Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə3/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   2   3   4   5   6   7   8   9   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 12 
murdar xislətli bir millətin əsirinə çevrildik. Amma bütün bunlar 
müvəqqətidir. Fikrət kimi oğulları olan Vətən bunu erməniyə 
bağışlaya bilməz. 
 
Müqtədir şairimiz Hüseyn Cavidin yazdığı kimi: 
Mənə gülməkdəsiniz, gərçi bu gün, 
Var yarın sizlər üçün qorxulu gün. 
O zaman, iştə, ölənlər dirilər, 
Kim nə yapmışsa, cəza çəkdirilər. 
 
Ermənilərin bu müvəqqəti üstünlüyü bizim mərd 
əsgərlərimizin günahı ucbatından olmadı. O vaxtkı siyasi şərait, 
hakimiyyət uğrunda çəkişmələr, ermənilərin qlobal miqyasda 
apardıqları təbliğat kompaniyası, güclü lobbi yaratmaları, habelə 
beynəlxalq erməni icmasının köməkliyi və yardımı, daha yaxşı 
silahlanmış olmaları  və xarici muzdlu qüvvələrdən istifadə 
etmələri onları irəli saldı. Bizdə isə o vaxtkı başbilənlər 
erməniilərlə mübarizə aparmaqdansa bir-birlərini qırıb-çatırdılar. 
Yenə də Hüseyn Cavidə müraciət edək: 
 
İdrakı sönük başçıların xisləti ancaq, 
Etmiş, edəcək milləti əllərdə oyuncaq. 
 
Lakin ümummilli siyasi liderimiz Heydər  Əliyevin xalq 
tərəfindən hakimiyyətə  gətirilməsi vəziyyəti dəyişdi. Erməni 
təcavüzü dayandırıldı, atəşkəsə nail olundu. Ölkənin daxilində və 
xaricində yeridilən konstruktiv siyasət öz bəhrəsini verdi, siyasi 
stabillik yarandı. Bundan istifadə olundu və ordu yenidən 
quruldu.  İndi bu ordu istənilən anda düşmənə layiqli cavab 
verməyə hazırdır və verir də. Möhtərəm prezidentimiz İlham 
Əliyevin gərgin fəaliyyəti sayəsində Qarabağ probleminin həlli 
yolunda qızğın və  məqsədyönlü iş gedir. Heç şübhə yoxdur ki, 
düşmən ram olub sülhə qol qoymazsa, onminlərlə Fikrət kimi 
oğlu olan Azərbaycan xalqı ayağa qalxacaq, öz milli ləyaqətinin 
bərpası  uğrunda silaha sarılacaqdır. O zaman Fikrət kimi qəlbi 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 13 
Vətən eşqilə yanan bütün oğullar öz sözlərini deyəcək, milləti və 
vətəni bu biabırçılıqdan və rüsvayçılıqdan xilas edəcəkdir. 
Eşq olsun Fikrət kimi Vətən oğullarına! 
Qoy onların əməlləri gənclər üçün nümunəyə çevrilsin! 
 
 
ƏLIKRAM TAĞIYEV 
AMEA Fəlsəfə  və Siyasi-Hüquqi 
Tədqiqatlar  İnstitutunun «Politolo-
giya»  şöbəsinin müdiri, Fəlsəfə 
elmləri doktoru, professor 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 14 
 
 
Şəkildə Fikrət Nəbiyev AMEA –ın Fəlsəfə  və Siyasi-Hüquqi 
Tədqiqatlar  İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, 
professor Müstafayev Azər Xoşbəxt oğlu ilə birlikdə 
 
 
 
ADİLİKDƏN ADİLLİYƏ DOĞRU 
 
Daima düşünən və düşündürən, yorulmaq bilməyən, həmişə 
həqiqət axtarışında olan, qəlbi yaşamaq və qurmaq- yaratmaq 
eşqi ilə doyünən, böyük mərifət və qabiliyyət sahibi Fikrət Həbib 
oğlu Nəbiyev Azərbaycan Milli Elmlər Akademiyası  Fəlsəfə  və 
Siyasi –Hüquqi Tədqiqatlar Institutunda qısa bir dövr ərzində 
işləməsinə baxmayaraq kollektivin dərin hörmətini qazana 
bilmişdir. Çünki həyatın o qədər də  rəvan olmayan keşməkeşli 
yollarını  uğurla keçmiş, daima mübarizədə mübarizliyini sübut 
etmiş, Qarabağ döyüşlərində  həyat və ölüm arasında ölməzlik, 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 15 
mərdlik, cəsarət pilləsinə yüksəlmiş, sadə, adi, eyni zamanda 
böyük insan- Fikrət müəllim məhz barmaqla sayıla biləcək adil 
və nadir insanlardandır. Cəsurluq, Vətən və torpaq təssübkeşliyini 
yaşayan və Qarabağ döyüşlərindən üzüağ  və  dəyanətlə dönmüş 
Fikrət müəllim Azərbaycan Milli Elmlər Akademiyasında 
çalışdığı dövrdə  də öz kəsərli sözünü demişdir. 1998-ci ildə 
başlayan sosial və siyasi fəlsəfənin həm nəzəri, həm də, praktiki 
baxımdan böyük aktuallıq kəsb edən bir sıra problemləri böyük 
həvəs və maraqla tədqiq edən Fikrət müəllim bu sahədə  də bir 
sıra gözəçarpan uğurlar qazanmışdır. Dediklərimizin əyani sübutu 
kimi göstərə bilərik ki, 2004-cü ildə AMEA-nın Fəlsəfə  və 
Siyasi-Hüquqi Tədqiqatlar Institutunun nəzdində  fəaliyyət 
göstərən Dissertasiya Şurasında «Siyasi təfəkkür cəmiyyətin və 
təbiətin qarşılıqlı münasibətləri kontekstində» adlanan sosial 
fəlsəfə ixtisası üzrə namizədlik dissertasiyasını  uğurla müdafiə 
etmişdir. Dissertasiya Şurasının üzvlərinin yekdil qərarına görə 
dissertant özünü bacarıqlı  tədqiqatçı, istedadlı alim, yetkin bir 
vətəndaş kimi göstərə bilmişdir. Daima yorulmaq bilməyən, öz 
üzərində çalışan bu elm fədaisi eyni zamanda elmi yaradıcılığını 
təhsillə, tədrislə bilavasitə əlaqələndirməyi bacaran şəxslərdəndir. 
Belə ki, universal biliyə malik Fikrət müəllim uzun illər 
respublikanın müxtəlif təhsil ocaqlarında gənc nəslin təlim 
tərbiyəsinə və onun dünyagörüşünün formalaşmasına xidmət edə 
biləcək mühazirələri ilə çıxış etmişdir. Yeri gəlmişkən göstərmək 
lazımdır ki, filosofun «Siyasi təfəkkür» adlı kitabı  təkcə 
Akademiya sistemində çalışan alimlər tərəfindən deyil, həm də 
tədris ocaqlarında çalışan professor –müəllim və  tələbə heyəti 
tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Belə ki, Fikrət müəllim 
tərəfindən bu istiqamətdə görülən işlər onlara Azərbaycanda 
dövlətçiliyin möhkəmləndirilməsini aşılamaq sahəsində 
tələbələrdə, gənclərdə yeni siyasi təfəkkürün, siyasi mədəniyyətin 
və siyasi dünyagörüşün formalaşması prosesinə  ən layiqli tövhə 
sayıla bilər. Öz bənzərsizliyi və  ləyaqəti ilə insanların dərin 
hörmətini, sevgisini qazanmış Fikrət müəllim haqqında qələmə 
aldığım sözlər söz xatirinə deyilmiş, sözgəlişi gözəl sözlər deyil


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə