Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə4/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   2   3   4   5   6   7   8   9   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 16 
bunlar Böyük Insan (bizdə təəssüf hissi ilə də olsa deməliyik ki
çox zaman böyük insan dedikdə böyük vəzifə sahibi nəzərdə 
tutulur) haqqında deyilən real fikirlərdir. 
Bizim tanıdığımız Fikrət müəllim məhz belə nadir və böyük 
Insanlardandır. 
 
 
MÜSTAFAYEV AZƏR XOŞBƏXT OĞLU 
Fəlsəfə elmləri doktoru, professor 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 17 
 
GIRIŞ 
 
Cəmiyyətdə yaşayan insanların hər biri fərdi xarakterə 
malikdir. Həmin bu fərdi xarakter onlara öz mənşəyindən irsi 
olaraq keçir və bu ilahi keyfiyyət onun bütün ömrü boyu 
davranışını nizamlayır. Məhz öz təyinatı etibarı ilə öz həyatını 
qurmuş insan xoşbəxt ola bilər. Öz təbii təyinatına uyğun bir işlə 
məşğul olmayan şəxs isə  bədbəxtdir.  İnsan  şüurlu fəaliyyətlə 
məşğul olduğu andan öz idealını gerçəkləşdirmək istəyir və bu 
istək ona ömrünün ən çətin və mürəkkəb illərini yaşadır. Ancaq 
insan bu çətin ömrü yaşadıqca yorulmur, incimir, əksinə sevinir, 
fərəhlənir. Arzularını gerçəkləşdirərək öz idealına yaxınlaşan hər 
bir  şəxs yaşadığı ömrü məzmun etibarı ilə yaşayır, yaradır və öz 
mənliyini şəxsiyyət səviyyəsinə yüksəldə bilir. Mənşəyi etibarı ilə 
irsi qüsurlara malik olan şəxs şəxsiyyət səviyyəsinə yüksələ bilmir
hətta həmin  şəxsin idealı yüksək amallarla bağlı olsa belə, irsi 
qüsurlar ona mane olur. Bu monoqrafiyada öz şəxsi keyfiyyətləri 
ilə  fərqlənən, xarakter etibarı ilə  cəngavər ruhlu insandan, Fikrət 
Həbib oğlu Nəbiyevdən söhbət açacaq, onun döyüş  fəaliyyəti 
haqqında  şahid ifadələrini dinləyəcəyik. Eyni zamanda burada 
arxiv materiallarına və  şahid ifadələrinə  əsaslanan televiziya və 
mətbuat səhifələrində  işıqlandırılmış  məlumatlar veriləcəkdir. 
Sonra bu istiqamətdə elm adamlarının fikirləri dinləniləcəkdir. 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 18 
 
İLK TƏƏSSÜRATLAR 
 
… Fikrət Həbib oğlu Nəbiyev 1956-ci il yanvarın 15-də 
Lənkəran rayonunun Port-İliç qəsəbəsində  dəmiryolçu ailəsində 
anadan olmuşdur. Atası  Nəbiyev Həbib Cəbrayıl oğlu dəmir 
yolunda usta, baş usta, rəis vəzifələrində  işləmiş, nümunəvi işçi 
kimi həmişə təriflənmiş və qiymətləndirilmişdir. Anası Nəbiyeva 
Mehrəngiz  Əbülfət qızı dindar olmuş, Məşhədə getmiş,  ərəb 
mütəxəssislərindən dərs almışdır və qaydaya görə dini təhsil 
haqda hüquqi sənəd almışdır. Eyni zamanda Ağdam Pedaqoji 
İnstitutunda oxumuş, ancaq ailə  vəziyyəti ilə  əlaqədar olaraq 
institutu bitirə bilməmişdir.  
… Nənəmizin ifadəsinə görə bizim nəslimiz çox qədimdir. 
Hələ XX əsrin ilk dövrlərində bizim babamız ən varlı adam imiş. 
Ona görə  də, dövlət tərəfindən göndərilən xüsusi təyinatlı 
yüzlərlə məmur ancaq babamızın qonağı ola bilərmiş. Nənəmgil 
yeddi qardaş, bir bacı olublar. Qardaşların demək olar ki, hamısı 
uzun müddət düşmənlərə qarşı döyüşmüş, öz cəngavərliyi ilə 
fərqlənmiş, ad qazanmış və şəhid olmuşlar. 
… Qəhrəmanımız Nəbiyev Fikrət Həbib oğlu da elə bu 
genetik konsepsiyada nəzərdən keçirilməlidir.  Şəxsiyyət qüdrəti 
və  cəngavərlik mənliyi onun alnına yazılmış qismətdir. Belə 
şəxslərin hünərini, qeyrətini heç olmasa etiraf etmək lazımdır. 
Dahi mütəfəkkirimiz Nizami Gəncəvinin sözü ilə desək, «hünərə 
göz yummaq bir hünər deyil»… 
Bəli,  əvvəlcə  Lənkəranda yaşayan Fikrət hələ kiçik 
yaşlarından öz fiziki imkanlarına və  cəldliyinə görə 
valideynlərinin diqqətini cəlb edir. Beyləqanın (əvvəlki 
Жdanovun) Daşburun qəsəbəsində Orta məktəbə getmiş Fikrət 
sonra Mil üzümçülük sovxozunda, daha sonra isə  Ağdamda 5 
saylı orta məktəbdə təhsil alır.  
 
 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 19 
 
 
 
Fikrət Nəbiyev Жdanov rayonunun Mil üzümçülük məktəbində 1-
ci sinifdə oxuyarkən (şəkili çəkən müəllim Qasımov E., 12.02.1963) 
 
Sonralar o, Ağdam  şəhər internat məktəbində oxuyur və 
oxuduğu dövrdə  əla qiymətlərlə qiymətləndirilməyə başlayır. 
Həmişə  dərsə  məsuliyyət hissi ilə yanaşdığını görən müəllim 
heyəti yaxşı oxuyan uşaqlarla -Qənimət Səfərov və Rafael 
Tarasovla birlikdə ona otaq ayırırlar.  
Fikrət başqa uşaqlardan öz iradəsilə  fərqlənirdi. Bir gün 
məktəbin direktoru Şiraslan müəllim qiymət jurnalını götürüb 
təəccüblənir və soruşur ki, «Fikrət kimdir dursun ayağa?! (Fikrət 
ayağa durur) «Balam sinifdə  səndən başqa  şagird yoxdurmu? 
Deyəsən müəllimlər səndən başqa şagird tapmırlar. Hər gün, hər 
dərs durursan və beşini alıb oturursan. Çox maraqlıdır!» Fikrətin 
orta məktəbdə  ən çox rəğbət bəslədiyi müəllimlər - Şiraslan 
müəllim, Xürrəm müəllim, Fazil müəllim, Ətiqə müəllimə, Cəfər 
müəllim, Şafa müəllim və Musa müəllim olmuşdu.  
 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 20 
 
 
Fikrət müəllim (Orta məktəb illəri) 
 
Bu müəllimlər öz işinə məsuliyyətlə yanaşan şəxslər idilər. 
Belə ki, müstəsna hallarda və müəyyən edilmiş  şərtlər  əsasında 
bu müəllimlərdən rüblükdə  əla almaq olardı. Məsələn, orta 
məktəbi bitirmək ərəfəsi idi. Fizikadan dərs keçən Fazil müəllim 
heç kimi əla qiymətlə qiymətləndirməzdi. Bir gün Fikrət Fazil 
müəllimə yaxınlaşır və onun əla qiymətlə qiymətləndirilməsi 
üçün nə etmək lazım olduğunu soruşur. Fazil müəllim isə ona 
bütün fizika kursunu öyrənməsini söyləyir. Belə bir şərt kəsir. 
«Əgər sən  şagirdlərin qarşısında həmin kursa aid mənim 10 
sualıma düzgün cavab versən sənə beş verəcəyəm». Belə də olur. 
Təqribən 500 səhifədən ibarət olan fizika kursunu Fikrət düz bir 
həftə gecə-gündüz oxuyur, öyrənir və şərtə əsasən yazı taxtasının 
qarşısına çıxır. Müəllimin bütün suallarına düzgün və  ətraflı 
cavab verən Fikrət əla qiymətlə qiymətləndirilir. 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə