Dərsin məqsədi



Yüklə 38,84 Kb.
tarix14.10.2017
ölçüsü38,84 Kb.
#4905
növüDərs









Müəllimin adı, soyadı, atasının adı
Nəsibova Vüsalə, Məhəmməd

Vəzifəsi
İnformatika müəllimi

Məktəb/rayon
Xətai rayonu, 27 saylı məktəb

Yer
138 saylı məktəb

Tarix
05.09.2012

standart

Alt standart

Gözlənilən nəticə

Bilik komponenti

Fəaliyyət komponenti

1

1.1.1

1.1.2


1

Deklorativ

Kontekstual



idraki

ünsiyyət


psixomotor

Dərs 2/Mövzu: İnformasiyanın kodlaşdırılması



Dərsin məqsədi

İnformasiyanın sadə işarələrlə kodlaşdırılmasını izah edir.

İnformasiyanın sadə işarələrlə kodlaşdırılmasına aid

nümunələr göstərir.


Əsas anlayışlar

Kod, kodlaşdırma, dekodlaşdırma

Dərsin tipi

İnduktiv

İş forması

Bütün sinflə iş, qrupla iş

Üsullar

Böyük qrupla iş, karusel, anlayışın çixarılması, rollu oyun

Fənlərarası əlaqə

H.b.-4.2.2, Mus-3.1.1, T.i-1.1.1

Təchizat

Şəkillər, proyektor, iş vərəqləri


MOTİVASİYA (7dəq)

Müəllim lövhədə məktəb sözü yazaraq sinfə müraciət edir: Oxuyun!

Müəllim əyani vəsaitlər vasitəsilə sinfə rebus nümayiş etdirir və şagirdlərdən soruşur:



5 4 3

Sizcə bu hansı sözdür? Cavabı aldıqdan sonra müəllim lövhədə şəkillər asır




Bəs burada nə demək istəyirəm?

Cavabları aldıqdan sonra müəllim sinfə müraciət edərək soruşur: eyni bir informasiya sizə neçə cür təqdim olundu? (3 cür: hərflərlə, simvollarla, şəkillərlə)


TƏDQİQAT SUALI ( 2 dəq )

Nə üçün informasiyanın təqdim olunmasının müxtəlif formaları mövcuddur?

Bu prosesdə nələrdən istifadə olunur?

TƏDQİQATIN APARILMASI ( 10 dəq )

Müəllim tədqiqat aparmaq üçün şagirdləri 3 qrupa bölür.

I qrupa iş vərəqində

kimi şəkillər verib, bu şəkillərdə gördüklərini izah etsinlər və qrup üçün iş vərəqi hazirlamalarını tapşırır. Beləki, yeni iş vərəqində “aptek”, “siqnal vermək olmaz”, “ətraf mühiti zibilləmək olmaz” informasiyalarını eyni üsulla kodlaşdıraraq II qrupa ötürsünlər.
II qrupa iş vərəqində tapmaca yazır:

Eşidərsə qulağlar

ağıla gələr çoban, çəmən, quzular. Söhbət nədən gedir?

Açmasını tapdıqdan sonra eyni üsulla yeni iş vərəqində “lay-lay” haqqında tapmaca qurub açmasını tapması üçün III qrupa ötürməsini tapşırır.


III qrupa iş vərəqində hansı söz yazıldığını soruşur.

32 41 13 82 83 və eyni qanunauyğunluqdan istifadə edərək yeni iş vərəqində ayı sözünü yazıb, doğru formasını yazmaları üşün I qrupa ötürmələrini tapşırır


İNFORMASİYANIN MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ ( 10 dəq )

Hər qrupun təmsilçisi aldıqları nəticəni səsləndirir.

Müəllim: Hansı qanunauyğunluq tətbiq olunmuşdur?

Niyə ilk andan yazılanı anlamadınız? (Çünki informasiya gizli formada verilmişdir)

Bu suallara cavab aldıqdan sonra müəllim lövhədə “kod” sözü yazıb, onu gizli saxlayaraq şagirdlərə müraciət edir:

Bəs siz informasiyanı gizlətmək üçün daha nələrdən istifadə edərdiniz? (Məs. hərflər, şəkillər, rəqəmlər, simvollar, mimika və jestlər və s.) Deyilənlər lövhədə yazıldıqdan sonra müəllim gizli saxladığı sözün üstünü açır. Bütün sinif görür ki, yazılanların hamısını “kod” sözü altında ümumiləşdirmək olar.

Müəllim:

Kodlar vasitəsilə informasiyanın saxlanılması kodlaşdırma adlanır. Siz kodlaşdırma qaydalarını öyrəndikdən sonra eyni informasiyanı bir neçə üsulla kodlaşdıra bilərsiniz. Məs: Morze əlifbası, Sezar əlifbası, Bayraq əlifbası hərflərin kodlaşdırılmasında istifadə olunur. Kodlaşdırılmış informasiyanın ilkin versiyasının alınması isə dekodlaşdırma adlanır.

Gündəlik hayatımızda daha hansı informasiyaları kodlar vasitəsilə alırıq? (işıqfor, metro işarəsi, avtobus dayanacağı işarəsi, məktəb işarəsi və s.)
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ ( 3 dəq )

Tədqiqatın birinci sualına cavab olaraq belə bir nəticə alırıq ki, informasiyanın müxtəlif formaları: informasiyanı daha qısa və əlverişli şəkildə təqdim etmək üçün, informasiyanı daha asan emal edib ötürmək üçün informasiyanı başqalarından gizlətmək üçün mövcuddur. Başqa sözlə desək informasiyanın müxtəlif formalarda verilməsi kodlaşdırma adlanır.


YARADICI TƏTBİQETMƏ ( 7 dəq )

Müəllim hər qrupdan bir nümayəndə çağıraraq verilmiş informasiyanı kodlar vasitəsilə sinfə çatdırmağı, sinfə isə aldıqları informasiyanı dekodlaşdırmağı tapşırır. Bunun üçün müəllim:

I qrupun nümayəndəsinə “Məktəbin direktoru” informasiyasını jest və mimikanın köməkliyi ilə kodlaşdırmağı tapşırır.

II qrupun nümayəndəsinə sözlərlə “İnformatika dərsi” ni kodlaşdırmağı tapşırır.

III qrupun nümayəndəsi şəkil və sözlərdən istifadə edərək “Azərbaycanın himni” sözünü kodlaşdırmağı tapşırır

Bütün sinif bu dekodlaşmada iştirak edir.



QİYMƏTLƏNDİRMƏ ( 3 dəq )




Şagirdin adı, soyadı

Kod və kodlaşdırmanın nə olduğunu başa düşür

Kod və kodlaşdırmanın nə olduğunu başa düşür

Kod və kodlaşdırmanın nə olduğunu başa düşür

Kod və kodlaşdırmanın nə olduğunu başa düşür

1
















2
















3
















4

















REFLEKSİYA ( 3 dəq )

Dərsin əvvəlində nələri bilmirdik sonunda nələri və necə öyrəndik?


EV TAPŞIRIĞI:

Kompyuter” sözünü özünüzün yaratdığınız yeni kodlaşdıram sistemində kodlaşdırın.
Yüklə 38,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə