəbiyevin elm aləmində atdığı ad-
dımlar döyüşdə, hərbi xidmətdəki addımları kimi inamlı  və 
qətiyyətli olacaqdır.  
 
 
ARIF ƏRŞADOĞLU, 
«Azərbaycan müəllimi» qəzeti, 
30 aprel 2004-cü il, № 18. 
 
 
 
 
 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 142 
 
 
 
 
VƏTƏNİ QORUMAQ BORCUMUZDUR 
Hər bir insan vətəninin müdafiəsinə hazır olmalıdır! 
 
Dağlıq Qarabağ problemi on ildir ki, öz ədalətli həllini tap-
mır. Beynəlxalq missiyaların fəaliyyəti də heç bir nəticə vermir. 
Ona görə də Dağlıq Qarabağ problemi istər xarici, istərsə də ölkə 
mediasının hər zaman diqqət mərkəzində saxladığı problemlərdən 
birinə çevrilir. 
Hazırda tərəflər arasında atəşkəs rejimi saxlanılsa da, 
müharibə variantının da istisna olunmadığı tez-tez önə çəkilir. 
Problemin hərb, yoxsa danışıqlar yolu ilə çözüləcəyi barədə 
mülahizələr kütləvi informasiya vasitələrinin prioritet mövzusuna 
çevrilir. Çünki ordu quruculuğu və  hərbi vətənpərvərlik 
mövzusunda yazılara yer ayırmaq hər bir KİV-in borcudur. 
Müharibənin od-alovunu görmüş veteranlarla müsahibələrin 
aparılması, milli qəhrəmanlarımızın və torpaqlarımızın azadlığı 
uğrunda həlak olmuş oğullarımızın və qızlarımızın yad edilməsi, 
xalqımızın onlara olan isti münasibəti geniş  təbliğ edilməlidir. 
Hazırda vətən torpaqlarımızın müdafiəsində duran əsgər və 
zabitlərin ordu quruculuğu sahəsində gördüyü işlər hərtərəfli 
öyrənilməli, təqdirəlayiq işlər qiymətləndirilməlidir. 
Azərbaycan Dövlət Televiziyası ilə nümayiş olunan 
«Azərbaycanın silahlı qüvvələri» kimi sənədli filmlər bu gün 
üçün böyük aktuallıq kəsb edir. Şahid ifadələri və arxiv sənədləri 
əsasında hazırlanmış bu qısa metrajlı filmlərdə Fikrət Həbib oğlu 
Nəbiyevin cəbhə  həyatına da yer ayrılıb. Verilişdə diqqət çəkən 
məqamlar çoxdur. O da bir həqiqətdir ki, həmin dövrdə silaha 
sarılaraq vətən uğrunda ölümə belə hazır olan oğullarımıza qarşı 
«sapı özümüzdən olan baltalar»ın terror və təxribat aparmaq hal-
ları da az olmayıb. Tabur komandiri, gözəl insan olan Mustafa 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 143 
Əliyevə qarşı hazırlanan bir terrorun qarşısının alınmasında 
F.Nəbiyevin böyük rolu olduğu xüsusilə qeyd olunur. 
Ağdam işğal olunmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda 
milli qəhrəman, polkovnik-leytenant Şirin Mirzəyevin başçılıq 
etdiyi batalyon bütün gücü və qüvvəsi ilə bu təcavüzün qarşısını 
alır. Şirin Mirzəyev isə şəhidlik zirvəsinə yüksəlir. Onu da qeyd 
edək ki, həmin dövrdə F.Nəbiyev də batalyon komandirinin 
müavini kimi Ş.Mirzəyevlə çiyin-çiyinə vuruşan zabitlərdən biri 
olub. 
İbrahim  İbadoğlunun «Sərkərdə» kitabında həmin döyüş 
barədə F.Nəbiyev deyir. «Şirin Mirzəyev hamıdan irəlidə düz 
ermənilərin üstünə yeriyir... Komandirin cəsarəti və alayın şəxsi 
heyəti ilə köməyə göndərilmiş polislərin birliyi nəticəsində elə 
həmin gün düşmən Əliağalı kəndindən geri oturduldu...» 
Onu da qeyd edək ki, F.Nəbiyev 1991-96-cı illərdə Ağdam 
və Beyləqan istiqamətində gedən döyüşlərdə də fəal iştirak edib. 
1992-ci ildən tabur komandirinin müavini vəzifəsinə təyin edilən 
F.Nəbiyev o gündən etibarən nizami ordu yaratmaq üçün əlindən 
gələni  əsirgəməyib. O günləri xatırlayan F.Nəbiyev bildirir ki, 
polkovnik-leytenant 
Ş.Mirzəyevin, polkovnik-leytenant 
M.Əliyevin,  İ.Həsənovun,  Ş.Əliyevin, K.Qədimovun və digər 
zabitlərin Azərbaycanda ordu quruculuğu sahəsində böyük 
xidmətləri olub. 
F.Nəbiyev əsgərlərin fiziki və mənəvi hazırlıqlarına həmişə 
böyük önəm verib, onun 2 mindən artıq  əsgər və zabitin döyüş 
hazırlığı  səviyyəsinə  gətirilməsində xüsusi xidmətləri olub. 
F.Nəbiyev  əvvəllər Moskvada hərbi hissələrdən birində bölük 
komanidirinin siyasi işlər üzrə müavini vəzifəsində çalışıb. Ordu 
quruculuğu zamanı göstərdiyi fəaliyyəti də  yəqin ki, bu sahəni 
çox gözəl bilməsindən irəli gəlir. 
F.Nəbiyev 1993-cü ilin mart ayından «N» saylı  hərbi 
hissədə zenit-raket divizyonu komandirinin siyasi işlər üzrə 
müavini vəzifəsində çalışıb. Tarixə «Xocalı batalyonu» kimi 
daxil olan bu hərbi hissənin Vətən qarşısında gördüyü işlər 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 144 
haqqında F.Nəbiyev qələmə aldığı «Siyasi təfəkkür» adlı ki-
tabında geniş məlumat verib. 
Fikrət müəllim ordudan tərxis olunduqdan sonra elmi 
fəaliyyətlə məşğuldur. Azərbaycan Milli Elmlər Akademiyasının 
Fəlsəfə  və Siyasi-Hüquqi Tədqiqatlar  İnstitutunun  əməkdaşıdır. 
Onlarca elmi məqalənin və «Siyasi təfəkkür» adlı monoqrafiya-
nın müəllifidir. F.Nəbiyev elmi fəaliyyəti ilə bağlı ona yardımçı 
olmuş MEA-nın prezidenti M.Kərimova, Fəlsəfə  və Siyasi-
Hüquqi Tədqiqatlar  İnstitutun direktoru Y.Rüstəmova və tanın-
mış filosof Adil Əsədova öz minnətdarlığını bildirir. 
 
 
S.ALIM, 
«Haqqın səsi» qəzeti, 
22 may 2004-cü il, № 06. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 145 
 
İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ BORCU. 
ONU YERİNƏ YETİRƏNLƏR HƏMİŞƏ  
YÜKSƏKDƏ DURURLAR 
 
İnsanın həyatı heç də hər zaman öz istəyi və arzusu ilə for-
malaşmır. Bəzən cəmiyyətdə gedən proseslər insanı fəaliyyətində 
korrektələr etməyə vadar edir. Qarabağ müharibəsi veteranı, alim 
Fikrət Nəbiyev də belə insanlardan biridir. 
Uzaq Moskvada hərbi xidmətdə olan rota komandirinin si-
yasi işlər üzrə müavini vəzifəsində çalışan Fikrət Nəbiyev 
ölkəmizin başının üstünü alan erməni-daşnak işğalının qara bu-
ludlarını darmadağın etmək üçün vətənə qayıdır. İlk öncə Ağdam 
və Beyləqan istiqamətlərində gedən döyüşlərdə  fəal iştirak edir. 
1992-ci ildə tabor komandirinin müavini vəzifəsinə  təyin edilən 
Fikrət Nəbiyev o gündən etibarən ordu quruculuğunda, 
Azərbaycan Milli Ordusunun formalaşmasında  əlindən gələn 
xidməti göstərir. O illəri xatırlayan F.Nəbiyev bildirir ki, 
Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant 
Ş.Mirzəyevin və başqa zabitlərimizin Azərbaycan Milli Or-
dusunun formalaşmasında misilsiz xidmətləri olub. Fikrət 
müəllimin özü də  əsgərlərin fiziki və  mənəvi hazırlığı üçün heç 
də az iş görməyib və  hər zaman tabeçiliyində olan əsgər və 
zabitlərə nümunə göstərib. 
Sovet ordusunda xidmət etməsi və bu sahədə topladığı 
təcrübə hər zaman Fikrət müəllimin karına gəlib. 
F.Nəbiyev 1993-cü ildə «N» saylı hərbi hissədə zenit-raket 
divizionunun siyasi işlər üzrə komandir müavini təyin olunub. 
Tarixə «Xocalı divizionu» kimi daxil olan bu hərbi hissənin 
Vətən torpaqlarının qorunmasında göstərdiyi xidmətləri haqqında 
F.Nəbiyevin qələmə aldığı «Siyasi təfəkkür» kitabında geniş 
məlumat verilir. 1994-cü ildə F.Nəbiyev Beyləqanda yerləşən ze-
nit-raket divizionuna komandir vəzifəsinə göndərilir. F.Nəbiyev 
Beyləqan  şirə zavodunun partladılması  nəticəsində yararsız hala 
düşmüş zenit qurğularını tez bir zamanda təmir etdirərək döyüşə 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 146 
hazır vəziyyətə gətirir və divizionda əsl nizam-intizam yaratmağa 
nail olur. 
Bu yaxınlarda Azərbaycan dövlət televiziyası ilə nümayiş 
etdirilən «Azərbaycan Silahlı Qüvvələri» haqqında sənədli film 
bu gün üçün böyük aktuallıq kəsb edir. Şahid ifadələri və arxiv 
sənədləri  əsasında hazırlanmış bu qısametrajlı filmdə 
F.Nəbiyevin cəbhə fəaliyyəti öz əksini tapıb. 
O da bir həqiqətdir ki, həmin dövrdə F.Nəbiyev kimi silaha 
sarılaraq Vətən torpaqlarını qorumağı öz şəxsi karyeralarından 
üstün tutan oğullarımız çox olub. 
Dağlıq Qarabağ problemi on ildən artıqdır ki, öz həllini 
tapmır. Erməni daşnakları doğma torpaqlarımızda at oynadır. 
Yağıların son zamanlar söylədikləri fikirlər və  bəyanatlar onu 
deməyə  əsas verir ki, Azərbaycan xalqı öz torpaqlarına gec-tez 
sahib duracaq, azad edəcək. 
Ona görə də ölkəmizdə fəaliyyət göstərən bütün kütləvi in-
formasiya vasitələri öz təbliğatlarını gənclərimizin vətənpərvərlik 
ruhunda tərbiyəsinə yönəltməlidirlər. Bunun üçün isə ilk növbədə 
F.Nəbiyev kimi müharibənin od-alovundan keçmiş zabitlərimizin 
fəaliyyətini örnək götürmək lazımdır. Bu gün cəbhədə vuruşmuş 
zabitlərimizin, qazilərimizin gənclər qarşısında və  mətbuatdakı 
çıxışları üçün hər cür şərait yaradılmalıdır və bu təbliğatımızın 
ana xəttinə çevrilməlidir. Bunun üçün isə F.Nəbiyev kimi 
zabitlərimizin təcrübəsindən yararlanmaq gərəkdir. 
Fikrət müəllim ordudan tərxis olunduqdan sonra elmi 
fəaliyyətə başlayıb və hazırda Azərbaycan MEA Fəlsəfə və Siyasi 
Hüquq Tədqiqatları Institutunda çalışır. Onlarca elmi məqalə, 
eləcə də «Siyasi təfəkkür» adlı monoqrafiyanın müəllifidir. 
Bütün bunlarla yanaşı Fikrət müəllim istənilən anda Vətən 
torpaqlarımızın azadlığı üçün mücadiləyə hazırdır. 
 
YUSIF SEYID, 
«Proqnoz» qəzeti,  
27 may-02 iyun 2004-cü il, № 13. 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 147 
MÜNDƏRICAT 
 
Azərbaycan Respublikasının görkəmli hüquqşünası III dərəcə 
Dövlət Ədliyyə Müşaviri Şükür Rzayev Fikrət Nəbiyev haqqında ........  3   
Azərbaycan Milli Elmlər Akademiyası  Fəlsəfə  və Siyasi-Hüquqi 
Tədqiqatlar  İnstitutunun «Cinayət hüququ və cinayət prosesi» 
şöbəsinin müdiri, hüquq elmləri doktoru, polkovnik Alxaz Kişiyev 
Fikrət Nəbiyev haqqında ........................................................................ 5  
Sosialist  Əməyi Qəhrəmanı, müharibə veteranı, 2002-ci ildən 
prezident təqaüdçüsü, Qarabağ bölgəsinin ağsaqqalı  Sədrəddin 
Ələsgərov Fikrət Nəbiyev haqqında ....................................................... 7  
Azərbaycan Milli Elmlər Akademiyası  Fəlsəfə  və Siyasi-Hüquqi 
Tədqiqatlar İnstitutunun «Fəlsəfə tarixi» şöbəsinin müdiri, fəlsəfə 
elmləri doktoru, professor Zümrüd Quluzadə «Tankın önündə 
döyüşə gedən Vətən oğlu haqqında» ...................................................... 9  
Azərbaycan Milli Elmlər Akademiyası  Fəlsəfə  və Siyasi-Hüquqi 
Tədqiqatlar  İnstitutunun «Politologiya» şöbəsinin müdiri pro-
fessor Əlikram Tağıyev «Qarabağ həsrətində» .................................... 11  
Azərbaycan Milli Elmlər Akademiyası  Fəlsəfə  və Siyasi-Hüquqi 
Tədqiqatlar  İnstitutunun professoru, fəlsəfə elmləri doktoru Azər 
Mustafayev «Adilikdən adilliyə doğru» ............................................... 14  
Giriş ...................................................................................................... 17  
İlk təəssüratlar ...................................................................................... 18  
Dəyirmi masa. I görüş .......................................................................... 45  
Dəyirmi masa. II görüş ......................................................................... 64         
Fəlsəfə elmləri namizədi Dilqəm  İsmayılov Fikrət Nəbiyev 
haqqında ............................................................................................... 77  
Fəlsəfə elmləri namizədi Afaq Rüstəmova Fikrət Nəbiyev 
haqqında ............................................................................................... 78  
«Bir insan haqqında düşündüklərim» A.Veysəlova ............................. 79  
«Gəlin insanları tanıyaq» S.İbrahimova ............................................... 81  
N.S.Əsədova Fikrət Nəbiyev haqqında ................................................ 82  
«Hərbi təlim və döyüşlərdə sınanmış insan» Ə.İbrahimov .................. 83  
«Fikrət Nəbiyev haqqında» M.Tağıyeva .............................................. 88  
Fəlsəfə elmləri namizədi S.İsgəndərova Fikrət Nəbiyev haqqında ...... 91  
Fəlsəfə elmləri namizədi Füruzə Əliyeva Fikrət Nəbiyev haqqında .... 92  
Q.İsfəndiyarov Fikrət Nəbiyev haqqında ............................................. 94  
S.Qadiyeva Fikrət Nəbiyev haqqında (rus dilində) .............................. 96  


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 148 
«Potrebnostğ slujitğ strane» kandidat filosofski nauk V.Akberov ....... 98  
S.Rzayeva Fikrət Nəbiyev haqqında .................................................. 100  
A.İsmayılova Fikrət Nəbiyev haqqında .............................................. 102  
Az TV-nin xüsusi müxbiri Nəbiyev haqqında çəkilmiş filmlərin 
müəllifi Nurəli Təmrasoğlunun dediklərindən ................................... 104  
Azərbaycan Silahlı Qüvvələri adlı verilişin fraqmentlərinin steno-
qramı (AzTV1 2 yanvar 2004-cü il) ................................................... 104  
«El bir olsa» adlı verilişin fraqmentlərinin stenoqramı ...................... 113  
«Qəhrəmanın adına layiq» İdris Hacıoğlu. «Bakı» qəzeti,   
23 mart, 1993-cü il ............................................................................. 119  
Qarabağ müharibəsinin bütün üzünü görən kapitan. «Şərq» qəzeti 
17 fevral 2004-cü il № 32 ..................................................................  124 
«Torpaqlarımızı azad etməyə hazır olanlardan biri» Telman 
Mehdixanlı. «Azərbaycan» qəzeti 25 fevral 2004-cü il № 46 ............ 127  
Fikrət Nəbiyev: «Bu gündə döyüşə getməyə hazıram. Tanışlıq, 
Vətən çağırır… Müharibənin yazılmamış qanunları var. Qarabağ 
döyüşləri xatırlanır. Fikrət terrorun qarşısını necə aldı?..»  İdris 
Hacızadə. «Naxçıvan» qəzeti 5 mart 2004-cü il № 9 ........................  130 
«Vətən sevgisini üstün tutanlar» Seyran Bağırova. «Həqiqətlər və 
faktlar» qəzeti 16 mart 2004-cü il №5 ................................................ 136  
 «Polkovnik  vəzifəsində kapitan. Qeyri-adi döyüş. Öyrənən və 
öyrədən müəllim» Arif Ərşəd oğlu «Azərbaycan müəllimi» qəzeti 
30 aprel 2004-cü il, № 18 ................................................................... 139  
«Vətəni qorumaq borcumuzdur» S.Alim «Haqqın səsi» qəzeti 22 
may 2004-cü il, №6 ............................................................................ 142 
«İnsanlıq və  vətəndaşlıq borcu, onu yerinə yetirənlər həmişə 
yüksəkdə dururlar» Yusif Seyid. «Proqnoz» qəzeti 27 may 2004-
cü il №13 ............................................................................................ 145 
 
 
 
 
 
 
 
 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 149 
 
 
 
 
 
 
MEHRƏNGIZ ƏBÜLFƏT QIZI NƏBIYEVA, 
 ÇINGIZ HƏBIB OĞLU NƏBIYEV
 
 
QARABAĞ DÖYÜŞLƏRI XATIRLANIR,  
YAXUD FIKRƏT TERRORUN QARŞISINI 
NECƏ ALDI? 
 
Bakı – 2005 
 
Nəşriyyatın direktoru: H.X.Abıyev 
Kompyüter tərtibçisi: Q.Xeyrullaoğlu 
Dizayner: Həbib Hüseynov 
 
 
Çapa imzalanmışdır:08.08.2005. Formatı 84x108
1/32
. Sifariş № 32. Tirajı 
200 nüsxə. Qiyməti müqavilə ilə. 
 
Azərbaycan MEA Geologiya İnstitutunun «Nafta-Press» nəşriyyatı, 
Bakı, Az1143, H.Cavid pr. 29 A, Tel.: 4393972 

Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə